Mövzu 7: Kafe və barlarda xidmətin təşkili plan. Kafelərin təsnifatı. Barların təsnifatı



Yüklə 60 Kb.
səhifə1/6
tarix18.10.2022
ölçüsü60 Kb.
#65373
  1   2   3   4   5   6
Movzu 7.


Mövzu 7:
Kafe və barlarda xidmətin təşkili
PLAN.


1. Kafelərin təsnifatı.
2. Barların təsnifatı.
3. Barların növləri.
4. Barlarda xidmət formaları.

Kafe – məhdud çeşiddə, yüngül xörək və içkilərin hazırlanması və realizə edilməsi ilə məşğul olan, insanların qidalanmasını və istirahətini təşkil edən ictimai iaşə müəssisəsidir. Burada banketlər, toy mərasimləri, ailəvi naharlar, ad günləri, nişan mərasimləri, hər hansı məmulatın təqdim olunma mərasimləri keçirilə bilər. Məhsul çeşidindən və istehlakçı kontingentindən asılı olaraq kafelər 2 növə ayrılır: ümumi və xüsusiləşmiş.
Kafelərin bir çox növləri yaradılmışdır. Bunlara mini kafelər, internet kafelər, yay kafeləri və s. aiddir.


Barlar- qonaqlara geniş çeşiddə müxtəlif alkoqollu və alkoqolsuz içkilərin, həmin içkilərin qarışığından hazırlanmış alkoqollu və alkoqolsuz kokteyllərin servis edildiyi, musiqi, rəqs, qəlyanaltı, desert və şirin təamlar təqdim edən və bu sahə üzrə ixtisaslaşmış qidalanma müəssisəsidir. Barlar tutumuna görə müxtəlif olur. 25, 50, 75 yerlik barlar daha çox yayılıb. Bundan başqa 75, 100, 120 yerlik barlar da fəaliyyət göstərir.
Bar fransızca “Barriere” sözündən əmələ gəlmişdir. Barlar Amerika qitəsindən dünyaya yayılmışdır. Zaman keçdikcə Amerikadan İngiltərə və Fransaya, II Dünya müharibəsindən sonra bütün Avropaya yayılmağa başlamışdır. İlk bar 1851-ci il may ayının 1-də İngiltərədə London şəhərində Hude Park ətrafında Gore Hause adı ilə açılmış və Stinger ( arı iynəsi, iynə) içki qarışdırması ilə məşhurlaşmışdır. Barlar hər hansı bir müəssisənin tərkibində və ya müstəqil fəaliyyət göstərə bilər. Barlar yalnız növlərinə görə bir-birindən fərqlənirlər. Yalnız “Snack” barla “Aperitif” barın təklif etdiyi xidmətlər fərqlidir.
Hər bir şöbədə olduğu kimi şəxsi barlarda və otellərdə fəaliyyət göstərən barlarda işləyən hər bir işçinin bir neçə xüsusiyyəti olmalıdır. Bu xüsusiyyətlər onların bilik və bacarıqları, iş təcrübələri, işlə əlaqədar olaraq vəzifə mövqelərindən asılı olaraq dəyişə bilər. Hər bir vəzifədəki işçi müəyyən xüsusiyyətlərə, bilik və təcrübəyə malik olmalıdır.
Barda işləyən işçi özündə mövcud olan xüsusiyyətlərə malikdirsə, həmin bar qonaqlara yaxşı xidmət göstərəcək və yüksək qazanc əldə edəcək. Barda çalışan işçilər yalnız bilik və bacarıqlı olmamalı, qonaqlarla yaxşı ünsiyyət qurmağı da bacarmalıdır. Çünki onlar günün müxtəlif saatlarında müxtəlif xarakterli qonaqları qəbul edib onlarla ünsiyyətdə olurlar.



Yüklə 60 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin