FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə4/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   2   3   4   5   6   7   8   9   ...   132
Fəlsəfə mühazirə

münasibətlərdən yaranan ideya və baxışların sistemi təşkil edir.
«Onunla» 
(dünya binası) «bız» (insanlar) arasındakı qarşılıqlı münasibət dünyagörüşün 
predmetini və ya əsas məsələsini təşkil edir. 
Dünyagörüşün məzmunundan aydın olur ki, onun iki əsas sahəsi və ya aspekti 
vardır: təbii gerçəkliyə insan münasibətinin inikası olan təbii-elmi ideyalar və 
sosial-ictimai gerçəkliyə insan münasibətini əks etdirən siyasi, iqtisadi, mənəvi və 
s. baxışlar. Bu cəhətlərə dünyagörüşün təbii-inlellektual və sosial-qnoseoloji 
aspektləri də göstərmək olar. Lakin onu da qeyd etmək lazımdır ki, çox vaxt 
dünyagörüşü problemləri öyrənilərkən əsas diqqət birinci aspektə verilmiş, ikinci 
istiqamət isə əsasən diqqətdən kənarda qalmışdır. Dünyagörüşünü özünün inkişaf 
ardıcıllığı, inikas dərinliyi, əsaslandırılmış olub-olmaması cəhətdən ən ümumi 
şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: 
mifoloji, dini, elmi, fəlsəfi

Mifoloji dünyagörüşü iki sözün birləşməsindən əmələ gəlib: (yunanca «mif» - 
əsatir, əfsanə, rəvayət mənasındadır, «loqos» isə - şöz, təlim, anlayış deməkdir) 
ibtidai cəmiyyətdə, bəşər mədəniyyəti inkişafının ilkin dövrlərində meydana 
gəlmişdir. 
Mifologıya
- qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai cəmiyyətdə 
universal ictimai şüur forması olmuşdur. Qədim miflər dünyanın bütün xalqlarında 
olmuşdur. Mifik təsəvvürlərin əsasında əfsanəvi varlıqlar, Allahlar və onların 
fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya və baxışlar 
durur. Miflər çox müxtəlif olsalar da, onlarda bır sıra motivlər təkrar olunur. 
Dünyanın bir çox xalqlarının miflərində kosmik mövzular xüsusi yer tutur. Bu 
miflərlə ibtidai insan dünyanın mənşəyi və quruluşu, bir çox təbiət hadisələri, 
məqsədəuyğunluq və s. haqqında özünü düşündürən suallara cavab verməyə 
çalışmışdır. Bır sıra miflərdə dünyanın sonu, bəşəriyyətin məhvi və yenidən 
dirilməsi haqqında təsəvvürlər öz əksinı tapmışdır. 
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun 
həyat inkişafının mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi 
öyrənməsi və s. mövzular da geniş yer tutur, Müxtəlif xalqların mifləri bir-birilə 
əlaqədar və uyğundur, vahid sistem təşkil edirlər. 
Mif
- sinkretik, vahid, universal dünyagörüşü və şüur forması olmuşdur. 
Mifoloji dünyagörüşü özündə dövrünün dünyaduyumunu, dünyanı qavramanı, 
dünyanı anlamanı əks etdirmiş, bədiilik və müdriklik baxımından çox zəngin 
olmuşdur. Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və 
hadisələr canlaşdırılmış, insanabənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. 
Reallıq və fantaziya, hiss və fikirlər, bilik və bədii obraz obyektiv və subyektiv 
olan miflərdə vəhdət halında birləşmişdir, bütöv dünya mənzərəsi yaradılmışdır, 
Dünyanın mifoloji mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, bilik və 


inam çulğaşmışdır. Mifık obrazlar əsasında bir sıra bədii əsərlər, incəsənət, musiqi, 
heykəltəraşlıq nümunələri yaradılmışdır. Xristianlıq, islam, buddizm və b. dinlər 
mifoloji nümunələrlə zəngindir. 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin