FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə1/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
  1   2   3   4   5   6   7   8   9   ...   132
Fəlsəfə mühazirə



FƏLSƏFƏ, ONUN PREDMETİ VƏ CƏMİYYƏTİN MƏNƏVİ 
İNKİŞAFINDA
ROLU
P L A N 
1.
Fəlsəfənin predmeti və elmlər sistemində yeri 
2.
Fəlsəfənin qaynaqları: mifologiya və din 
3.
Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri 
4.
Dünyagörüşünün mahiyyəti, stukturu və formaları 
5.
Fəlsəfənin əsas məsələsi və onun iki tərəfi 
6.
Fəlsəfənin funksiyaları 
1.
Elmlərin ən qədimlərindən biri, insan biliyinin ən mürəkkəb və çətin sahəsi 
olan fəlsəfə ən qədim sahələrindən biridir. Əvvələr o, 
«elmlər elmi»
adlandırılmış, 
empirik və nəzəri biliyin müxtəlif sahələrini ehtiva etmişdir. Mükəmməl 
dünyagörüşü, dünyanın dərk etməyin xüsusi forması, varlığın ümumi prinsiplərinə 
dair baxışlar sistemi olan fəlsəfə, həm də ən yaxşı nəzəri təfəkkür məktəbidir. 
Dünyanın mahiyyətini, həyatın mənasını məntiqi cəhətdən səmərəli yolla anlamaq 
tələbatından doğan elm, təxminən iki min beş yüz il bundan əvvəl Qədim Şərqdə – 
Misirdə, Babilistanda, Çində, Hindistanda təşəkkül tapmış, e.ə. VII–VI əsrlərdə 
Antik Yunanıstanda klassik forma kəsb etmişdir. 
İlk dəfə “fəlsəfə” sözünü yunan mütəfəkkiri 
Pifaqo
r (e.ə.YI əsr) işlətmiş və 
özünü 
filosof
adlandırmışdır. 
«Fəlsəfə»
etimoloji baxımdan yunanca 
«phileo» – 
«sevirəm»
və 
«sopia» - «hikmət»
sözlərinin birləşməsindən əmələ gəlib, mə'nası 
isə 
«hikməti sevmək»
deməkdir.. Göründüyü kimi, hikmət sözü fəlsəfənin
mə'nasını anlamağın açarını verir. Görkəmli Azərbaycan filosofu və alimi 
Nəsrəddin Tusi
məşhur «Əxlaqi – Nasiri» əsərində hikmətin mə'nasını belə izah 
edir: «Mə'rifət sahibləri arasında hər şeyi olduğu kimi yerinə yetirməyə hikmət 
deyilir; bunun nəticəsində insanın mə'nəviyyatı mümkün qədər təkmilləşməli, arzu 
edilən səviyyəyə yüksəlməlidir».
Hikməti sevən, onu bilən və təbliğ edən pirani şəxslər, adatən, müdrik 
adlandırılıblar. Fəlsəfənin təşəkkülü də elə bilavasitə müdrikliklə bağlıdır. Qədim 
yunanların müdriklik ilahəsi Afinanın əzəmətli təsviri zəhmli bayquş obrazı idi.
Mudriklik qədim dünyanın ən şərəfli peşələrindən sayılıb. Antik Yunanıstanda 
natiqliyi, siyasəti, idarəçiliyi, riyaziyyati və s. kamil bilən, onları başqalarına 
oyrədən müəllimlərə sofistlər (sofos - müdrik ) deyilirdi. Sofistlərə görə, hikməti 


sevmək, kamilliyə catmaq insan xasiyyətinə daxilən xas olan əlamətdir. Bu 
səbəbdən də onlar diqqəti təbiətdən, kosmosdan insana doğru yönəltmiş, insanı 
«hər şeyin me'yarı» hesab etmiş, onun həyatını, əməli və idraki fəaliyyətini 
öyrənməyi üstün tutmuşlar. Azərbaycanın ilk müdrikləri – qədim mağlar da bu 
cəhətdən fərqləniblər.
Qədim Şərqdə müdriklərə heç də yunanlar kimi filosof deyilmirdi. Məsələn, 
Çində fələsəfənin tarixi çox qədim olsa da, həmin istilahın özü burada XIX əsrdən 
geniş yayılmağa başlamışdır. Yaxud, «Avesta»da «filosof» yox, «müdrik 
adamlar», «müdrikliyə çatdıran» sözlərinə daha çox rast gəlmək olur. 
Ən qədim fəlsəfə tarixinin müəllifi Diogen Layırtli «Məşhur filosofların 
həyatı, tə'limləri və deyimləri haqqında» əsərində İran mağlarının insan, cəmiyyət, 
ədalət, xeyirxaxlıq haqqında fikirlərinin yunan filosflarına böyük tə'sir göstərdiyini 
qeyd etmişdir. Deyilənlərdən belə bir nəticə gəlməyə əsas verir ki, fəlsəfənin 
mənşəyi indiyədək iddia edildiyi kimi Antik Yunanıstanda deyil, qədim Şərqlə 
bağlıdır. Ümümdünya tarixi prosesi idealizm mövqeyindən izah edən Hegel 
bildirmişdir ki, mütləq ruh Şərqdən Qərbə doğru hərəkət etmiş, onun qədəm 
qoyduğu cəmiyyət çiçəklənmişdir. 
Fəlsəfənin təməlində müdriklik dursa da, ənənəvi müdriklə filosofluq eyni 
deyildir. Tarixən müdirlik qədimdir. İki min beş yüz illik fəlsəfə tarixində çoxlu 
məktəblərin, istiqamət və cərəyanların yaranması təsadüfi deyildir. Dünya fəlsəfi 
mədəniyyəti bu yolla formalaşıb inkişaf etmişdir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin