Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə146/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   140   141   142   143   144   145   146   147   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

785 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Mədəni məqsəd: ölkənin rəqabət qabiliyyətini artırmaq üçün beynəlxalq səviyyədə intellektual və 

mədəni mübadiləni stimullaşdırmaq. 

Özünün yeni xüsusiyyətləri ilə  fərqlənən beynəlxalq münasibətlər sistemində ictimai 

diplomatiyanı həyata keçirən qeyri-hökumət aktorları aşağıdakılardır 

[6, səh. 36]

- strateji araşdırma mərkəzləri; 



- siyasi partiyalar; 

- təhsil müəssisələri; 

- nüfuzlu şəxslər; 

- ticarət assosiasiyaları; 

- həmkarlar ittifaqları; 

- kütləvi informasiya vasitələri və s.  

İctimai diplomatiyanı həyata keçirmək üçün bir sıra vasitələr vardır: başqalarını dinləmə, dialoq, 

mədəni diplomatiya (“mədəni” dedikdə incəsənət, elm və  təhsil, idman nəzərdə tutulur), mübadilə 

proqramları, internet, şəxsi  əlaqələr (məsələn, müxtəlif ölkələri təmsil edən alimlər, incəsənət 

xadimləri arasında) və s 

[6, səh. 36]

.  İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf 

etdiyi müasir dövrdə ictimai diplomatiyanın vasitələri qismində  mətbuat, radio, televiziya kimi 

vasitələrlə yanaşı, sosial şəbəklər və internet saytları da çıxış edir 

[4, səh. 133]

. Bütün bunlar “yumşaq 

güc”ün elementləridir. Cozef Nay “yumşaq güc” (Soft Power) anlayışını 1990-cı ildə elmi ədəbiyyata 

daxil edib. O, “yumşaq güc” dedikdə, dövlətlərin öz geosiyasi təsirini hərbi və iqtisadi gücə görə deyil, 

mədəniyyətə, siyasi ideala və proqramlara görə təmin etməyə çalışdığını nəzərdə tutur. Onun fikrincə

“sərt güc” məcburetməyə  əsaslanırsa, “yumşaq güc” könüllü iştirakı  nəzərdə tutur. Ancaq “könüllü 

iştirak”da da son məqsəd lider dövlətin mədəni meyarlarını  qəbul etməkdən ibarətdir. Bu mənada 

söhbət məcburiyyətin növünün dəyişməsindən gedə bilər 

[7, səh. 37]

İctimai diplomatiyanın səciyyəvi xüsusiyyətlərini nəzərə alaraq SWOT analizi (Strengths - Güclü 



tərəflər, Weaknesses – Zəif tərəflər, Opportunities - İmkanlar, Threats – Təhdidlər) apara bilərik.  

Güclü tərəfləri: 

  Sərt güclə müqayisədə daha az maliyyə vəsaiti tələb etməsi; 

  Münaqişələrin sülh yolu ilə həllinə üstünlük verməsi; 

  Dövlət rəsmiləri ilə xalq arasında ünsiyyəti təmin etməsi. 

Zəif tərəfləri: 

  Münaqişələrin həllində tam effektiv vasitə ola bilməsəsi; 

  Xarici siyasətin bütün aspektlərini  əhatə edə bilməməsi, bəzi məsələlərlə bağlı diplomatik 

görüşlər gizli qalmalı olduğundan ənənəvi diplomatiyaya üstünlük verilməsi. 

Yaratdığı imkanlar: 

  Diplomatik nümayəndəlikləri sayca çox olmayan ölkələr üçün ikitərəfli  əlaqələrin inkişafını 

təmin etməsi; 

  İnkişafın və təhlükəsizliyin təmin olunmasına töhfə verməsi. 

Yaratdığı təhdidlər: 

  Kütləvi informasiya vasitələrinin ölkənin mənfi imicinin formalaşdırılmasına yönəlmiş 

fəaliyyətlərinin hökumətin nəzarəti xaricində olması; 

  Vətəndaşların ölkənin diplomatik fəaliyyətində daha çox iştirak etmək gözləntisinin ortaya 

çıxması. 

İctimai diplomatiya xarici siyasətə xidmət etdiyindən o, xarici ölkələrin cəmiyyətləri və onlara 

təsir etmək imkanları haqqında bilik və təcrübə tələb edir. Hər bir ölkənin bu prosesə rəhbərlik edəcək, 

ölkənin siyasətini və  mədəniyyətini başqa cəmiyyətlərə çatdıracaq  şəxslərə ehtiyacı vardır. Bunun 

üçün ictimai diplomatiya ilə  məşğul olan müvafiq dövlət orqanı yaradılmalıdır. Belə orqanlar bəzi 

ölkələrdə XX əsrdən formalaşdırılmışdı. Ronald Reyqanın prezidentliyi dövründə ABŞ-da yaradılan 

İctimai Diplomatiya Bürosu və Toni Bler hökuməti dövründə Böyük Britaniyada qurulan İctimai 

Diplomatiya Strategiyası Şurası buna nümunə ola bilər 

[3]


İctimai diplomatiyanın yaratdığı imkanlardan xüsusilə kiçik və az inkişaf etmiş ölkələr faydalana 

bilərlər. Bu ölkələr xarici siyasətlərində ictimai diplomatiyaya daha çox diqqət yetirməli, ictimai 

diplomatiya sahəsində tədqiqatlar aparılmasını dəstəkləməli, bu tədqiqatların nəticələrinə uyğun olaraq 

ictimai diplomatiya strategiyalarını müəyyənləşdirməli və bu strategiyaların həyata keçirilməsi üçün 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

786 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

orqanlar yaratmalıdırlar. Çünki bu cür orqanlar müxtəlif ölkələrdə nümayəndəlik açmaqdan daha az 

vəsait tələb etməklə yanaşı, ölkənin beynəlxalq arenada təbliğ olunmasının doğurduğu üstünlüklər vəd 

edir.  


Son dövrlərdə Azərbaycanın uğurla həyata keçirilən xarici siyasətində ictimai diplomatiya 

elementlərinə daha çox rast gəlinir. Ölkəmizin beynəlxalq aləmdə qazandığı diplomatik uğurlar 

xaricdə ölkə haqqında formalaşdırılmış müsbət imicin nəticəsidir.  Əvvəlki illərdə Azərbaycan 

Respublikası Xarici İşlər Nazirliyinin mətbuat buraxılışlarında ictimai diplomatiyaya toxunulmadığı 

halda, 2014-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunur: “İl ərzində ictimai diplomatiya 

sahəsində fəaliyyət davam etdirilərək, ölkəmizin daxili və xarici siyasəti, Ermənistanın ölkəmizə qarşı 

təcavüz və  işğalı  və onun nəticələri, Xocalı soyqırımı,  Azərbaycanın tarixi, mədəniyyəti və müasir 

dövrdə sosial-iqtisadi inkişafı haqqında məlumatın dünya ictimaiyyətinə çatdırılması təmin edilib”

 [8]



Bununla yanaşı, yuxarıda qeyd olunan təkliflər Azərbaycanın ictimai diplomatiya sahəsində 



fəaliyyətinin daha ardıcıl və qətiyyətli olmasına yardımçı ola bilər.  

 

 

TURKEY AND THE SOUTH CAUCASUS 

 

Maia MANCHKHASHVILI 

Tbilisi State University                        



Maia.manchkhashvili@tsu.ge GEORGIA 

 

The region of the south Caucasus takes an important place in the foreign politics of Turkey at the 



end of the 20

th

 century. This region becomes one of the interesting links not only for Turkey but also 



for the common world safety. Turkey starts an active policy in this region after acknowledging the 

independence of the former Soviet Republics. 

During the Cold War Turkish political elite cannot have an independent foreign policy not only 

toward the southern Caucasus but in general. Turkey has to fill the leading countries of the USA and 

Europe`s collar. Turkey had a significant role for the Western countries in this period. They cannot 

actualize their quite ambitious purposes without aid of Turkey. It can be said that of its own accord or 

not Turkey did its own homespun bit in the separation of the Soviet Union  

Turkey starts the independent foreign policy in the process of establishing new world political 

order at the end of the 90s. The purpose of Turkey was to take the position of the regional leader that it 

particularly contrived to do so.  

Standing aback from the common European political arena, Turkey Republic tries to take the 

leading position within its neighboring regions of the southern Caucasus, the Near East and the middle 

Asia.  

The Southern Caucasus politics of Turkey is characterized by many successful and also 



unsuccessful steps. Considering the example of Georgia and Azerbaijan, it can be said that the case of 

strategic partnership is evident, that cannot be said about our relationship with Armenia.  

 

 

RADİKAL KÖTÜLÜK 



 

Aysel İSAZADE 

Hacettepe Üniversitesi 



siyasi.lady@gmail.com 

AZƏRBAYCAN 

 

Geçtiğimiz yüzyıla tanıklık eden birçok insan, kötülüklerin tarihte daha önce kayda geçmiş olan 



her  şeyi aşmış olduğunu düşünmektedir. Bugünde yaşanılan uç olaylardan, soykırımlar, katliamlar, 

işkence, terörist saldırılar, her türlü fiziksel ve ruhsal yaşanılan acı veren nedensiz cezalar kötülük diye 

tanımlanmaktadır.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

787 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İnsanoğlunun dünyadaki tarihi, dini, siyasi ve etnik nedenlerden dolayı meydana gelen 

katliamlarla doludur. Savaşlar yüzünden milyonlarca insan ölmüştür. Savaş kötü olduğu kadar,  

insanoğlunun vahşeti de bir o kadar iğrençliklerle doludur. Özellikle, ölüm kamplarıyla ilgili 

anlatılanlar sıra dışı ve dehşet verici olgulara dayanmaktadır.  

Kötülük tanımında üç ayrı kötülükten söz edilmektedir. Ahlaki, fiziksel ve metafiziksel kötülük. 

Metafiziksel kötülük diğer kötülük temellerini oluşturmaktadır.    

Fiziksel kötülük evrende doğal olarak gelişen, hastalık yapan bakteriler, kuraklıklar, kasırgalar, 

kıtlıklar, açlıklar, depremler, fırtınalar, hastalıklar ve başka insandan bağımsız olarak kendiliğinden 

gelişen kötülüklerdir. Bu kötülüklerin İyi Tanrının kötü insanları cezalandırması ve ya kaçınılmaz 

olarak gerçekleşen doğal olaylar olarak değerlendirilmektedir. Diğer bir ifade ise; ızdırap çekme, 

başkalarının iyiliğine katkıda bulunmak içindir. Bu birazda Hıristiyan teslis inancıyla bağlantılıdır. 

İslam ve Yahudilik bu   inancı reddeder.  

Ahlaki kötülük ise, cinayet, işkence, katliam, soykırım yani bilinçli yapılan eylemin sonucu olan 

kötülüktür. 

Radikal kötü fikrinin kökleri en azından Kant’a kadar geri götürülebilse de, bu fikrin 

günümüzdeki versiyonu sistematik olarak tek bir örnek “özne” üzerine temellendirilebilir. 

Son yüzyılda dünya, iki dünya savaşına, sağ ve sol totalitarizme, Hitlerizme, Staliznizme, 

Hiroşimaya, Bosna ve Hocalı  soykırımlarına tanık olmuştur. Bir yüzyıl  barbar insanların yaptıkları 

ile kabusa dönmüştür. 

Filozoflar ve siyaset kuramcıları adaletsizlik, insan hakları ihlalleri, neyin ahlaka aykırı ve etik 

dışı olduğu hakkında konuşurken, kötülükten bahsederken olduklarından çok daha rahattırlar. 

Teologlar ve din felsefecileri “kötülük sorunu” hakkında konuşurken, kötülüğün görünümünü her şeyi 

bilen, her şeye gücü yeten, iyiliksever bir Tanrı’ya inançla bağdaştırılacağı sorunu ortaya çıkıyor. Bu 

söylem bile uzmanlaşmış ve profesyonelleşmiş olup, sıradan insanların yaşanmış deneyimlerinden 

uzaktır. 

“Rasionalist akımın kurucusu olan Maturidi, bu konuyu insanın doğası, fıtratı gibi özelliklerinin 

ele alınmış olması ve Tanrı’nın insana bu özelliklerini vermesi sebebinin ise onu denemek için 

olduğunu belirtmiştir. Bu yüzden düşünüyordu ki, Tanrının insan yaratılışı zamanı, ona iyiyle kötüyü 

bilme özelliği vermesi,  aslında, insanın imtihan olunmasıdır”. 

Totaliter rejimlerin bıraktığı izler, rejimler yıkılsa dahi izlerini yıllarca kaybettirmemektedir. Bazı 

insanların zihinlerine kazıdıkları sapkın düşünceler canlılığını korumaktadır.  Almanya’daki Nazilerin 

Yahudilere yaptıkları kötülükler, bugünde kafatasçı  ırkçı söylemlerle vahşetle devam ediyor 

Solingen’de yaşanan facia bunun açık bir örneğidir.   

Kant 20. yüzyılda yaşanan dehşet olaylar hakkında öngörüsü olmasa da, dünyada ahlak felsefesini 

dönüştürmüş olan bir filozoftur. Kant’ın ahlak ve radikal kötülük hakkında düşünceleri, kötülük 

hakkındaki düşüncelerin yönlendirilmesinde yardımcı olmuştur.  

Radikal kötülüğün 20. yüzyılda bize tanımını yapan Arent’tır.  O, Almanların Yahudilere karşı 

yapmış olduğu katliamların canlı tanığıydı. Arent, 20. yüzyılda meydana gelen kötülüğün, yeni 

korkutucu boyutunu tanımlamaktadır.    

Günlük hayatlarını yasalara bağlı normal bir vatandaş olarak  yaşayan hatta  iyi bir eş,  iyi bir 

baba, iyi bir kardeş olan bu insanların canavarca hislerle büyük kötülüklerin altına imza atmış olmaları 

ürkütücüdür. Üstelik bu insanlar yaptıkları eylemlerden dolayı vicdani bir rahatsızlık da 

duymamışlardır. Sürü psikolojisiyle hareket eden bu insanlar muhakeme yeteneklerini yitirmişler, 

sadece gösterilenleri görmüşlerledir.    

“Her ne kadar bu insanlar böylesi faaliyetlerin alışıldık olmadığı bir toplumda yaşadıkları sürece 

suç işlemeyi asla hayal etmemiş olsalar da, tüm insan kategorilerine karşın apaçık suçlarına standart 

davranış olduğu bir sisteme kolayca uyum sağladılar”.  

“İyi ve kötü diyalektik olarak birbirleriyle ilintilidir. Kötü olmadan iyi, iyi olmadan da kötü 

olmaz. İyilik bilinci olmadan, “kötülüğün kendisi sadece bir hiçliktir”; fakat kötülük bilinci olmadan, 

iyilik de boş bir hiçlik olur. İyiyle kötünün diyalektik karşıtlığı olmadığında, hiçbir keder olmaz. Ve 

bu keder deneyimi olmadığında, insanlar yalnızca hayvan olurlar. Ruh asla doğmaz. Ruh, bütün 

yaraları  hiçbir  iz  bırakmadan iyileştirebilir, fakat kötülük ruhun gerçeğe dönüştürülmesinde zorunlu 

bir aşamadır”.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

788 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Badiou’ya göre;  Kötü ancak İyi’yle yaşanan karşılaşma sayesinde mümkündür. Kötü olmadan 

iyinin idrakine varılamaz. Evren zıtlıklar üzerine var olmuştur. Gece-gündüz, güzel-çirkin, iyi kötü 

gibi. Bunlar birbirlerinin tamamlayıcısıdırlar. Birinin varlığı olmadan diğerini anlamak mümkün 

değildir. Kötülüğün kendisi sadece bir hiçliktir. İyilik de kötülük olmadan bir hiçliktir. İkisi birbirinin 

antitezidir. 

İyilik ya da kötülük özgür bir insanın seçimidir. Doğal eğilimler tarafından belirlenen edimler iyi 

ya da kötülükten sorumlu olmayı mümkün kılmaktadır. ”İnsanlık doğası itibariyle iyi midir, yoksa 

kötü mü? Sorusuna Hegel; 

“İnsanlığın doğası itibariyle sadece iyi mi, yoksa sadece kötümü olduğunu sormak yanlıştır. Bu, 

soruyu sormanın yanlış bir yoludur. Aynı şekilde, insanlığın eşit derecede hem iyi hem kötü olduğunu 

söylemek yüzeyseldir". 

“İnsan hakları kötülük görmeme hakları demek. İnsanın hayatının (cinayet ve idam dehşeti), 

bedenin (işkence, zulüm ve açık vahşeti) ya da kültürel kimliğinin (kadınların, azınlıklara vs. 

aşağılanması,  taciz edilmesi yada kötü, muamele görmemesi haklarına işaret eder".  

Kötülüğü o kadar ayırt edici olan ve radikal kılan nedir? Sadece Yahudilerin değil Yahudi 

olmayanların da aşağılanması  işgence edilmesi ve sistematik olarak öldürülmesinin yanı  sıra 

diktatörlerin insanları yaratan Tanrı’ya karşı kibri ve büyüklük tutkusudur.   

Sadizmle uzaktan ve yakından bağı olmayan sıradan insanların,  ırkçı ideolojilerle  kendinden 

olmayanı hiçe sayması gönül rahatlığıyla öldürmesi dünyayı giderek daha tehlikeli hale getirmiştir. 

Geçmişte SS formasını giyerek canavarlaşan insanların benzerleri bugünde mevcut olmaktadır. O 

üniformayı giyebilecek ve toplumsal vahşete imza atacak olanların sayıları sessice artmaktadır. Suriye, 

Irak’da bunun örnekleri yaşanmaktadır. IŞID bugün Suriye ve Irak coğrafyasını açık ölüm kampına 

çevirerek din adına radikal kötülük diye tanımlanacak bir vahşete imza atmaktadır.   

“Eski çağların karanlık insan haklarının sürekli vurgulandığı, totaliter rejimlerin kaybolmuş 

olduğu bir zamanda kötülükleri ile geri gelmiştir". Bu cümlenin arka planında kalan ise uçuş mesafesi, 

yani bilimsel ilerlemeler ne kadar büyük gelişmeler göstermiş olsa da kötülük adına var olan gerçekler 

değişme göstermemiştir. Tarih bir şekilde insanların önüne yeniden kötülük sorununu bırakmıştır.  

Eski Yugoslavya’da Bosna halkına, yine yakın bir tarihte Hocalı’da insanlara yaşatılan kötülükler 

gibi. Kötülüğün gücü ve insanın kötülük yapmaya yatkınlığı hafife alınmamalıdır. Kötülük ortadan 

kalkmayacak daima iyiye karşı tezatlık oluşturacaktır.   

 

 



 

RUSİYANIN  SURİYA SİYASƏTİ 

 

Tərlan ORUCOVA 

Azərbaycan Dövlət İqtisad Universiteti 

terlan.isgenderova@mail.ru 

AZƏRBAYCAN 

 

Suriya böhranı bizə Soyuq müharibənin  əslində  hələ tam olaraq bitmədiyini göstərdi. ABŞ  və 



Rusiya arasındakı çəkişmə SSRİ-nin dağılmasından sonra son iki ildəki qədər artmamışdı. Gərginlik 

iki ölkənin də Soyuq müharibə sonrası taktikadan istifadə etməsinə səbəb oldu. Örtülü müharibələr də 

bunlardan biridir.  Ukrayna və Suriyada iki dövlət örtülü olaraq qarşı-qarşıya gəlir. Suriya iki qlobal 

gücün örtülü müharibələrində ilk deyil. Daha öncə Rusiya Şimali Vyetnamı  dəstəkləyərək ABŞ-ın 

məğlub edilərək geri dönməsinə kömək etmişdi. ABŞ da buna  mücahidləri dəstəkləyərək rusları 

Əfqanıstandan çıxarmağa kömək etməklə qarşılıq vermişdi. İndiki vəziyyətdə Yaxın Şərq məsələsinə 

xüsusi həssaslıq nümayiş etdirən ABŞ-ın Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına "göz yumması" 

Rusiyaya qarşı planın bir parçası ola biləcəyini düşündürür. Bunu Rusiyada da düşünənlər var. Belə 

ki,bəzi  rus generalları  Suriyaya daxil olan rus ordusunun "ikinci Əfqanıstan" bataqlığına 

düşməsindən narahat olduqlarını bildirirlər. 

"Ərəb baharı" olaraq adlandırılan müddətdə Rusiyanın izlədiyi "səssiz" siyasət, Tunis, Misir və 

xüsusilə Liviyada rejimlərin devrilməsi və Qərbə yeni nüfuz dairələri yaranmasına birbaşa müdaxilə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

789 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

etməməsi  onun Suriyada da eyni strategiyanı davam etdirəcəyi düşüncəsi yaratmışdı.. Lakin belə 

olmadı. Rusiyanın Suriya siyasətində rolu Bəşər Əsədin dəvəti ilə artdı.  

Suriyaya müdaxilə Rusiyanın  uzun illər sonra öz sərhədlərindən kənarda həyata keçirdiyi ilk 

hərbi  əməliyyatlardır.  Rusiya Şam hakimiyyətinin rəsmi çağırışna cavab olaraq Suriyaya müdaxilə 

etdiyini vurğulayır və belə bir əməliyyat üçün yalnız özünün hüquqi əsası olduğunu irəli sürməklə 

ABŞ və müttəfiqlərinin hərbi varlığının qanunsuz sayıldığına işarə vurur. Rusiya Suriyaya müdaxilə 

etməklə bir sıra məsələlərdə  mənfəət  əldə edib. Bu mənfəətin keçici və ya qalıcı olması isə zaman 

keçdikcə görə biləcəyimiz mübahisəli məsələlərdəndir. Beləliklə, Suriyaya müdaxilə ilə Rusiya bu 

nəticələri əldə etdi; 

1. Beynəlxalq aləm və rus xalqının diqqəti müəyyən qədər Ukraynadan Suriyaya yönəldi. Daxili 

siyasətdə Suriya məsələsi ancaq müharibə uğurlu alınacağı halda gündəm dəyişdirmə yolu ola bilər. 

2. Rusiyanın bundan sonra güc istifadə təhdidlərinin inandırıcılığı artdı. 

3. Rusiya öz hərbi gücünü yüksək səviyyədə nümayiş etdirdi. 

4. Moskvanın Şam üzərindəki təsir gücü İrana nisbətdə artdı. 

5. Rusiyanın Suriyada siyasi vəziyyəti formalaşdırmaqda əsas rola iddiası gücləndi. 

Daha geniş miqyasda baxıldığında, Suriyaya müdaxilə ilə    Rusiya  illərdir həyata keçirməyə 

çalışdığı "hər kəslə  əməkdaşlıq" və "çətin seçimlərdən qaçmaq" siyasətini dəyişdirdi. Faktiki olaraq 

İranın müttəfiqi kimi Suriya müharibəsinə girən Rusiya üçün Sünni güclərlə münasibətləri 

çətinləşəcək. Bu Suriya müharibəsinin öncədən görülməyən nəticələrindən biridir.  

Rusiyanın Suriya hökumətini niyə dəstəklədiyi və Suriya məsələsində niyə bu qədər müqavimət 

göstərdiyini daha dərindən anlamaq üçün Suriyanın Rusiya üçün əhəmiyyətinin nə dərəcədə olduğunu 

araşdırmaq lazımdır. 

  Rusiya ilə Suriya arasında  ən güclü bağ, heç şübhəsiz  Rusiyanın  Şama silah ixracıdır. 

Rusiyanın dünya silah ixracında Suriyanın payı 37%, Suriyanın silah idxalında Rusiyanın payı isə 

71%-dir.  Əsəd rejiminin hakimiyyətdən getməsi ilə Rusiya Suriya üzərində strateji üstünlüyünü, 

regiondakı varlığını və silah bazarı ilə birlikdə Suriya ordusu üzərində nəzarəti də itirmiş olacaq. Silah 

bazarını itirməklə  həm də böyük iqtisadi itkilərə də məruz qalacaq. 

  Rusiyanın Orta Şərqdəki yeganə  hərbi bazası Suriyadadır. Aralıq dənizi sahilində SSRİ 

dönəmindən bəri mövcud olan Tartus hərbi dəniz bazası strateji önəmə sahibdir. Şam rejiminin 

yıxılması Rusiyanın regiondakı yeganə bazasını itirməsinə səbəb olacaq. 

  Rusiyanın Suriya mübarizəsində  ən önəmli səbəblərdən biri Suriya üzərindən Bəsrə 

Körfəzindən Avropaya çəkilməsi planlaşdırılan qaz kəməridir. Bu planın  əsas oyunçusu Qətərin 

məqsədi Avropanın mavi yanacaq bazarlarını  əldə etməkdir. Qətərin Avropaya yönəlməsinin səbəbi 

isə Qətərin əsas təbii qaz idxalçısı ABŞ-ın təbii qaz idxalından vaz keçərək qaya qazından istifadəsi 

oldu. Bu vəziyyətdə Qətərin önündə iki böyük bazar açıldı; ABŞ-ın müttəfiqi Avropa və Çin. Qətər 

Avropanı seçdi və Avropaya ixracı Suriya vasitəsilə etməyi planlaşdırır. Avropa bazarlarını itirmək 

istəməyən Rusiya Suriyadan keçməli olan bu kəmərin reallaşmasının qarşısını almağa çalışır. 

  Rusiyanın regionda iki müttəfiqi var; İran və Suriya. Rusiyanın etirazına rəğmən Suriyaya 

ediləcək xarici müdaxilə  nəticəsində  Əsədin hakimiyyətinə son qoyulması Rusiyanın beynəlxalq 

imicinə zərbə vuracaq. Müttəfiqini qoruya bilməyən Rusiya yaxın bildiyi dövlətlərin inamını itirəcək 

və bu müttəfiqlərin ondan uzaqlaşmasına səbəb olacaqdır. 

  Rusiya  İŞİD-in özünün milli və regional təhlükəsizliyinə birbaşa təhdid olduğuna inanır. 

Əksəriyyəti radikal islamçı çeçenlər olan Rusiya vətəndaşlarının  İŞİD-ə qoşularaq Suriyada 

döyüşdüyü bilinir. Rəsmi hesabatda rusların sayının 2200-ü keçməsi və bu sayın hər keçən gün daha 

da artması xüsusilə  Şimali Qafqaz və Ural-Volqa bölgəsinin stabilliyinin pozulmasına gətirib çıxara 

bilər. Moskva Suriyada iqtidarın radikal İslami qrupların əlinə keçdiyi halda Şimali Qafqazda radikal 

hərəkətlərin təkrar artacağını dolayısı ilə sonrakı hədəfin Rusiya olacağını düşünür.  

Nəticə etibarilə, Rusiyanın Suriyadakı maraqalarına  ən çox cavab verən  Əsəd rejimidir. Əsəd 

rejiminin qərb ilə soyuq münasibətlərə malik olması  nəticəsində Rusiya Suriyada silahdan  tutmuş 

enerjiyə  qədər bir çox sahədə  rəqibi yoxdur. Suriyada Qərb dəstəyini almış iqtidar dəyişikliyi  

Rusiyanın sadaladığımız bütün bu üstünlüklərinin itirməsinə  səbəb olacaq. Lakin Əsədə qarşı 

beynəlxalq duruşun qatılaşacağı halda Moskva beynəlxalq arenada bəzi tələblərə qarşı (məsələn, 

raketdən müdafiə sistemi  və Dünya Ticarət Təşkilatına üzvlük)  Əsədə dəstəkdən imtina edə bilər. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

790 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin