FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə8/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   4   5   6   7   8   9   10   11   ...   132
Fəlsəfə mühazirə

«İnsan və onun dünyaya 
münasibətidir» kimi cavab verilməsi məqsədəuyğundur. 
Materiyanımı, yoxsa şüurumu ilkin əsas, substantiv başlanğıc hesab 
etdiklərinə görə filosoflar iki əks cərəyana mənsub olmuşlar
. Materiyanı 
müəyyənedici, ilkin hesab edənlər materializm cərəyanına və onun müxtəlif 
məktəblərinə (sadəlövh, mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) - 
varlığı, materiyanı şüur əsasında izah edən, ideyaları ilkin əsas, başlanğıc kimi 
götürənlər isə idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm və 
subyektiv idealizm) mənsub olmuşlar. Bu cəhətdən 
obyektiv idealizm
insandan, 
bəşəriyyətdən kənarda, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya 
ruhu», «mütləq ideya»nı əsas götürməklə, 
subyektiv idealizm
isə insan şüuruna 
istinad etməklə fərqlənmişlər. 
Materializm və idealizmin əksliyi təkcə nəzəri 
məsələ deyildir
, o həm də sosial-iqtisadi, sinfi, siyasi və mənəvi səbəblərlə 
şərtlənir. Materializm öz məzmunu və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks 
etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur. İdealizmin isə dinlə 
qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. 
adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və əsasən qəbul 
edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, 
insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, 
spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini zəruri 
surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir 
plüralizmindən fikir aydınlığına keçilir. 
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar 
müxtəlif cəhətdən yanaşıb cavab vermişlər. Dünyanın dərkedilənliyi prinsipi 
mövqeyindən çıxış edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun 
qanunauyğunluqları dərk ediləndir. Dünyada dərk olunmamış şeylər çoxdur, amma 
dərkolunmaz şeylər yoxdur. Dünya və onun qanunları elmin və praktik fəaliyyətin 
inkişafı ilə addım-addım dərk olunur, əməli məqsədlərində insan həmin 


qanunlardan istifadə edir. Lakin fəlsəfə tarixində gerçəklik və onun qanunlarının 
dərk edilməsinə şübhə ilə baxan (onu müəyyən çərçivə ilə məhdudlaşdıran) 
skeptisizm (D.Yum və başqaları) və dünyanın «sirli özündəşeylər» hesab edərək 
onun dərk edilməsini qeyri-mümkün sayan aqnostisizm (İ.Kant və başqaları) 
cərəyanları («a» yunanca inkar şəkilçisi, «qnosis» - bilik deməkdir, yəni 
«bilməzlik», «biliyin inkarı») olmuşdur. Kant göstərirdi ki, insan təbiətdən 
qanunlar almır, əksinə təbiətə qanunları diktə edir. Əslində isə insan idrakı tədricən 
mütləq həqiqətə yaxınlaşır. İnsan həqiqətə çatdıqca Kantın özündəşeylərınin sonu 
çatır. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin