Microsoft Word 00 KeyNote Speakers Materiallar


AZƏRBAYCANIN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİ VƏ  QEYRİ-



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə147/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   140   141   142   143   144   145   146   147   148

AZƏRBAYCANIN BEYNƏLXALQ MÜNASİBƏTLƏRİ VƏ  QEYRİ-

NEFT SEKTORUNUN İNKİŞAFINDA BU AMİLİN ROLU 

 

Rövşən QULUYEV 

Azərbaycan Dövlət İqtisad Universiteti 

Rovshan950@gmail.com

 

AZƏRBAYCAN 

 

Muasir şəraitdə beynəlxalq aləmdə baş verən iqtisadi, siyasi,sosial və digər sahədə hadisələr onu 



söyləməyə  əsas verir ki, bu proseslərdən təcrid olunmuş formada fəaliyyət göstərmək qeyri 

mümkündür. Yəni hər bir ölkə çalışır ki , elə bir dayanıqlı  və davamlı iqtisadi siyasət yürütsün ki, 

mövcud vəziyyətdə inkişafı ləngitmiş olmasın. 

Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin 

mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil 

etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün 

nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, 

Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına 

üzv qəbul olunmuşdur. 

Siyasi istiqlaliyyət  əldə edildikdən sonra Azərbaycanın iqtisadi inkişafının  əsas məsələlərindən 

biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə qurulması  zərurəti olmuşdur. Azərbaycan hazırda 

dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət  əlaqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, 

xammal və mineral ehtiyatlarla zənginliyi, təbii  şəraiti və  əlverişli iqtisadi-coğrafi mövqeyi əmək-

daşlıq imkanlarını artırır. 

Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur və keyfiyyət 

dəyişikliklərinə  əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq iqtisadi 

inteqrasiya əlaqələrinə qoşulmasının nümunəsidir. 

Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafının 

təmin etmək üçün böyük üstünlüklər verir. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının 

formalaşması  şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük 

əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin  əsas xüsusiyyəti beynəlxalq, 

regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün 

sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.  Müstəqillik bərpa etdikdən sonra (1991-ci ilin 

oktyabr ayının 18-ində) Azərbaycanın ilk əməkdaşlıq münasibətləri  əldə etdiyi beynəlxalq iqtisadi 

təşkilatları aşağıdakılardır:  

İslam Konfransı Təşkilatı (İKT) – 8 dekabr 1991-ci il;  

İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) – fevral 1992-ci il;  

Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı – 1992 - ci il;  

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) – 1993-cü il;  

Ümumdünya Ticarət Təşkilatı (keçmiş QATT) müşahidəçi statusunda 1993-cü il;  

Müstəqil Dövlətlər Birliyi (MDB) – 1993-cü il;  

Avropa Şurası – 25 yanvar 2001-ci il.   

Azərbaycan dünyanın müsəlman respublikalarından biri olduğu üçün bir neçə beynəlxalq islam 

təşkilatlarına da üzv olmuşdur. Bunlardan ən nüfuzlusu və daha çox iştirakçı üzv ölkələrin sayına görə 

bütün islam dünyası ölkələrini (28 ölkə) özündə birləşdirən İslam Konfransı Təşkilatıdır (İKT). İslam 

Konfransı Təşkilatı müstəqillik əldə etdikdən sonra Azərbaycanın inteqrasiya oldunduğu ilk regional 

səviyyəli təşkilatdır.Bu əlaqə islam ölkələri ilə iqtisadi münasibətlərin inkişafına təkan verir. 

Azərbaycan demokratiya və iqtisadi inkişaf naminə  təşkilat olan GUAM  təşkilatının üzvü və 

yaradıcılarından biridir.  Təşkilatın digər üzvləri Gürcüstan, Moldova və Ukraynadır. GUAM 1997-ci 

il, oktyabrın 10-da yaranmışdır. Azərbaycan dövlətinin dünya iqtisadiyyatına inteqrasiyasında İqtisadi 

Əməkdaşlıq Təşkilatının (EKO) da xüsusi rolu vardır. Azərbaycan dövləti Qara dəniz  İqtisadi 

Əməkdaşlığının (QİƏ) təsisçilərindən biridir. Azərbaycan 20 sentyabrından MDB üzvü olmuşdur. 

Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

791 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

və  İnkişaf Bankının üzvüdür. BVF-nun Bakı  şəhərində nümayəndəliyi fəaliyyət göstərir.   Ölkəmiz 

xarici ölkələrə neft, neft məhsulları və avadanlıqlar, pambıq lifi, tütün, spirtli içkilər (şərab), soyuducu 

və kondisionerlər,  əlvan metallar və kimya məhsulları göndərir,  əvəzində isə  ərzaq məhsulları (yağ, 

un,  şəkər, taxıl, sitrus meyvələr), avtomobil və  sənaye avadanlıqları, metal və meşə materialları, 

yüngül sənaye malları (parça, paltar, ayaqqabı), mineral gübrə  və  məişət  əşyaları alır. Azərbaycan 

gələcəkdə xammal əvəzinə daha çox hazır sənaye məhsulları ixrac etməyi planlaşdırır . Azərbaycanın 

bölgədə siyasi sabitliyin, təhlükəsizliyin, iqtisadi inkişafın təmin edilməsi  üçün təşəbbüskarlığı  və 

xarici siyasətdə açıq və çevik fəaliyyəti digər ölkələrlə ikitərəfli münasibətlərin güclənməsinə müsbət 

təsir göstərir. Prezident  İlham  Əliyevin bu barədə mövqeyi aydın və  qətidir: “Azərbaycanın yolu 

birmənalıdır. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı maraq, qarşılıqlı hörmət, bir-birimizin 

işinə qarışmamaq prinsiplərini üstün tuturuq və görürük ki, hətta bəzi hallarda bir-birilə o qədər də 

yaxın münasibəti olmayan ölkələrlə də Azərbaycanın münasibətləri yaxşıdır”. Respublikamızın xarici 

dövlətlərlə ikitərəfli münasibətlərin inkişafında idxal-ixrac əməliyyatları mühüm rol oynayır. Bu, 

ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin genişlənməsində mühüm amillərdəndir. 

Məlum olduğu kimi ölkə  rəhbəri yeni iqtisadi diversifikasiya modeli , Azərbaycanın neftsiz 

iqtisadiyyat qurulması istiqamətində fəal iqtisadi siyasət yürüdülməsini daima ön plana çəkir. 

Beləliklə , Azərbaycan xarici beynəlxalq təçkilatlarla sıx inteqrasiya etməklə  həm iqtisadi,həm 

sosial və digər sahələrdə məqsədyönlü addımlar atmaqdadır.  

 

 



 

NEW ECONOMIC ORDER: CHINA’S FINANCIAL EXPANSION 

THROUGHOUT THE WORLD CASE: SOUTH CAUCASIAN STATES 

 

Mari JAVAKHISHVILI 

Ivane Javakhishvili Tbilisi State University 



mari.javakhishvili@outlook.com 

GEORGIA


 

Giorgi KHIDESHELI 

Ivane Javakhishvili Tbilisi State University  



giorgixidesheli@gmail.com 

GEORGIA


 

Since the second half of the 20

th

 century China’s socialist market economy was the remarkable 



example of “miracle” which made the latter as the world's second largest economy by Gross Domestic 

Product. According to the data of 2015, the GDP of China is the amount of $11.2 trillion. The 

mentioned economy success was caused by several reasons: voracious involvement in the international 

trades, abound of foreign direct investments, seeking the new technologies from transnational 

corporations and development of the scientific research centers, cheap labor, the low currency of 

Chinese Yuan, political stability and the export oriented industrial policy. In 2009 China became the 

world's largest exporter of goods and it surpassed the United States. It is considerable, that the China’s 

outward direct investment (ODI) includes almost every region of the world and it stands at around 120 

billion US dollar. The index of ODI upsurges year to year, for example in 2014 it was raised by 10% 

compared to 2013. Considering all the information mentioned above, China’s influence on world’s 

economic processes is increasing gradually. Therefore, China reinforces its capability of being world’s 

possible economic hegemon. 

We will try to explain China’s economic expansion throughout the world with the help of 

Hegemonic Stability Theory by George Modelski. The later emphasizes on the leading states’ role in 

developing of international economy. The hegemon is responsible for liberal and stable economy, 

coordination between all members and establishment of joint rules. Furthermore, the leadership of 

superior state is associate with the globalizations of markets, the intensification of international trades, 

circulations of capital and increased number of transnational corporations. the hegemon possesses as 

economic as political power which spread on the entire world. 

According to Hegemonic Stability Theory it is obvious that the hegemon has capability to 

establish world economic order. China’s economic expansion includes almost every part of the world 

and diverse sphere of interests, so we choose the particular case in order to shorten our research field. 

We decided to select the region of south Caucasus and figure out how China establish and reinforce 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

792 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

the economic ties with it. The aforementioned business relations with South Caucasian states might be 

considered as the way China tries to become a significant player in the region, where other powerful 

countries, for example Russia, Turkey or even Iran, are interested in strengthening of their economic 

or political positions. Also, the “New Silk Road”, from Chine to the UK, crosses two South Caucasian 

states: Azerbaijan and Georgia. Without any hesitations this global project will change the “economic 

weather” in the region, and the later will gain new meaning.  

The second part of our paper will be dedicated to China’s economic activities in Azerbaijan

Armenia and Georgia. We will try to examine the trading relations between those countries and 

People’s Republic of China. In addition to this variable, we will analyze China’s direct investments 

and significant economic projects in the South Caucasus region. For example, Armenia and 

Azerbaijan are focus on Chinese investments in energy sector while Georgia seeks the new 

opportunities in order to deepen its economic cooperation with China and create sustainable economic 

and political environment for possible Free Trade Area.  

The paper’s main argument is the following: China’s economic influence on the south Caucasian 

states has increased for the recent years. Hence, the main argument our research question is the next 

one: what economic factors maintain China’s economic expansion in the South Caucasus region? As 

for hypothesis: when the new economic power appears in the particular region, it causes the new 

redistribution of economic influence between existed leading financial actors, by the using of the 

intensification of trade relations, direct investments and new economic projects. Our independent 

variable is the redistribution of the economic influence among region’s dominant economic powers 

and the dependent variables are frequency of trading relations, the amount of direct investments and 

important projects.  

Although we have already selected our theoretical framework, Hegemonic Stability Theory, we 

still consider it quite important to review phenomenon of economic hegemon. Furthermore, we will 

use the method of case study in order to research China’s economic activities in Azerbaijan, Georgia 

and Armenia. Also, we will try to expose some connection between variables with the purpose of 

proving or denying of our hypothesis. Besides, we will pursue some significant data from distinguish 

ongoing literature, research reviews, experts’ opinions and statistics.  

As a possible result of our research we expect to validate our theoretical framework in accordance 

with our case.  We suppose that in the end of our work, it will be clarified in which fields do we face 

China’s increasing economic influence in the South Caucasus region. Also we will figure out what 

kind of anticipation and benefits do the both sides have from the economic cooperation. Finally, we 

will be able to observe how China is being formed as an economic hegemon in the aforementioned 

region.   

 

 

AZƏRBAYCAN VƏ İNDONEZİYA ƏLAQƏLƏRININ TƏŞƏKKÜLÜ, 



MÜASİR İKİTƏRƏFLİ  ƏLAQƏLƏRİN ƏSASLARİ 

 

Gəzənfər KAZIMOV 

mega.dronqo@mail.ru 

AZƏRBAYCAN 



 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra müstəqil olaraq dünyanın bir çox 

ölkələri ilə istər siyasi, iqtisadi, istərsə  də  mədəni  əlaqələrini inkişaf etdirmək yolunda mühüm 

addımlar atdı. Azərbaycan Respublikasının yaxın-uzaq qonşularıyla, eyni zamanda Cənubi –Şərqi 

Asiya ölkələri, o sıradan İndoneziya, Cənubi Koreya, Malayziya və digər ölkələrlə qurulan çoxtərəfli 

əlaqələr dövlətimizin dünyaya intreqrasiyasında  əsas xətlərdən birini təşkil edir. Azərbaycan və 

İndoneziya  əlaqələrinin yaranma zərurətinin  əsasları, təşəkkülü, inkişaf istiqamətləri və digər 

məsələləri araşdırma obyektinə çevirərkən bir neçə ümumi ortaq məsələlərə diqqət yetirmək lazımdır. 

Azərbaycan-İndoneziya əlaqələrinin muasir vəziyyətindən bəhs edərkən qeyd edək ki, ötən əsrin 

ortalarında, hələ Azərbaycan Sovet Birliyinin tərkibindəykən qurulan əlaqələrin məzmununda din 

birliyi mühüm amil kimi önə keçdi. Azərbaycan  İndoneziya  əlaqələrinin tarixinə  nəzər yetirdikdə 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

793 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

məlum olur ki, bu əlaqələr hələ XX əsrin ortalarında hərarətli bir şəkildə inkişaf tempini qorumuşdur. 

İndoneziyanın ilk prezidenti Əhməd Sukarno keçmiş SSRİ-yə  rəsmi səfər etmiş, müsəlman 

respublikalarında olmuşdur. Özbəkistana və Azərbaycana səfərlər edən  Əhməd Sukarno çıxışlarında 

müsəlman xalqlarına, o sıradan Azərbaycan xalqına olan səmimi, dost münasibətini ifadə etmişdir. 

Ulu Öndər Heydər  Əliyev cənabları ölkənin xarici siyasətində  Şərq siyasətinə xüsusi diqqət 

vermiş, Azərbaycan-İndoneziya münasibətlərini daima diqqətdə saxlamışdır. 1995-ci ilin 2 fevralında 

İsveçrəyə səfəri zamanı Azərbaycan Prezidenti cənab Heydər Əliyevin İndoneziyanın sənaye və ticarət 

naziri S.Xartarto ilə görüşü reallaşmışdır. 

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkələrdən biri İndoneziyadır. Belə ki, 

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdiyi ilin 28 dekabrında  İndoneziya 

müstəqilliyimizi tanımışdır. “İki ölkə arasında diplomatik əlaqələr 24 sentyabr 1992-ci ildə 

qurulmuşdur. 17 fevral 2004-cü ildə  İndoneziyanın Azərbaycandakı  səfiri (iqamətgahı Türkiyədə 

olmaqla) Amin Rianom öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab  İlham 

Əliyevə  təqdim etmişdir. 1 fevral 2006-cı il tarixində Azərbaycan Respublikasının  İndoneziya 

Respublikasındakı Səfirliyi, 2 dekabr 2010-cu il tarixində isə İndoneziya Respublikasının Azərbaycan 

Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır. 

Dövlət səviyyəsində qarşılıqlı  səfərlər, parlamentlərarası münasibətlər və s dövlət qurumları 

səviyyəsində  işgüzar səfərlər və görüşlər, iki ölkə arasında  əməkdaşlığın inkişaf istiqamətlərini 

müəyyənləşdirməkdə mühim amillərdir. Azərbaycan-İndoneziya parlamentlərarası  əlaqələr üzrə  işçi 

qrupuna Bəxtiyar  Əliyev,  İndoneziya-Azərbaycan  əməkdaşlıq üzrə  işçi qrupuna Nabiel Fuad Al 

Musavva rəhbərilik edirlər. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti qarşılıqlı münasibətlərin 

inkişafında mühüm əhəmiyyətə malikdir. İkitərəfli  əməkdaşlığın qurulmasında, görüşlərin həyata 

keçirilməsində beynəlxalq təşkilatların, BMT (Birləşmiş Millətlər Təşkilatı)-nin,  İƏT (İslam  Əmək-

daşləq Təşkilatı-nın, BETT (Beynəlxalq Ekoloji Təhlükəsizlik Təşkilatı)-nın, Dünya Bankı  və Bey-

nəlxalq Valyuta Fondunun və onun parlament şəbəkəsinin rolu müstəsnadır.  

Azərbaycan Respublikası ilə  İndoneziya Respublikası arasında Diplomatik münasibətlərin 

qurulması haqqında Birgə Kommünike, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İndoneziya 

Respublikasının Xarici İşlər Departamenti arasında  Əməkdaşlıq və  Məsləhətləşmələr haqqında 

Anlaşma, Azərbaycan Dövlət Teleqraf Agentliyi və  İndoneziya Milli Xəbər Agentliyi arasında 

informasiya mübadiləsi sahəsində  Əməkdaşlığa dair Anlaşma Memorandumları, Diplomatik və 

Xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında,  İqtisadi və Texniki 

Əməkdaşlıq haqqında Sazişlər müstəqillik dövründə imzalanmışdır. 

İki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli 

platformada  əlaqələrin xarakterini müəyyənləşdirir, iqtisadi, humanitar, mədəniyyət sahələrində  də 

əməkdaşlıq üçün potensial kimi çıxış edir. Bu gün istər Azərbaycan, istərsədə Indoneziyanın ədalətli 

və müasir cəmiyyət kimi dövlətçilik prinsipləri öz tarixi kökləri  əsasında qorunur, milli mənəvi 

dəyərlərin üzərində milli və bəşəri ideallara doğru irəliləyir. Ölkələrimizin milli birliyə, demokratiya, 

sosial ədalət prinsiplərinə dayanan dövlətçilik siyasəti bu günkü və gələcək tərəqqi yolunun təməlidir. 

Dövlətçilikdə ümumi maraqlar, iqtisadi inkişaf potensialı, mənəvi birlik kimi məsələlərin  əsasında 

qurulub inkişaf edən Azərbaycan-İndoneziya münasibətlərinin bu günü və  gələcəyi göz önündədir. 

Sağlam təməllərlə qurulan əməkdaşlıq tərəfdaş ölkələrin gələcək münasibətlərinin də göstəricisidir.  



 

 

 

 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

794 



Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

21 -Cİ ƏSR DİPLOMATİYASI: REALLIQLAR,  

ÇƏTİNLİKLƏR VƏ ÇIXIŞ YOLLARI 

 

Rəşad ƏLƏKBƏROV 

Yaxın Şərq Universiteti                                                    



resad.alekberov@gmail.com

 

AZƏRBAYCAN 

 

 İngilis dilinin Oksford lüğətinə əsaslanaraq H. Nikolson “diplomatiya” anlayışına belə tərif verir: 



“Diplomatiya – danışıqlar vasitəsilə beynəlxalq münasibətlərin aparılmasıdır.” Fransız diplomat və 

dövlət xadimi Şarl Moris de Taleyrana görə diplomat: “Həqiqəti gizlədən, yalanı uydurandır.” 

Diplomatiya öz tarixi inkişaf dövrü ərzində hakim olan beynəlxalq əlaqələr sistemindən, bərqərar olan 

dünya siyasi – iqtisadi nizamından, mövcud olan beynəlxalq  əlaqələr və xarici siyasətin inkişaf 

xəttindən, dünya siyasi xəritəsində olan və formalaşmaqda olan güc aktorlarından asılı olaraq şəkildən 

şəkilə düşmüşdür. Mahiyyət etibarilə diplomatiya bir sənət və fəaliyyət sahəsi kimi öz özəyini qoruyub 

saxlasa da, məqsədə nail olmaq üçün istifadə olunan üsul və vasitələrdə, tətbiq olunan metodlarda 

yenilik və əlavələrdən istifadə olunmuşdur.  

“Klassik” və ya digər adıyla “köhnə” diplomatiya adlanan diplomatiya növü Avropada yerləşən 

dövlətlər arasında mövcud olan əlaqələr sistemi üzərində qurulmuş və 1 - ci dünya müharibəsinə qədər 

öz mövcudluğunu qoruyub saxlamışdır. “Klassik” diplomatiyanın əsas səciyyəvi cəhəti hərbi gücə və 

gizliliyə verdiyi önəm olmuşdur.  

1-ci dünya müharibəsinin yekunu ilə  əlaqədar olaraq çağırılan 1919 – cu il Paris sülh konfran-

sında, bəşəri sülh və  təhlükəsizliyə töhfə vermək məqsədilə ABŞ Prezidenti Vudro Vilsonun tərtib 

etdiyi “Ön dörd müddəa”sı avropalıları inandırmağa çalışırdı ki, artıq beynəlxalq münasibətlər sistemi 

“qüvvələrin tarazlığı” konsepsiyası üzərində yox, “xalqların öz müqəddəratını təyin etmə” prinsipin-

dən çıxış edərək qurulmalı, avropalıların təhlükəsizliyi hərbi ittifaqlardan deyil, kollektiv fəaliyyətdən 

asılı olmalı, həmçinin bu günə  qədər tətbiq olunan diplomatiya məxfi deyil açıq olmalı, qazanılan 

diplomatik uğurlar açıq əldə edilən razılaşmalara əsaslanmalıdır.  

Əlavə olaraq diplomatiya sadəcə diplomatiya ilə  məşğul olan mütəxəssilərin təsiri altında 

olmayıb, daha geniş kütlənin ixtiyarına verilməliydi. “Yeni” diplomatiya adını alan diplomatiya artıq 

ictimaiyyətə açıq olmalıydı.“Yeni” diplomatiya 1- ci dünya müharibəsinin sonundan etibarən peyda 

olmuş, iki qütblü dünyanın bərqərar olduğu “Soyuq müharibə” illərində beynəlxalq əlaqələr sisteminə 

hakim olmuş və Sovetlər İttifaqının dağılmasına qədər mövcud olmuşdur.  

“Soyuq müharibə”nin başa çatması  və Sovetlər  İttifaqının dağılması ilə  əlaqədar olaraq bey-

nəlxalq  əlaqələr sistemi yeni forma və  şəkil almışdır. Beynəlxalq  əlaqələr sisteminin yeni aktorları 

olan beynəlxalq və regional təşkilatlar, qeyri hökümət təşkilatları, transmilli korporasiyalar, qeyri 

hökümət təşkilatları dövlətlərin xarici siyasətinə göstərdiyi təsirlə kifayətlənməmiş, yeni beynəlxalq 

əlaqələr sisteminin qurulmasına, yeni dünya siyasi – iqtisadi nizamının formalaşmasına öz töhfələrini 

vermişdir. 

Yaşadığımız dünyanın qloballaşması, insan hüquq və azadlıqlarının beynəlxalq  əlaqələrdə 

getdikcə artan önəmi, ictimaiyyətin dövlətlərin xarici siyasətindəki effektiv təsiri, müstəmləkəçiliyin 

aradan qaldırılması  və müstəmləkə zülmünə  məruz qalan xalqların “öz müqəddəratını  təyin etmə 

prinsipi”, radikal ekstremist qruplaşmaların mövcudluğu, terrorizmin beynəlxalq sülh və təhlükəsizlik 

üçün əsas təhdid formalaşdırması, ölümcül xəstəliklərin, kütləvi qırğın silahların artması ilə əlaqədar 

olaraq “qlobal diplomatiya” deyilən diplomatiya növü tətbiq olunmağa başlamışdır. Qeyd edilən bütün 

məsələlər “qlobal” diplomatiyanın vacibliyini zəruri etmişdir. 

Artıq heç kəsə sirr deyil ki, yaşadığımız dünyada güclü olan tərəf informasiyaya sahib olan 

tərəfdir. Dövlət sərhədlərinin formal xarakter daşıdığı bir şəraitində, sosial medianın dövlətləri təşkil 

edən cəmiyyətlər üzərindəki effektiv təsiri “internet diplomatiyası” və ya “vətəndaş diplomat”lar kimi 

adlanan diplomatiya növünün tətbiqinin vacibliyini zəruri edir.  

Texnika və texnologiyanın inkişafı, informasiya əldə etməyin asandlığı, çeşidli və bol 

informasiya - dövlətləri baş verən proseslərin fonunda öz siravi vətəndaşlarını diplomatiya ilə bağlı 

qərarvermə mexanizminə cəlb etmək məsələsini aktual edir. 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin