İnformatikanin əsaslari


İnformasiyanın sosial əhəmiyyətli xassələri



Yüklə 1,28 Mb.
səhifə10/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   156
nformatikanin saslari

İnformasiyanın sosial əhəmiyyətli xassələri. İnsan – sosial varlıq olduğundan, cəmiyyətdə mövcuddur. Bu isə o deməkdir ki, insanlar arasında informasiya mübadiləsi baş verir. İnformasiya mübadiləsi həmişə müəyyən dildə baş tutur.

İnformasiya faydalı olmazsa, informasiya mübadiləsinin praktiki əhəmiyyəti olmaz.
Faydasız informasiya küy yaradır. Bu, faydalı informasiya almağa mane olur.
Dedik ki, informasiya gerçək və aktual olmalıdır. Çünki gerçək olmayan informasiya çaşdırıcı olur. Aktual olmayan informasiya isə faydalı deyil.
Yuxarıda göstərdik ki, informasiya tam və dəqiq olmalıdır. Çünki tam informasiya qərar qəbulu üçün kifayətedici informasiyadır. Dəqiq informasiya isə hər yerdə eyni cür başa düşülən informasiyadır. Tam və dəqiq informasiya elmin məhsuludur.
İnformasiya ətraf mühitdən qəbul edilən giriş verilənləri, ətraf mühitə ötürülən çıxış xəbərləri və sistemin daxilində saxlanan məlumatlar çoxluğudur. İnformasiya sənədlərdə, çertyojlarda, şəkillərdə, mətnlərdə, səs və işıq siqnallarında, elektrik və əsəb impulslarında mövcud ola biləndir. Verilənlər informasiyanın tərkib hissəsi olub, qeyd edilmiş siqnallardır.
İnformasiya prosesləri zamanı verilənlər metodların köməyi ilə bir növdən digərinə dəyişdirilir.Verilənlərin emalı müxtəlif əməliyyatlar çoxluğunu ehtiva edir. Əsas əməliyyatlar aşağıdakılardan ibarətdir:
-verilənlərin yığılması – qərar qəbulu üçün kifayət edən informasiyanın toplanması;



  1. Məsələn, təbii danışıq dilindəki fikrin riyazi düsturlarla ifadə edilə bilməsi

  2. miqdarı və həcmi

  3. Kumulyasiya – latınca, yığılma, toplanma, artma mənasına gəlir.

  4. Sənət əsəri

-verilənlərin formallaşdırılması – müxtəlif mənbələrdən daxil olan verilənlərin vahid formaya gətirilməsi;
-verilənlərin filtrlənməsi – qərar qəbulu üçün lazım olmayan artıq verilənlərin ləğv edilməsi;
-verilənlərin çeşidlənməsi – istifadə baxımından münasib olsun deyə, verilənlərin müəyyən əlamət üzrə səliqəli düzülməsi;
-verilənlərin arxivləşdirilməsi – verilənlərin münasib və əlçatan formada saxlanması;
-verilənlərin qorunması – verilənlərin itməsinə, təkrar istehsalına və modifikasiya edilməsinə qarşı yönəldilmiş tədbirlər kompleksi;
-verilənlərin nəql edilməsi – informasiya prosesinin uzaqda yerləşən ayrı-ayrı istifadəçiləri arasında verilənlərin ötürülməsi və qəbul edilməsi. Verilənlərin mənbəyi server, istifadəçisi isə müştəri adlandırılmışdır;
-verilənnlərin dəyişdirilməsi – verilənlərin bir formadan digərinə, bir strukturdan digərinə dəyişdirilməsi və ya daşıyıcı (yaddaş) tipinin dəyişdirilməsi.



    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin