İnformatikanin əsaslari


İnformasiyanın müxtəlif növlərinin sıxılması (arxivləşdirilməsi)



Yüklə 1,28 Mb.
səhifə17/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   156
nformatikanin saslari

İnformasiyanın müxtəlif növlərinin sıxılması (arxivləşdirilməsi)


İnformasiyanın diskret rəqəmsal təqdimatı adətən müəyyyən bolluğa (boşluğa) malik olur. Belə ki, tez-tez eyni bit sıraları təkaralanır. Bu isə informasiyanın həcmini artırır ki, bu da həm saxlama, həm də ötürmə baxımından həll edilməsi tələb olunaan problem sayılır. Buna görə də xüsusi sıxma metodları (alqoritmləri) işlənib hazırlan- mışdır ki, bunların köməyi ilə də informasiyanın həcmini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olur. Həm universal35, həm də ixtisaslaşdırılmış36 sıxma alqoritmləri möv- cuddur.
Sıxma alqoritmlərinin hamısı bit-lə işləyir.
Sıxma prosesinin əsas texniki xarakteistikaları və nəticələri aşağıdakılardan ibarətdir:
-sıxma dərəcəsi37;
-sıxma sürəti38;
-sıxma keyfiyyəti39.
Sıxma üsulları dönərli və dönməz olmaqla 2 qrupa bölünür.

  1. Universal alqoritmlər informasiyaya sadəcə, bitlər sırası kimi baxır

  2. Bunlar müəyyən tip (şəkil, mətn, səs, video) informasiyanı sıxmaq üçündür

  3. Sıxılmamış həcmin sıxılmış həcmə nisbəti ilə ölçülür

  4. Müəyyən informasiya həcminin sıxılmasına sərf edilən vaxtla ölçülür

  5. Başqa alqoritmlə təkrar sıxarkən aşkara çıxan sıxılma dərəcəsi

Dönməz sıxma zamanı sıxılmış informasiya xarici görünüş etibarı ilə ilkin infor- masiya yığımına bənzəsə də, həcmcə kiçik olur. Bu alqoritmlər rastr şəkil fayllarını, səs və video faylları sıxmaq üçün tətbiq edilir.
Dönərli sıxma zamanı informasiyanın informativliyi, yəni informasion strukturu qorunub saxlanır.


      1. Seriyalı kodlaşdırma üsulu ilə sıxma


Bu üsulda təkrar olunan elementlər üçün sayğac qoyulur. Məsələn, fərz edək ki, sıxılması tələb olunan informasiya: 44 44 44 11 11 11 11 01 33 ff 22 22 şəklindədir. Bu
üsulla sıxılmış informasiya: 03 44 04 11 00 03 01 33 ff 02 22 kimi olacaqdır. Göründüyü
kimi, 03 44 üç dənə 44 olduğunu, 04 11 isə dörd dənə 11 olduğunu göstərir. Əgər birinci bayt 00 şəklindədirsə, sayğac təkrar olunmayan baytları sayır ki, bizim misalda da bu, üç dənədir (01 33 ff). Buna görə 00 03 baytlarından sonra 01 33 ff gəlir, sonra isə 02 22 baytları, yəni iki dənə 22 gəlir.
Bu üsul rastr şəkilləri sıxmaq üçün münasibdir. Lakin bu üsul informasiyanı az sıxır.

      1. Yüklə 1,28 Mb.

        Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin