FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə5/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   2   3   4   5   6   7   8   9   ...   132
Fəlsəfə mühazirə

Dini dünyagörüşü
- dünyagörüşün ikinci tarixi növüdür. Şüurun 
gerçəkliyı ümumiləşdirərək anlayışlar vasitəsilə əks etdirməsi (məsələn, Allah, ruh, 
axirət və s.) formalarından biridir, gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında 
in`ikasıdır. Tarixi-sosial şərait üzündən din ibtidaı icma, quldarlıq və xüsusilə, 
feodalizm dövründə ictimai şüurun bütün başqa formalarını öz təsirinə almış, 
cəmiyyətın mənəvi dünyagörüşünün əsaslarını təşkil etmışdir. 
Dini dünyagörüşə görə dünya ikili səciyyə daşıyır: «yer üzü», «bu dünya» - 
təbii, hiss üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - 
fövqəlhissi dünya. 
Dinə görə
əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və 
müvəqqətidir.
Din insanın qeyri-adi təbii və sosial qüvvələr qarşısında acizliyi əsasında 
yaransa da, müəyyən tarixi şəraitdə ümumbəşəri dəyərlər, sosial ədalət uğrunda 
çıxış etmiş, normaların tənzimləyicisi funksiyasını yerinə yetirmişdir. İnsanların 
əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə salan din
cəmiyyətdə sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın 
hifz edilməsi və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış 
etmiş və edir. Hazırda bəşəriyyətin yaşaması, sülh və sosial tərəqqi uğrunda, 
müharibə əleyhinə fəal çıxış edən din özünün çoxsaylı hökm və mərasimləri 
vasitəsilə insanlar arasında məhəbbət, xeyirxahlıq, dözümlülük, rəhmdillik, əl 
tutmaq, vicdan, borc, ədalət və s. kimı bəşəri hissələri tərbiyə edir. 
Dinləri monteist və panteist, ibtidai və müasir, milli və dünyəvi olmaqla 
müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, 
bütpərəstlik yə s.), politeist (çoxallahlılıq) dinlər, müasır dunya dinləri (xristianlıq, 
islam, buddizm və s.), monoteist dinlər (xristianlıq, islam və s.) misal ola bilər. 
Dini dünyagörüşü mürəkkəb struktura malikdir. Hər bir dinin strukturuna bu 
ünsürlər daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-ruhiyyə; dini 
ayinçilik (kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini 
icmalar, birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan 
normalar, qaydalar və prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin