Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə140/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   136   137   138   139   140   141   142   143   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

755 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Признание  его  независимой  страной  такими  государствами  как  Турция,  Соединенные  Штаты 

Америки, Румыния, Пакистан и др, и принятие его в ряды самостоятельных, независимых стран 

мира  в  конце 1991-го  в  начале 1992х  годов,  а  также  дальнейшее  урегулирование  дипломати-

ческих  отношений  со  странами  мира  создало  благоприятные  условия  для  интеграции  Азер-

байджана  в  мировое  сообщество.  Богатый  экономический  потенциал,  благоприятное  геогра-

фическое  расположение  создали  почву  для  проведения  эффективной  внешней  политики,  а 

также  установление  международных  отношений  с  различными  странами  мира.  Даже  после 

обретения независимости в республике, частая смена правительства за короткий срок оставила 

свой  отпечаток  на  создании  и  развитии  внешнеполитических  отношений.  Напряжения, 

обусловленные армянским сепаратизмом в Нагорном Карабахе и военными столкновениями с 

Арменией, ставили дипломатию Азербайджана на уровень отсутствия. Боевые действия между 

сторонами  были  прекращены  после  заключения  соглашения  о  прекращении  огня  при 

посредничестве России. Азербайджан, потерявший 20%  своей территории, включая Нагорных 

Карабах,  с 30тыс  убитыми  и  1млн  беженцев,  ставил  перед  собой  цель  вступить  в  мировое 

сообщество  и  любой  ценой  показать  несправедливость  по  отношению  к  народу  всему  миру. 

После прихода к власти в 1993году, Гейдар Алиев столкнулся с непростыми задачами. Первой 

задачей являлось достижение региональной безопасности при этом сохраняя государственную 

независимость, а второй задачей послужило создание нового внешнеполитического курса при 

этом  учитывая  мировые  устои,  а  также  национальные  интересы.  Принятие  Конституции 12 

ноября 1995 года  являлось  завершающим  звеном  в  формировании  политического  устройства 

Азербайджанской республики. За счет тонкой и мудрой политики, которую вел Гейдар Алиев, 

ему  удалось  вывести  Азербайджан  из  зоны  геополитических  столкновений  и  ввести  в  зону 

баланса  взаимовыгодных  политических,  экономических  отношений,  что  способствовало 

укреплению международных позиций страны. Заключенный 20 сентября 1994 года «Контракт 

века» по эксплуатации нефтяных месторождений в азербайджанском секторе Каспийского моря 

стало мощным  толчком для  углубления  дипломатических  отношений  Азербайджана  с  рядами 

стран и в свою очередь усиления его позиций на международной арене. В определении внеш-

неполитических  приоритетов  для  Азербайджанской  Республики  большое  значение  имеет 

членство в международных организациях в ряде которых числятся: ООН, Совет Европы, Союз 

независимых  государств  и  т.д.  С  началом  правления  И.Алиева  в 2003году  Азербайджан 

вступил  в  новый  этап  развития  дипломатических  отношений.  Проходит 25 лет  со  дня 

получения независимости Азербайджанской республики. Азербайджанскую республику можно 

сравнить  с  ребенком  который  едва  научился  ходить,  но  при  этом  шаги  не  столько  слабы  и 

неуверенны, а вопреки всем обстоятельствам они внушают твердость и решимость. 

 

 



BAKI-TBİLİSİ-CEYHAN KƏMƏRİ,  

ALTERNATİVLƏR VƏ REALLIQLAR 

 

Selcan İSMAYILOVA                                                                                

Qafqaz Universiteti  



Ismayilovaselcan88@gmail.com                                                                                             

AZƏRBAYCAN 



 

Müstəqillikdən sonra Rusiyanın asılılığından çıxmaq, Qərbə inteqrasiya və bunun nəticəsində də 

iqtisadiyyatı inkişaf etdirmək istiqamətində atılmış  ən böyük addımlardan biri Bakı-Tbilisi-Ceyhan 

boru kəməri ilə bağlı danışıqlar, müəyyən ziddiyyətlərə baxmayaraq, ən sonda onun reallaşması idi.  

Layihənin həyata keçirilməsi üçün 1993-cü ildə Azərbaycan və Türkiyə arasında ilkin razılıq 

oldu. Qeyd etmək lazımdır ki, bu dövrdə kəmərin Bakıdan Ceyhana qədər uzanması nəzərdə tutulsa 

da, onun Gürcüstandan keçməsi qərarlaşdırılmamışdı. 1994-cü ildə Azəri, Çıraq, Günəşli yataqlarının 

işlənməsini nəzərdə tutan 30 illik müddətə “Hasilatın Pay Bölgüsü” müqavilələri imzalandı.  

Türkiyə  kəmərin Gürcüstandan keçərək Ceyhan limanına gəlməsi ideyasını  dəstəkləyirdisə, 

Rusiya regionda öz təsirini qoruyub saxlamaq məqsədilə Bakı-Groznı-Novorossiysk xətti vasitəsilə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

756 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

neftin danışmasında maraqlı idi. Konsorsium üzvləri bu seçənəyi dəstəkləsə  də, ABŞ höküməti 

Gürcüstan variantının həyata keçməsi mövqeyinde idi. 1995-ci ildə erkən olaraq neftin daşınması ilə 

bağlı  çətin və mübahisəli müzakirələr oldu və iki kəmərin istifadəyə verilməsi qərarı alındı. Bunlar 

Şimal marşrutu – Bakı-Groznı-Novorossiysk və  Qərb marşrutu – Bakı-Tbilisi-Batumi idi. Ancaq 

Şimal marşrutu Rusiyanın bəzən qəsdən yaratdığı  səbəblər, bəzənsə  də Rus-Çeçen müharibəsi ilə 

əlaqədar fasilələr problemlərlə işləyirdi. Qərb marşrutu isə gözləntilərin əksinə olaraq kəsintisiz neft 

daşımasını  həyata keçirirdi. Ancaq mövcud problemlər neftin daşınması üçün vahid kəmərin 

çəkilməsini tələb edirdi. (Pamir, 2004) 

1998-ci ildə Azərbaycan, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstan arasında Ankara 

Deklarasiyası imzalandı ki, bu da Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin həyata keçirilməsi 

istiqamətində atılmış ilk hüquqi addım idi. Uzun sürən müzakirələrin sonunda isə 1999-cu ildə 

Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Hökümətlərarası müqavilə” imzalandı. Müqavilə 2000-ci 

ildə hər üç dövlətin parlamentində ratifikasiya edilmişdir. (Hekimoğlu, 2012) Boru kəmərinin tikintisi 

2006-cı ildə sona çatmış  və  fəaliyyətə başlamışdır. 2013-cü ildən qazax neftinin də BTC vasitəsilə 

ixracına başlanmışdır.  

Bu məqalədə  Xəzər neftinin Avropaya daşınması üçün irəli sürülən müxtəlif variantlar, neftin 

ixrac marşrutlarının qərarlaşdırılması prosesinde ortaya çıxan ziddiyyətli məqamlar və BTC-nın ortaya 

çıxmasından bəhs olunacaq. Digər tərəfdən, o zaman kəmərin Ermənistandan keçməsi təklif edilmişdi 

ki, bu tezliklə  rədd edildi. Bəs Bakı-Ceyhan kəmərinin hansı istiqamətdən keçməsi daha faydalı 

olardı? Yoxsa bəlkə  ən uğurlu seçim onun Gürcüstandan keçməsi idi? Məqalədə bu suallara cavab 

tapmağa çalışacağıq. 

Bakıdan Ceyhana neft ixracı ideyasının müəllifi özünün qeyd etdiyi kimi 1992-ci ildə BOTAŞ-ın 

İdarə Heyəti Rəhbəri təyin olunan Mete Gökneldir. Əvvəllər “Metenin utopyası” adlandırılan layihəyə 

BP, Amoco, Statoil kimi şirkətlər qarşı çıxır və bunu iqtisadi və texniki çatışmazlıqlarla əlaqələndirir-

dilər. Qara dənizə gedəcək xətlərlə maraqlanır və daha sonra da gəmi daşımacılığı vasitəsilə boğaz-

lardan keçmək ideyasını irəli sürür, Supsa və ya Novorosiysk variantını dəstəkləyirdilər. 

Ümumiyyətlə, həmin dövrdə Xəzərdən Qara dənizə boğazlar vasitəsilə gedəcək bir çox layihələr 

irəli sürülmüşdü və Türkiyə  tərəfi boğazların buna gücü çatmayacağını  rəsmi sənədlərlə bildirir, 

Ceyhan marşrutunun daha məqbul olduğunu təkidlə söyləyirdilər (BOTAŞ-ın Genel Müdürü Mete 

Göknelle röportaj, 2006). Hələ neft danışıqlarının əvvəlindən Azərbaycan tərəfi neftin Gürcüstan və 

Türkiyə üzərindən keçməsində maraqlı olduğunu bildirmişdi. 1993-cü ilin yayında müzakirələrin 

sonunda da Bakı-Ceyhan marşrutu üzərində dayanaraq qərar verildi.  

Onun hansı istiqamətdən keçməsi isə uzun müzakirələr yaratdı. Təklif edilən mübahisəli 

alternativlərdən biri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə variantı idi. Digər bir oxşar variant 

Türkiyədəki Amerikan səfiri tərəfindən 1995-ci ildə irəli sürülən Bakı-Qarabağ-Ermənistan-Ceyhan 

marşrutu idi (Musa, 2011). Bununla, Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin inkişaf 

etdirmək, Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan vermək və regionda sülhə və təhlükəsizliyə nail 

olmaq məqsədi dayanırdı. Bu yolla Bakı-Ceyhanı “sülh kəmərinə” çevirmək istəyirdilər (Hill, 2004). 

Bu təklifin üstünlüklərinə gələndə onu demək olar ki, iqtisadi və texniki göstəricilərə görə sərfəli idi. 

Ermənistanın Azərbaycandan iqtisadi asılılığını yarada bilərdi. Ancaq digər yandan, kəmərin gələcək 

fəaliyyəti Ermənistandan, daha geniş spektrdə isə Rusiyadan asılı olacaqdı (Musa, 2011). 

Ermənistan marşrutu Bakı-Ceyhan xəttinin  ən ucuz başa gələn variantı kimi dəyərləndirilirdi. 

Ancaq Azərbaycan belə bir bəyanat səsləndirmişdi ki, nəinki marşrutun Ermənistandan keçməsi, hətta 

Türkiyənin Ermənistanla sərhədini açması nəticəsində layihə ləğv ediləcəkdir. (İşler, 1999) 

BOTAŞ-ın o zamankı  rəhbəri Mete Göknelin sözlərinə görə, Bakı-Ceyhan layihəsinin ilk 

marşrutu Ermənistandan keçirdi. Azərbaycan tərəfinin etirazından sonra Ermənistan-İran sərhədindən 

keçən layihə hazırlandı (BOTAŞ-ın Genel Müdürü Mete Göknelle röportaj, 2006). 

Ancaq belə bir vəziyyət bir qrup amerikan konressmenləri tərəfindən Ermənistanın regionda 

Azərbaycan və Türkiyə  tərəfindən təcrid olunması, bununla onun regiondakı enerji layihələrindən 

kənar tutulması kimi qiymətləndirilirdi. 2001-ci ildə ABŞ-dakı erməni lobbisi tərəfindən Konqresə 

Bakı-Ceyhanı boykot edəcək qərar layihəsi təqdim edilmişdi ki, burada ABŞ-ın Cənubi Qafqazda 

Ermənistanın daxil olmadığı hər hansı bir neft-qaz layihəsini maliyələşdirilməməsi ilə bağlı müddəalar 

yer almışdı (Armenian National Committe of America, 2001). Hətta Cənab Heydər Əliyevin 2003-cü 

ilin fevralında Vaşinqtonda “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda keçirilən konfransında 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

757 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

bir qrup Amerikan konqressmenin Bakı-Ceyhanın Ermənistandan keçməsi ilə bağlı müraciət məktubu 

yazdığını da səsləndirmişdi (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin jurnalı, 2003). 

Bundan başqa, Azərbaycan-İran-Azərbaycan (Naxçıvan)-Türkiyə variantı da təkliflərdən arasında 

idi. Daha az xərc tələb etməsi, Naxçıvanın enerji təminatının yaxşılaşdırılması kimi üstünlükləri olsa 

da, ABŞ-ın  İranı neft layihələrindən uzaq tutmaq siyasəti ilə uzlaşmırdı. Digər bir oxşar variant 

Azərbaycan-İran-Fars körfəzi idi. Bu, Azərbaycan neftinin İrana nəqli, bunun eyni həcmli İran nefti ilə 

əvəzlənərək Fars körfəzi vasitəsilə  Qərbə daşınmasını  nəzərdə tuturdu (Musa, 2011). Bəzi  şirkətlər 

İran üzərindən keçəcək marşrutlara üstünlük verirdilər. ABŞ isə onun ucuz olmadığı, geopolitik və 

maliyə riski olduğu qənaətində idi. Britaniya və Fransa hökümətləri,  şirkətlər kimi siyasətin maliyə 

qərarlarına müdaxiləsini qəbul etmir və onun daha ucuz və  təhlükəsiz olduğunu  əsas gətirərək bu 

mövzuda Amerikan hökümətini razı salmaq üçün çox cəhd etdilər. 

Bakı-Ceyhan layihəsi ABŞ-ın Xəzər Energy Siyasətinin mərkəzi olan bir mövzu olmuşdu. 

Müxtəlif tənqidi yanaşmalara baxmayaraq, ABŞ bu layihəsinin böyük dəstəkçisi idi ona görə ki, 

Rusiya və  İran bu layihədən kənarda qalırdı. Və bu da onun maraqları ilə üst-üstə düşürdü 

(Morningstar, 2006). Bakı-Ceyhan layihəsi ilə ABŞ regionda üç məqsədə çatmaq istəyirdi: Birincisi, 

regionun Şərq-Qərb, hətta Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməsi prosesində İranı buradan uzaq 

tutaraq onu regiondakı proseslərdən təcrid etmək. Bu ABŞ-ın  İranı beynəlxalq terror təşkilatlarını 

maliyələşdirməsilə bağlı Iran Liviya Sanksiya Aktına  əsasən (ILSA) cəzalandırması idi; ikinci, 

Türkiyənin Körfəz müharibəsində ABŞ-ı  dəstəkləməsinin  əvəzinə onun körpü kimi rolunun 

möhkəmləndirilməsi; üçüncü, regionda Rusiyadan kənar neft-qaz nəqli imkanlarının genişləndirilməsi 

idi (Hill, 2004). 

Bu dəyərləndirmələrdən belə  nəticəyə  gəlinir ki, Bakı-Tbilisi-Ceyhan xətti Xəzər neftinin 

Avropaya nəqlində yegane mümkün alternativ idi. Amerikan höküməti layihənin reallaşması üçün 

əlindən gələni etdi ki, tərəfləri razı salsın (Morningstar, 2006). Bu baxımdan, Amerika üçün şirkətləri 

razı salmaq daha çətin oldu, nəinki hökümətlər. Çünki Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin 

(ABƏŞ) aparıcı  şirkəti kimi BP layihənin siyasiləşdirilməsinə qarşı  çıxır və maliyə mülahizələrinin 

daha vacib olduğu fikrində idi. Burada razılaşdırılmayan  əsas məsələ  kəmərin inşasına çəkilən 

xərclərlə bağlı idi. Ancaq 1998-ci ildə BP-nın Amerikan şirkəti Amoco ilə birləşdirməsindən sonra 

onun mövqeyi kəskin olaraq dəyişdi (Hill, 2004). 

Uzun müddətli müzakirələrin sonunda Bakı-Ceyhanın Gürcüstan üzərindən keçəcəyi 

razılaşdırılır. Kəmərin üstün cəhətləri kimi onun problemli boğazlardan keçməməsi, daha ucuz 

qiymətlə neftin Qara dənizdən Rotterdama (Avropaya) nəqli, gələcəkdə  İraq-Türkiyə  xəttinə 

qoşulacağı  təqdirdə  kəmərin qısalması  və daha az seysmik zonadan keçməsi kimi izah edilə bilər 

(Musa, 2011).  

Rusiya,  İran və Ermənistanın kəskin mövqeyi ilə qarşılaşsa da, Bakı-Tbilisi-Ceyhan kəmərinin 

reallaşması Azərbaycan, Gürcüstan və Türkiyə münasibətlərinin  ən yüksək səviyyəsi kimi özünü 

göstərməyə üçtərəfli  əlaqələrin daha da möhkəmlənməsində xüsusi rol oynamağa başladı  və 

“Qafqazdan Avropa açılan neft pəncərəsi” oldu.  

Mülahizələrdən göründüyü kimi, Bakı-Ceyhan kəmərinin marşrutu məsələsinin müzakirəsi 

zamanı  kəmərin  İrandan keçməsi Amerika tərəfindən qəbuledilməz idi. Nəzərə alsaq ki, ABŞ bu 

danışıqların  əsas aktorlarından biri idi, onun istəyinə zidd hərəkət layihənin gündəmdən qalxmasına 

qədər gedib çıxardı. Ermənistan variantı isə Azərbaycan üçün qəbuledilməz variant kimi nəzərdən 

keçirilirdi. Atəşkəsin yeni əldə edildiyi, xalqın müharibədən yeni çıxdığı və hələ müharibə dəhşətlərini 

öz üzərindən atmadığı bir dövrdə onun üçün qarşı  tərəflə iqtisadi əməkdaşlıq nə  dərəcədə mümkün 

idi? Xalq hələ buna hazır deyildi, rəhbərlik də bunu yaxşı başa düşürdü. Bu baxımdan da, kəmərin 

Gürcüstandan keçməsi bütün tərəflər üçün məqbul variant hesab edildi və onun üzərində qərar verildi. 

 

 

 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

758 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

NATO VƏ DİGƏR BEYNƏLXALQ TƏŞKİLATLARIN XƏZƏR 

HÖVZƏSINDƏ MÜBAHİSƏLİ YATAQLARA DAİR PROBLEMLƏRİN 

HƏLLİNDƏ MÜMKÜN ROLU 

 

Pərvanə İSLAMOVA 

AMEA-nın İnsan hüquqları və Konfliktologiya İnstitutu 



pm060688@gmail.com 

AZƏRBAYCAN 

 

Mübahisəli yataqlar məsələsi bu yataqların iqtisadi baxımdan nə dərəcədə əhəmiyyətli olmasının 



ortaya çıxmasından sonra müzakirə obyektinə çevrildi. İranla Azərbaycanın Alov, Araz, Şərq 

yataqları, Azərbaycanla Türkmənistanın isə  Kəpəz, Azəri, Çıraq yataqlarına görə fikir ayrılıqları 

mövcuddur. Mübahisəli yatasdsqların hansı ölkəyə  mənsub olması  Xəzərin statusu məsələsinin 

həllində çox böyük maneə olaraq qalır. 

Hazırda beş sahilyanı ölkə Xəzər dənizinin canlı aləminin mühafizəsi haqqında çərçivə sənədini 

imzalamışdır.(2003noyabr)  İbrahim Rahimpurun sözlərinə görə “Xəzərin təhlükəsizliyi tam təmin 

olunur və beş ölkə bioloji resurslardan istifadə edə bilər. Lakin hələ də müzakirə olunası məsələlər var, 

tərəflər razılığa gələnədək bu müzakirələr davam etdiriləcəkdir. Əgər tərəflər 2010-cu ilin noyabrında 

Bakıda imzalanmış “Xəzər dənizində təhlükəsizlik və  əməkdaşlıq” haqqında razılaşmanı ratifikasiya 

edərsə, onlar arasında sıx əməkdaşlıq üçün yeni imkanlar açılacaqdır.” 

1996-cı ilin may ayında İslam Əməkdaşlıq Təşkilatının iclasında Azərbaycan prezidenti Xəzərin 

Azərbaycan sektorundakı neft və qaz yataqlarını istismar edəcəyini bildirmişdi, baxmayaraq ki, 

danışıqlar prosesi hələ  də davam etdirilirdi. Bu mənada 1997-ci ilin iyulunda Rusiyanın Lukoyl və 

Rosneft, Azərbaycanın Dövlət Neft Şirkəti arasında Kəpəz yatağının işlənməsini nəzərdə tutan 2 

milyon dollar dəyərində müqavilənin imzalanması durumu nisbətən gərginləşdirdi. Həmin ildə 

Türkmənistan Xəzərin milli sektorlara bölünməsinə qarşı  çıxdığı zamanda prezident Niyazov 

Azərbaycanın üç yatağına-Azəri, Çıraq, Kəpəz yataqlarına iddia irəli sürərək bu yataqların istismarının 

hüquqa zidd olduğunu vurğuladı. Maraqlısı ondadır ki, bu yataqların ikisi Əsrin müqaviləsinin bir 

hissəsidir, lakin Türkmənistan bu müqaviləyə illər sonra etiraz etdi. Bundan başqa, Beynəlxalq 

müqavilələr haqqında Vyana konvensiyasında (1969) “Estoppel” prinsipi var. Bu prinsipə əsasən əgər 

ölkələr müəyyən vaxt ərzində ortaq problemi olduğu dövlətə etiraz etmirsə, o ölkələr sonrakı illərdə 

şikayət etmək hüququndan məhrum olurlar. Qeyd edək ki, bu yatağı Aşqabat Sərdar deyə qeyd edir. 

Baxmayaraq  Bakı  rəsmi olaraq Türkmənistanın Kəpəz yatağına hər hansı iddiasını  qəbul etmədi, 

Rusiya XİN Xəzərdə birmənalı şəkildə iqtisadi fəaliyyətin mümkünsüzlüyünü elan etdi və münaqişəli 

yataqlarla bağlı Türkmənistanın mövqeyini müdafiə etdi. Türkmənistanın bu məsələ ilə bağlı mövqeyi 

onun XİN-nin bəyanatında  ətraflı  şəkildə izah edilirdi. Bəyanatda deyilirdi ki,“Rusiya-Azərbaycan 

müqaviləsi ləğv olunmalıdır,  əks halda Türkmənistan hər hansı  hərəkətinə görə  məsuliyyət 

daşımayacaq”. Prezident Niyazovun sözlərinə görə “müqavilə ləğv olunmasa Xəzərin hüquqi statusu 

ilə bağlı prosesi davam etdirmək və müxtəlif sahilyanı ölkələr arasında ikitərəfli əməkdaşlığı inkişaf 

etdirmək çətin olacaqdır”. Rusiyanın müqaviləni ləğv etməmək istəyi 1997-ci ilin iyulunda baş nazirin 

müavini Vitali Serovun rəhbərliyi ilə Rusiyanın nümayəndə heyətinin Aşqabada rəsmi səfəri zamanı 

nümayiş etdirildi. Amma eyni zamanda Rusiya tərəfinin müqavilədən geri çəkildiyi elan olundu. 

Rusiya qəzeti Delovoi Mir-in yazdığına  əsasən “prezident və Rusiya höküməti yekdilliklə  Sərdar 

yatağının Xəzərin Türkmənistan sektorunda yerləşməsini qəbul edirdilər.” 1997-ci ilin avqustunda 

Niyazovun Rusiyaya səfəri zamanı birgə  qəbul edilmiş  rəsmi məlumatda deyilirdi, “Xəzərin yeni 

hüquqi statusu qəbul edilməyənədək dənizdə bütün işlər SSRİ  və  İran arasında imzalanmış  əvvəlki 

müqavilələrlə tənzimlənməlidir”.  

İran və Rusiya Xəzər dövlətləri arasında yekdil konsensusa gəliblər ki, Xəzər dənizində xarici 

dövlətlərin hərbi iştirakı yolverilməzdir. Bununla onlar gələcəkdə NATO-nun Xəzər hövzəsində 

mümkün hərbi hissə yerləşdirməsinə  də  nəzarət edir. 29 sentyabr Astaraxanda keçirilmiş  Xəzəryanı 

dövlət başçılarının IV sammitində imzalanmış  bəyannamədə qeyd olunur ki, “regionda stabillik və 

təhlükəsizliyin təmin edilməsi hüququ yalnız Xəzərsahili ölkələrin hərbi birləşmələrinə  məxsusdur. 

İran prezidenti Həsən Ruhani əlavə olaraq bildirirdi ki, “ Xəzərsahili ölkələr arasında konsensus var ki


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

759 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

onlar dənizin təhlükəsizliyini təmin edə bilirlər və xarici dövlətlərin hərbi qüvvələri dənizə daxil 

olmamalıdır. Belə bir addımın atılması Rusiya və  İranın Qərb dövlətləri ilə diplomatik 

münasibətlərinin gərgin olmasından və xarici hərbi qüvvələrin Xəzər hövzəsində mövcudluğundan 

narahatlığı ilə izah olunur. Bəhman Diba qeyd edirdi ki, “həm Rusiya, həm də İran maraqlıdır ki, Qərb 

ölkələrinin hövzədə hərbi qüvvə yerləşdirməsi nəzarətdə saxlanılsın”. 

Rusiya və İran regionda yad qüvvə olan ABŞ, NATO-nun varlığını istəmir. Rusiya və İran kimi 

güclü regional dövlətlərin yeritdiyi siyasət ABŞ və NATO-nun regionda mövcudluğuna, aktiv siyasət 

yeritməsinə imkan vermir. Bir çox məsələlərdə Rusiya İranı dəstəkləyir, onlar həm regional, həm də 

beynəlxalq səviyyədə ortaq maraqlara sahibdirlər. İranın nüvə proqramı ilə bağlı Rusiyanın mövqeyi 

bir qədər ziddiyyətlidir.  Əslində nüvə silahına sahib olan İran Qərblə  bərabər həm də Rusiya üçün 

potensial təhlükədir. Lakin Rusiya ABŞ-ın potensial təhlükəli qonşusuna nüvə proqramı ilə əlaqədar 

hər hansı müdaxiləsini yolverilməz hesab edir. Ümumiyyətlə isə Rusiya-İran münasibətlərini təhlil 

edərkən bir sıra fərqliliklərin də  şahidi oluruq. İstər dini mənsubiyyəti, istərsə  də  Xəzərin hüquqi 

statusuna yanaşma baxımından bu iki dövlət çox fərqlənir. Lakin oxşarlıqlar və  fərqliliklər fonunda 

Qərbə, ABŞ və NATO-ya qarşı Rusiya və İran hər zaman yaxın mövqedən çıxış edərək regionda yad 

qüvvələrin varlığına qarşı çıxıb. Bunu İran və Rusiyanın imzaladığı yekun konsensusdan da görmək 

olar. 


Nəticə olaraq onu demək olar ki, Xəzərin hüquqi statusunun həll edilməsində beynəlxalq 

təşkilatların rolunun nə  dərəcədə yüksək olması regional və qlobal məkanda baş verən geosiyasi 

amillərdən asılıdır. Hazırki vəziyyətdə NATO-nun şərq ölkələri ilə  əməkdaşlığını inkişaf etdirməsi 

fonunda Qərbin bu məsələdə öz təsirini saxlamaq istəyi mövcuddur. Nəzərə alsaq ki, Xəzər regionu 

Avropanın enerji təhlükəsizliyində böyük təsirə malikdir və  Qərb, ABŞ çalışır ki regiondakı 

münaqişələr müəyyən çərçivədə qalsın, lakin enerji təhlükəsizliyinə təsir edəcək səviyyəyə çatmasın.  

 

 

 



RESOLVING LEGAL STATUS OF CASPIAN SEA IN DECADE OF 

PAST-COLD WAR PERIOD 

 

Zarina HACIYEVA 

Qafqaz University 



hzarina19@mail.ru 

AZƏRBAYCAN 

 

The abstract addresses a research question of how the legal status of the Caspian Sea was shaped 



after the fall of the Soviet Union within the period of the 1991-2001 decade. The disintegration of the 

Soviet Union replaced the geopolitical situation around the Caspian Sea, since the political stability 

shaped by Iran and Soviet Union were replaced by the confrontation and harsh competition among the 

coastal states. The fall of the Soviet Union brought about new players to the Caspian basin: 

Azerbaijan, Turkmenistan, and Kazakhstan. The study argues that the determination of the legal status 

of the Caspian Sea gained a special significance after the fall of the Soviet Union, when the 

importance of Caspian Sea increased because of its geopolitical significance and hydro-carbonates. 

The Caspian Sea came to be an alternative to the energy resources of the troubled Middle East. Hence 

the research concludes that the delivery of the Caspian Sea’s energy resources to the western energy 

markets was essential for the diversification of the energy routes that urged the determination of the 

legal status of the Caspian Sea within the first decade of the post-cold war period.  

The research investigates the legal status of the Caspian Sea during the decade of 1991-2001 

under three stages where the parties attempted to resolve the major issues regarding the status of 

Caspian Sea. First, the discussions on the legal status of the Caspian Sea during 1991-1994 is taken as 

the initial period the research covers, in which the formulation of the multilateral framework as well as 

acquaintance and investigation regarding the determination of the legal status of the Caspian Sea were 

among the priority issues. These investigations and researchers on the Caspian Sea covered 

navigation, ecology, fishery, use and protection of biological and mineral resources, and economy. 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin