İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə4/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   156
nformatikanin saslari

İnformasiya və cəmiyyət. İnsanlar arasında ünsiyyət informasiya mübadiləsi şəklində baş verir. İnformasiya mübadiləsi yazılı, şıfahi və jestlərlə həyata keçirilə bilir. İnformasiya dil vasitəsi ilə ötürülür. İnformasiyanın başa düşülməsi üçün dil ümumi olmalıdır. Dillərin çoxluğu informasiyanın ötürülməsi imkanlarını genişləndirir və seçim imkanlarını artırır. İnsan cəmiyyəti tarixinə, müəyyən mənada, informasiyanın yığılması və emalı tarixi kimi baxmaq mümkündür. Dərketmə prosesi informasiyanın alınması, saxlanması və emalı proseslərinin məcmusudur. Alınmış informasiya müxtəlif daşıyıcılarda (saxlayıcılarda), kitablarda, audio-video kassetlərdə, maqnit və lazer disklərində saxlanır.

Kompüterlərin vahid qlobal İnternet şəbəkəsində əlaqələndirilməsi bəşər tarixi ərzində yığılıb toplanmış informasiyaya hər bir şəxsin müraciət edə bilməsini mümkün etmişdir.

    1. İnformasiya prosesləri texnikada. İnformasiya prosesləri təbiətə, insana və cəmiyyətə xas olduğu kimi, texnikaya da xasdır. Texniki qurğuların normal fəaliyyəti idarəetmə prosesləri ilə bağlıdır ki, bu da mahiyyətcə, informasiyanın alınması, caxlanması, emalı və ötürülməsi proseslərinin məcmusundan ibarətdir. Bəzi hallarda idarəetmənin əsas ağırlığını insan öz üzərinə götürməli olur. Digər hallarda idarəetmə sırf maşının işidir.

    2. İnformatlaşdırmanın aparat və proqram vasitələri. İnformasiyanı rəqəm forma- sında kodlaşdıran, emal edən, saxlayan, ötürən xüsusi texniki qurğular, kompüter, printer, skaner, modem və s. yaradılmışdır. Bu qurğular informatlaşdırmanın aparat vasitələridir. İnformatlaşdırma dedikdə, müxtəlif profilli mütəxəssislərin peşəkar fəaliyyətində, tədrisdə, elmi-tədqiqatda, idarəçilikdə, inzibatşılıq fəaliyyətində, məişətdə, asudə vaxtda müasir informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulur.

İnformasiyanı avtomatik emal edən universal vasitə kompüterdir. Kompüter müxtəlif təyinatlı, müxtəlif funksiyaların icrasına imkan verən proqramlar vasitəsi ilə idarə olunur. Proqram dedikdə, ən ümumi halda, icraçıya aydın olan formada yazılmış xüsusi əməllər ardıcıllığından ibarət olan fəaliyyət planı başa düşülür. Xüsusi halda, icraçı dedikdə, kompüter nəzərdə tutulur. Kompüter proqramları məcmusuna proqram təminatı və ya
informatlaşdırmanın proqram vasitələri deyilir.


    1. Yüklə 1,28 Mb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin