FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə6/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   2   3   4   5   6   7   8   9   ...   132
Fəlsəfə mühazirə

Elmi dünyagörüşü
- təbii-elmi və sosial-tarixi biliklərə, dünyanın təbii-
elmi mənzərəsinə əsaslanan, gerçəklikdə hadisə və proseslərin inkişaf və 
dəyişməsinin elmi səbəblərinə istinad edərək dünya haqqında elmi anlayış və 
qanunauyğunluqların ümumiləşmiş in`ikasını ifadə edən baxış, ideya və 


prinsiplərin məcmusudur. Elmi dünyagörüşü - öz müddəalarında müasiri olduğu 
elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini 
xüsusi elmi qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir. 
Fəlsəfi dünyagörüşü
- elmi dünyagörüşün növ müxtəlifliyindən biridir. 
O, müəyyən cəhətlərdən elmi dünyagörüşüilə qovuşur, eyniləşir, müəyyən 
cəhətlərdən isə ondan fərqlənir, ayrılır.
 
 
3. Fəlsəfə - nəzəri dünyagörüşüdür
. Fəlsəfi dünyagörüşü dünyaya və 
orada insanın yerinə dair, insanın gerçəkliyə, təfəkkürün varlığa münasibətinə dair 
ən ümumi nəzəri baxışlar sistemidir. Fəlsəfi dünyagörüşü ümumi dünyagörüşdən 
gerçəkliyə yanaşma üsulu ilə, inlellektual problematikası ilə fərqlənir, daha çox 
sistemli, nəzəri səciyyə daşıyır. Fəlsəfi dünyagörüşü öz sistemli baxışlarında və 
nəzəri müddəalarında kortəbii-mifoloji və dini-ehkamçılıq təsəvvürlərindən 
uzaqlaşır, fövqəltəbiiliyə istinadən təhlili çox hallarda qəbul etmir, dunya, həyat və 
insan haqqında azad, tənqidi və əsaslandırılmış mühakimələrdən, elmi 
həqiqətlərdən çıxış edir. Fəlsəfi dünyagörüşü - idealist və ya materialist meylli 
olmasından asılı olmayaraq həmişə insana, onun dünyaya münasibətinə əsaslanır. 
İnsan - fəlsəfi dünyagörüşün məhək daşıdır. Dünya və insan, insanın dünyaya 
münasibəti, insanın özünün mahiyyəti, insan və mənəviyyat, insan və ədalət, insan 
və xeyirxahlıq, insan və bəşəri dəyərlər, insan və gözəllik, ictimai tərəqqi, insan və 
i.a. fəlsəfi dünyagörüşün əzəli və əbədi problemləridir. Elə bu mənada deyirlər ki, 
ən mütərəqqi fəlsəfə - insan fəlsəfəsidir. İnsan azadlığı bu fəlsəfənin qayəsidir. 
Fəlsəfi dünyagörüşü bu mənada intellektual-idraki məzmun daşıdığı kimi, bəşəri 
dəyərlərlə qovuşduğundan dərin mənəviyyat səciyyəsi də daşıyır. İnsan və dünya, 
onların qarşılıqlı münasibəti ən böyük əzəli və əbədi fəlsəfi problemdir. Heç 
təsadüfi deyildir ki, bütün fəlsəfi məktəb və cərəyanların mahiyyətində «dünya-
insan münasibətlərini» hansı mövqedən həll etməsi, insanın sosial-mənəvi 
mövqeyini və i.a. necə izah etməsi məsələsi durur. 
Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi 
xarakter daşıması təşkil edir. Digər ictimai şüur formaları kimi fəlsəfi şüur da 
tarixən deyişkən ictimai varlığın təsirindən formalaşır və tarixi proseslə şərtlənir. 
Hər bir mütəfəkkir, yaşadığı tarixi şəraitin təsirindən çox çətin ki, xilas ola bilsin. 
Fəlsəfənin ictimai-tarixi səciyyə daşıması da onun mövcud olduğu ictimai şəraiti 
əks etdirməsindən ibarətdir. 
Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış, 
həm də onun tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət 


hadisəsi olmaqla, həm də onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», 
«əxlaq fəlsəfəsi», «din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix 
fəlsəfəsi», «siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayışlar 
və istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və 
çalarlarını əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi 
mədəniyyət amili kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri 
də fəlsəfənin elmiliyi məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar 
və fərqli cəhətlərinin müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq 
ondadır ki:
a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və 
ya başqa dərəcədə dolğun inikasıdır;
b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;
v) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;
q) hər ikisi ictimai funksiyanı yerinə yetirərək cəmiyyətin maddi yə mənəvi 
dəyərlərinin (sərvətlərinin) inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a. 
Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:
a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ən başlıcası ümumiləşmiş 
dünyagörüşü verirsə, müxtəlif elm sahələri insana konkret bilik verir;
b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.) 
fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət və təfəkkür inkişafının ən ümumi qanunlarını 
öyrənir;
c) fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini 
təşkil etdiyi halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii elmi mənzərəsini 
müəyyən edən konkret materiallar verir;
ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq etibarilə də bir-
birindən fərqlənirlər;
d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: 
fəlsəfə cəmiyyətdə elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol 
oynayır, fəlsəfə cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını 
tapmağa imkan verir;
e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən 
edərkən dünya haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi 


mənzərəsi və onun ən ümumi inkişaf qanunauyğunluqları haqqında prinsip və 
baxışlara ehtiyac duyur. Bu ehtiyacı məhz fəlsəfə ilə ödəyir və i.a.
Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı 
əsaslandırılması məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə 
yiyələnməklə metodologiyaya və dünyagörüşü meylinə sahib olur. 
4.
Dünyagörüşün strukturu zəngin və mürəkkəbdir. Gerçəkliyin 
mənimsənilməsi səviyyəsinə, elmi əsaslandırılması dərəcəsinə uyğun olaraq hər bir 
dünyagörüşün iki səviyyəsi vardır:
1) Dünyagörüşün adi şüur səviyyəsinə uyğun gələn sağlam düşüncə, hissi-
obrazlı təfəkkürə, mifoloji təsəvvürlərə və gündəlik təcrübi biliyə əsaslanan 
empirik-kütləvi (və ya adi-gündəlik) səviyyəsi. Bu səviyyədə dünyagörüşü sağlam 
təcrübəvi biliyə istinad edib, çox vaxt faydalı və müsbət olsa da, ziddiyyətlərdən, 
məhdudluqlardan azad deyildir. Bu səviyyədə dünyagörüşü üçün tərəddüdlər, 
inamsızlıq və s. xasdır.
2) Elmi-nəzəri dünyagörüşü səviyyəsi. Dünyanın həqiqi təbii-elmi 
mənzərəsinə və fəlsəfəyə istinad edən dünyagörüşü məhz elmi-nəzəri dünyagörüşü 
səviyyəsinə misal ola bilər. 
Dünyagörüşü strukturca inteqral mütəşəkkillikdir. Burada əsas cəhət onun 
struktur komponentlərini sintezinin, birliyinin əldə edilməsidir. Bu mənada 
dünyagörüşü gerçəklik haqqında ancaq biliklərin toplusu deyildir. Dünyagörüşdə 
ideallar, əqidə, fəaliyyətdə müəyyən rol oynayır. Lakin bitkin dünyagörüşü belə 
komponentlərin vəhdəti, sintezi əsasında yaranır, bilik, sərvətlər, həyat oriyentiri 
(meyli), əqidə və fəaliyyəti birləşdirərək insana nəzəri və əməli fəaliyyət üçün 
qüdrətli bir silah verir. 
Dünyagörüşün strukturunda dünyanı dərketmə prosesinin müxtəlif 
səviyyələrini əks etdirən dünyaduyumu, dünyanıqavrama, dünyanıanlama 
kateqoriyaları da fərqləndirilmişdir. Bu anlayışlara dünyagörüşün formalaşması 
mərhələləri də demək olar. Ümumiyyətlə, insan idrakının əsasında duyğu, hiss 
üzvlərinin (görmə, eşitmə, iybilmə, dadbilmə, lamisə) verdiyi məlumatlar seyr 
müşahidə durduğu kimi, dünyagörüşün də əsasında dünyaduyumu durur. 
Dünyaduyumu gerçəkliyin bu və ya digər konkret tərəf və cəhətləri, xüsusilə onun 
zahiri təzahürləri haqqında əldə edilən hiss, əhval-ruhiyyə, baxış, duyumdur. Bu 
mərhələdə predmetin konkret, ayrı-ayrı cəhətləri haqqında görüşlər, hisslər, 
emosional hal - dünyaduyumu formalaşır. 


Dünyanı qavrama isə predmet və hadısəni hissi bütöv halında qavrama 
mərhələsidir, gerçəklik haqqında qavranılan baxışlar, hisslər və təsəvvürlərin 
məcmusudur, dünyanı dərketməyə aparan yoldur. Deməli, hisslər və əhval-ruhiyyə 
səviyyəsində 
dünyagörüşün emosional-psixoloji cəhətini dünyaduyumu, 
gerçəkliym hissi bütövünün əyanı təsəvvürlər əsasında hissi-obrazlı qavranılmasını 
isə dünyanıqavrama təşkil edir. Məhz duyma və qavramanın nəticəsində alınmış 
informasiyaların təhlili, ümumiləşdirilməsi yolu ilə anlayışlar, mühakimələr, əqli 
nəticələr, ümumi nəzəri baxışlar yaradılır, dünyagörüşün ıdraki-intellektual 
səviyyəsi olan dünyanıanlaına baş verir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin