FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


İdraki (qnoseoloji) funksiyanı



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə9/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   5   6   7   8   9   10   11   12   ...   132
Fəlsəfə mühazirə

6.
İdraki (qnoseoloji) funksiyanı
yerinə yetirərək fəlsəfə təbiət, cəmiyyət və 
təfəkkürün mahiyyətınin və qanuna-uyğunluqlarının dərk edilməsinə kömək edir. 
Müasir təbiətşünaslıq və ictimai elmlərlə sıx əlaqədə fəlsəfi dünya-görüşə 
yiyələnmiş insan, dünyanın təbiı-elmi mənzərəsini mənimsəyir, ətrafında baş verən 
çoxsaylı təbii və ictimai hadisələrin mahiyyəti və səbəbləri haqqında elmi-obyektiv 
nəticələrə gələ bilir, onların inkişaf qanunauyğunluqlarını dərk edir, cəmiyyətdə 
düzgün həyat proqramı tutur. Gerçəklik haqqında əldə etdiyi müxtəlif biliyi nəzəri 
sistem halında ümumiləşdirir, dünyagörüşü faktına çevirir.
Fəlsəfə mövcudatın əsası, varlıq, materiya, şüur və s. kimi ən ümumi 
anlayışlar haqqında nəzəri müddəalarını işləyib hazırlayarkən özünün 
ontolojı 
funksiyasını
(ontologiya - yunanca «ontos» (mövcudluq) və "loqos" (təlim) 
mənası yerinə yetirir. İnsan fəaliyyəti haqqında təlim ilə fəlsəfə özünün praksioloji 
(«praktikos» - yunanca fəaliyyət deməkdir), bəşəri sərvətlər (dəyərlər) haqqında 
ideyaları ilə isə 
aksioloji
(«aksios» - yunanca dəyər, sərvət deməkdir) 
fünksiyasını
həyata keçirir. Məhz bunlar da göstərir ki, dünyagörüşün rasional-nəzəri forması 
olan fəlsəfənin qədim dövrdən indiyədək ən başlıca vəzifəsi ən ümumi ideya və 
təsəvvürləri, ən ümumi qanun və kateqoriyaları işləyib hazırlamaqdan ibarət 
olmuşdur. 
Metodoloji funksiya
cəhətdən fəlsəfə, dialektik metod prinsiplərinə 
(ziddiyyətlilik, inkarlıq, yeninin qarşısıalınmazlığı, özüinkişaf və s.) istinadən 
insana təbii və sosial gerçəkliyin dərk edilməsi və dəyişdirilməsi üçün ümumi 
yanaşma üsulu, qayda və metod verir, ümumi nəzəri-fəlsəfi metodoloji prinsiplərlə 
onu silahlandırır. 
Dünyagörüşü sistemində fəlsəfə həm də şəxsiyyətlə təbiət və cəmiyyət 
hadisələri arasında əlaqə və münasibətləri, insan təcrübəsinin bütün formalarını 


tənzim edərək 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin