Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə148/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   140   141   142   143   144   145   146   147   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

795 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Artıq bir neçə ildir ki, ABŞ,  İngiltərə,  İspaniya,  İsrail kimi dövlətlər qeyd edilən məsələnin 

önəmini və vacibliyini nəzərə alaraq “internet diplomatiya”sı  və “vətəndaş diplomat”ların 

hazırlanması ilə bağlı strateji dövlət planları hazırlayırlar.  



Məqsəd: Qələmə alınan məqalə günümüz diplomatiyasını, onun reallıqlarını, uğur  əldə etmək 

üçün “vətəndaş diplomat”ların vacibliyini araşdırmaqla yanaşı, Ermənistan – Azərbaycan Dağlıq 

Qarabağ münaqişəsinə tətbiqinin önəmini də nəzərdə tutur. 

Araşdırma metodu: Qələmə alınan araşdırma bir nəzəri araşdırmadır, araşdırma zamanı  

“keyfiyyət araşdırma metodu” (qualitative research method) istifadə edilmişdir. Araşdırma milli və 

xarici ədəbiyyata istinad edilmişdir.  

Nəticə: Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll 

olunması məqsədilə yaradılan ATƏT – in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı narazılıq dəfələrlə 

ölkə rəhbərliyi, həmçinin “Xarici İşlər Nazirliyi” rəsmiləri tərəfindən dəfələrlə qeyd edilmişdir.  

1994 – cü il 12 may tarixində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan 

arasında imzalanan atəşkəs sazişindən keçən 22 il müddət  ərzində  hər hansı bir konkret irəliləyişin 

əldə olunmaması, münaqişənin danışıqlar yolu ilə  həlli məsələsinə yeni bir baxış, yeni bir yanaşma 

tələb edir. Münaqişənin sülh yolu ilə  həlli istiqaməti ilə bağlı diplomatik mübarizəyə ixtisaslaşmış 

“vətəndaş diplomat”lar da qoşulsa, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı  məsələlərdən həm 

xəbərdar olar, həm də Ermənistan tərəfi Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin aktiv 

diplomatik təzyiq qarşısında davam gətirməyib güzəştə getmək məcburiyyətində qalar. “Vətəndaş 

diplomat”ların əsas fəaliyyət məkanı internetdir.  

Sosial medianın effektivliyini nəzərə alaraq, sosial şəbəkələr vasitəsilə “vətəndaş diplomat” lar 

sistemli şəkildə fəaliyyət göstərir. Aristotelin “Politika” əsərində qeyd etdiyi kimi dövlət vətəndaşların 

toplusudur. “Vətəndaş diplomat”ların qazandığı  hər bir fərd özü – özlüyündə diplomatik uğurun bir 

təcəssümüdür.  

 

 



POSTSOVET MƏKANINDA HƏRBİ-SİYASİ İNTEQRASİYA 

PROSESLƏRİ 

 

Zümrüd MƏLİKOVA 

Bakı Slavyan Universiteti 



zumrud2777@rambler.ru

 

AZƏRBAYCAN 



 

Sovet  İttifaqı dağıldıqdan sonra postsovet məkanında təhlükəsizliyin təmini məsələsi kəskin 

olaraq qalxdı. SSRİ-nin süqutundan və vahid müdafiə sistemi dağıldıqdan sonra obyektiv səbəblərdən 

yeni müstəqil dövlətlər, birtərəfli qaydada öz təhlükəsizliyini səmərəli təmin etməyə qabil deyildilər. 

Bu amil postsovet  ölkələrinin Avrointeqrasiya kursu götürməsinə, keçmiş SSRİ  ərazisində  hərbi –

siyasi regionlaşmaya və qütbləşməyə səbəb oldu.  

Keçmiş SSRİ-nin hərbi infrastrukturu (Hava Hücumundan Müdafiə (HHM) və Raket əleyhinə 

müdafiə (RƏM) sistemləri, stasionar radarlar, hərbi limanlar, rabitə sistemi, arsenallar, silah anbarları 

və  təhlükəsizlik sisteminin digər komponentləri) praktiki olaraq 15 yeni müstəqil dövlət arasında 

qeyri-bərabər bölündü. Əvvəl həyata keçirilmiş vahid hərbi-sənaye kompleksi çərçivəsində 

əməkdaşlığın kəsilməsi bu ölkələr üçün ağrılı oldu. SSRİ-nin süqutundan sonra onun nüvə silahları 

yalnız Rusiya Federasiyasının (RF) deyil, eləcə  də Belarus, Qazaxıstan və Ukraynanın  ərazisində 

qalmaqda idi. Bu yeni nüvə dövlətlərinin meydana çıxmasına və beynəlxalq arenada vəziyyətin qeyri-

sabitliyinə  gətirib çıxara bilərdi. Eyni zamanda adi silahlı qüvvələr dövlətlər (keçmiş müttəfiq 

respublikalar) arasında bölüşdürülməli idi. “Şəxsi silahlı qüvvələrin yaradılmasına qanuni hüququn”  

verilməsi MDB üzvlərinin dövlət başçıları  Şurasının 1991-ci il 30 dekabrında Minskdə imzalanmış 

Müqaviləsində təsbit edilmişdi.   

SSRİ dağıldıqdan sonrakı ilk mərhələdə vahid müdafiə  və strateji məkanın qorunub 

saxlanılmasına cəhdlər edildi. SSRİ-nin nüvə mirasının bölünməsi nəticəsində postsovet məkanında 

yeganə nüvə dövləti - Rusiya qaldı. Postsovet məkanında digər nüvə dövlətləri Qazaxıstan və 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

796 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Belarusun maneəsiz və  şərtsiz öncə nüvə silahlarına nəzarət haqda və onun yayılmaması ilə bağlı 

razılığa gəlməsi, sonra isə nüvə silahlarının Rusiyaya aparılmaqla nüvə statusunun Rusiya 

Federasiyasına məxsus olması haqda razılaşmalarına baxmayaraq Ukrayna qərb ölkələri və Rusiyaya 

qarşı çıxaraq nüvəsilahlarının öz ərazisindən çıxarılmasına etiraz etdi. Lakin ABŞ və qərb ölkələrinin 

yaxından iştirakı ilə Ukrayna güzəştə getməyə razılaşdı.  

Müstəqiliyini elan etmiş Baltikyanı ölkələr NATO-ya üzv olmaq arzularını elan etdilər. Qısa 

zaman kəsiyində müəyyənləşdirilmiş göstəriciləri rəhbər tutaraq bu ölkələr islahatlar keçirdilər və  

qərbə inteqrasiya kursunu uğurla davam etdirərək 2004-cü ildə  Şimali Atlantika Müqaviləsi 

Təşkilatına üzv oldular. Digər keçmiş sovet respublikaları NATO-nun 1994-cü ildə qəbul etdiyi Sülh 

naminə  tərəfdaşlıq proqramına (PfP) qoşulmaqla  Şimali Atlantika Alyansı ilə    tərəfdaşlıq 

münasibətləri qurmağa başladılar və bu gün də əməkdaşlığı davam etdirirlər. 

 Türkmənistan müstəqilliyini, sonra isə bitərəfliyini elan edərək heç bir ölkə ilə mübahisəli 

durumda olmadığını,  ərazi iddiası irəli sürmədiyini və heç bir ölkənin ona qarşı  ərazi iddiası 

olmadığını bəyan etdi. Qeyd etmək lazımdır ki, BMT Baş Məclisinin 50/80 saylı 1995-ci il 12 dekabr 

tarixli qətnaməsi ilə Türkmənistanın “daimi neytrallığı” tanınmışdır. Təşkilatın yarım  əsrdən çox 

fəaliyyəti  ərzində bu tip sənəd nadir hesab olunur. Qətnamədə “Türkmənistanın bəyan etdiyi daimi 

neytrallıq statusu BMT tərəfindən tanınır və dəstəklənir” qeyd olunmuşdur. Türkmənistanın neytrallığı 

ölkənin əsas qanunu- Konstitusiyada mühüm yer tutur. Bununla da, Türkmənistan Avrasiyada gedən  

hərbi-siyasi inteqrasiya proseslərində iştirakdan imtina etmiş oldu. 

Postsovet məkanında öz rəhbərliyi altında  NATO-ya alternativ blok yaratmağa səy göstərən RF 

1992-ci ildə keçmiş sovet respublikalarının bir hissəsini Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) 

ətrafında birləşdirməyə nail oldu. Baltikyanı ölkələr istisna olmaqla, əksər keçmış sovet respublikaları 

MDB və KTM-yə qoşulsalar da, bir müddət sonra müstəqil ölkələr milli mənafeləri və ortaya çıxmış 

ziddiyyətlər baxımından (Əsasən isə öz ərazilərində zorla cəlb olunduqları münaqişələrin həlli 

məsələsində Rusiyanın qeyri-ədalətli mövqeyi səbəbindən) birlikləri tərk etməyə  məcbur oldular. 

Lakin Belarus, Ermənistan və Mərkəzi Asiya ölkələri (Türkmənistan istisna təşkil edir) 2002-ci ildə 

yaradılmış KTMT-nin üzvü olmaqla Rusiyanın təsiri və hərbi müdafiə çətirinin altında birləşdilər. RF-

nin 2014-cü il Hərbi doktrinasının müddəalarına görə, bu ölkə KTMT üzrə müttəfiqlərinə  qarşı xarici 

müdaxilə zamanı  həmin ölkələri bütün vasitələrlə, o cümlədən nüvə silahından istifadə etməklə 

müdafiə etməlidir.   

Beləliklə, postsovet ölkələrini vahid hərbi-siyasi məkanda cəmləşdirməyə səy göstərən RF MDB, 

KTMT, daha sonra isə Avrasiya İttifaqı kimi təşkilatlar yaradaraq onların bir hissəsini hegemon 

olduğu birliklərdə birləşdirməyə nail oldu. Lakin postsovet məkanında qütbləşmə sezilməkdədir. 

Baxmayaraq ki, Azərbaycan və Ukrayna bloklara qoşulmamaq hərəkatının üzvləridir, onlar, eləcə də 

Gürcüstan və Moldova Rusiyanın hegemonluğu altında hərbi-siyasi inteqrasiyaya yanaşmırlar. Belə ki, 

bu ölkələr Rusiyanın birbaşa müdaxiləsi (Gürcüstan və Ukrayna) və dolayısı ilə süni şəkildə yaratdığı 

münaqişələrdən (Azərbaycan və Moldova) və zaman-zaman münaqişələri qızışdırmasından  əziyyət 

çəkir.  

Hal-hazırda postsovet məkanı  əvvəlki, yəni SSRİ dövründəki sabit və vahid məkandan kəskin 

fərqlənir. Çünki buradakı dondurulmuş münaqişələr, ziddiyyətli və  gərgin münasibətlər sabit hərbi-

siyasi məkanın yaradılmasının mümkünlyünü heçə endirir. Son olaraq, postsovet məkanında hərbi-

siyasi inteqrasiya prosesləri tam başa çatmamışdır və bu məkanın təhlükəsizlik problemləri (geniş 

spektr təhlükəsizlik məsələləri və yeni təhdidlər), Avropanın, ümumiyyətlə Avrasiyanın təhlükə-

sizliyinə birbaşa təsir göstərir.  

 

 



 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

797 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

NON-MILITARY METHODS OF SOLUTION OF THE  

KARABAKH PROBLEM 

 

Elshan MADJIDOV 

Azerbaijan University of Languages 



madjidov_elshan@mail.ru 

AZƏRBAYCAN 



 

Destructive war and military collisions during more than 22 years, made actual the appeal to not 

non-military methods of the solution of the Karabakh problem. Hence, Azerbaijan have to define the 

objectives and methods of achievement of these objectives in the depending on our real and potential 

opportunities. Despite our defensive development such world tendencies as globalization, rising of 

role of international community and international law reduce efficiency of the policy based only on 

military means.  

Strategy leaning by the soft power firstly have to include rules of conducting successful 

diplomatic negotiations. The Azerbaijani diplomacy must know not only that it have to speak at 

bilateral and multilateral meetings, but also that it shouldn't tell. According to the official version, 20% 

of the territory of Azerbaijan was occupied by Armenia as a result of war. Contrary to official data, the 

amount of occupation in 11,797 sq.km from the general territory of Azerbaijan of 86,6 thousand 

sq.km, the share of occupation makes 13.62% of the territory of the country. But as 13.62% occupied 

territory on the symbolical value is closer to the word "ten" and makes only the seventh part of 

Azerbaijan, the using of exact number won't bring the same productive effect what is reached by the 

number of 20% that already represents the fifth part of all territory of the country.  

Besides a politically correct statement of a share of the occupied territory, it is also necessary to 

pay attention to a strategic statement of number of victims of the Armenian aggression. According to 

official data, in the territory of the country presently 1,200,500 people are in the status of the refugee 

and displaced persons. According to international law from 1,200,500 people as a refugees can be 

considered only 411500 Azerbaijanians. The notable part − 789000 people or over 65% is displaced 

persons. According to the law of Azerbaijan Republic:  «displaced persons it is the persons compelled 

to displace as a result of military aggression, natural and technogenic catastrophes in the territory of 

the Azerbaijan Republic». It should be noticed that this law is conflict with the 1993rd year interstate 

agreement of Azerbaijan with 8 other CIS countries «about the help to refugees and displaced 

persons». Thus the overwhelming part of victims of the Armenian aggression have neither the 

international legal status of the refugee, nor displaced person. Guiding with fact that the considerable 

part of victims of aggression have no international status, the Azerbaijani party isn't recommended to 

split 1,200,500 victims and classify them by different categories. Considering fact that the status of the 

refugee is higher than the status of the displaced person, the Azerbaijani diplomacy should use the 

phrase «displaced person» only after the word «refugee». In that case concentration of attention will 

be generally around of the word «refugee», thereby obscure «displaced persons» − which according to 

international law aren't those.  

The whole world leaders’ and political pundits often repeating the phrase that Azerbaijan and 

Armenia have to make reciprocal concessions arouse indignation at the Azerbaijani party. Such 

paradoxical position of world’s political and intelligent elite firstly connected with linguistic subtleties 

of international languages. For example, a meaning of «conflict» in the Oxford dictionary is given as 

«serious incompatibility between two or large number of opinions, principles or interests», in the 

Cambridge dictionary of the American English the word the «conflict» is given as «disagreement». In 

German meaning is «process of collision (dispute) which is based on different interests of individuals 

and social groups and is founded by different means». In the French Larousse dictionary meaning of 

the «conflict» includes «armed struggle, fight between two or several authorities; the situation 

opposing two types of jurisdiction which both approve to take control of the same object». In all 

above-mentioned variations the word «conflict» means disputable object on which extends the rights 

(more or less) two or more number of actors. For the whole world political and intellectual elite 

Nagorno-Karabakh is object on which possession extends the rights as Azerbaijan, and Armenia. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

798 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Exclusion of the word «conflict» from the Karabakh and the declaration of a problem in all bilateral, 

multilateral and international negotiations as «Occupation of territories of the Azerbaijan Republic by 

armed forces of the Armenian Republic» will positively affect in a foreign policy of Azerbaijan. 

Along with the word «conflict», the phrase "Nagorno-Karabakh" also hold the destructive 

element. It obscures occupation of 7 district areas, concentrating all attention on Nagorno-Karabakh. It 

is expedient to replace the phrase «Nagorno-Karabakh» to «Karabakh» that will embody not only 

uplands but also 7 occupied areas. 

Failing of the solution of Karabakh problem in bilateral and multilateral meetings are explained 

by non-constructive position of the Armenia. Following the theory of games, especially «prisoners 

dilemma», we can conclude that the greatest benefit in a solution both parties would receive from joint 

cooperation. The second for advantage would be the mutual competition. The most irrational step from 

the point of view of the theory of games would be to answer to the competition with cooperation. As 

the Azerbaijani party goes to bilateral and multilateral negotiations with the aim of cooperation, but 

Armenia with the aim to fail it – the zero sum game is resulting with permanent loses of Azerbaijan, 

and permanent victory of Armenia. According to that Armenia isn't interested in cooperation on the 

solution of the Karabakh problem, it is expedient for Azerbaijan also compete and reduce absolute 

benefit of Armenia at negotiations to relative and to change its own absolute loss to relative benefit.  

Taking into account the importance of all described factors, all counsels should be carried out not 

in a separation but in parallel with strengthening of defensive policy and military superiority. Coming 

off purely militaristic doctrine that the enemy must be destroyed, the pragmatic and rational policy 

tries to neutralize one and to turn into allies the other ones, divide them and dominate. 

 

 

SHAPING THE AZERBAIJANI NATIONAL IDENTITY IN POST 



SOVIET AZERBAIJAN 

 

Yaqut MOVSUMOVA 

Qafqaz University                                                                                                         



ybaxseliyeva@qu.edu.az 

AZERBAIJAN 

 

We live in the same time period characterized by the strengthening of nationalism. Despite not 



changing of borders by force principle, state borders are changing in front of our eyes. The right to 

self-determination influences the relations among nations more frequently, despite the various 

integration trends, Development of modern processes in Eurasia resembles the period of the nation-

state building process in Western Europe from the late 18th century to 20th century. At first glance, 

there is a close relationship between these two contradictory phenomena. During the French 

Revolution besides the principles of freedom, the emergence of nationalism as well as the basic 

principle is significant in this regard.  The same event took place during the anti-communist revolution 

in the late 80's and in the early 90s. Georgian expert Gia Nodia, in her interesting article of 

"Nationalism and Democracy" (1992) claims: "democracy without nationalism would not be possible 

and realistic, in the same way that there cannot be democracy without nationalism". 

Azerbaijan Republic is one of the countries at the center of these developments.  In the one hand

this country is in the nation state-building process; on the other hand, it enjoys the process of 

democratization. In order to understand the processes leading to the Republic of Azerbaijan one 

should know the level of nationalization and the problems that it faces. The most direct route of that 

passes through the clarification of the complex issue of national identity in Azerbaijan, which is rare in 

other countries of the world. 

The founding of Azerbaijan is connected to the collapse of the Soviet Union, which was the one 

of the most important historic events happened in the twentieth century. This event gave birth to 

fifteen independent states among one of which was Azerbaijan that declared its independency in 

August 30, 1991. Indeed, during all of its years, the Soviet rule outlined an Azerbaijani national 

identity, by means of setting borders and the use of the Azerbaijani language as the official language 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

799 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

of the Azerbaijan SSR, alongside Russian, but this identity was to serve, primarily, the interests of the 

Soviet Union. (Hirsch, 2005) Azerbaijani nationalism was unwillingly tied up to the service of soviet 

ideology after the control of Red Army in Azerbaijan. Central leadership of the Soviet Union objected 

to any attempt to construct a separate, independent national identity. Alongside the national idea and 

nurturing national consciousness, Azerbaijani identity shapers built the collective memory. The 

historical events and heroes who were the pioneers in integration of Azerbaijani nation were 

identified. 

 The main objective of this thesis is to examine what manner the Azerbaijani national identity is 

continuedafter the dismantling of the Soviet Union.Research in this thesis focuses on the historical 

aspects of formation of Azerbaijani national identity, the periods it went through, and the way it has 

been continuing since the declaration of independence in 1991. This historic analysis is first and 

foremost meant to give a broad as possible picture, as much as possible, on the way in which an 

Azerbaijani people is exposed to a system of concepts, symbols and ideas developed by the 

Azerbaijani government, in order to strengthen and shape Azerbaijani national identity. In the course 

of writing this thesis, some historical books and articles written by foreign authors abroad were 

investigated.  

This thesis is consisted of Introduction, the brief clarification of theory of nationalism and nation, 

ethnic and civic nationalism, modern and primordial approaches to nationalism, Chapter I- Historical 

aspects of Azerbaijani national identity with the sub queries of 1) The historical aspects of Azerbaijani 

national identity including the periods of the end of the 19th century, the period of independency 

(1918-1920), and the Soviet period, 2) National identity in the first years of Independency (1991-95), 

Chapter II- Haydar Aliyev and Azerbaijanism, and Conclusion. 

 

 



ŞƏRQİ AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN 

OLUNMASINDA AZƏRBAYCANIN ROLU 

 

Samirə İMANOVA                                                                                   

Azərbaycan Dillər Universiteti                                                                                               



Imanovas@bk.ru                                                                                                          

AZƏRBAYCAN 

 

Müasir dövrdə enerji təhlükəsizliyi  Şərqi Avropa dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir. 



Hələ 2006-cı ilin noyabr ayında Azərbaycan Avropa İttifaqı ilə Brüsseldə strateji enerji tərəfdaşlığı 

haqqında memorandum imzalamışdı. Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

bildirdirmişdi ki, Azərbaycan Xəzər dənizi regionundan Avropa bazarlarına ilk neft və qaz ixrac edən 

ölkə olacaq.  

Bu istiqamətdə  Şərqi Avropa ölkələri ilə Azərbaycan arasında beynəlxalq və regional enerji 

layihələri çərçivəsində əməkdaşlıq olunur. Bu sahədə əsas layihələrdən biri Nabukkolayihəsi idi. 2006 

və 2009-cu illərdə enerji böhranının yaranması Nabukkonu mərkəzi layihələrdən birinə çevirdi. 

Vişeqrad dövlətləri üçün bu kəmər Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ layihə idi. 

Belə ki, Nabukko yarandığı vaxtdan Avropa İttifaqının qaz təchizatı üçün nəzərdə tutulmuşdu. Layihə 

çərçivəsində Xəzər dənizi qazının Avstriyanın Baumqarten qaz mərkəzinə daşınması planlaşdırılırdı. 

2009-cu il yanvarın 26-27-də Macarıstanın paytaxtı Budapeştdə Nabukko layihəsinə dair enerji 

sammiti keçirildi. Xəzər hövzəsi və  Mərkəzi Asiyadan, gələcəkdə isə Yaxın  Şərqdən təbii qazın 

Avropaya nəqlini nəzərdə tutan Nabukko layihəsi ilə bağlı yaradılmış transmilli konsorsiuma 

Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulqarqaz, Rumıniyanın Transqaz, Türkiyənin 

BOTAŞ  və Almaniyanın RWE şirkətləri daxil idi. Türkiyə, Avstriya, Macarıstanın baş nazirləri, 

Bolqarıstan və Rumıniyanın enerji nazirləri 2009-cu il iyulun 13-də Ankarada Nabukko qaz kəmərinin 

tikintisi barədə çoxtərəfli müqavilə imzaladılar. Lakin 2013-cü ildə Nabukko layihəsi baş tutmadı. 

Şahdəniz Konsorsiumu onun əvəzinə Transadriatik kəməri (TAP) layihəsini seçdi. Layihə  çərçivə-

sində ildə 6 mlrd. kub metr qaz kəmər vasitəsilə Azərbaycandan Türkiyəyə ixrac olunacaqdı. Qalan 10 

mlrd. kub metr isə  Qərbə daşınaraq, yəni Trans-Anadolu Kəməri (TANAP) vasitəsilə Türkiyə-



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

800 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Yunanıstan sərhədinə, oradan isə TAP vasitəsilə İtaliya sahillərinə çatdırılacaqdı.Konsorsiumun TAP 

layihəsinə üstünlük verməsinin  əsas səbəbi iqtisadi amillə  əlaqədar idi. TAP Nabukkodan 459 km. 

qısa, 500 mln dollar ucuz idi.  Nabukkodan imtina olunmasının digər bir səbəbi Cənub axını neft 

kəmərinin Nabukkonun marşrutunu və sifarişçilərini qabaqlaması idi. 

Şərqi Avropanın enerji təminatında mühüm rol oynayacaq layihələrdən biri də AGRİ - dir. 2010-

cu il aprelin 13-də Buxarestdə Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan-

Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu imzalandı. 

«Maye qazın nəqli sahəsində anlaşma memorandumu»na əsasən, texniki - iqtisadi əsaslandırmanın 

aparılması  məqsədi ilə bir neçə ay ərzində  əsas ofisi Buxarestdə olan şirkət yaradılırdı. Layihə 

çərçivəsində 7 mlrd. kubmetr qazın nəql olunacağı gözlənilirdi ki, bunun da 2 mlrd. kubmetrini 

Rumıniya istifadə edəcəkdi. Memoranduma əsasən, tərəflər qazın ticarəti və Rumıniyada yeraltı qaz 

anbarlarından istifadə olunması, enerji sahəsində  fəaliyyət göstərən müvafiq qurumlar arasında 

əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasını  qərara aldılar. AGRİ layihəsi gələcəkdə 

Azərbaycanın təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə  nəql olunması, 

burada xüsusi terminalda mayeləşdirilərək, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa 

limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində bu ölkənin  ərazisində 

mövcud olan qaz infrastrukturu şəbəkəsi ilə Rumıniyanın və digər Avropa ölkələrinin tələbatlarının 

ödənilməsini nəzərdə tuturdu. AGRİ layihəsi çərçivəsində  hər il 8 milyard kub metrə yaxın qaz 

Avropaya daşınacaqdı. Layihənin dəyəri 4,5 milyard avroya yaxın idi. Bu məqsədlə 2010-cu il 

sentyabrın 13-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya nazirlərinin görüşündə birgə  şirkətin 

yaradılması qərara alındı. Layihənin icrası istiqamətində Azərbaycan qazının sıxılması üçün dəyəri 4-6 

milyard avro təşkil edən Kulevi neft terminalının da tikintisi nəzərdə tutulmuşdu. Digər terminalın isə 

Rumıniyada-Konstansada tikilməsi planlaşdırılırdı. Gələcəkdə Azərbaycan qazını Avropa İttifaqının 

üzv ölkələrinə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri 

çəkilməsi də nəzərdə tutulur. 2011-ci il fevral 15-də Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və 

Macarıstan dövlətləri arasında AGRİlayihəsinin texniki-iqtisadi əsaslandırılmasını hazırlamaq barədə 

razılığa gəlindi. Avropa İttifaqının layihənin texniki-iqtisadi əsaslandırılmasının 50 faizini 

maliyyələşdirəcəyi gözlənilirdi. Layihədə  əsas tərəfdaş  şirkətlər - ARDNŞ (Azərbaycan), GOGC 

(Gürcüstan), MVM (Macarıstan) və Romgas idi . 

Avropanı enerji ilə  təmin edəcək layihələrdən biri də Trans-Anadolu qaz kəməri layihəsi 

TANAP-dır.TANAP  haqqında hökumətlərarası saziş 2012-ci il iyunun 26-da imzalanıb. 2011-ci ilin 



dekabr ayında isə Azərbaycanla Türkiyə arasında Şahdəniz yatağından təbii qazın Türkiyə ərazisindən 

Avropaya nəqli üçün konsorsiumun yaradılmasına dair anlaşma memorandumu imzalanıb.
Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin