MÖVcud cəMİYYƏTLƏRDƏ NƏ baş veriR?


Səhv siyasətə qarşı ictimai etirazlar üçün dövlətdən tələblər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix28.03.2017
ölçüsü2,8 Kb.
#12720
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 
Səhv siyasətə qarşı ictimai etirazlar üçün dövlətdən tələblər.  
Ərəb  ölkələrindəki  2011  yanvar  -  aprel  etirazları  genişlənir  və 
Azərbaycan  rəhbərliyinin  də  kürkünə  birə  düşmüşdür.  Indi 
rüşvətxoluğu dayandırmaqdan danışır. Deyir:  “bütün hallar haqda bizə 
xəbər verin, tədbir görək”. Gülünc və məntisiz sözdür. 20 ildir insanlar 
yazır, tələb edir, vecinə almırsan. Öz əlində DTK aləti var məgər özün 
istəsən  bilə  biməzsən  kim  rüşvət  alır?  Bəs  90-150  manat  maaş 
qarşısında, hansı ki 4 adamın yeməyini çatdırmaq üçün azı 500 manat 
pul  lazımdır,  xırda  və  orta  qulluqçu,  həkim,  müəllim  habelə  xalqın 
nəzarətindən  kənar  etdiyiniz  rütbəli  məmurlar  (halbuki  onara  xüsusi 
imtiyazlar  təyin  olunub)  və  s.  necə  rüşvət  almasın?  Bunlar  hamısı 
ağılsız  siyasətin  nəticələridir.  Axı  hamı-məmurlar  alır.  O  özü  yaxşı 
bilir ki, rüşvətxorluq və səhv siyasətlə əvvəl atası, sonra özü insanlara 
hansı əzablı həyat yaratmışdır. Lakin 20 ildir özünü eşitməzliyə qoyur. 
2008 – ildə prezidentə çox qiymətli və təcili həyata keçirilməli olan 55 
strategiya  və  ümumi  inkişafın  istqamətləri  haqda  məktub  göndərdim. 
Bundan  əvəlllər  də  siyasətin  müxtəlif  səhvləri  haqda  ona  məktub 
yazmışdım.  Lakin  reaksiya  olmadı.  Strategiyaları  mən  “rasional 

 
78 
cəmiyyətə  doğru”  kitabımda  göstərmişəm.  (Bax  anl.az  internet 
səhifəsinə).  ADU-  nun  elmi  xəbərlər  2009  və  2010  N3    nömrələrində 
təhsilə və idarəetmənin səmərələşdirilməsinə dair məqalə çap etdirdim. 
Rəsmi siyasətin güzgüsü olan Dirçəliş jurnalına 2008 ildə III minillik. 
Bəşəriyyətin  yeni  rasional  quruluşunun  axtarışı    və  Azərbaycanın 
təkmilləşməsi adlı məqalə verdim. Lakin indiyədək çap etmirlər. Çünki 
mənim  verdiyim  ideyalar  Hakim  partiyanın  və  dövlət  liderlərinin 
baxışlarını xeyli geri qoyur, onların idarəetmə üçün layiq olmadıqlarını 
aydın  göstərir,  onları  rüşvət  almaqdan  və  özbaşına  öz  varlanma 
xeyirlərini  güdən  ağılsız  siyasət  aparmaqdan  məhrum  edir. 
(Maraqlananlar  bu  məqaləni  müəllifdən  əldə  edə  bilərlər)  Bir  tanışım 
1000 ədəd şikayət məktubu yazmasını və cavab almadığını deyir və s. 
faktlar çoxdur.  İnsanlar həkimsilik,  idarə özbaşınılığından  özünü asır, 
yandırır,  mühacirətə  gedir  və  s.  Özüm  nadan  və  rüşvətxor, 
mənəviyyatını  itirmiş  səhiyyə  sisteminin,  onun  qanmaz  həkimlərinin 
anlamaması,  etinasızlığı,  biliksizliyi    və  saxta  və  standarta  uyğun 
olmayan  sirab  və  digər  su  və  məhsulların    səbəbindən  ağır  xəstəliyə 
düçar  oldum.  Bunlar  göstərir  ki  necə  nadan  ictimai  siyasi  iqtisadi  
rejimdə yaşayırıq, lakin məsuliyyət çəkən yoxdur və xalq ərəblər kimi 
dövlətdən məsuliyyət-cavab tələb etməlidir.  Beləliklə indiki nəsilə bu 
istiqamətlər  üzrə    daim  öz  tələblərini  iclaslarda,  mitinqlərdə,  tv 
verilişlərində irəli sürməsini məsləhət görürəm. Əlavə ideyaları mənim 
digər kitablarımdan ala bilərsiniz. 
1.
 
Kapitalizm  sistemi  ləğv  edilsin  və  neft  pulları  hesabına 
mülkiyyəti 70% ictimai olan ictimai zavodlar, fabriklər, ticarət, 
müxtəlif  xidmətlər,  elmin  hər  sahəsində  məsələn,  tədqiqat  - 
mikrobiologiya,  layihələndirmə  institutları  yaradılsın,  dərman 
zavodları tikilsin. 
2.
 
Qiymətlər tələb təkliflə deyil, maya dəyəri və satış gəliri – 20% 
əlavə edilməklə təyin edilsin və nəzarət edilsin. 
3.
 
Neftin  artan  qiyməti  hesabına  malların  qiyməti  aşağı  salınsın, 
yağ,  qənd,  çörək,  düyü,  dərmanlar  hökmən  ucuzlaşdırılsın  və 
kompensasiya edilsin. 
4.
 
Ali,  magistratura  və  doktorantura  və  orta  təhsil  xalis  pulsuz 
edilsin hamıya təqaüd verilsin  
5.
 
Hər vətəndaş ömrü boyu istənilən yerdə 20 dəfə dianostika, 10 
operasiya,  3  ay  xəsətxana  müalicəsi  üçün  tibbi  sığorta  edilsin 
və bu sənəd onun özünə verilsin  
6.
 
Parlament,  partiyalar,  seçkilər,  prezident  və  başçı  vəzifələri 
ləğv  edilsin.  Ölkə  kollektiv  –  rasional  cəmiyyət  prinsipləri  ilə 
idarə  olunsun.  Qanun  və  qərarlar  kollektiv  formada  hər  kəsin 

 
79 
iştirakı  imkanı  ilə  institutlarda  hazırlansın.  Lazımı  elmi 
idarəetmə institutları yaradılsın. 
7.
 
Bütün ümumi ölkə, şəhər,  qəsəbə,  rayon,  kəndlər püşk atam 
yolu  ilə  müəyyən  edilən  elmi  -  ziyalı  şuralar  vasitəsilə  və 
istənilən adamın iştirakına imkan  verilməsilə  idarə olunsun. 
8.
 
Neft  –qaz  satışından  əldə  edilən  pulların  xərclənməsi 
səlahiyyəti prezidentinn əlindən alınsın və püşk atma yolu ilə ri 
partiya  üzvü  olmayan  ictimai  –  elmi  şuraya  həvalə  edilsin. 
Məhz  bu  şura  bu  günün  zəruri    tədbirlərini  və  gələcək 
strategiyalarını hazırlasın 
 
 
4. DÖVLƏTİN İDARƏEDİLMƏSİNİN  BƏZİ 
CƏHƏTLƏRİ 
 
Idarəetmədə fundamental səhvlər

1.  Ölkələrin  idarə  edilməsində  həmişə  dünyanın  bir  böyük  fəlsəfi 
qanunu pozulur. Bu qanun hər bir cismin, canlının, idarənin, təşkilatın 
iki  əks  mənalı  elementlərdən  təşkil  olunmasını  və  onların  fəaliyyəti 
zamanı da iki əks qüvvənin təsiri altında müvazinətdə olmasını bəyan 
edir.  Həqiqqətdə  dövlət  idarələri  elə  qurulur  və  ya  elə  cəhd  edilir  ki, 
idarə edənlər təkbaşına idarə etsinlər, lakin bu qanun göstərir ki, idarə 
iki  əks  hissədən  təşkil  olunmalıdır  ki,  təkbaşına  heç  biri  qərar  verə 
bilməsinlər,  yalnız  hər  ikisi  bərabər  iştirak  edərək  tam  razılıq  əldə 
edəndən  sonra  bu  razılığı    həyata  keçirsinlər,  sərəncam  və  qanunları 
qəbul  etsinlər.  Burada  əgər  bir  orqan  qərarı  hazırlayırsa,  digər  asılı 
olmayan  orqan  onun  düzlüyünü,  rasionallığını,  məqsədəuyğunluğunu, 
diskriminasiya  olub-  olmamasını  yoxlamalı  və  son  qərar  birlikdə  iki 
imza və  ya möhürlə təsdiq edilməlidir. Hər bir orqan isə tək adamdan 
ibarət  olmayıb  böyük  azad  iştirak  edə  bilən  kollektivdən  ibarət 
olmalıdır.  Misal  üçün  azərbycanı  götürək.  Burada  qərar  qəbulu 
absolyut  olaraq  prezidentin  və  ona  tabe  olan  nazirliklərin,    ən  kiçik 
kəndin başçısına qədər idarə strukturu  başçılarının əlindədir. Cəmiyyət 
və  maraqlı  adamların  iştirakı  qəti  mümkün  deyildir.  Nəticədə  ölkə 
işğal  olunmuş  və  əhali  çox  ağır  şəraitdə  yaşayır,  neft  gəlirləri  ağılsız 
istifadə edilir, keyfiyyətli təhsil, səhiyyə 70 % əhali üçün əlçatmaz və  
yalnız varlı sinif üçün mümkündür. 
       Bu bərabər iki eyni bir - birinə tabe olmayan qrupdan ibarət sistem 
hansı  ki  idarə  və  qanunvericilik  funksiyasını  yerinə  yetirəcəkdir, 
nəzərdə  tutmalıdır  ki,  a)  iştirakçılar  təkcə  yüksək  varlı  təbəqədən 
olmasınlar,  iştirak  üçün  şəxsi  əmlakın,  pulun  rolu  olmasın,  b)  ağılın 

 
80 
aparıcı  həlledici  rolu  olsun.  Bütün  ağıllılar,  arzu  edənlər-  istər  varlı, 
istər  kasıb  –  iştirak  edə  bilsinlər;  c)  iştirak  yalniz  elmi  məntiqi  dildə 
aparılsın,  yəni  xüsusi  prosedurlarla  elmi  kriteriyalara,  rasionallıq, 
bərabərlik,  gələcəyin  tələbləri  və  etik  prinsiplərə  uyğun  həyata 
keçirilsin. 
2. Bu gün bəşəriyyəti təşkil edən cəmiyyətlərin və dövlətlərin işində ən 
böyük  fəlsəfi-struktur  səhvlərdən  biri  də  odur  ki  onlar  gələcəyi 
görmədən,  strategiyalar  qurmadan  və  etdiklərinin  nəticələrini 
anlamadan,  öyrənmədən    ağıllarına  gələn  ilk  tədbiri  qəbul  etməklə 
idarə edirlər. 
3.  Üçüncü böyük səhv  odur ki, onlar meydana çıxan problemləri həll 
etməyə  çalışırlar  və  elə  bilirlər  ki  onların  vəzifəsi  aşkar  olunan  ən 
kəskin  dözülməz  həddə  çatmış  müxtəlif  problemləri  həll  etməkdir. 
Halbuki bu poblemlər onların ağılsız və savadsız idarəsinin nətiəcidir. 
Problemlərin  çoxu  isə  gizli  və  üstü  açılmamış  formadadır.  Digər 
tərəfdən  onlar  problemlərin  hamısını  deyil,  seçim  edərək  onlara  gəlir 
gətirən problemləri (yol, körpü, əyləncə, park, məktəb, və s. tikintilər) 
həll  edirlər.  Onlara  gəlir  gətirməyən  problemləri  məsələn,  kütləvi 
rüşvətxorluğu,  diskriminasiyanı,  səhiyyə  və  təhsil,  işsizılik,  sosial 
müdafiə  imkanlarından  məhrum  etdikləri  əksər  əhaliyə  bu  imkanı 
vermək  problemlərini  həll  etmirlər.  Problemləri  şübhəsiz,  həll  etmək 
lazımdır.  Lakin  ölkənin  bütün  ərazisini  və  əhalisini  əhatə  edən 
qabaqlayıcı  elmi  idarə  və  strategiyaların    idarəedilməsi  metodu  ilə 
idarəetmə  aparılsa  heç  bir  problem  meydana  çıxmayacaqdır  və 
kəskinləşməyəcəkdir.  Düşünürəm  ki  nə  demək  istədiyimi  siz  yaxşı 
başa düşürsünüz.  
4. Dördüncü səhv bütün təbiətdə olduğu kimi insanların, cəmiyyətlərin, 
dövlətlərin bir - birinə münasibətdə təsir- əks təsir qanunu ilə  davranış 
seçmələridir.  Bu  qanun  fiziki  dünya  üçün  zəruri  olsa  da  bu  qanunun 
insan və onun  aıd olduğu  icmalarda - cəmiyyətlərdə, təşkilatlarda və 
dövlətlərdə    istifadə  edilməsi  səmərəli  və  ağıllı  deyildir.  Deyə 
bilərsiniz ki, bəs müvazinət – sabitlik necə təmin olunsun? Yəni  üzünə 
bir  şillə  vururlarsa,  sən  də  əvəzində  bir  şillə  vurmasan  bu  nə  ilə 
qurtarar?  Və  ya  bir  üzünə  şillə  vursalar  digər  üzünü  də  tutmaq  nə  ilə 
qurtarar?  Və  yaxud  bir  dövlət  sənə  qarşı  bir  raket  tuşlayıbsa  sən  də 
əksinə  bir  raket  tuşlamasan  bu  nə  ilə  qurtarar?  Vacib  suallardır. 
İnsanların  iştirak  etdiyi  bütün  icmalarda,  cəmiyyət  və  dövlətlərdə 
münasibətlərdə  təsir-əks  təsir  qanununun  tətbiqi  məqsəduyğun 
deyildir.  Burada  hökmən  strategiyalar  əvvəldən  qəbul  edilməli  və 
bütün  təsirlər  (icmanın  xarici  mühitə  davranış  və  seçimləri)  və  əks 

 
81 
təsirlər  (xarici  mühitdən  alınan  davranış  və  hərəkətlərə  cavablar)  bu 
startegiyalara görə müəyyən edilməlidir.     
Təkbaşçılıq  və  ya  tək  adamın  idarəsi.        Tarixi  analiz  göstərir  ki,  
idarəetmə  strukturu  dövlətin  bütün  gələcəyi  və  real  vəziyyəti, 
təhlükəsizyi;  insanların  yaşayış  səviyyəsi,  problemləri  üçün  tam 
məsuliyyət  daşıyır.  Məhz  ondan  bütün  ictimai  sistemin  vəziyyəti, 
təhlükəsizliyi  və inkişafı, gələcəyi asılıdır. 
       Əsrlərcə  insanlar  ağıllı  şah,  xan,  kral  arzu  etmişlər.  Lakin 
həqiqətdə  nə  nəzəriyədə,  nə  də  praktikada  belə  ağıllı  rəhbər  heç  vaxt 
ola bilməz və olmamışdır. 17-18-ci əsr Avropa maarifçiləri də məhz bu 
arzuya    uyğun  olaraq    tarixdə  əvvəl  olmuş    “maariflənmiş  kral” 
ideyasını  yenidən  irəli  sürmüşdülər.  Onlardan  da  əvvəl  maariflənmiş 
kral  ideyasını  Orta  şərqdə  Ən  -  Nazzam  İX  əsrdə,  Nizami  12  -əsrdə  
irəli  sürmüşdü  (2,  səh  115,119).  Onlar  düşünürdüqlər  ki,  bir  mənaya 
görə  əgər  kral  yaxşı  öyrədilsə,  tərbiyə  edilsə,  digər  mənaya  görə  kral 
maarifli-  ağıllı  olsa  bu  bütün  xalqın  idarəsi  üçün  çox  yaxşı  olar.  Bu 
ideyalar  hamısı  uğursuz  çıxdı.  Həm  maarifli,  həm  maarifsiz  kral 
müdrik idarə üçün kriteriya deyildir, başqa sözlə maariflənmə insanın 
xasiyyətini,  şəxsi  maraq  və  kaprizləriniə  vəz  etmir.  Məsələn,  1991-ci 
ildən sonra keçmiş SSRİ respublikaları içində  rəhbərliyə cəhd edən elə 
şəxslər tapıldı ki, xarici kəşviyyatla ölkə ərazisinn böyük bir hissəsinin 
qonşu  və  zəif  dövlət  tərəfindən  işğalına  razı  olmaq  müqabilində  ona 
hakimiyyəti  əlinə  keçirməyə  kömək  edildi  və    o  uzun  müddət  bu 
postda  qaldı  və  sonra  bu  postu  öz  öğluna  verdi.  Burada 
demokratiyadan, düzgün seçkilərdən söhbət gedə bilməz, belə despotik 
rejimdə  daim  yaşayan  xalq  heç  vaxt  demokratiya,  ləyaqət,  düzgünlük 
görməmişdir.  Ona  görə  də  bu  ölkələrdə  dövlət  başçıları  daim 
marionetkadırlar.  Onlar  hakimiyətdə  qalmaq  üçün  daim  xarici 
kəşviyyata    pul  ödəyirlər.    Yeri  gəlmişkən  qeyd  edim  ki,  bu  gün 
bəşəriyyətə,  hər  bir  xalqa,  insanlığa,  yer  planetinə  təhlükə  nüvə 
bombaları    deyildir,  böyük  dövlətlərin  istifadə  etdiyi  gizli 
təhlükəsizlik, kəşviyyat xidmətləridir. Onların əlilə bütün xalqlar bir –
birinə qatılır, yer planeti xarab olur, demokratiya görüntüləri yaradılır, 
xalqar  aldadılır,  əzaba,  mühariblərə  düçar  edilir.  Demokratiya,  sülh, 
qlobal  problemlər  haqda  sammitlər,  müzakirələr  gözə  kül  üfürmək, 
maska  üçün edilir. 
      Çox  asanlıqla  insanı  analiz  etsək  aşkar  edərik  ki,  obyektiv  olaraq 
onun  şəxsi  idrakı,  psixologiyası,  xasiyyətləri  və  adətləri  heç  vaxt 
ictimai  idarəni,  dövləti,  müxtəlif  dövlət  funksiyalarını,  şəhəri,  kəndi 
tək   ağlı ilə   idarə  etməyə  qabil deyildir.  Istənilən idarədə  işləyən hər 
kəs  bilir  ki,  onun  tabe  olduğu,  qərarlarını  sözsüz  yerinə  yetirdiyi 

 
82 
müdirinin,  rəhbərinin  yaxşı  qabiliyyət  və  davranışlrından  başqa  nə 
qədər  də  ağılsız  və  məntiqsiz  xassə  və  davranışları  vardır.  Digər 
tərəfdən müasir metodlar təkbaşçı rəhbərə imkan verir ki, o öz axmaq 
və  ağılsız  qərarlarını  ağıllı,  ədalətli  kimi  qələmə  versin  və  əhali  onu 
düzgün,  olmalı,  məntiqi  qəbul  etsin  və  etiraz  etməsin.  Onlar  öz 
ölkəsinin  bir  hissəsini  və  mənafeyini  xəlvəti  sata    bilər,  öz  xalqını 
savadsız, düşüncəsiz, zəif edə bilər, ictimai istehsal vasitələrini, elm və 
texnologiya institutlarını məhv edər və burada işləyən insanları bayıra 
qova  bilər  (bir  çox  keçmiş  sovet  respublikalarındakı  kimi),  lakin xalq 
bunu  anlamaz,  yenə  də  onu  qəhrəman  hesab  edər.  Bunun  qarşısını 
almaq  üçün  nə  “hakimiyyətlərin  bölünməsi”  (parlament,  məhkəmə, 
icra),  nə  azad  mediya,  nə  vətəndaş  cəmiyyətləri    heç  nə  edə  bilməz. 
Məsələn, Qafqazda 20 ildir ki bu belədir. Öz xalqına düşmən siyasətlər 
qurmuş  və  hakimiyyətə  gəlmiş  adamlara  heykəl  qoyulur,  və  onlara 
“xalq atası” və “öndər” adı verilir. 
      Demokratik  ölkələrdə  təkbaşçı  rəhbərlər  həm  daxili,  həm  xarici 
mövzular  üzrə  əvvəlcə  ictimai  fikri  “yaratmaqla”  qeyri  -  demokratik 
ölkədə  isə  onlar  bir  başa  əmr  verməklə,  yaxud  susmaqla  öz  ağılsız 
qərarlarını  verirlər.  Daim  gülünc  vəziyyətə  düşürlər.  Onların  konkret 
qərarlarını analiz etsək rasionallıqdan, obyektiv məqsədə uyğunluqdan, 
ədalətlilikdən, elmi strategiyalardan, prioritetlikdən uzaqdır. 
      Bu  situasiya  aydın  göstərir  ki,  təkbaşçılıqdan  imtina  etmək 
lazımdır.  Hökmən  yeni  kollektiv  idarəyə  keçmək  lazımdır.  Bu  halda 
yaranacaq  bütün  problemləri  də  yeni  konstruksiyada  tam  həll  etmək, 
sürətlə  düzgün,  ağılla  işləyən  və  məsuliyyət  daşıyanları  əhatə  edən 
kollektiv  idarəni  layihələndirmək  lazımdır.    Istəniən  ictimai  idarə  elə 
qurulmalıdır ki, qərarlar fasiləsiz arzu edənlərin kollektiv düşüncəi ilə 
hazırlansın  və  icraya  məsul  şəxsin  onu  dəyşdirmək,  əymək  üçün  heç 
bir  şəxsi  hüququ  –  səlahiyyəti  olmasn,  icraçının  rolu  sadəcə  qeydlər 
aparmaq, vəziyyət parametrlərini idarə-nəzarət elektron sisteminə daxil 
etmək  olsun.  Müəllif  belə  idarənin  nümunəsini  yaratmışdır  (bax 
gələcək cəmiyyət bölməsinə). 
     Özünün “dövlət” adlı əsərində Makiavelli düzgün olaraq gösərir ki, 
pozulmuş xalq üçün vahid  –təkbaşçı  hakimiyət  lazımdır (2, səh 143). 
Bəli,  təkcə  bu  halda    təkbaşçı  rəhbər  olmalı  və  müstəsna  olaraq  o 
prinsipal  və  düzgün  olmalıdır.  Digər  bütün  hallarda  hansı  ki  əhali 
mədəni,  cavadlı  və  başa  düşəndir,  onlara  təkbaşçı  idarəsi  zərərdir. 
Onlara təkbaşçı rəhbər təyin edilən kimi o əhalinin şüuru üzərində  elə 
bir  manipulyasiya aparır və onları küt, qorxaq vəziyyətə salır ki, onlar 
onu  tənqid  etməsinlər  və  dözsünlər.  Bundan  sonra  şəxsi  varlanma, 

 
83 
hakimiyyətdə  qalma  mənafesini  asan  həyata  keçirir.    Azərbaycan 
təcrübəsi məhz müstəqillik dövründən, 1991- dən sonra  buna şahiddir.  
        Mövcud    dövlət  idarəetməsi    Avropada    3  müstəqil  qola  ayrılır: 
icra,  parlament  və  məhkəmə.  Lakin  Malaiziya  və  Sinqapurda    belə 
bölünmə  olmadan  idarəetmə  həyat  keçirilir    Konfuçi  və  Ssu-  Ma  -
Çenin  fəlsəfi  fikri    demokratiyanı  deyil,  müdrik  kralın  idarəsini  daha 
faydalı hesab edir (15, səh 4 )
  
Şübhəsiz, bunun da öz eyibləri vardır. 
Bu müdrik kral kim olmalıdır? Axı o da insandır, təkbaşına səhv edə 
bilər.  Bu prinsip qəbul olsa onda krala məsləhətçilər qrupu da vermək 
lazımdır  ki,  səhvləri  görsünlər  və  aradan  qaldırsınlar.  Kral  buna  razı 
olarmı?    Budur,  keçmiş  sovet  respublikasından  biri,    başçısı  əsil  kral 
kimi  özünü  aparır  və  heç  kimi  də  eşitmir,  gülünc  siyasət  yeridir,  öz 
kapriz və xasiyyətinə üstünlük verir. Səddam Hüseyn kimi artıq ölkədə 
və  xaicdə  tikdiyi  sarayların  sayı  30-u  keçir.  Cəmiyyət  bədbəxtdir  ki,  
bir hissə dövlət qulluqçuları qorxudan təbliğata inanaraq ona səs verib 
onu prezident etmişdir, bu işdə prezidentə tabe seçki komissiyaları da 
fəal  saxtakarlıq  etmişlər,  onun  öz  göstərişi  ilə  onu  prezident  etmişlər.  
Lakin onu çıxarmağa  qarşı da  onun özünün yazdığı və qəbul etdirdiyi 
konstitusiyaya  dəyişiliklər,  xeyli  güclü  qanunlar  və    idarə  etdiyi  
hökumət  durmuşdur.    Halbuki  bütün  bürokratiya  onun  başçılığı  ilə 
demokratiya nümunəsi kimi özünü tərifləyir. 
       Təkbaşçı 
liderlərdən  Hitler,  Stalin,  Əliyev,  Qorbaçov, 
Elçin,Trumen, Buş, Napoleon və bir çoxu bəşəriyyətə və öz xalqlarına 
hansısa  xeyir  vermişlərsə  də,  nə  qədər  də  bəlalar  gətirmişlər.  Biz  bu 
siyahıya istənilən bu günkü yaxud, keçmiş dövlət liderinin adını yaza 
bilərik.  Onarın  heç  biri  mələk  deyil.  Hətta  çox  asanlıqla  sübut  etmək 
olar ki, onlardan çoxusunun verdiyi zərər
 o
nların “guya yaxşı” işindən 
dəfələrlə artıqdır.  Biz yenə də istəyirikmi belə liderlər meydana gəlsin 
və insanları bəlaya salsın? Bu liderlərin çoxu təkcə özləri yox, onların 
yaratdığı  hakimiyyət  ierarxiyasında  duran  bütün  rəhbərlər  təkbaşçı 
olmuş  və  eyni  bəlaları  lokal  icmalara  gətirmişlər.  Onlar  tipik  olaraq 
məhz  cəmiyyət  qrupları  partiyalar,  təşkilatlar-tərəfindən  hakimiyyətə 
gətirilirlər.  Platonun  yazdığı  kimi  “rüşvətə  öyrəşmiş  kütlə  bir 
demoqoqu öz içərisindən seçir və özü kənara çəkilir” (2, s. 66). Hələ 
bütün  insan  tarixi  ərzində  təkbaşçı  rəhbərlər  optimal  idarə  edə 
bilməmişlər,  əgər  bir  yaxşı  iş  görmüşlərsə  iki  də  pis  iş  görmüşlər. 
Təkbaşçılığın  yaratdığı  səhvlərin,  bəlaların  qarşısını  almaq  üçün 
yeganə  yol  kollektiv  qanun  və  icra  qərarları,  hazırlamaq  və  qəbul 
etməkdir.  Bu üsul böyük aşkarlığa və hamının məlumatlı olmasına və 
situasiyanı  başa  düşməsinə  səbəb  olacaqdır.  Nəticədə  ictimai 
konfliktlər

tətillər, nümayişlər, kütləvi etirazlar da olmayacaqdır. Ona 

 
84 
görə  də  yeni  erada  təkbaşçı  idarə  üsulundan  imtina  etmək  lazımdır. 
Buna  lazım  olan  bütün  şərait  –  savadlılıq,  şüurluluq,    komputer, 
məlumat,  ünsiyyət  texologiyaları  elmi  biliklər,  ictimai  əxlaq  –
yetişmişdir. 
       
Seçki  zamanı  xeyli  qarşıdurmalar,  yalanlar  söylənilir,  vədlər 
verilir,  cəmiyyətin  şüuru  yuyulur,  nəhayət  birisi-  bu,  şübhəsiz,  varlı 
kapitalist  nümayəndəsidir  –  seçilir.  Təkbaşına  idarə  edərək  hansı  ki 
qanun ona toxunulmaz şəxsi səlahiyyətlər verir,  şübhəsiz öz sinfinin, 
əsasən  öz klanı və hakimiyyət postlarında olan məmur kapitalistlərin,  
hər biznes sahəsində monopolist mənafeyini üstün qoruyur, digərlərini 
diskriminasiya edir. Bunun cəmiyyətə nə faydası var? Heç bir faydası 
yoxdur.  Bu  üsulda  çox  ağıllı  ideyalar,  strategiyalar  eşidilməmiş, 
müzakirə  edilməmiş  qalır.  Səhv  siyasət  və  səhv  idarəetmə  xarakterik 
cəhət olur. Məsələn, Azərbaycan misalında bu belədir. Prezident yalnız 
ağlına  nə  gəlir,  öz  kapriz  və  maraqlarına  uyğun  idarə  edir,  neft 
pullarının səlahiyyətini əlinə keçirmiş və səmərəsiz və boş, ehtiyacı və 
prioritet olmayan, görüntü yaradan fantaziyalarına sərf edir. Ən zəruri 
olan insanın əmək hüququnu, normal insan həyatını təmin etmir. Zəruri 
ehtiyaclar,  elm,  təhsil  texniki  yaradıcılığı  problemləri,  insanların  hər 
birinin  sağlamlığını  qorumaq,  müalicəsi  həll  edilməmiş  qalır.  Məgər 
arzu edən adama dövlətin idarəsində iştirak etməyə icazə verilə bilməz 
ki?  Hansı  ki  bütün  iştirak  edənlər    idarə  nəticələrinə  görə  kollektiv 
məsuliyyəti bölüşərdilər  və belə ağılsız qanunlar və sərəncamlar qəbul 
olunmazdı. Mövcud halda prezident və onun bütün aparatı hökumət və 
aşağıya qədər hakimiyyət ierarxiyası vəzifəliləri xalq qarısında heç bir 
məsuliyyət  daşımırlar.  Qanun,  icra  və  məhkəmə  onu  və  onun 
bürokratiyasını  məsuliyyət  dairəsindən  çıxarmışdır.  Heç  kəs  onları 
məhkəməyə  verə  bilməz,  nə  qanun  var,  nə  bu  işi  qəbul  edəcək 
məhkəmə və yaxud prokuror.  
 
Elitanın idarəsi. 
 Artıq  19  əsrdə  Paretto  və  Moska  elita  nəzəriyyəsini  yaratdılar  və 
ictimai  sistemin  elita  vasitəsilə  idarəsinin  rasional  olduğunu  qeyd 
etdilər  (2,  səh  632).    Elita  əslində  kimdir?  Elita  nadanlar,  savadsızlar 
içərisində bir kiçik qrup təcrübəli, bilikli və zirək adamlardır ki, onlar 
nadanlara  nisbətən  daha  ağıllı  idarə  edə  bilirlər.  Zaman  keçir  və  bu 
nəzəriyyənin də köhnəldiyi görünür. Artıq savadlı və təcrübəli müdrik 
adamların  sayı  həddən  çoxdur,  bu  təqribən  əhalinin    ölkələr  üzrə  5-  
70%  -  nə  qədərdir.  Onların  biri  -  birindən  yaxşı  ideyaları  vardır. 
Onların  daha  şöhrətpərəstləri  partiya  aləti  –  buraya  adi  adamları  da 
həvəsləndirərək  və  ya  sadəcə  aldadaraq,  şəxsi  vədlər  verərək  –  qəbul 

 
85 
edir  və  onun  vasitəsilə    dövlət  strukturlarında  postları  tuturlar.  Bəs 
qalan  ağıllılar  nə  olsun?    Onların  da  axı  öz  talelərini,  gələcəyini 
qurmaq haqda təbii insan hüquqları vardır. Belə sistem onların idarədə 
iştirakını    məhdudlaşdırır.  Qanunlar  onların  təklif  verməyini, 
parlamentdə,  dövlət  idarəsində  müzakirəsini  qadağan  edir.  Əgər  onlar 
təklif  versəydilər  də  bu  baxılmazdı  və  baxılmır,  hətta  baxılsaydı  da 
idarəetmənin mahiyyəti məhz sinfi, partiya mənafeyini güdmək olduğu 
üçün onların təklifi rədd ediləcəkdi və edilir. Demək, indi tətbiq olunan 
belə  idarə  üsulu  səhvdir  və  dəyişilməlidir.    Bu  metod  daha  ağıllıları 
kənara qoyur, daha hiyləgər və yalan danışanlara və pulu çox olanlara-
hansı  ki  yalnız  aldatma,  rüşvət  və  istismarla  qazanılmışdır-  imkanlar 
verir. Bu da yeni rasional idarə sisteminin yaradılmasını zəruri edən bir 
səbəbdir. 
 
 
Demokratiya. 
 Demokratiyanın  hansı  formasını  və    hansı  elementlərdən  olan  
kombinasiyasını  qəbul etməliyik? 
     Birbaşa  demokratiya,  yoxsa  mövcud  idarə  mexanizmini  –
avtokratiyanı  saxlamaqla  ona  aşkarlıq  və  hesabat  vermə  prinsiplərini 
əlavə etmək  yaxşı gələcək üçün kifayətdir
Bu sual da böyük diskussiya mənbəyidir 
      Bəziləri,  məsələn,  Sinqapurun  rəhbəri    Li  kuan  Yew    çox  haqlı 
olaraq  deyir  ki,  demokratiya
 
ümumiyyətlə  zərərlidir,  o  effektiv  idarə 
etməyə  qoymur.   Hindistan Filosofu Sarkar qeyd  edir ki   “pul  və  güc 
istifadə  edilərək  seçgilər  saxtaklaşdırılır,  son  halda    qalib  yenə 
kapitalist  sinif  olur”  (16).  Həqiqətdə  də  bu  belədir.  Demokratiyada 
yalnız  varlı  kapitalist  sinfinin  nümayəndəsi    seçilə  bilər,  çünki 
seçilmək  üçün  çox  pul  lazımdır.  Bəziləri  deyir:    nümayəndəli 
demokratiya  (parlament)  deyil,  müzakirə  demokratiyası  yaxşıdır. 
Bəziləri  deyir,  birbaşa  demokratiya  da  pisdir,  çünki  bu  zaman  kütlə 
ağlı  yalnız öz qarnını güdüb yaxın zaman xeyrini əsas dəyər qəbul edə 
bilər, gələcək və gələcək nəsillər yaddan çıxa bilər. Bu da düz fikirdir. 
Qeyd  edim  ki,  Azərbaycanda  maraqlı  demokratiya  növü  ixtira 
edilmişdir.  Burada  hakimiyyəti  tərifləməklə  və  rüşvətlə  və  ya 
qohumluq  əlaqələrinlə    deputat,  nazir  və  digər  dövlət  vəzifələri  əldə 
edə bilərsən. Sonra isə necə istəyirsən davran, necə istəyirsən vəzifəni 
icra et. Sən artıq prezidentin müdafiə indulgensiyasını almısan. 
       Futoroloq  Dennis  Morqan  öz  emailində  soruşur:  “Demokratiya 
adamları  vəzifələrə    seçmək    üçün  olmalıdırmı,    yoxsa  

 
86 
Switzerlanddakı  kimi 
siyasətləri  seçmək  üçün  olmalıdır?”
.    Bu,  yaxşı 
idarə növü axtarışları üçün çox yaxşı sualdır. 
     Doğrudan  da,  bu  gün  demokratiya  özünü  xalqarın  gözündən 
salmışdır.    Onlar  elə  əksər  ölkələrdə  demokratiya  ilə  əzilir,    istismar 
olunur,  işsiz  edilirlər,  demokratiya  adı  ilə  2003  -2010  illərdə  İraq, 
Əfqanıstan 
bombalanmışdır. 
Demokratiya 
naminə 
Qafqaz 
respublikalarında dıktatura qurulmuşdur. Demokratiya bütün çirkinliyi 
- diktaturanı örtən çadraya çevrilmişdir. 
      Bütün  tarix  ərzində  elm  və  texnikanın  sübutuna  görə,  maddələrin 
quruluşuna  görə,  Mendeleyev  cədvəlinə  görə  hər  konkret    nəticə, 
varlıq,  element    məhz  obyektin  (cəmiyyətin,  canlının,  maşının  və  s.) 
tərkib 
elementlərinin 
quruluş  strukturunun  (kombinasiyasının) 
nəticəsidir. Hələ dövlət haqqında  bizim eradan əvvəl Yunan fiolosofu 
Polibiy  (b.e.ə.210-128  illər)  belə  mülahizəni  söyləmişdi  ki,  “bu  ya 
digər  dövlət    quruluşu  insani  münasibətlərdə  müəyyənedici  rol 
oynayır”(2, 66). Digər bir fikrində Polibiy ictimai quruluşların dəyişmə 
ardıcıllığı  haqda  danışaraq  bir  çevrilmə  momentini  belə  təsvir  edir:  
“Oliqarxlara  qarşı  xalqın  uğurlu  çıxışı  nəticəsində  demokratiya 
qurulur.  Əvvəlki  ilk  nəsil  dövründə  bərabərlik  və  azadlıq  yüksək 
qiymətləndirilir, lakin yavaş - yavaş  rüşvətlə qidalanan kütlə özünə bir 
şöhrətpərəst-demaqoq  seçir  və  özü  dövlət  işindən  kənara  çəkilir- 
demokratiya oxlokratiya ilə əvəzlənir, hansı ki özünü azad xalq idarəsi 
adlandırır”. Bu momentə hər bir xalq  fikir verməlidir.       
      Demokratiyanın  vətəni  sayılan  Yunanıstanda  həmin  dövrün 
filosofları  Sokrat,  Platon,  Aristotel,  Polibiy  demokratiyanın  eyiblərini 
də  görmüş  və  onun  əleyhinə  olmuşlar(2,  36-68).  Onlar  demokratiyanı 
digər  iki  element-çar  və  aristokratiya  ilə  kombinasiyada  yaxşı 
olduğunu söyləmişlər. Eynilə Roma filosofları da Zenon, Çiçeron belə 
qarışıq tipli dövləti ən yaxşı dövlət quruluşu hesab etmişlər. Lakin bu 
gün  yeni  kombinasiyada  həmin  elementlər  belə  yerləşib:  1)  çar  – 
prezident;  aristokratiya  -hökumət,  demokratiya,  yəni  parlament  – 
kapitalist sinfindən olan adamlar , lakin onlar nümayəndə deyil, yalnız 
özlərini təmsil edirlər.Əlavə olaraq məhkəmə hakimiyyəti ayrılmış və 
müstəqillik  verilmişdir.  Əksər  dövlətlərdə  və  bütün  dövlətlərdə  çox 
hallarda    çar-prezident  həm  parlamenti,  həm  hökuməti,  həm 
məhkəməni  öz  əlinə  keçirir  və  monarxa  çevrilir.  Və  yaxud  siyasi 
partiya  bu  işləri  birlikdə  görür,  absolyut  partiya-monarx  hakimiyyəti 
qurur  və  daxildə  cəmiyyəti  öz  ağılsız  qanun  və  qərarları  ilə  əzir, 
istismar  edir,  xaricdə  isə  konfliktləri  qızışdırır,  dünyanı  istismar 
etməyə  çalışır.  Halbuki  cəmiyyət  bunları  istəmir-  o  dinc  və  ədalətlə 
yaşamaq istəyir. 

 
87 
      Demokratiyanın eyibləri o dövrdə  o idi ki, kütlə-içərisində hansı ki 
müxtəlif  bilik  və  əxlaqi  səviyyəsi  və  şəxsi  məqsədləri  olan    adamlar 
iştirak  edirdi-dərindən  düşünmədən,  təhlil  etmədən  “öz  qarınlarına 
görə”  səs  verirdilər.  Burada  müzakirə  imkanları  və  xüsusi  komplekt 
prosedurlar  hələ  yaradılmamışdı-düzdür,  əsassız  söz  deyən  və  fikrini 
sübut  etməyən  cəzalandırılırdı.  Bu  kütlə  idarəetməsi  modeli  idi  və 
effektiv  deyildi.  Ona  görə  də  Aristotel,  Sokrat  demokratiyanı 
pisləyərək, deyirdilər ki, kütlə deyil, ağıllılar idarə etməlidir.  
      Beləliklə,  bu  gün  dünyada  mövcud  olan  demokratiya  nümunələri 
dörd eyibə malikdir: 
 a)  yalnız  kiçik  qrupa  səlahiyyət  verərək  həmin  qrupun  öz  sinfi 
mənafelərini  üstün  təmin  edir,  başqa  vətəndaşları  isə  öz  tale 
məsələlərini həll etməkdən məhrum edir;  
b) bir qrup  ağıllıya imkan verərək  -hansı  ki  müstəsna üstün hüquqlar 
əldə  edərək  məhz  öz  şəxsi  mənafelərini  güdməklə  məşğul  olur,  digər 
daha böyük sayda ağıllıların kənarda qoyulmasına  səbəb olur;  
c) həm siyasi zorakılıq və saxtakarlıqla seçilməyə imkan verir, həm də 
yalnız    orta  səviyyədən  yüksəkdə  olan  yalnız  varlıların  namizəd 
olmasına imkan verir; 
d)  prezident və  ya baş  nazirin  mövqeyinə  uyğun komplektləşdirilmiş 
və obyektivlikdən məhrum edilmiş formal quruma çevrilir. 
      Bu fikirlərdən belə nəticə çıxır ki, bu gün ölkələr üçün bu eyibləri  
ləğv edilmiş yeni  növ demokratiya  modeli yaratmaq və tətbiq etmək 
lazımdır.    Belə  ki,  əvvəl  konkret    ölkədə  hazırda  tətbiq  edilən 
demokratiyanın  hansı  növə  mənsub  olmasını  bilmək  lazımdır.  
Məsələn,  Azərbaycan  üçün  bunu  bilmək  asan  deyil.  Mən  şəxsən  çox 
dərin  araşdıraraq  nə  ölkə  -ümumi  səviyyədə,  nə  şəhər,  rayon,  kənd, 
məhəllə səviyyəsində demokratiya əlamətlərini aşkar edə bilmədim. 
     Bizim  üçün  ən  yaxşı  demokratiya  forması  bütün  ağıllıların 
prosedurlar  və  xüsisi  institutlar  vasitəsilə  iştirak  edəcəyi    və  elmlə 
birləşdirilmiş  birbaşa  demokratiya  ola  bilərdi.    Bu  isə  səs  verməkdən 
ibarət olmayıb, eşitmək və təklif irəli sürüb onu müzakirə etmək, sübut 
etmək və kollektiv razılaşmaqla qəbul etmək demokratiyası formasında 
olmalıdır. 
     Bu  gün  Qərbdən  Azərbaycana  və  Şərqə  gələn  demokratiyanın 
genişləndirilməsi  çağırışları  fonunda  biz  bilməliyik  ki,  hansı 
demokratiya  forması  və  dərəcəsi  xalqımızın  mənafeyinə  daha  çox 
uyğundur.  Demokratiya  nədir?  Hansı  hədlərə  qədər  demokratiyanı 
artırmaq lazımdır?  
Bizə  demokratiya  lazımdır,  yoxsa  qeyri  -məhdud  kollektiv  ağılın 
qanunvericiliyi və idarəetməsi?        

 
88 
       Məlumdur  ki,  indi    demokratiyanın  forma  və  məzmunu  bütün 
dünyada  rasional  deyildir,  məhz  elə  buna  görə  həmin  demokratiya 
insanları  işsiz,  ac,  xəstə  qoyur;  istismarı  və  rüşvəti  qoruyur,  
müharibələrə  və  konfliktlərə  yol  açır;  məmurların  və  dövlət 
rəhbərlərinin  özbaşınalığına  imkan  verir,  təbiəti  korpayır,  təbii 
ehtiyatların  sonuna  gətirir,  təbiəti  viran  qoyur.  Çox  vaxt  demokratiya 
söz-söhbətləri,  demokratik  adlandırılan  konstitusiya  və  qanunlar 
dövlətin  özbaşınalığını  və  məmurların  dövlət  ehtiyatlarından  və 
vətəndaşlardan istifadə edərək şəxsi varlanmasını ört-basdır edir.      
       Demokratiyanın bir növü də son 20 ildə təbliğ edilən müzakirələr 
vasitəsilə  idarədə  iştirak  (delibeative  democracy)  növüdür  ki,  onun 
əsas  nəzəriyyəsini
 
1981  ildə  Alman  filosofu  Jurgen  Habermas 
vermişdir (17 ). Habermasın  hərtərfli anlaşmanın sosial nəzəriyyəsinə 
görə  (comprehensive  social  theory)  özünü  idarə  etmək  istəyən 
adamlar universal moral tələblər çərçivəsində mülahizə söyləyərək 
və  biri-birini  başa  düşərək    ən  rasional-ağıllı  arqumenti  qəbul 
etməyə çalışacaqlar.  
       Mən keçmiş konstruktor olaraq ixtiraların təsviri və təklif edilməsi 
qaydalarındakı  ünsiyyət  modelini  nəzərə  alaraq  və  konstruktor 
metodları  vasitəsilə  kollektiv  qərar  qəbul  etmənin  etik-  rasionallıq 
prinsiplərini,  kriteriyalarını  və  təşkilati  mexanizmini  hazırlamışam 
(18,158-166). Bu növ demokratiyanı həyata keçirmək üçün hazırda heç 
bir problem yoxdur- yalnız dövlət rəhbərinin arzusu lazımdır. 
       Qeyd etməliyəm ki, demokratiya anlayışı bu gün tam antik Yunan  
anlayışından fərqlidir və aldadıcı, həqiqəti maskalayıcıdır. Yaxşı olardı 
ki, biz adı və məzmunu eyni olan bir anlayış seçək. Antik mənasında- 
kütlələrin  (kasıbların,  ortababların)  idarəsi  mənasında  belə 
demokratiya bu gün yaramır, yoxdur  və bu anlayış dövlətin əlində bir 
manupulyasiya,  aldatma  alətinə  çevrilmişdir.  Məsələn,  Azərbaycanda 
dövlət  20  ildir  ki,  demokratiya  uğrunda  şalışır,  lakin  nəticədə 
demokratiya  deyil,  dövlət  məmurunun  öz  şəxsi  istismarçı,  rüşvəxor 
diktaturasını  qurmuşdır.  Prezident  absolyut  monarxa  çevrilmişdir. 
Azad  söz  və  fikirlər;  dövləti,  prezidenti,  idarə  sistemini  tənqid 
qadağandır.  Məsələn,  mənim  belə  məqalələrimi    həm  dövlət,  həm  də 
müxalifət  mətbuatı  nəşr  etməmişdir.  Müxalifət  də  azad  söz  deməyə 
qorxur. 
        Demokratiya sözü əvəzində bütün bəşəriyyətə məsləhət görərdim 
ki, 
kommonizm
futurekratiya, 
naukokratriya, 
sayenskratiya, 
intellektokratiya    adlarından  birini  seçək  və  onun  həyata  keçməsinə 
çalışaq.  Demokratiya  sözünü  muzeyə  verək.  Başqa  sözlə  hansısa  bir 
sosial  qrupun,  monarxın,  aristokratın,  kapitalistin,  alimin,  bankirin 

 
89 
deyil,  ağılla  öz  fikrini  deyə  bilən,  elmi  kriteriyalarla  əsaslandıran 
istənilən adamın kollektiv şəkildə idarədə iştirakını qəbul edək. Ölkəni 
idarə etmək üçün pulun, sosial statusun, var- dövlətin rolunu ləğv edək. 
Ağıllıların  kollektiv  idarəsini  qəbul  edək.  (Daha  geniş,  bax  gələcək 
cəmiyət bölməsinə) 
 
Liberalizm.  
Liberalizm  hər  ictimai  formasiya  -  quldarlıq  feodalizm,  kapitalizm 
başlandıqda  yenidən  ictimai  gündəliyə  daxil  olur  və  yeni  siniflər  və  
zəhmətkeş    insanlar  ilə  idarə  edənlər  arasında  mübahisə  obyekti  olur. 
Yəni  sistemdə  yaranan  güc  toplayan  yeni    oyunçular,  məsələn 
kapitaizmin ilk sinifi  burjuaziya,  kəndlilər və fəhlələr  lazımı  imkanlar 
üçün  azadlıq  istəyirlər.  17  əsr  Niderland  və  İngiltərədə  sənaye 
inqilabından  sonra  kapitalizmin  başlanması  ilə    liberalizm  yenidən 
səhnəyə  gəlir.    Şəxsi  hüquqlar  -siyasi  və  iqtisadi  azadlıqlar  -  istehsal, 
ticarət,  bank,  mülkiyyət  və  insan  hüquqları  azadlıqları  uğrunda 
mübarizə  gedir  və  bunlar  əldə  olunur.  Liberal  konstitusiyalar  yazılır. 
Liberal  ideyalar  əsasında  yaradılan  dövlətlər  ilk  zaman  hamıya  xoş 
görsənir.  Insanlar  düşünürlər  ki,  istənilən  azadlıq  vardır,  artıq  onlar 
hamısı öz əməyi ilə azad işləyib xoşbəxt olacaqlar. Bu gözləntilər hamı 
üçün  özünü  doğrultmur.  Liberalist  nəzəriyyələrlə  qurulan  siyasi 
iqtisadi sistemlər heyvanlar üçün azadlıq mühiti rolunu oynayan meşə 
çəngəlliyi kimi insanlar üçün də analoji olaraq  həmin cəngəllik rolunu 
oynayır.  Liberal  qanunlar  elə  cəngəllik  qanunlarıdır.  Onun  nəticəsi 
bilirik ki, meşədə ən güclülüər zəiflərin hesabına və ya onları yeməklə 
yaşayır.  Eynilə  cəmiyyətdə  də  liberal  qanunlar  nəticəsində  güclülər-
varlılar (az miqdarda) və zəiflər- kasıblar, ortabablar və s. (əksəriyyət) 
meydana  çıxır.  Kapitalizmin  belə  ideologiyasının  mənfi  ədalətsiz 
nəticələrini  bir  çox  mütəfəkkirlər,  habelə  Marks  və  Engels  görür  və 
onu analiz edirlər. Onu bəşəriyyət üçün bədbəxtlik hesab edirlər. 
       Liberal  kapitalizm  fəlsəfəsi  və  onun  müdafiəçilərinin  məqsədi 
nədir?  Onların  məqsədi  xarici  dünyaya  münasibətdə  azad  ticarətlə  və 
transnasional  korporasiyaların  digər  ölkələrdəki  əməyi  istismarı
 
vasitəsilə  yaradılmış  ümumi  məhsulu  pul  formasında  nasos  kimi  öz
 
ölkələrinə  və  kapital  sahiblərinin  hesabına  keçirməkdir.  Bununla  
böyük    kapital  sahibləri  ölkələri  özündən  asılı  edir,  onlara  yaşamaq 
qaydaları  və  davranışları,  şıyasəti    təyin  edir,  nəticədə  dünya 
hakimiyyətini əldə edirlər. Ölkələr bir neçə bossun idarəsi altında olur. 
Ölkə daxilində isə istehsal, ticarət, bank kreditləri almaq sərbəstlyi və 
dövlətin  qarışmaması  sayəsində  kapital  sahibləri  ən  yüksək  həyat 
səviyyəsinə çatır və harınlıq etməyə başlayırlar, əhalinin əksəriyyəti isə 

 
90 
Teylor  metodu  ilə  həmin  sahiblər  üçün  işləyirlər  və  güclə  yaşayırlar. 
Onların  əldə  etdikəri  gəlirlər  ticarət  vasitəsilə  dəllaların,  bankirlərin, 
tacirlərin,  istehsal-  xidmət    mülkiyyətçilərinin  cibinə  toplanır.  Daim 
tacirlər və dəllalar qiymətləri qaldıraraq; bankirlər isə daim saxtakarlıq 
edərək ölkədə inflyasiya və böhranlar, istehsalçılar isə saxta məhsullar 
istehsal  edərək  xəstəlik,  vergi  və  gömrükdən  yayınaraq  dövlət 
büdcəsində kəsir   yaradırlar. Məsələn, 2008-2009-cu il dünya iqtisadi 
böhranında  23  trilyon  dollar  itgi  olmuşdur,  milyonlarla  adam  işsiz 
qalmışdır.  Bu  həmin  miqdar  pulda  maddiləşmiş  zəhmətkeş  əməyinin 
həmin  dələduzlar  tərəfindən  heçə  çixarılmasıdır.  Demək,  liberalizmin 
müəyən  faydası  olsa  da  onun  zərəri  daha  çoxdur.  Buradan  o  nəticə 
çıxır  ki,  dövlət  bütün  sahələri  ağılla  idarə  etməli,  iqtisadiyyatın 
özbaşınalığının  və  hədləri  keçməsinin  qarşısını  almalıdır.  Dövlətin 
iqtisadiyyata qarışmaması ideyası – hansı ki kapitalizm formasiyası bu 
tələblə başlamışdı  - səhv ideyadır. Bu günün optimal ideyası  kollektiv 
ağılla  idarə  olunan:  bazar,  istehsal,  xidmətlər  ,  ictimai  və  fərdi 
ehtiyaclar  olmalıdır.  Liberalizm  əksər  ölkələrdə  yalnız  maska  rolunu 
oynayır,  həmin  ölkələrdə  dövlət  rejimini  müdafiə  edənlər,  hakim 
partiya  üzvləri  və  hakimiyyətin  qohumları,  əsasən  rüşvət  verənlər 
liberal  hüquqlardan  istifadə  edə  bilirlər,  qalan  əhaliyə  bu  imkanlar 
bağlıdır.  Dövlət  özü  də  liberal  hüquqlardan  və  imkanlardan  istifadə 
etmək üçün çoxlu maneələr qoymuşdur. Çünki heç bir dövlət hələ heç 
vaxt  xalq  dövlətinə  çevrilməmişdir,  o  həmişə  sülalərlərin,  xüsusi 
qrupların dövlətidir. Liberalizmin gətirdiyi hakimiyyətlərin bölünməsi 
(  məhkəmə,  parlament  və  prezident)ideyası  da  uydurma  ideyadır, 
reallıqda  dövlətlər  respublika  adlansa  da,  əslində  onlar  konstitusiyalı 
paramentli  absolyut  monarxiyadırlar.  Avropa  və  Amerikada  və  bir 
neçə digər ölkələrdə  monarx- prezidentlər 5 il bu absolyut vəzifəsini 
tuturlarsa,  şərqdə,  məsələn    Azərbaycanda,  Orta  Asiyada  onlar  daimi 
tuturlar  (bu  haqda  onlar  xüsusi  qanunlar  qəbul  edir,  konstitusiyanı 
dəyişirlər).  Ondan  sonra  bütün  ali  məmurları  da  daim  öz  postlarında, 
deputatları  da  öz  yerində  20-30  il  saxlayırlar.  Liberalizm  nəzəriyyəsi 
bu gün özünü ifşa etmişdir. Onun əvəzinə ağılla məhdudlaşdırılmış və 
ictimai  məsləhət  görülən  azadlıq  normaları  haqda  nəzəriyyə 
qoyulmalıdır. Və ona uyğun siyasətin ləğv edildiyi yeni ictimai iqtisadi 
quruluş  yaradılmalıdır.  Doğrudan  da  dünyada  elə  bir  təbii  obyekt 
varmı ki,  konstruktiv hədləri, sərhədləri olmadan mövcud ola bilsin? 
Nə üçün bu insan cəmiyyətində olsun? 
 
Qrupokratiya.  

 
91 
Demokratiyanın  antik  dövrdə  bir  mənası  var  idi-bütün    azad 
vətəndaşların  ,  əsasən  kasıb  kütlənin  (qullar  və  əsirlərı  çıxmaqla)  
ümumi  xalq  idarəsində  və  məhkəməsində  iştirakı.  Sonrakı  dövrlərdə 
isə 1215-ci ildən sonra  demokratiya Avropada  həyata qayıdanda  tam 
deyil  ,  azad  və  kasıb  kütlələrin  deyil,  yalnız    kiçik  qrupların- 
feodalların ,  aristokratların, 17-ci əsrdə burjua inqilabından  sonra isə  
yeni  bir  qrup  burjuaziyanın  idarədə  iştirakı,  yəni  qrupokratiya  kimi  
yenidən  meydana  gəldi.      Bu  gün  qrupokratiyada    həm  burjua  – 
kapitalist  monopoliyalarını,  həm  ənənəvi  hakim  sülalələrin,  həm  cüzi  
miqdarda  azad  vətəndaşlar  (kapitalist,  yaxud  mülkiyyətçi  olmayan) 
təmsil  olunmuşlar.  Belə  ki  bu  konqlomeratı  nə  demokratiya,  nə  
aristokratiya,  nə  kapitalokratiya  yaxud  monikratiya  adlandırmaq 
məntiqi  deyil,  lakin  mahiyyətcə  bütövlükdə  bu  parlament  varlı 
kapitalist sinfinin nümayəndəsi,  aləti və dayağıdır.    
 
Konstitusiyalar. 
       Hələ  2009-cu  ilədək  yer  kürəsində  dövlət  konstitusiyalarının 
klassik  nümunələri  qalır.  Bu  konstitusiyaların  əsas  xarakteri  odur  ki, 
onlar  hakimiyyətin  strukturunu,  parlament  məhkəmə  və  icra 
hakimiyyətlərini  və  onu  tutmaq  üsullarını,  insan  azadlıqlarını  və 
vəzifələrini  və  dövlətin  vəzifələrini    aydın,  bəzən  dumanlı  formada 
göstərir. Lakin  burada idarəni necə həyata keçirmək,  necə idarə etmək 
haqda  bir  göstəriş  yoxdur.  Hüquqi  dillə  ifadə  etsək  konstitusiyalar 
idarə  etmənin  ölkə,  regionlar,  şəhər  və  kəndlər  üzrə  prosedurunu 
normalaşdırmamışdır.  Məsələn,  cari  ehtiyacların,  problemlərin, 
gələcək  zərurətlərin  müəyyən  edilməsi  və  onların  ictimai  mənafeyə 
uyğun  olmasının  yoxlanması,  məsələlərin  həlli  kriteriyalarını  və 
prinsiplərini,  həllərin,  qərarların,  layihəlrin  hazırlanması  cəmiyyətin 
təklif 
vermək 
və 
 
layihələrin 
qərarların 
hazırlanmasında, 
müzakirəsində iştirakı, qərar qəbulu prosesi, məsuliyyət daşıyanlar və 
məsuiyyətin  forma  və  miqdarı,  icrasını  konstitusiyalar  unutmuşdur.  
Sanki  bu  əhəmiyyətsiz  məsələdir.  Mən  deyərdim  ki,  bu  məsələləri 
hakim sinif qəsdən unutmuşdur ki, idarəedən sinfə sui- istifadə etmək, 
özgələri  diskriminasiya  etmək,  ehtiyatları  və  imkanları  özünə 
yönəltmək  və  başqalarına  qarşı  ədalətsizlik  etmək  imkanları  versin. 
Maraqlıdır  ki,  keçmiş  filosoflar,  deyəsən,  belə  vacib  məsələnin  həlli 
haqda  ilkin  tələbləri  müəyyən  etməyi  düşünməmişlər.  Digər  tərəfdən 
konstitusiyalar    əksər  dövlətlər  üçün  ancaq  maska  rolunu  oynayır  ki, 
onun  arxasında  vətəndaşların  mənafeyinə  zidd  ,  diskriminativ 
siyasətlər qurulur, qanunlar, sərəncamlar,  instruksiyalar  verilir. Sanki 
bir  idarə  maşını  -  bürokratiyasını  sürmək  üçün  şofer  -  rəhbər  təyin 

 
92 
edilir. Nəticədə həmin idarəni aparan rəhbər – şofer necə istəyir elə də 
sürür. Axı dövlət və cəmiyyət sadəcə avtomobil deyildir ki, onu tək bir 
adam-şofer müəyyən yol ilə sürsün-idarə etsin.  Yol – şofer modelində 
şofer əyri və maneəli yolda düz və ya səhv seçdiyi sürətin, istiqamətin 
nəticəsini  tez  görür  və  səhvini  düzəldir.  Lakin  cəmiyyəti  və  ya 
təşkilatı, kompaniyanı idarə edəndə burada hansı yol ilə sürmək, hara 
sürmək məsələsi meydana çıxır ki, bunu da müəyyən etmək adi adam 
üçün  xeyli  çətindir  və  buna  böyük  ağıl  və  müdriklik  tələb  olunur, 
burada  seçimlərin  nəticəsi  tez  görünmür  və  menecer  buna  görə  düz 
nizamlaya bilmir. Böyük ağıl və müdriklik isə tək adamda ola bilməz, 
tək  adam  şəxsi  kapriz  və  baxışlara,  meyllərə,  şəxsi  mənafesini  birinci 
olaraq  güdmək  xasəsinə  malikdir  ki,  bu  da  cəmiyyət,  dövlət  üçün 
fəlakətli  ola  bilər,  hansi  ki  bu  günkü  realliq  bunu  hər  gün  sübut  edir. 
Yalnız  kollektiv  düşüncə  və  daha  yaxşısı,  məhz  intellektualların 
kollektiv düşüncəsi böyük ağıla və müdrikliyə qabildir. Digər tərəfdən 
elə şoferlər nə qədər təcrübəsi olsa da qəza törədir. Şoferin məqsədi  - 
yük  və  sərnişinləri  salamat  mənzil  başına  çatdırmaq  -aydın  və 
qətidirsə, ictimai rəhbərin ictimai məqsədi qeyri - dəqiq və aydın deyil, 
belə ki bu məqsədlərini o yalnız reklam üçün deyir. Onun əsil məqsədi 
müxalifləri aradan götürmək və ya səsini kəsmək, vəzifədən daha çox 
maddi  xeyir  almaq,  hakimiyyətdə  çox  qalmaq  üçün  yeni  yalanlar  və 
məqsədlər uydurmaq, idarə görüntüsü yaratmaq,  bütün əhalini və ölkə 
gəlirini  öz  uydurma  ideyalarına  qurban  verməkdir.    O  daim  yeni 
ideyalar  uydurmalı  və  cəmiyyəti  də  inandırmalıdır  ki,  cəmiyyət  onun 
bir  iş  gördüyünə  inansın  və  onunla  maraqlanmasın,  tənqid  etməsin. 
Məsələn,  Buş  antiterror  əməliyyatı,  İraq  və  Əfqanıstana  hücum  kimi 
ideyalar uydurub Amerikan xalqının başını qatdı və onun milyardlarla 
pulunu  və  minlərlə  əsgərini  öz  ağılsız  ideyasına  qurban  verdi- 
hakimiyyətdə qalmaq üçün. Napoleon və Böyük İsgəndər yeni ərazidə 
yaşayn xalqlara mədəniyyət gətirəcəyini elan etmişdi. Qorbaçov 2000 
ildə hər ailəyə bir mənzil verməyi vəd vermişdi. Kommunistlər 1980-
ildə  kommunizm  quracaqlarını  elan  etmişdilər.  H.  Əliyev  neft 
kontraktları  vasitəsilə  pul  toplayaraq  və  güclənərək  işğal  altındakı 
torpaqları  azad  edəcəyini  elan  etmişdi.  Bu  miflərin  heç  biri  yerinə 
yetmədi,  çünki  onlar  xalqı  aldatmaq,  başını  qatmaq    üçün  deyilmişdi. 
Bu  mülahizələrdən  belə  nəticə  çıxır  ki,  idarəetməni  bir  adamın 
səlahiyyətinə  vermək  olmaz.  Yəni  bütün  dünyada  təkbaşına  hakimlik 
edən  prezident,  kral,  baş  nazir,  nazir,  icra  başçıları,  qubernator,  mer  
vəzifələri ləğv edilməlidir. 
       Baxmayaraq  ki,  korporasiyalar  yaxşı  idarə  metodları  və 
komandaları  yarada  bildiyi  halda  dövlət  idarəetməsi  çox  geridə  

 
93 
qalmışdır. Bəzi  fikirlərə  görə bu  gün dünyada  ən pis  idarəetmə məhz 
dövlətə  məxsus  idarə  və  müəsisələrdədir.  Məsələn,  mənim  gördüyüm 
Azərbaycanda  bütün  dövlət  idarələri  sanki  öz  funksiyalarını  icra 
etməyə qabil deyillər. Maraqlıdır ki, belə olduğunu bilə - bilə cəmiyyət 
nə  üçün  yenə  də  dövlət  prezidentini,  parlamenti  “seçir”,  o  isə 
cəmiyyətin  ehtiyaclarına  uyğun  idarə  (iqtisadi,  sosial,  təhsil,  səhiyyə, 
mədəniyyət) verə bilmir. Məsələnin mahiyyəti odur ki məhz seçmir, ali 
hakimiyyət  özü  seçki  oyunu  ilə  istədiyi  yaltağı  və  mənəviyyatı 
unutmuş adamı deputat yaxud bələdiyyə üzvü edir. Gözə kül üfürmək 
üçün bir neçə də digər partiyalardan ağzı bağlı nümayəndə daxil edir. 
Şikəstlik,  yarımçıqlıq,  qabiliyyətsizlik,  rüşvətxorluq,  korrupsiya, 
ikiüzlülük əksər dövlət idarələrinin xarakteridir. Dövlət idarəetməsinin  
yarıtmaz  və  səmərəli  olmamasının  səbəbləri  vardır.  Bu  səbəblərini 
tapıb  düzəltməklə  dövlət  idarəetməsini  korporativ  idarədən  də  yaxşı 
etmək olar. Yəqin ki, burada 1) əsas səbəb odur ki, cəmiyyətin dövlətə 
və  onun  orqanlarına  təsir  etmək,  nəzarət  etmək  mexanizmi,  aləti 
yoxdur; 2) dövlətdə qərar qəbulu çox uzun bir bürokratik prosesdir; 3) 
dövlət idarəsində qərarın keyfiyyətinə və səhvlərə məsuliyyət  yoxdur; 
4) məmurun necə işləməsi – necə qərar verməsi tamamilə onun  özünə 
həvalə edilmişdir; 5) kollektiv idarə, müzakirələr tətbiq edilmir. 
        Hesab  edirəm  ki,  ən  böyük  məsələ  məhz  ölkəni  və  regionları, 
kənd  və  şəhərləri  necə  və  hansı  üsulla  idarə  etmək    məsələsidir.  
Lazımdır  ki,  ənənəvi  konstitusiyalar  yenilərinə  dəyişdirlsin.  Yeni 
konstitusiyalarda  daha  ətraflı  və  aydın  ölkənin  region  və  şəhərlərin, 
kəndlərin  idarə  edilməsi  üçün  strategiyaların  necə  müəyyən  edilməsi, 
kollektiv  qərar  qəbulunun  necə  həyata  keçirilməsi,  qərar  qəbulu 
prosedur və kriteriyaları dəqiq və əməl edilməsi yoxlana bilən formada 
verilsin.  Burada  gələcəyin  tam  nəzərə  alınması,  elmin,  yəni  elmi 
intellektualların,  elmi  biliklərin  məhdudiyyət  qoyulmadan  zəruri 
iştirakı  aydın  göstərilməlidir.    Bu  gün  qlobal  və  yerli  problemlərin 
səbəbi 
məhz 
ölkə 
konstitusiyalarında 
idarə 
prinsiplərinin, 
strategiyalarının  hazırlanmasının,  qərar  qəbulu  prosedur  və 
kriteriyalarının  göstərilməməsidir.  Habelə  vəzifə  səlahiyyətlərinin  və 
subordinasiyasının göstərilməsidir. 
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin