İnformatikanin əsaslari


İnformasiya informatikada



Yüklə 1,28 Mb.
səhifə9/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   156
nformatikanin saslari

İnformasiya informatikada. İnformatikada informasiyanın aşağıdakı tərifi daha tez-tez istifadə edilir:

İnformasiya - ətraf dünya haqqında dərk edilmiş və saxlanma, ötürülmə, dəyiş- dirilmə və istifadə edilmə obyekti olan məlumatlardır.
Məlumat – siqnallarda, xəbərlərdə, bildirişlərdə ifadə edilən bilgilərdir.


12 zülal molekullarına, orqanizmlərə, heyvan populyasiyasına və s.
13 Bir hüceyrədən orqanizmin dəqiq surətinin (nüsxəsinin) yaradılması
12
Xəbər - informasiyanın maddi formasıdır. Bu baxımdan, informasiya – xəbərdən süzülüb çıxarılan qeyri-maddi mahiyyətli mənadır. Yəni informasiya xəbərin məna yüküdür. Lakin həm eyni informasiya müxtəlif xəbərlərlə ötürülə biləndir, həm də eyni xəbərin müxtəlif mənalarda başa düşülməsi mümkündür. Hətta elə xəbərlər var ki, onların mənasını heç kim anlaya bilmir. Odur ki, xəbərin mənasının izah edilməsi üçün xüsusi dilə ehtiyac duyulur. Bu dilə kodlaşdırma sistemi deyilir. Beləliklə, informasiya yalnız kodlaşdırıldıqdan (xüsusi işarələr sisteminə tərcümə edildikdən) sonra xəbərə yüklənə bilir və yalnız dekodlaşdırıldıqdan (əks tərcümədən) sonra xəbərdən süzülülüb çıxarıla bilir. Lakin eyni informasiya (məna) müxtəlif kodlaşdırma sistemləri ilə müxtəlif xəbərlərə yüklənə biləndir.
İnformatika baxımından, informasiyanın əsas növləri aşağıdakılardır:
-Qrafik və ya təsviri informasiya14;
-Səs informasiyası15;
-Mətn informasiyası16;
-Ədədi informasiya17;
-Videoinformasiya18;
Bunlardan əlavə, taktil19, orqanoleptik20 informasiya kimi kodlaşdırılması və saxlanması hələ mümkün olmayan informasiya növləri və həmçinin, elmin, hələ nəinki kodlaşdırıb saxlamağı, hətta izah etməyı belə bacarmadığı bir sıra başqa informasiya növləri21 də vardır.
İnformasiya uzaq məsafəyə əvvəlcə kodlaşdırılaraq işıq siqnalları ilə, sonra elektrik naqili ilə, daha sonra isə radio dalğaları ilə ötürülmüşdür.
Rəqəmsal rabitənin banisi ümumi informasiya nəzəriyyəsinin yaradıcısı Klod Şennon sayılır.
İnternetin təqdim etdiyi informasiya xüsusi növ informasiya hesab edilir. Çünki burada irihəcmli paylanmış informasiyanın saxlanması, emalı, axtarışı, ötürülməsi üçün



  1. Ətraf dünya haqqında ilk saxlanan informasiya növüdür. Qayaüstü rəsmlər...

  2. 1877-ci ildən saxlanması mümkün olmuşdur. Əsas növü musiqi informasiyasıdır.

  3. Şifahi dilin sözlərinin və cümlələrinin xüsusi simvolların (hərflərin) və digər durğu işarələrinin köməyi ilə kodlaşdırılması nəticəsində meydana gəlmişdir.

  4. Ətraf dünyadakı obyektlərin və onların xassələrinin kəmiyyət ölçüləri olan rəqəmlərlə ifadə edilir.

  5. Ətraf dünyanın ―canlı‖ təsviri. Kinonun ixtira edilməsi ilə mümkün olmuşdur.

  6. lamisə, duyğu, hiss

  7. iybilmə, dadbilmə və s

  8. Məsələn, ekstrasensor informasiya

xüsusi priyomlardan və müxtəlif informasiya növlərinin işlənməsi üçün xüsusi üsullardan istifadə edilir.
Digər obyektlər kimi, informasiya da müəyyən xassələrə malikdir. İnformasiyanın xassələrinin digər obyektlərin xassələrindən əsas fərqi dualizmdir. Yəni informasiyanın məzmununu formalaşdıran xassələr həm ilkin verilənlərin xassələrindən, həm də qeydiy- yataalma metodlarının xassələrindən asılıdır.
İnformatika baxımından, obyektivlik, gerçəklik, tamlıq, dəqiqlik, aktuallıq, yarar- lılıq, qiymətlilik, məqamlılıq, başa düşülənlik, əlçatanlıq və lakoniklik kimi ümumi keyfiyyət xassələri ön plana çəkilir.
Obyektivlik informasiyanın qeydiyyata alınma üsulundan asılı olmamasını ifadə edir. Məsələn, ―hava istidir‖ - cümləsindəki informasiya obyektiv deyil. Lakin ―havanın

hərarəti
220 С təşkil edir‖ - cümləsindəki informasiya obyektivdir. Çünki bu, insanın

subyektiv qiyməti deyildir.
Gerçəklik informasiyanın hadisəni düzgün əks etdirməsini ifadə edir. Obyektiv informasiya həmişə gerçəkdir. Gerçək informasiya isə həm obyektiv, həm də subyektiv ola biləndir. Gerçək informasiya düzgün qərar qəbul etməyə kömək edir. İnformasiyanın bilərəkdən22 və ya bilməzlikdən, həmçinin manelərin təsiri və ya dəqiq ölçü cihazının olmaması üzündən təhrif edilməsi nəticəsində gerçək olmayan informasiya yaranır.
Tamlıq informasiyanın dərketmə və ya qərar qəbulu üçün yetərli olmasını ifadə edir.
Natamam informasiya səhv qərar qəbuluna səbəb ola bilir.
Dəqiqlik informasiyanın obyektin, prosesin, hadisənin gerçək vəziyyətinə yaxınlıq dərəcəsini göstərir23.
Aktuallıq informasiyanın istifadə məqamı üçün vacibliyini ifadə edir. Bəzən yalnız vaxtında alınan informasiya yararlı olur.
Yararlılıq (qiymətlilik) informasiyanın konkret istifadəçi ehtiyacını ödəmək baxımından qiymətləndirilməsini ifadə edir.
Ən qiymətli informasiya obyektiv, gerçək, tam və aktual olan informasiyadır24.
Sosial (ictimai) informasiya əlavə xassələrə də malikdir. Çünki bu, semantik (məna) xarakterli olub, ətraf dünyanı anlayışlar vasitəsilə təsvir edir. Digər tərəfdən, bu



  1. dezinformasiya

  2. Bu, ölçü cihazlarının xətası ilə bağlıdır.

  3. Lakin nəzərə almaq lazımdır ki, obyektiv və gerçək olmayan informasiya da, məsələn, bədii əsər də insan üçün çox qiymətli informasiya kimi çıxış edə biləndir.

informasiya dil mahiyyətli olub, bir mahiyyəti müxtəlif dillərdə25 ifadə etməyi mümkün edir.
Zaman keçdikcə, informasiyanın kəmiyyəti26 artır, sistemləşdirilir, qiymətləndirilir və ümumiləşdirilir. Bu, informasiyanın kumulyativ27 xassəsidir.
İnformasiyanın köhnəlməsi zaman keçdikcə onun qiymətdən düşməsi formasında baş verir. Mövcud informasiyanı köhnəldən onu tamamlayan və dəqiqləşdirən yeni informasiyadır. Elmi-texniki informasiya sürətlə, estetik informasiya28 isə yavaş-yavaş köhnəlir.
Məntiqilik, yığcamlıq və münasib təqdimat forması informasiyanı asan anlamağa və mənimsəməyə kömək edir.


      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin