Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə142/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   138   139   140   141   142   143   144   145   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

765 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

struggle to establish and preserve its hegemony while religious institutions represent forces that 

challenge government promoted hegemonic order and want to influence/change existing order, if not 

to replace it and establish their own order. 

It should also be mentioned that there is wide range of scholarship on the role of religion in Civil 

Society (Edmund Burke and many others). The article will not discuss the extent to which religion is a 

part of civil society or not. Instead it will assume religious communities as civil society institutions. 

 

 

TOWARDS STRATEGIC PARTNERSHIP BETWEEN AZERBAIJAN 

AND THE EU: HOW MUCH ‘STRATEGIC’ IT CAN GET? 

 

Gani NASIROV 

University of Tartu 



gani.nasirov@gmail.com

 

AZƏRBAYCAN 

 

It is assumed that EU is the least effective in the external action services in regard to politico-



military and security issues vis-à-vis the third parties. For instance, the EU’s European Neighbourhood 

Policy programs such as the Eastern Partnership (the EaP) lacked to reach higher approximation of 

Azerbaijan with the EU. The EaP did not also present an appropriate policy instruments to serve 

interests and needs of both parties as well as to secure the country off political risks. Therefore, 

Azerbaijan seeks relationship with the EU based on strategic partnership. However, the notion of 

strategic partnership with the EU is not free of controversies. This strategic partnership may still fall 

short to secure Azerbaijan’s strategic pursuit, because, the EU’s effectiveness in its strategic 

partnership with third parties depends on a respective partner and their common understanding of 

strategic issues they both are interested to cope with. Additionally, effectiveness and strategic 

outcomes of the EU’s strategic partnerships could be explained better if we need to shift studies on the 

EU from hard power reflected approaches to normative, civilian and soft power approaches. This in 

return could bring much more insight to complexities of the EU’s external actions in regard to 

strategic partnership not only to the ten countries listed as the EU’s strategic partners, but also possible 

‘strategic partners’ such as Azerbaijan. 

Thomas Renard proposes that strategic partnership is when there are true strategic partners, “a 

key global player which has a pivotal role in solving global challenges”, cooperated to cope with 

challenges on base of comprehensiveness, reciprocity, empathy, long-term dimension and beyond 

bilateral relationship (2011: 5-6). It is apparent that key global player is an indispensable factor in the 

EU’s pursuit of strategic partnership. Elena Korosteleva, professor of International Politics at 

University of Kent, places the EU’s external action in partnership-governance nexus. She argues that 

strategic partnership is an involuntary replacement of the EU governance which is interest-driven and 

autonomous framework cooperation with key players in the world based on ‘mutual equivalence and 

contingency rules’ (Elena Korosteleva 2012: 26). The EU has concluded strategic partnership 

agreements with ten counties. These states are top 20 economies forming G20, which has 85% share 

of global GDP (Zia Qureshi 2014), and top 20 import and export traders with the EU (the 

Commission,  top trading partners 2013). The factor of trading is one of explanation for the EU’s 

partnership with these countries, given the fact that trade is labelled as reason d’être of the EU.  

Moreover, although global role of some of these countries are highly questionable in the realm of 

not only trade but also politics of socio-political and military and security issues, they are influential 

players in their respective regions. In this regard, the strategic partnership is two-way approach 

benefiting the EU’s partners in terms of channelling the EU through them to respective region which 

they have a significant leverage over. In this regard, on the one hand, Russia has already occupied the 

position of strategic partnership with the EU─though valid until the crisis in the Eastern Ukraine─in 

the region where Azerbaijan locates. Meanwhile, geographic proximity enables the EU and 

Azerbaijan, as well as other regional countries to interact on an individual basis without intermediary. 

For instance, the EU and Azerbaijan has already have strategic interests in westward energy supply 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

766 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

and transport. On the other, it appears that Azerbaijan and the EU have differing, perhaps contested, 

understanding over nature of their relationship let alone their relationship be defined as strategic 

partnership. Azerbaijan’s so-called pursuit of strategic partnership with the EU is driven by her 

survival instincts, whereas, the EU’s approach is complex and multi-dimensional in its partnership 

with third parties. 

The complexity arises from EU’s interest is for having “partners’ ‘socialization’ into EU vision of 

norms and values” (cited in Elena Korosteleva 2012: 26). This perspective is well placed in civilian 

and normative approach to the EU’s external actions and it could be explained that these are rather 

strategic by virtue of its existence. Therefore, equally important is Azerbaijan’s attitude towards and 

record of European norms and values such as democracy, fundamental rights and liberal market 

economy. Then the question is how Azerbaijan fits into a strategic partner of the EU; and how much 

strategic Azerbaijan can get its relationship with the EU.  

As far as methodology is concerned, discourse analysis is selected to analyse nature of 

relationship between Azerbaijan and the EU. This contributes to scrutinize what aspects of the policy 

fields are mostly communicated between the parties in order to reflect on the EU’s normative power 

and its priorities of norm diffusion and/or interests. Additionally, discourse analysis offers 

understanding on continuity and discontinuity of policy actions pursued by both parties. This enables 

to establish prerequisites in order to foresee logical follow-up actions. In this regard, it allows 

observing what kind of contingent formation processes are enacted through political thoughts. 

Contingent formation can be found and enacted systematically in elite discourse which represents 

structural political unit such as a government/state or a supranational body of the EU. This is in line 

with assumption that the European integration is primarily an elite driven process with little role for 

masses and public agencies. However, recent developments in Georgia and Ukraine have 

demonstrated that change of attitudes and behaviours in foreign and domestic affairs towards the EU’s 

normative stance can be driven by public and social movements. Therefore, in addition to discourse 

analysis of the EU’s normative discourse towards Azerbaijan, elite discourse analysis in Azerbaijan 

towards the EU is also to be employed. 

 

 

AZƏRBAYCANIN BEYNƏLXALQ MƏDƏNİ ƏLAQƏLƏRİ VƏ 

HƏYATA KEÇİRDİYİ BEYNƏLXALQ MƏDƏNİYYƏT 

PROGRAMLARI 

 

Agil VƏLİYEV 

Odlar Yurdu Universitetinin 



ir.minedu@gmail.com 

AZƏRBAYCAN 

 

Müasir dövrdə ölkələrin mürəkkəb qarşılıqlı  əlaqələr sisteminə daxil olması onların siyasi və 



sosial-mədəni suverenliyi şəraitində mümkün olmuşdur. Hər bir ölkənin mədəniyyəti qlobal inteq-

rasiya proseslərinə öz mədəniyyətindəki həm ümumbəşəri, həm də digər vacib cəhətləri saxlamaqla 

daxil olma qaydalarını özü müəyyən edir.  

Beynəlxalq təcrübədə bir-birinin təkrarı olan, eyni mədəniyyət və eyni cəmiyyətlər yoxdur. Bu 

gün müşahidə etdiyimiz proseslər zahirdən mədəniyyət məkanının inteqrasiya bağları ilə daha da 

sıxlaşdıraraq, daxildən, onun diferensiasiyasını gücləndirir. Müasir beynəlxalq münasibətlərin başlıca 

elementləri sırasına dövlətlərarası siyasi və iqtisadi əlaqələrlə yanaşı, elmi-mədəni əlaqələr də daxildir. 

Millətlərarası  mədəni-humanitar  əlaqələr   həmin millətlərin bir-birinə yaxınlaşmasına səbəb olmuş, 

qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası ünsiyyətin yaranmasına səbəb olmuşdur. 

Dünya dövlətləri öz xarici siyasətini həyata keçirərkən müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla 

diplomatik əlaqələrinin qurulmasına xüsusi əhəmiyyət verir. Müasir dövrdə bir çox ölkələrdə olduğu 

kimi Azərbaycanın xarici ölkələrlə diplomatik əlaqələr sistemində  mədəni  əlaqələr  əsas  şərtlərdən 

hesab olunur. Azərbaycanın demokratik prinsiplər əsasında mədəni siyasətinin formalaşdırılmasında, 

sözsüz ki, müasir dünya ölkələrinin bu sahədəki səmərəli təcrübəsi mühüm rol oynadı. Ölkəmizin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

767 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

mədəni siyasətinin  əsas məqsədi xarici ölkələrlə qarşılıqlı  mədəni anlaşma və qarşılıqlı  əməkdaşlıq 

münasibətlərini möhkəmləndirməkdən, onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı  tərəfdaşlıq 

əlaqələri qurmaqdan ibarətdir.  

Bu gün Azərbaycan Respublikasında beynəlxalq mədəni  əlaqələr ikitərəfli və çoxtərəfli 

əməkdaşlıq istiqamətində inkişaf dinamikası keçirməkdədir.  İkitərəfli mədəni  əlaqələrin davam 

etdirilməsində bir çox ölkələrlə Rusiya Federasiyası, Çin Xalq Respublikası, Böyük Britaniya, Polşa 

Xalq Respublikası, Türkiyə Respublikası, Rumıniya, Yunanıstan, Bolqarıstan, İtaliya, eyni zamanda, 

keçmiş post sovet respublikaları olan Özbəkistan, Gürcüstan, Moldova, Qazaxıstan ilə  mədəni 

əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanmış, Rusiya Federasiyası, Başqırdıstan 

Respublikası, Belarus Respublikası, Çin Xalq Respublikası,  İran  İslam Respublikası, Qırğızıstan və 

digərləri ilə isə  mədəni  əməkdaşlıq haqqında nazirliklərarası saziş  və protokollar imzalanmışdır. Bu 

əməkdaşlığın  əsas prioritetlərinə  təhsil, elm, maarif, incəsənətin musiqi, təsviri sənət, memarlıq 

sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması daxildir. 

Hazırda Azərbaycan Respublikasında beynəlxalq mədəni  əlaqələrin inkişaf dinamikasında həm 

keyfiyyət, həm də kəmiyyət əmsallarına görə irəliləyişlər aydın şəkildə hiss olunmaqdadır. Müstəqil 

Azərbaycan Respublikasında beynəlxalq mədəni  əlaqələrin təşkili sistemində dövlət və hökumət 

qurumlarından  əlavə, beynəlxalq təşkilat, ictimai-sosial institutlar və ayrı-ayrı insanların  şəxsi 

fəaliyyəti mühüm yer tutur. Dövlət və hökumət xəttilə beynəlxalq mədəni  əlaqələr Prezident 

Aparatının müvafiq şöbələri, səfirlik və konsulluqlar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm 

Nazirliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə 

Dövlət Komitəsi tərəfindən həyata keçirilməkdədir. Beynəlxalq təşkilatlar xəttilə bu sahədə  əsas iş 

YUNESKO, Avropa Şurası,  İSESKO, Türksoy, MDB-nin Mədəni  Əməkdaşlıq  Şurası, GUAM və 

digər qurumlarla mədəni əlaqələrdə öz təzahürünü tapır. 

Azərbaycan, demək olar ki, UNESCO-nun bütün konvensiyalarını  və digər hüquqi aktlarını 

imzalamış və ratifikasiya etmişdir. 2003-cü ildə Azərbaycan ilə UNESCO arasında mədəniyyət, elm, 

təhsil və kommunikasiya sahələrində  əməkdaşlıq üzrə  Çərçivə Sazişi imzalanmış, Azərbaycana 

UNESCO donorlarından birinə çevrilmək imkanı vermiş,   nəticədə,   ən zəif inkişaf etmiş ölkələr 

qarşısında bu bizim öhdəliyimizə çevrilmişdir. 

Azərbaycan daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma  şəraitində yaşadığı bir dövlət 

modelini sərgiləmişdir.  Hər bir tarixi situasiyada Azərbaycan dünyaya tolerantlıq üzərində qurulmuş 

siyasi portretini nümayiş etdirə bilmişdir. Azərbaycanda bütün dinlərə  mənsub insanların sərbəst 

şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu 

vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılmışdır. 

Son 10 ildə Azərbaycan Respublikası beynəlxalq mədəni  əlaqələrinin inkişafına xüsusi diqqət 

yetirmiş, qarşılıqlı  mədəyyət günləri və digər beynəlxalq mədəni proqramların keçirilməsini davam 

etdirmişdir. 2013-cü ilin yanvar-fevral aylarında Andorra və  İspaniyada Beynəlxalq Turizm 

Sərgisində, fevral-mart aylarında isə Avstriya və Almaniyada keçirilmiş BMT-nin Sivilizasiyaların V 

Dünya Forumunda, “İTB” Beynəlxalq Turizm Sərgisində  və BMT-nin Ümumdünya Turizm 

Təşkilatının “2013-cü il İpək Yolu üzrə III İllik Nazirlər Toplantısı”nda  Azərbaycan Respublikası 

yüksək səviyyədə    təmsil olunmuşdur. Tədbir zamanı BMT-nin Sivilizasiyaların növbəti Dünya 

Forumunun 2016-cı ildə Bakida keçirilməsi məsələsi müzakirə olunmuşdur.  

Bundan başqa 2013-cü ilin aprel ayında Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 

“Mədəniyyət idarəçiliyi və mədəniyyətdən bəhrələnmənin təşviqi” mövzusu üzrə Moskvada keçirilmiş 

Konfransda və GUAM-ın mədəniyyət və turizm üzrə işçi qrupunun iclasında yüksək səviyyədə təmsil 

olunmuşdur. Eyni zamanda UNESCO çərçivəsində ölkəmizdə bir sıra yubileylərin keçirilməsi, 

UNESCO-nun qeyri-maddi mədəni irsinin Representativ siyahisına bir sıra dastanların, musiqinin, 

sənət əsərlərinin və bütövlükdə Azərbaycan mədəniyyət əsərlərinin daxil edilməsi istiqamətində işlər 

aparılmışdır.  

Son zamanlar 3 Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi, Bakı şəhərinin İslam 

mədəniyyətinin paytaxtı seçilməsi,  İlk Yay Olimpiya oyunlarının Bakıda keçirilməsi ölkəmizin 

beynəlxalq arenada nüfuzunun artmasına dəlalət etmiş  və  mədəni  əlaqələrimizinin genişlənməsinə 

gətirib çıxarmışdır. Bütün bu tədbirlərin həyata keçirilməsi Heydər  Əliyev Fondunun əvəzsiz 

xidmətləri olmuşdur. Hazırda Fond tərəfindən bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi 

milli mədəniyyətimizin inkişafını intensivləşdirərək mənəvi irsimizin mühafizəsinə, Azərbaycan 

mədəniyyətinin özünəxas unikallığının qorunmasına və bütün dünyada tanınmasına töhfə verir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

768 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, 

dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların 

ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual 

potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına 

yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də 

mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır.   

 

 



NATO-NUN ÇİKAQO SAMMİTİ VƏ AZƏRBAYCAN 

 

Həmidə ƏHMƏDOVA 

Bakı Dövlət Universiteti 

t_hemide@live.com 

AZƏRBAYCAN 

 

Beynəlxalq aləmdə nüfuzu getdikcə artan müstəqil Azərbaycan Respublikası qlobal proseslərdə 



və yeni dünya nizamının qurulmasında söz sahibi olan beynəlxalq siyasi, hərbi təşkilatlarla əlaqələrin 

inkişafına böyük əhəmiyyət verir, qarşılıqlı   münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində 

inkişafını dəstəkləyir. Bu gün beynəlxalq ekspertlər ümumi regional və qlobal təhlükəsizliyin birgəlik 

prinsipi çərçivəsində təmin edilməsi, mənafelərin qorunması və qazanılmış təcrübələrin paylaşılması 

istiqamətində Azərbaycanın atdığı addımları yüksək qiymətləndirirlər. Bu mənada, ölkəmiz 20 ildən 

artıqdır ki, dünyanın qüdrətli  hərbi-siyasi təşkilatlarından biri olan Şimali Atlantika Alyansı ilə “Sülh 

naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlığı yüksək səviyyədə davam etdirir. 

Bu gün birmənalı  şəkildə deyə bilərik ki, regionda maraqları olan istənilən dövlət və ya 

beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, 

bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Bunun müqabilində respublikamız da 

həmin dövlətlərlə, beynəlxalq təşkilatlarla  əlaqələrinin inkişafına,  əməkdaşlığa  əhəmiyyət verdiyini 

dəfələrlə  bəyan etmişdir. Bu baxımdan, Azərbaycan Respublikası  Qərb dövlətlərinin ümumi hərbi, 

siyasi və  təhlükəsizlik maraqlarının təmsilçisi kimi çıxış edən  Şimali Atlantika Alyansı ilə 

əməkdaşlığa böyük önəm verir. 2012-ci il may ayının 21-də ABŞ-ın Çikaqo şəhərində keçirilən 

NATO-nun Sammitində Azərbaycan Prezidenti İlham  Əliyevin iştirakı da bunu təsdiq edir. Bu 

Sammitdə 2010-cu il Lissabon Sammitində  qəbul edilən sənədlərin necə  tətbiq olunduğu və 

aşağıdakı məsələlər müzakirə edilmişdir: 

- NATO-nun Əfqanıstandakı vəziyyəti; 

- 2008-ci ildə yaşanan dünya iqtisadi böhranından sonrakı vəziyyət; 

- qısa və yaxın zamanda ortaq fəaliyyət strategiyasının planlaşdırılması; 

- “ağıllı müdafiə” (smart defence) proqramının həyata keçirilməsi; 

- NATO-nun hərbi gücünün qorunması və davam etdirilməsi; 

- Rusiya ilə münasibətlər. 

Dünyanın 28 ölkəsinin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin 

də iştirak etdikləri toplantıda 2014-cü ilin sonunadək beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması 

və bundan sonra ölkədə vəziyyətə nəzarətin milli təhlükəsizlik qüvvələrinə verilməsi ilə bağlı hərəkət 

strategiyası müzakirə olunmuşdur. Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyev ölkəmizin ilk illərdən  Əfqanıstanda sülhün və  təhlükəsizliyin təmin olunmasında bütün 

səylərini ortaya qoyduğunu vurğulamışdır. Azərbaycanın bu sahədə Alyansın ən fəal üzvlərindən biri 

olduğunu deyən Prezident bildirmişdir ki, ölkəmiz  Əfqanıstanda öz hərbçilərinin iştirakı ilə 

sülhyaratma missiyasını davam etdirir və eyni zamanda, Azərbaycan  əfqan hərbçilərinin müxtəlif 

sahələrdə hazıırlanması və treninqlərin keçirilməsi ilə Əfqanıstana öz töhfəsini verir. 

Sammitdə əhəmiyyətli olan digər məsələ də Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin Prezi-

dentlərinin dəvət edilməsidir. Orta Asiya dövlətlərinin Prezidentləri bu dəvəti qəbul etməmiş, 

Cənubi Qafqaz dövlətlərindən olan Ermənistan Prezidenti Serj Sərkisyan isə Azərbaycan və digər 

Müstəqil Dövlətlər Birliyi üzvlərinin ərazi bütövlüyünün tanınmasının Sammitin yekun bəyanna-

məsində yenidən təsdiq ediləcəyi üçün bu tədbirdə  iştirak etməmişdir. Bunu ölkənin Xarici İşlər 

Naziri Edvard Nalbandyan məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirmişdir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

769 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Sammit  Əfqanıstan məsələsinin müzakirəsi ilə yanaşı, Azərbaycan üçün digər bir mühüm 

hadisəylə - Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində  Şimali Atlantika Alyansının  ədalətli 

mövqeyinin növbəti dəfə  bəyan edilməsi ilə yadda qalmışdır. Sammitin yekununda qəbul olunan 

bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv 

dövlətlər tərəfindən tanınmışdır. Bəyannamənin 47-ci bəndində qeyd olunur ki, NATO Cənubi 

Qafqazda və Moldovadakı  həlli yubanan regional münaqişələr barədə narahatlığını  bəyan edir: “Biz 

Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın  ərazi bütövlüyünün, müstəqilliyinin və 

suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, 

bu prinsiplərə  və beynəlxalq hüququn normalarına  əsaslanan regional münaqişələrin sülh yolu ilə 

nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik”. 

Sammitin nəticələrinə tərəfdaş ölkələr nöqteyi-nəzərindən yanaşsaq, NATO-nun bu istiqamətdəki 

siyasəti və mövqeyində heç bir ciddi dəyişiklik müşahidə olunmadı. Ceymstaun (Jamestown) 

Fondunun  Şərqi Avropa məsələləri üzrə siyasi təhlilçisi Vladimir Sokor NATO-nun Çikaqo 

Sammitinin nəticələrini təhlil edərkən, Rusiyanın potensial işğalı ilə üz-üzə qalmış 6 Şərqi Avropa 

dövlətinin dərinləşən təhlükəsizlik məsələləri ilə bağlı NATO-nun ciddi addım atmadığını qeyd 

etmişdir. Ekspertin bu fikrində müəyyən qədər reallıq vardır ki, müstəqil dölətlərin ərazilərinin işğalı 

və etnik təmizlənmə ilə müşayiət olunan Ermənistan-Azərbaycan, Rusiya-Gürcüstan, Rusiya-Moldova 

arasındakı dondurulmuş münaqişələr, Ukrayna və Ermənistanda yerləşən Rusiya hərbi bazalarının 

müddətinim uzadılması  və bir sıra digər faktlar bölgənin təhlükəszilik problemini daha da 

mürəkkəbləşdirir. Daha əvvəl də  qəbul olunmuş  sənədlərdə olduğu kimi, Çikaqo sammitinin Yekun 

sənədində də “Cənubi Qafqaz və Moldovada uzun sürən münaqişələrin davam etməsinin Alyans üçün 

ciddi narahatlıq doğurduğu” qeyd olunmuşdur. 

Azərbaycan və Ermənistanın NATO ilə münasibətlərinə baxdıqda fərqli məcrada olduğunu görə 

bilərik. Baxmayaraq ki, Azərbaycan 2011-ci ildən “Qoşulmama Hərəkatı”na üzv olub, rəsmi Bakının 

NATO ilə əlaqələrdə KTMT-nın üzvü olan Ermənistandan üstün vəziyyətdə olmasını görürük. Bu gün 

Azərbaycan NATO ilə iki əsas istiqamətdə  əməkdaşlıq edir: birincisi, Azərbaycan NATO-nun 

Əfqanıstandakı  İSAF prosesinə  həm canlı qüvvə verib, eyni zamanda transit imkanlarını açmışdır. 

İkincisi, Azərbaycan  İPAP, PARP və digər planlar çərçivəsində öz Silahlı Qüvvələrini NATO 

standartlarına uyğunlaşdırır və bu yolda Alyansın dəstəyindən istifadə edir. 

Çikaqo sammitindən bir müddət öncə, Azərbaycan prezidenti İlham  Əliyevin 2012-ci il fevral 

ayının 15-də Brüsseldə NATO baş katibi Anders Foq Rasmussen ilə görüşündən sonra səsləndirdiyi 

fikirlər onu deməyə əsas verir ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində 4 strateji prioriteti 

özündə daşıyır: 

-  2014-cü ildən sonra Əfqanıstanın sabitləşməsi istiqamətində Əfqan təhlükəsizlik qüvvələrinin 

ehtiyaclarının qarşılanması üçün rəsmi Bakı yaradılmaqda olan Etimad Fonduna əhəmiyyətli maliyyə 

yardımı etmək fikrindədir. Bununla yanaşı,  Əfqanıstanın spesifik ehtiyaclarını  nəzərə alaraq, Azər-

baycan müxtəlif institutlar-Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Ərazilərinin Minalardan 

Təmizlənməsi üzrə Milli Agentlik və Sərhəd Xidməti Akademiyası vasitəsilə  Əfqanıstanda təhsil və 

təlim proqramları həyata keçirir. ANAMA bu yaxınlarda Əfqanıstan məktəblərində istifadə olunması 

üçün yerli dillərdə mina təhlükəsi barədə nəşrlər hazırlamış və bu ölkəyə çatdırmışdır; 

-  Azərbaycan NATO-nun enerji infrastrukturunun mühafizəsi layihəsinə qoşulmaq perspektivini 

özündə daşıyır; 

Azərbaycanın Əfqanıstandakı əməliyyatlara transit imkanlarını genişləndirməsi, yaxın gələcəkdə 



öz  ərazisindən hərbi yüklərin daşınmasına imkan verməsi mümkündür. Burada, eyni zamanda, 

söhbət NATO-nun Havadan Erkən Xəbərdarlıq və  Nəzarət Aviasiyasının (AWACS) 

fəaliyyətindən də gedə bilər;

 



Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesi sürətlənəcək.

 

Qeyd edək ki, Çikaqo sammitinin yekun bəyannaməsini beynəlxalq aləmdə böyük nüfuza malik 



olan ölkələr, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa və ABŞ kimi nəhəng dövlətlər 

də imzalamışlar. Sənədi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin imzalaması onu deməyə 

əsas verir ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən tərəflər 

ölkəmizin  ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də  məhz  ərazi 

bütövlüyü prinsipi əsasında həllinə  tərəfdardırlar. Bu, Dağlıq Qarabağ münaqişəsi məsələsində 

Azərbaycanın həm də ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə  dəstəklənməsi de-

məkdir. 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin