İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə8/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   156
nformatikanin saslari

İnformasiya fizikada. Fizikada termodinamik sistem üçün qaydasızlıq, xaos ölçüsü entropiya adlanır. Bu baxımdan, qaydalılıq, sahmanlılıq ölçüsü olan anti entropiya, neqentropiya, informasiya mahiyyəti daşıyır. Sistem mürəkkəbləşdikcə ondakı entropiya azalır, informasiya isə artır. İnformasiyanın artması prosesi ətraf mühitlə maddi, enerji və informasiya mübadiləsi edən açıq sistemlərə, özü inkişaf edən canlı aləmə12 xasdır.

Beləliklə, fizikada informasiya mənfi entropiya kimi qavranılır.

      1. İnformasiya biologiyada. Canlı aləmi öyrənən biologiyada informasiya canlı orqanizmlərin məqsədyönlü davranışı ilə əlaqələndirilir. Çünki belə davranış canlı orqanizmin ətraf mühitdən aldığı informasiyanın hesabına əldə edilir.

Biologiyada informasiya anlayışı həm də irsiyyət mexanizmlərinin tədqiqi ilə bağlı olaraq istifadə edilir. Genetik informasiya irsi olaraq ötürülür və canlı orqanizmlərin bütün hüceyrələrində saxlanır. Genlər canlı orqanizmin qurulması barədə informasiya saxlayan mürəkkəb molekulyar strukturlardır. Məhz bu ideyaya əsaslanaraq klonlaşdırma13 eksperi- menti keçirilmişdir.

      1. İnformasiya kibernetikada. İdarəetmə haqqında elm olan kibernetikada ―in- formasiya‖ anlayışı mürəkkəb sistemlərdə (canlı orqanizmlərdə və ya texniki qurğularda) idarəetmə prosesləri ilə əlaqələndirilir. Yəni istənilən canlı orqanizmin həyat fəaliyyəti və ya texniki sistemin normal işləməsi idarəetmə prosesindən asılıdır. Çünki idarəetmə onların zəruri parametrlərini müəyyən hədlər daxilində saxlayır. İdarəetmə prosesi informasiyanın alınması, saxlanması, dəyişdirilməsi və ötürülməsi prosedurları zəncirin- dən ibarətdir.


      2. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin