İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə1/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   156
nformatikanin saslari


İsa Musayev, Mətləb Əlizadə


İNFORMATİKANIN ƏSASLARI


(Dərs vəsaiti)

Bakı – 2014

Giriş


Müasir dünya günbəgün virtuallaşmaqdadır. Yəni bu günədək həlli mümkün olmayan məsələlərin həlli mümkün olmaqdadır. Bu prosesin təməlində kompüterləşmə və informatlaşma dayanır.
Taxıl, polad, elektrik kimi, kompüter də İnsan həyatının ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bütün dünya ölkələri bu prosesin içində yeni məzmun kəsb edən mövcudluq formasına keçməkdədir.
Fizika, kimya, biologiya kimi fundamental təbiətşünaslıq elmlərindən biri olan
―İnformatika‖nın meydana gətirdiyi kompüter texnikası bəşəriyyətə informasiya-kommu- nikasiya texnologiyalarından (İKT-dən) bəhrələnmək imkanı yaratmışdır.
Hal-hazırda Cəmiyyət həyatının elə bir sahəsi və istiqaməti yoxdur ki, onu kompütersiz təsəvvür etmək mümkün olsun. Hökümət təşkilatları, qeyri-hökumət və özəl qurumlar öz fəaliyyətlərində müasir İKT-dən get-gedə daha dolğun istifdə etməyə çalışırlar. Sosial-iqtisadi, elm-mədəniyyət, ictimai-siyasi, təhsil və s. fəaliyyət sahələri İKT-dən istifadə etməklə yeni məzmun kəsb etmişdir.
Bu baxımdan, İnformatika elminin tədrisi və təbliği son dərəcə aktuallaşmışdır. İnformatikanın ümdə məqsədi alqoritmik mədəniyyət formalaşdırmaqdır. Bu isə yeni düşüncə tərzi, dünyəvi biliklərə yiyələnmək, ümumbəşəri dəyərlərə sahib çıxmaq imkanı- nın reallaşması deməkdir.
İnformatika, Cəmiyyətin istifadəsinə təqdim etdiyi təməl ideyalar və prinsiplər əsasında yaradılmış bütün aparat və proqram vasitələrindən və bunlara söykənən İKT-dən hərtərəfli və səmərəli istifadə üsulları barədə biliklər sistemidir.
İnformatika təlimi get-gedə konkret aparat-proqram vasitələrinin xarakteristikasını arxa plana keçirməli və əsas diqqəti təməl ideyaların və prinsiplərin şərhinə yönəltməlidir.
Maddə, enerji və informasiya təbiətin təməl mahiyyətləri sayılır. Maddə və enerjinin dünyəvi və bəşəri rolu çoxdan dərk edilsə də, canlı və cansız təbiətdə informasiyanın rolu xeyli gec başa düşülmüşdür.
Maddə, enerji və informasiya kimi təməl mahiyyətlərin insana xidmət etməsində ən ümumi elmi instrument olan riyaziyyatın mühüm rolu vardır. İnsanın əldə etdiklərinin əksəriyyəti riyazi metodların tətbiqi ilə mümkün olmuşdur. Min illərdən bəri istifadə
edilən riyaziyyata nisbətən informatika olduqca gənc elm olub son bir-neçə on illik tarixə malikdir. Buna baxmayaraq, informatika riyaziyyat və digər elm sahələrini bəşəriyyətin həyatına daha dərin nüfuz etdirərək daha dərin dəyişikliklər törədə bilmişdir. Bu dəyişikliklərin olduqca böyük müsbət cəhətləri olsa da, təhlükəli tərəfləri də yox deyildir. Odur ki, informatikanın tədrisi həm də informatikanın yaratdığı imkanlardan ağılla və ehtiyatla istifadə edilməsi məsələlərini əhatə etməlidir.
Dərs vəsaiti 8 bölmədən ibarətdir.
Birinci bölmə ―İnformatikanın obyekti, predmeti və metodu‖ adlanır. Burada Dünyanın maddi-enerji və informasiya mənzərəsi, təbiətdə və cəmiyyətdə informasiyanın yeri və rolu, informatlaşdırmanın aparat və proqram aspektləri, informasiya cəmiyyəti və informatikanın predmeti və metodu barədə ardıcıl və yığcam məlumat verilərək müasir dövrün ümumi informasion anlamı barədə bitkin təsəvvür yaratmağa cəhd edilmişdir.
İkinci bölmə ―İnformasiya, onun kəmiyyət və keyfiyyət xarakteristikası‖ adı altında verilmişdir. Dərs vəsatinin ikinci bölməsində ―İnformasiya‖nın təməl elmi anlayış olması, onun fizikada, biologiyada, kibernetikada və informatikada mənalandırılması müxtə- lifliklərinin səbəbləri, informasiyanın kəmiyyət xarakteristikaları, təqdimatı və kodlaşdırılması məsələləri araşdırılmışdır.
Üçüncü bölmə ―İnformasiya emalının texniki vasitələri‖ adlandırılmışdır. Bu bölmədə ədədi informasiya emalı qurğuları və informasiya emalının instrumental vasitələrinin inkişafı, fərdi kompüterlərin aparat təminatı, informasiyanın kompüter yaddaşında təsviri, kompüterin təşkili və fəaliyyəti yığcam şəkildə nəzərdən keçirilmişdir.
Dördüncü bölmə ―Kompüterin hesabi və məntiqi əsasları‖na həsr edilmişdir. Dördüncü bölmədə ədədi informasiyanın say sisteminin köməyi ilə təqdim edilməsi, məntiqin əsasları və kompüterin məntiqi əsasları, ədədi, mətni, qrafik və səs informasiyasının kompüterdə təqdim və təsviri öz əksini tapmışdır.
Beşinci bölmə ―İnformasiyanın işlənməsinin avtomatlaşdırılmasının əsasları‖ adlanır. Bu bölmədə alqoritmləşdirmənin əsasları və proqramlaşdırma, o cümlədən, Visual Basic və VBA dillərində proqram layihələrinin hazırlanmasına nümunələr verilmişdir.
Altıncı bölmə ―Kompüter sistemlərinin proqram təminatı‖nı özündə əks etdirir. Altıncı bölmədə kompüter sistemlərinin proqram təminatının tipologiyası, sistem proqram təminatı, o cümlədən əməliyyat sistemləri, proqramlaşdırma texnologiyalarının instru-
mentariyası və tətbiqi proqram təminatı, o cümlədən, tətbiqi proqram təminatına
nümunələr kimi mətn redaktoru, elektron cədvəllər və qrafik redaktor barədə yığcam məlumat öz əksini tapmışdır.
Yeddinci bölmə ―Kompüter şəbəkələrinin arxitekturası‖ adlanır. Dərs vəsaitinin yeddinci bölməsində kompüter şəbəkələrinin qurulması və fəaliyyətinin təməl prinsipləri şərh edilmişdir.
Səkkizinci bölmə ―İnformasiya sistemləri və texnologiyaları‖na həsr edilmişdir. Burada informasiya emalının müasir üsulları, informasiya sistemlərinin baza texnologiya- ları, o cümlədən, VB texnologiyaları, mətn axtarışı texnologiyaları, Veb texnologiyaları şərh edilmişdir.

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin