FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə3/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   2   3   4   5   6   7   8   9   ...   132
Fəlsəfə mühazirə

2.
Dünyagörüsü
- mürəkkəb, yekcins olmayan, çoxcəhətli və ziddiyyətli 
sosıal-mənəvi və emosional-psixoloji fenomendir. Onun elmi, fəlsəfi, ümumbəşəri, 
milli, sosial-sinfi, siyasi, mənəvi, dini, ateist, esletik və digər çalarları vardır. 
Dünyagörüşü - insan həyatının özünəməxsus yol göstəricisi, şəxsiyyətin həyat 
mövqeyini istiqamətləndirən bir növ kompasdır. Dünyagörüşü insanm gerçəkliyə 
münasibətini əks etdirən və onun fəaliyyətini tənzim edən ümumiləşmiş sosial-
mənəvi, elmi, siyasi prinsip, norma və baxışların məcmusudur. 
Dünyagörüşün mahiyyəti, struktur komponentləri, növləri və s. haqqında 
fəlsəfə elmində çoxlu fikirlər söylənilməsinə baxmayaraq, bu sahədə müəyyən 
ziddiyyətli, mübahisəli mövqelər indi də qalır.
Dünyagörüşü - insanı əhatə edən dünya haqqında, insanın özünə, təbiətə və 
cəmiyyətə münasibəti, onun özünün dünyada yeri və mövqeyi haqqında 
ümumiləşmiş görüşlər, ideallar, baxış, inam və prinsiplər sistemidir. Dünyagörüşü 
- fərdin, sosial qrupun, sinfin, bütövlükdə cəmiyyətin gerçəkliyə münasibəti və 
fəaliyyət istiqamətini müəyyən edən baxışlardır, ideya və normalardır. Başqa sözlə, 
dünyagörüşü - obyektiv dünyaya və orada insanın yeri və roluna aid baxışlardır. 
Bunlar elə baxışlardır ki, onlar insanın həyat mövqeyini, əqidəsini, ideya, idrak və 
fəaliyyətini, sərvət meylini əsaslandırır və istiqamətləndirir. 
Dünyagörüşü - təbiət, cəmiyyət və təfəkkürün hadisə və proseslərı, inkişaf və 
hərəkətverici qüvvələri haqqında ümumiləşmiş elmi, fəlsəfi, siyasi, dini, ateist, 
əxlaqi, estetik və s. baxışların ifadəsidir. Dünyagörüşün predmetində insan durur. 
Bir sıra filosofların qeyd etdiyi kimi, dünyagörüşün mahiyyətini aydın başa 
düşmək üçün onun obyektini və predmetini fərqləndirmək lazımdır. 
Dünyagörüşün obyektini bütövlükdə dünya, varlıq təşkil edir.
Dünyagörüşün 
predmetini isə təbiət aləmi ilə insan aləminin qarşılıqlı münasibəti və həmin 



Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin