FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


kosmosun mənşəyi bioloji varlıqlarla



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə17/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   13   14   15   16   17   18   19   20   ...   132
Fəlsəfə mühazirə

kosmosun mənşəyi bioloji varlıqlarla 
analoji izah olunurdu: hindlilərə görə kainat göy və yerin evlənməsindən əmələ 
gəlmişdir. Çinlilərə görə isə, dünyada «qayda
-
qanun yaradan» iki ruh vardır: kışi 
ruhu göyü, qadın ruhu isə yeri idarə edir.
 
Şər haqqında çox qədimdə belə mifik təsəvvür vardı ki, onları zərərli ruhlar, 
fövqəltəbii qüvvələr törədir. Lakin sonradan şərin adi insanlar, vətəndaşların 
törətdiyini öz gozləri ilə görən hindlilər, onun mənşəyi haqqında yeni əfsanəvi 
baxışlar yaratdılar. Bu cəhətdən Budda haqqında əfsanə 
daha simvolikdir. 
Əfsanəyə görə hind Şakya qəbiləsinin padşahının oğlu 
Qautama 
xoşbəxt, kədər, 
dərd nə olduğunu bilmədən yaşayırdı. Lakin bir gün o, sarayın darvazasını tərk 
edib insanlar arasına düşür. O, indiyədək bilmədiyi dərdli adamlarla, qocalarla, 
matəm mərasimi və s. qarşılaşır. 6 il asket həyatı sürüb şərin, dərdin səbəbləri
ni, 
törədicilərini axtarır. O, maariflənmış 
Buddaya 
çevrilir. Ona aydın olur ki, həyat 
əzab
-
əziyyətdir, dərd
-
ələmdir, dərdin isə səbəbləri var, həmin kədərdən xilas 
olmağın yolu da vardır. Bu yol şərdən xilas olmağa can atmaqdan, ondan uzaqlaşıb 
budda aske
tizminə keçməkdən, monaxlığa yetişməkdən ibarətdir.
Sonralar isə hindlilər varlığın, mövcudatın əsasına «sat» adlandırdıqları 
«həqiqi, real varlığı», çinlilər isə 
«daonu» 
qoyur və belə yekun vururdular ki, 
«dünyada bütün mövcud olanlar varlıqdan meydana gəlir, doğulur. Varlıq isə 
yoxdan, heç nədən yaranmışdır».
Qədim Hind və Çin fəlsəfəsində idrak, məntiq, qnoseologiya məsələlərinə 
dair, bu gün də əhəmiyyətli olan müəyyən ideyalar vardır. Həmin məsələlərdə 
məntiqi idraka, rasional təfəkkür metodlarına, ümumi əqli nəticələr 
hazırlanmasına üstünlük verilsə də, idrakın mənbəyi hiss üzvləri hesab olunurdu. 
Hind fəlsəfəsində həqiqətin dərk edilməsinin üç metodu (vasitəsi) qeyd edilirdi: 
qavrama («pratyakşa»), məntiqi nəticə («anuman» və nüfuz (avtoritet) şahidliy

(«şabda»). Sonralar bunlara iki metod da əlavə olunmuşdu: müqayisə 
(«pramana») və fərziyyə və ya ehtimal («mimansa»). Budda məntiqində isə 
həqiqətin nisbiliyi ideyasına üstünlük verilirdi.
Qədim Şərq fəlsəfəsində insana münasibətdə ona təbiətlə vəhdətdə, onun bir 
hissəsi kimi baxılırdı. Allahların insanabənzərliyi, onların ümumi hayat yaşaması, 
insanın allahla eyniləşdirilməsi ideyası güclü olmuşdur. Allahlar nəinki hər şeya 
qadir idilər, həmçinin insanlar kimi qəzəblənir, sevinir, cəza verir və 
s. Dünya 
binasının qayda
-
qanunları, kortəbii
-
xaotik inkişafın tənzimlənməsi və dini
-mifoloji 
tərzdə həll edilirdi. Vedlərdəki mifoloji ravayətə görə dünya binasının 


tənzimlənməsi orada nizam qoyulması minbaşlı, minayaqlı, mingözlü «ilk insan» 
olan «Puruşa»
aid edilirdi. Rəvayətə görə Puruşun ruhu və ya əqlindən 
- Ay, 
gözündən –
Günəş, nitqindən 

atəş, nəfəsindən 

külək və s. əmələ gəlmişdir. 
Cəmiyyətdəki insan zümrələrinin (təbəqələr, kastalar) əmələ gəlməsi də Puruşla 
bağlı izah edilirdi. Ğuya onun ağzından kahinlər (brahmanlar), əllərindən hərbçilər, 
belindən tacirlər, ayaqlarından kəndlilər, qullar və digər əməkçi insanlar əmələ 
gəlmişlər. Dünyanın əmələ gəlməsi qədim Çin mifologiyasında eyni cür, əfsanəvi 
«ilkinsan» olan Panqu ilə əlaqədar izah olunurdu. Beləliklə, bu mifoloji fikirİərdə 
kosmos və insanın, təbiət və cəmiyyətin vəhdəti, onların maddi mənşəyi ideyası, 
insan və kosmosun ahəngdarlığı flkri bir daha ifadə edilmişdir.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin