FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə10/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   6   7   8   9   10   11   12   13   ...   132
Fəlsəfə mühazirə

inteqrativ funksiyanı
da ifadə edir. Ayrı-ayrı elmlərin 
nailiyyətlərini əlaqələndirib onlardan düzgün elmi-fəlsəfi dünyagörüşü nəticələri 
çıxarmağa imkan verir. Müxtəlif ictimai şüur formalarını əlaqələndirərək, qarşılıqlı 
zənginləşmə əsasında fəlsəfə şəxsiyyətin dünyagörüşünün mənəvi, siyasi, estetik, 
hüquqi və s. əsaslarını hazırlamaqla cəmiyyətdə maddi və mənəvinin qarşılıqlı 
münasibətinin rol və əhəmiyyətini müəyyən edir. 
Fəlsəfə - bəşər tarixini nəzəri ümumiləşdirdiyindən, müasir və gələcək insan 
fəaliyyətini elmi cəhətdən əsaslandırdığından ümumbəşəri məzmun daşıyır. Fəlsəfə 
- bəşəri dəyərlərə istinad edir və özü də bu dəyərlərin başlıca nümunələrindən 
biridir. Lakin fəlsəfənin mahiyyətcə ümumbəşəri səciyyə daşıması, müəyyən 
konkret-tarixi şəraitdə onun sinfi-siyasi məzmun kəsb etməsini də rədd etmir. Tarix 
sahəsində mübarizə aparan qüvvələr, xüsusilə XX əsrin sonlarında, inkişaf meyli 
seçərkən və bəşəri dəyərləri qiymətləndirərkən öz sosial-siyasi və iqtisadi 
mənafeləri baxımından hərəkət edirlər. Bu baxımdan fəlsəfədə materializm və 
idealizm cərəyanlarının, dialektik dayanmasını, fəlsəfi nəzəriyyələrin sosial 
istiqamət götürməsini bir çoxları «fəlsəfənin partiyalılığı» anlayışı ilə ifadə 
etmişdir. Bunu, kobud mənada, bu və ya digər filosofun bu və ya digər partiyaya 
və sosial qruplaşmaya mənsub olması kimi başa düşmək düzgün deyildir. 
Fəlsəfənin partiyalılığı
- fəlsəfi konsepsiyanın sosial istıqamətlənməsi, müəyyən 
sinfin, millət və cəmiyyətin sosial-iqtisadi və siyasi mənafeyini əks etdirməsi, 
bəşəri sərvətləri (dəyərləri) qiymətləndirməsi və s. mənada başa düşülməlidir.
Fəlsəfə heç də təkcə keçmişə və indiyə deyil, həm də gələcəyə müraciət edir. 
O, yeni-yeni nəzəri konstruksiyalar qurmağa, gələcək haqqında mükəmməl ideya 
və prinsiplər müəyyən etməyə - 
qabaqgörənliyə
imkan verir. Qabaqgörənlik 
baxımından fəlsəfi dünyagörüşü şəxsiyyətə sosial-siyasi hadisələrin inkişaf 
ehtimalını düzgün qiymətləndirmək, inkişaf meylinin zəruri əlaqələrini tapmaq, 
aydın elmi mövqedən çıxış etmək, dərin intuisiya, zəngin təfəkkür və boyük həyati 
təcrübə əsasında hadisələri qabaqlamaq və gələcəyin modelini yaratmaq imkanı 
verir. Məhz bu yolla şəxs inkişafın qanunauyğun, daxili, zəruri, mahiyyətli əlaqə 
münasibətlərini dərk edir, ehtimallı proqnozlaşdırmalar aparır, ümumi 
hipotezlər, ehtimallar, nəzəriyyələr yaradır. 
Fəlsəfənin 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin