Mövzu 7: Kafe və barlarda xidmətin təşkili plan. Kafelərin təsnifatı. Barların təsnifatı



Yüklə 60 Kb.
səhifə2/6
tarix18.10.2022
ölçüsü60 Kb.
#65373
1   2   3   4   5   6
Movzu 7.

Bar inzibatçısı (menecer) - barın idarə olunmasına və ona daim nəzarətə görə cavabdeh olan şəxsdi. Özəl barlarda bar inzibatçısı barın müdiri və ya sahibidir. Otellərdə isə bar inzibatçısı otelin “Qida və İçki” şöbəsinin müdirinə tabe olan şəxsdir. Oteldəki bütün barların işləməsində və yoxlanmasında cavabdeh olan şəxsdir.
Bar inzibatçısı (menecer) aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

-Sağlam və qüsursuz fiziki görünüşə malik olmalı


-İnsan psixologiyasını yaxşı bilməli
-Ətraflı ümumi məlumata malik olmalı
-Gözəl danışıq qabiliyyəti olmalı
-Nəzakət və mədəni qaydaları bilməli, əməl etməli
-İki və daha artıq xarici dil bilməli
-Barlar və içkilər haqqında geniş məlumata malik olmalı
-İşçilərin hüquqları və onların qorunması haqqında məlumatlı olmalı
-Barlarda satılan içkilərin növlərini və servis formalarını müəyyən etməyi bacarmalı
-Barlarda hazırlanacaq kokteyllərin hazırlanma qaydalarını və servis formalarını müəyyənləşdirməli
-Ehtiyac olan içkilərin və malların alınmasını təmin etməli
-Bar işçilərinin çalışmalarını yoxlamalı
-Bütün növ barlar üçün menyular işləyib hazırlamağı bacarmalı
-İçki menyularının hazırlanmasında bilavasitə iştirak etməli
-Tabeliyində çalışan işçilərə işlə əlaqəli məsələlərdə kömək etməli
-İçkilərin anbarda düzgün qaydada saxlanmasını təmin etməli
-Xidmətdən əvvəl barda lazım olacaq içki və ləvazimatların hazırlanmasına nəzarət etməlidir.
-Sifarişlərin nəzarəti və şərabların saxlanması
-Şərabların siyahısının hazırlanması
-Personalın işinə nəzarət
-Xərclər üzərində daimi nəzarət
-İçkilərin seçilməsində qonaqlara kömək etmək

Barın effektiv işləməsinin ölçüsü müəyyən vaxtda satılmış içkilərin sayının maya dəyərini çıxmaqla təyin olunur. İçkilərin satış səviyyəsini mütəmadi yoxlamaqla , barın işinə nəzarəti gücləndirir. Barda satış səviyyəsi 16-24% normal hesab olunur.




Barmen- barda işləyən, bütün növdə olan içkiləri hazırlayan, servis edən və barın bütün növ işlərini qaydalar çərçivəsində yerinə yetirən şəxsdir. Barın qonaqlara aid hissəsinə, həm də bara aid olan əraziyə görə cavabdehlik daşıyır. Bar inzibatçısına tabedir. Kişi olan işçiyə “barmen”, qadına isə “barmaid” deyilir. Bar masası arxasında əyləşən qonaqlara barmen, masada əyləşənlərə isə ofisiant qulluq edir. Bar masası 3 formada olur: divara söykənən, divarın içinə bərkidilmiş və ayrıca duran.Bar masasının hündürlüyü 110 sm olur, ətrafına 1 m hündürlükdə kətillər qoyulur. Masa 2 hissədən ibarət olur. Üst hissə qonaqlara xidmət üçün, alt hissə isə barmenin iş yeri funksiyasını daşıyır.

Yüklə 60 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin