İnformatikanin əsaslari


İnformasiynın kəmiyyət xarakteristikaları



Yüklə 1,28 Mb.
səhifə11/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   156
nformatikanin saslari

İnformasiynın kəmiyyət xarakteristikaları


  1. İnformasiyanın texnikada ölçülməsi. Texnikada29 informasiyanın kəmiyyəti dedikdə, kodlaşdırılan, ötürülən və ya saxlanılan simvolların sayı nəzərdə tutulur. Yəni burada həcm ön plana çəkilir və məzmun nəzərə alınmır.

Hesablayıcı texnikada 2 standart ölçüdən – bit baytdan istifadə edilir. Bit minimal informasiya vahididir ki, bu da iki haldan birinin seçilməsinin nəticəsini ifadə edir. Bayt 8 bitlik standart vahiddir. Adətən mətnin bir simvolunu təqdim etmək üçün istifadə edilir.

      1. Xəbərin informasion həcmi (tutumu). Xəbərin informasion həcmi (tutumu) dedikdə, xəbərdəki informasiyanın bitlə, baytla və törəmə vahidlərlə30 ölçülən kəmiyyəti nəzərdə tutulur.
      2. İnformasiyanın miqdarı – bilikdəki qeyri-müəyyənliyin azalması ölçüsü kimi


        1. İnformasiya bilik. Ətraf mühitdən əldə edilən informasiya dərk edilir və yadda saxlanır. Bu informasiyanın yaddaşda toplanması nəticəsində bilik yaranır. Dərketmə prosesi biliyin artmasına səbəb olur. Dərketmə prosesi çevrədirsə, dairə bilik,




  1. Xəbərlərin kodlaşdırılması və ötürülməsi nəzəriyyəsində 30 Kbayt, Mbayt və s

çevrədən kənar biliksizlikdir. Biliksizlik tərəddüd yaradır. Tərəddüd qeyri-müəyyənlik əlamətidir. Odur ki, biliyin artması qeyri-müəyyənliyin azalmasına səbəb olaraq tərəddüdü yox edir və qərarlılıq yaradır.

        1. Bilikdəki qeyri-müəyyənliyin azalması. İnformasiyaya qeyri-müəyyənliyin antipodu kimi baxılması onu kəmiyyətcə ölçməyə imkan vermişdir ki, bu da həm kibernetika, həm də informatika üçün olduqca vacibdir.

Hadisədən əvvəl mümkün halların ehtimalları tərəddüd mənbəyi kimi çıxış edir. Hadisə baş verdikdən sonra tərəddüd yox olur. Məsələn, göyə atılan metal pulun hansı üzünə düşəcəyini söyləmək nə qədər çətindirsə, pul yerə düşdükdən sonra bir o qədər asandır. Bu halda əldə edilən informasiya qeyri-müəyyənlik yaradan 2 halı azaldıb 1 hala çevirir. Oyun zərində bu, 6 halın 1 hala çevrilməsidir. Yəni, 2 üzlü pula nəzərən, 6 üzlü zər 3 dəfə artıq informasiya verir.


      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin