Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə141/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   137   138   139   140   141   142   143   144   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

760 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

What directly led to the emergence of the first period on the status of the Caspian Sea was also 

originated from the increased role of Caspian energy resources for the diversification of energy 

routines.  

During that period besides coastal states, Turkey, Western European states, USA and others 

considered Caspian Sea as one of the major energy sources for the diversification of their energy 

corridors. The key task for the policymakers during the first period was the delimitation of the Caspian 

Sea, which is still unresolved. Several meetings such as Tehran and Moscow conferences on the status 

of the Caspian Sea were organized where important decisions were accepted over the Caspian basin 

that covered the urgent issues including its navigational use, the protection of its ecology, the optimal 

use of its natural and biological resources, and prevention of the rising of sea level.  

The second stage on the legal status of the Caspian Sea that started with Ashkhabad meeting and 

covered the period of 1995-1999, is described as the stage of the geopolitical and political game. The 

protection of the biological life of the Caspian basin as well as the fishery in the Caspian Sea were 

among the issues discussed during the second stage. The politicians were unable to come to an 

agreement that would allow fishing before determination of the legal status of Caspian Sea. As a 

result, the parties agreed to the issues in the draft agreement prepared by Russia except fishery, which 

remained unresolved due to Azerbaijan's rejection to 20 miles’ fishery zone. Following meeting was 

one of the international scientific conferences, took place in Alma-Ata in 1995.After many efforts, 

participations (except Turkmenistan) made decision that gave a responsibility to working groups led 

by deputy ministers that would work on the determination of the legal status of the Caspian Sea. One 

of these working groups was held in Alma Ata again without any joint statement mainly because of 

Azerbaijani's acceptance of unilateral political act added to its 1995 Constitution. According to that 

article, Azerbaijan has all water, air, and bottom control over its Caspian sector. In the next months, 

determination issue proceeded to the global level. Azerbaijan signed Baku-Supsa-Odessa-pipeline 

agreement with Georgia and Ukraine. Although there was also Baku-Ceyhan pipeline and TRACECA 

project, all these were not obstacles for common protection of ecology on Caspian Sea for coastal 

states. At the end of this stage, Russia took condominium concept back and each side agreed to have 

20 percentages. 

In January 2000, the third stage has already begun by Russian Federation President Vladimir 

Putin, who is perceived the Caspian region as a source of special interest for Russia. Russian Security 

Council established a post led by Kaluzhny for regulation of the Caspian basin. He made series of 

visits to coastal states to revive status issue, and achieve advantageous change. Kaluzhny supported 

step by step approach for the resolution of the issues, including the navigation in the Caspian Sea, the 

use of its bio-resources, determination of coastal line coordinates, and protection of its ecology. The 

other issues include a common usage of only its surface and creation of a platform of Caspian Sea.   

In conclusion, during the whole process, each coastal state was keen on finding midway on the 

issue of legal status of Caspian basin and division of its all resources. However, it is still too difficult 

to achieve delimitation of the Caspian Sea, since the sides failed in the exact definition of Caspian 

basin's geographical name. The attempts to define the legal status of the Caspian Sea also failed due to 

the absence of precedent. The second period was more efficient compared to the first one with its 

achievements on cases except about fishery zone. In the third stage, initiatives and offers of Kaluzhny 

made large rifts or disagreements instead of advancing the situation among Caspian states. His 50/50 

sharing principle was unacceptable to the interests of littoral states.  



 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

761 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

AZƏRBAYCANIN TURİZM SAHƏSİNDƏ BEYNƏLXALQ 

ƏMƏKDAŞLIĞININ ƏSAS İSTİQAMƏTLƏRİ 

 

Aynurə RÜSTƏMLI 

Slavyan Universiteti 



moonrust@mail.ru 

AZƏRBAYCAN 



 

XX  əsrin sonlarından yenidən öz müstəqilliyini qazanan Azərbaycan dünya ölkələri ilə xarici 

əlaqələrini genişləndirir. Müstəqil, Demokratik Azərbaycanın dünya siyasətində belə ciddi fəaliyyəti 

və dünya dövlətləri ilə bu cür bərabərtərəfli munasibətlərini inkişaf etdirməsi dəqiq və uğurlu xarici 

siyasətlə bağlıdır. Digər sahələrdə olduğu kimi Azərbaycan bu dövrdə, xüsusən 2003-2016-cı illərdə 

turizm sahəsində  də beynəlxalq  əməkdaşlığa xüsusi önəm vermiş, bu istiqamətdə xüsusi prinsipləri 

müəyyən etmiş, layihələr həyata keçirmiş və uğurlar qazanmışdır. 

1994-cü ilə  qədər davam edən Ermənistan-Azərbaycan müharibəsi,  ərazi itkisi, hakimiyyət 

uğrunda gedən mübarizələr və xüsusi dövlət və özəl mexanizmlərinin olmaması ölkəmizdə həm yerli, 

həmdə beynəlxalq səviyyədə turizmin inkişafına imkan verməmişdir.. Bunu  həmin dövrün turizm 

haqqında statistik göstəricisi də  təsdiq edir. 1993-cü ildə ölkəmizə turist səfərləri 75%-ə  qədər 

azalmışdı. Lakin bu vəziyyət cox uzun çəkmədi. Azərbaycanın Ümummilli lideri Heydər  Əliyevin 

təşəbbüsu ilə Azərbaycan Respublikası 1994-cü ildə “Əsrin müqaviləsi”, sonra “TRASEKA” layihəsi 

çərçivəsində  nəqliyyat dəhlizinin inkişafı sazişlərinin imzalanmasına nail oldu. Bu hal şübhəsiz ki, 

turizm sahəsinin yenidən oyanışına təkan verdi.  

H. Əliyevin 27 avqust 2002-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “2002-2005-ci illərdə turizmin 

inkişafına dair Dövlət Proqramı” turizm sahəsində beynəlxalq  əməkdaşlığa təkan verən  ən böyük 

addımlardan biri oldu. Bu sənəd və onun həyata keçirilməsi turizm sahəsində beynəlxalq əməkdaşlığın 

yeni istiqamətlərini və prinsiplərini müəyyən etdi.  

Azğrbaycanın zəngin tarixi, mədəni və  təbii irsi, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq 

səviyyəli tədbirlər, dünyanın bir çox yerlərindən turistləri ölkəmizə  cəlb edir. Əsrarəngiz təbiət, 

mineral su qaynaqları dünyanın yeganə mülicəvi nefti olan–naftalan, nadir qədim memarlıq abidələri, 

özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər  respublikamızda turizmin demək olar 

ki, bütün növlərinin: işgüzar, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik qastronomik turizmin 

inkişafı üçün zəmin yaradır. Dünyada mövcud olan 11 iqlim qurşağının 9 iqlim tipi məhz 

Azərbaycanda yerləşir. Bu da öz növbəsində xarici turistlərin iştirakı ilə yay və qış turizminin təşkilinə 

şərait yaradır. 

Ölkəmizin əldə etdiyi sosial-iqtisadi uğurlar beynəlxalq turizmin hərtərəfli inkişafı üçün əlverişli 

imkanlar yaratdı. “İçərişəhər”, “Şirvanşahlar sarayı”, “Qız qalası” həmçinin “Qobustan” qayaüstü 

rəsmlər muzeyi YUNESKO-nun dünya mədəni irs siyahısına salındı. Prezident İlham Əliyevin 2011-

ci ili Turizm ili elan etməsi, “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə  İlk Avropa 

oyunlarının məhz Azərbaycanda keçirilməsi bütün dünyadan turistlərin Azərbaycana axışması, 

Azərbaycanın daha da artıq tanınmasına, nüfuzunun daha da artmasına şərait yaratdı. 

2005-ci ildən bugünədək Azərbaycana gələn xarici turistlərin sayının 1,1 milyondan 2,3 milyona, 

ölkədə fəaliyyət göstərən mehmanxanaların sayının 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin 

sayının 22 mindən 35 minə, turizm müəssisələrinin sayının isə 197-dən 286-ya çatdırılması turizm 

sahəsində beynəlxalq əməkdaşlığın inkişafını nümayiş etdirən göstəricilərdir. Eyni zamanda, qeyd edə 

bilərik ki, 2014-cü il ərzində Azərbaycana səfər edən xarici turistlərin ölkəmizdəki xərclərinin 1,3 

milyard  manat, turizm və aidiyyəti sahələrdə çalışan işçilərin sayının 42 min, turizm sahəsinin ölkənin 

ÜDM-dəki xüsusi çəkisinin isə 4,1% olması turizm sahəsində beynəlxalq əməkdaşlığının nəticəsidir. 

Azərbaycanda turizmin davamlı inkişafını, turizm sahəsində beynəlxalq əməkdaşlın dərinləşməsi 

ölkənin bu istiqamətdə beynəlxalq reytinqlərində də özünü göstərir. Dünya İqtisadi Forumunun (DİF) 

2015-ci il üçün nəşr etdiyi “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmizin 141 ölkə 

arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı, biznes mühiti göstəricisinə görə 65-

ci, təhlükəsizlik və əmin-amanlıq göstəricisinə görə isə 36-cı yeri tutaraq, bu göstəricilərə əsasən bir 

sıra inkişaf etmiş Avropa ölkələrini də geridə qoymuşdur. Bəllidir ki, bu göstəricilər turizm sahəsində 

beynəlxalq siyasəti formalaşdiran əsas amillərdir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

762 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bununla yanaşı, turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında 

dövlət qurumlarının rolu, maraqlı  tərəflər arasında beynəlxalq  əməkdaşlıq formaları  və bu 

əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və 

tövsiyələri  əks etdirən “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”nın 

layihəsi hazırlanmışdır. Ölkədə  hər il beynəlxalq “Turizm və  Səyahətlər” sərgisi, AITF keçirilir, 

London, Berlin, Moskva, İstanbulun və onlarla digər beynəlxalq turizm siyasətini formalaşdoran 

beynəlxalq forumlarda iştirak edilir. Ümumdünya Turizm Təşkilatı,  İslam  Əməkdaşlıq Təşkilatı 

(İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və  İqtisadi  İnkişaf naminə  Təşkilat-GUAM, 

Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı (QDİƏT),  İqtisadi  Əməkdaşlıq Təşkilatı  (İƏT), Türkdilli 

Dövlətlərin  Əməkdaşlıq  Şurası (TDƏŞ) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində beynəlxalq 

əməkdaşlıq çərçivəsində fəaliyyət davam etdirilir.  

Turizm sahəsində beynəlxalq  əməkdaşlığın  əsas istiqamətlərindən biri də dünya standartlarına 

cavab verən milli infrastrukturanın yaradılmasında beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Bu 

baxımdan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığa xüsusi önəm verilir. Məsələn, Aİ-nın Tvininq layihəsi 

çərçivəsində Azərbaycanda turizmin inkişafı üçün qanunvericilik bazasının və hüquqi çərçivələrin 

təkmilləşdirilməsi prosesinə yardım mexanizmi yaradılmışdır.  

Bununla yanaşı Azərbaycan ikitərəfli münasibətlərdə də turizm sahəsində beynəlxalq əməkdaşlığı 

dərinləşdirmək və genişləndirilmək məqsədilə fəaliyyətinin səmərəsini artırır. Belə ki, Mədəniyyət və 

Turizm Nazirliyinin xətti ilə ilə Serbiya, Monteneqro, Albaniya, Çexiya, San-Marino, Xorvatiya, 

Səudiyyə  Ərəbistanı,  Macarıstan, Argentina və bir sıra ölkələri nmüvafiq qurumları arasında 

əməkdaşlıq sazişləri və digər müvafiq sənədlər imzalanmışdır. 

Həmçinin ölkəmiz turizm əhatə dairəsini genişləndirmək üçün bir çox ölkələrdə turizm 

nümayəndəliyi açılması  işi də sürətlə  həyata keçirilir. 2000-ci illərdə  BƏƏ, Almaniyda və digər 

dövlətlərdə bu cür nümayəndəliklər açılmışdır. Bu istiqamətdə siyasət davam etdirilir. Belə ki, 

Azərbaycan 2016-ci ilin fevralın 24-də Moskvada, fevralın 29-da isə  İstanbulda turizm nümayən-

dələyini açmışdır. 

Təbii ki, günümüzdə aktual olan Türkiyə-Rusiya arasında gərginlik bu iki ölkənin və Azərbay-

canın turizm bazarına öz təsirini göstərmişdir. Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin 

sözlərini Azərbaycanın mövqeyi kimi qəbul edə bilərik: “Mən heç kimin çətinliyinə sevinmək 

niyyətində deyiləm. Türkiyə bizim üçün çox önəmli turizm nümunəsidir. Biz çox vaxt onlardan 

nümunə götürürük. Sözsüz ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi rus turistlərin Türkiyəyə 

az səfər etməsinə  gətirib çıxaracaq. Biz otellərlə danışmışıq, yeni paketləri tərtib etmişik. Artıq 

Moskvada və digər vilayətlərdə proses başlayıb, işlər aparılır. Baxmayaraq ki, bu siyasi vəziyyətdir, 

yaxud başqa məsələlərdir, biz maraqlıyıq ki, Azərbaycan turizmi Rusiya bazarında layiqincə  təmsil 

olunsun".  

Azərbaycan 2016 il 23-26 mart tarixində Moskvada keçirilən ən böyük beynəlxalq turizm sərgisi 

sayılan “Səyahət və turizm” MITT 2016 sərgisində iştirak edəcək. Bu sərgi danışıqlar, görüşlər, fikir 

mübadiləsi və turizm sahəsinin nümayəndələri arasında təkliflərlə böluşmək üçün mükəmməl foruma 

çevriləcəkdir.  

Beləliklə, turizm sahəsində beynəlxalq  əməkdaşlığın təhlili göstərir ki, bu istiqamətdə inkişaf 

həm iqtisadi çiçəklənməyə, həm sosial həyatın yaxşılaşmasına, həm sabitliyə, həm də xalqlar arasında 

dostluğun möhkəmlənməsinə xidmət edir.

 

 



 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

763 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

LATIN AMERİKASI ÖLKƏLƏRİ İLƏ MÜNASİBƏTLƏR 

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ SİYASƏTİNDƏ  

YENİ MEYL KİMİ 

 

Nuranə MURADLI                                                                                   

nurana.muradli@mail.ru 

AZƏRBAYCAN 

 

Yeni meyl deyilərkən ortaya bəzi suallar çıxır. Niyə Azərbaycan Respublikasının xarici 



siyasətində yeni meyllər formalaşır? Niyə AvroAtlantik məkana inteqrasiya siyasətini xarici 

siyasətində başlıca istiqamət seçən dövlət bu siyasəti məhdudlaşdırmağa başlayıb? Yaranmış  və ya 

yaranacaq yeni, həm də  fərqli istiqamətlər digər sahələrə necə  təsir göstərəcək? Suallara cavab 

axtararkən bunları  kontinental Avropa strukturlarının müstəqil Azərbaycan dövlətinə qarşı  qərəzli 

mövqeyinin şərtləndirdiyinin şahidi oluruq. Avropa institutlarının Azərbaycana qarşı fəaliyyəti zamanı 

suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları  məsələsindən istifadə olunur. Bunlada 

dövlətin daxili işlərinə müdaxilə olunur. Eləcə  də  əhəmiyyətli qərarların qəbulu təcrübəsində  “İkili 

standartlar” tətbiq edilir. Yalnız Avropa İttifaqı deyil, həm də ATƏT, Avropa Şurası, İnsan hüquqları 

üzrə Avropa məhkəməsi kimi kontinental təsisatların antiazərbaycan siyasəti bunları deməyə imkan 

verir. Azərbaycan Respublikasının prezidenti İlham  Əliyev cənablarının 2015-ci il, 12 oktyabrda 

Nazirlər Kabinetinin iclasında dediyi kimi- “ Azərbaycanın müstəqil siyasət aparması bəzi problemlər 

yaradır.” Qərbin- Avropa strukturlarının Azərbaycana qarşı  qərəzli mövqeyi müstəqil Azərbaycan 

Respublikasının xarici siyasətində yeni meylləri formalaşdırır. Bütün bunlar eyni zamanda 

dövlətimizin siyasi fəaliyyətlərində daim mövcud olan  balanlaşdırılmış, tarazlaşdırılmış xarici siyasət 

strategiyasına da təsirsiz ötüşmür.  

Həm çoxtərəfli, həm ikitərəfli diplomatiya sahələrində xarici siyasət fəaliyyəti həyata keçirən 

Azərbaycan bütün bu səbəblərdən Cənab prezidentimiz İlham  Əliyevin də göstərişi ilə ikitərəfli 

beynəlxalq  əlaqələrini genişləndirir. Artıq özü üçün yeni hesab etdiyi məkanlara inteqrasiya edir və 

həmin məkanın ölkələri ilə beynəlxalq iqtisadi-siyasi münasibətlər saxlayır. Belə  məkanlardan ilk 

növbədə Latın Amerikasını xüsusilə qeyd etmək lazımdır. Qarşıya qoyulan əsas vəzifələrdən biri də 

elə LA ölkələri ilə hərtərəfli əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycan Latın Amerikası ölkələri ilə 

siyasi və iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır. Bu amil regionun xarici siyasətimizdə mühüm 

rol oynadığını göstərir. LA erməni diasporunun ən güclü olduğu regionlardan biridir. Paraqvay, 

Uruqvay, Argentina kimi ölkələrdə saxta erməni soyqırımını  təbliğ edən erməni diasporluqları 

fəaliyyət göstərməkdədir. Lakin Azərbaycanın uğurlu xarici siyasət strategiyası burada da erməni 

təbliğatının qarşısını almaqdadır.  

Azərbaycan bir sıra Latın Amerikası ölkələrində  səfirliklərini açıb və müvafiq olaraq Latın 

Amerikasının bir çox ölkələri Azərbaycanda diplomatik ofislərini açaraq fəaliyyət göstərirlər. Bütün 

bunlar onu göstərir ki, Azərbaycanın LA-da çevik xarici siyasət aparması üçün bu ölkələr ilə iqtisadi 

əlaqələrin inkişaf etdirilməsi son dərəcə vacibdir. Lakin bu sözü gedən ölkələrlə beynəlxalq əlaqələrin 

qurulması yalnız erməni diasporunun Latın Amerikası ölkələrindəki fəaliyyətinə görə deyil. 

İqtisadiyyatla bərabər siyasətin belə qloballışdığı dünyada təcrid olunmamaq, ən yüksək səviyyədə 

beynəlxalq münasibətlərə girmək, yalnız bir məkanla deyil, bir neçə  məkanla  əlaqələr qurmaq 

vacibdir. Latın Amerikası ölkələri də  həm siyasi, həm iqtisadi cəhətdən (Hansı ki, bu ölkələr qısa 

zamanda yüksək iqtisadi sıçrayışla inkişaf səviyyəsinə nail olaraq  sənaye ölkələri qrupunda yer 

alıblar)  inkişaf edən ölkələrdəndir. Bir çox beynəlxalq xarakterli enerji layihələrində iştirak edən və 

Avropanın enerji təhlükəsizliyinin siması kimi çıxış edən Azərbaycanın neft və qaz emalı sahəsində 

malik olduğu məxsusi təcrübənin bu ölkələrlə bölüşdürülməsi həmin ölkələrdə müəyyən tədbirlərin 

həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Latın Amerikası regionu inkişaf edən 

və eləcə də inkişaf etməkdə olan bir çox sənaye sahələrimiz üçün satış bazarı ola bilər. 

Müstəqil və suveren dövlət kimi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 

yeni dövlətlərin, yeni dövlətlər birliyinin dəstəyinə, davamlı olaraq bu dəstəyin genişlənməsinə 

ehtiyacı var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təvsilatları ilə dünya ictima-

iyyətinə çatdırılması prosesinin genişləndirilməsi ən vacib vəzifələrdəndir. Və dövlətimizin yürütdüyü 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

764 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

uğurlu xarici siyasət xətti ilə  Latın Amerikası ölkələri, xüsusilə  də Meksika, Honduras, Peru, 

Kolumbiya və digərləri qanunvericilik orqanları  səviyyəsində Xocalı soyqırımı üzrə  qətnamə  qəbul 

ediblər. 2011-2012-ci illərdə Uruqvayın erməni diasporu Azərbaycanın Ermənistan tərəfindən işğal 

edilmiş Dağlıq Qarabağ  ərazisində yaradılmış separatçı regionun tanınması üzrə  iş aparmağa cəhd 

edib. Lakin Azərbaycanın balanslı  və düşünülmüş siyasəti sayəsində erməni lobbisinin bu antiazər-

baycan fəaliyyətini dayandırmaq mümkün oldu. Və daha bir məqam- Uruqvay Azərbaycanın  ərazi 

bütövlüyünü və suverenliyini tanıyır, eləcə  də bir ölkənin  ərazisinin digəri tərəfindən işğalını 

yolverilməz hesab edir. Azərbaycanımızın bu coğrafi regionda ən vacib tərəfdaşı Brazilyadır. Bu 

məqamda qeyd etməliyik ki, Brazilya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi 

üzvlərinin sayının artırılması kontekstində aparılan müzakirələrdə potensial iddiaçılardandır. 

Beynəlxalq arenada özünə kifayət qədər dəstək alan sözü gedən ölkə  Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsi üzrə mövqeyi birmənalıdır, bu ölkə Azərbaycanın  ərazi bütövlüyü çərçivəsində 

münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.       

LA ölkələri ilə əməkdaşlığın inkişafı hazırda Azərbaycanın xarici siyasətinin prioritetidir. Dövlət 

suverenliyinin dəstəklənməsi ölkədə sabitliyin saxlanması üçün vacibdir. Latın Amerikası ölkələri- 

Argentina, Kuba, Meksika, Uruqvay, Peru kimi ölkələr dövlətimizin maraqlarını beynəlxalq arenada 

dəstəkləyən ölkələrdir. Belə ki, Azərbaycan Kuba, Meksika, Argentina, Brazilya kimi beynəlxalq 

münasibətlərin gedişinə müəyyən mənada təsir edə bilən ölkələr də  səfirliklərini, Kolumbiya, 

Uruqvay, Çili, Peru kimi ölkələrdə isə diplomatik ofislərini açaraq bu geosiyasi regionla əlaqələrini 

genişləndirir.  

 

 

RELIGION AS A CIVIL SOCIETY DOMAIN FOR COMPETING 

HEGEMONIES IN AZERBAIJAN: GRAMSCIAN APPROACH 

 

Ariz HUSEYNOV 

ariz.huseynov@gmail.com 

AZƏRBAYCAN 



 

Many different approaches to Civil Society (for instance, as a main foothold of pluralism and 

democracy; as an order that serves capitalist class or neoliberal international order). As a consequence, 

all those approaches take one sided and normative look: Civil Society is good or bad; Civil Society 

serves/reflects this or that interest. That is where Gramsci’s insight is indispensably important: put it 

simply, he argues that Civil Society’s role is not predetermined. It is a platform or battle field where 

any social force/group (weather it is a capitalist class, democratic forces, ruling elite, interest groups, 

political parties, government in large or etc.) needs to win to establish and maintain its hegemony or 

influence existing hegemonic order.  

It is true for the government as well: if it wants to achieve and preserve hegemonic order it needs 

to win over Civil Society. For Gramsci a ‘State’ is Political Society and Civil Society taken together, 

while political society implies narrower government institutions and statesmen. Without winning over 

the civil society the dominance of political society is vulnerable and in hard times state will tremble 

because its ‘civil society wing’ is not functioning. For example, when comparing West and Russia he 

explains the revolutions in Russia with weak and primordial civil society, while in the West 

revolutions did not take place because of strong civil society institutions.  Thus, we can draw two 

conclusions: first, any group/order that wants to establish and maintain its hegemony needs to win on 

the ‘civil society domain’; second, it is true for the governments as well.   

This Article will take a Gramscian approach to understand the struggle over one particular 

domain of civil society, that is religious society (communities/groups/institutions) between the 

government and religious groups of Shia orientation (that are referred as ‘independent Shia 

communities’, ‘Iranian Influenced Shia Groups’ and etc). However, it should be made clear that the 

article does not aim to find out whether these groups are influenced from Iran or they are independent. 

Instead, the aim is to explore how these groups and government struggle/cooperate/neglect each other 

over the civil society domain. Here government represents dominant order that is in a continues 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin