Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə2/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
2-KSQ və ƏS

Yoxlama sualları:
1. Çoxmaşınlı mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş idarəetmə komplekslərin hansı xüsusiyyətləri vardır?
2. Kompüter şəbəkələrindən istifadənin hansı üstünlünlükləri vardır?
3. Kompüter şəbəkələri hansı informasiyala növlərinin avtomatlaşdırılmasına imkan verir?
4. Kompüterlər arasında məsafəyə görə qlobal və lokal şəbəkələr necə bölünür?
5. Kompüter şəbəkələrinin hansı nümayəndəələri vardır?
6. Kompüter şəbəkələrinin hansı üç qrup məntiqi modullardan ıbarətdir?
7. Verilənlər mübadiləsinin baza şəbəkəsi nədir?

2
2
. AÇIQ SISTEMLƏRIN QARŞILIQLI ƏLAQƏLƏRININ ETALON MODELI



2.1
Qeyd edək ki, terminallar və kompüterlər arasında verilənlərin ötürülməsi, iki və bir neçə kompüter arasında əlaqə, kompüterlərdən istifadə etməklə telemetriya, verilənlərin teleemalı texniki olaraq reallaşdırılıb və çoxdan, praktik olaraq kompüterlərin özünün meydana gəlməsi vaxtlarında istifadə olunur. Ancaq müasir kompüter şəbəkələrinin geniş yayılmasını (hətta bunu “qələbə yürüşü” də adlandırmaq olar), şəbəkələrin fəaliyyətinin kifayət qədər ümumi etalon modelinin işlənməsi və beynəlxalq aləmdə qəbul edilməsi ilə əlaqələndirmək lazımdır. Bu model BST və TTBMK tərəfindən şəbəkələri layihələndirən zaman istifadə üçün məsləhət bilinib. O, açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli (ASQƏ) adlanır. Ədəbiyyatda bir qayda olaraq bu adda modeli hazırlayan təşkilatlardan birinin adını da birləşdirirlər, yəni “ASQƏ-BSTmodeli”.
İnsan fəaliyyətinin bütün sahələrində standartlaşdırmanın əhəmiyyətini azaltmadan qeyd edək ki, məhz kompüter şəbəkələri sahəsində beynəlxalq standartların qəbulu son dərəcə mühüm rol oynayır.
Məsələ burasındadır ki, heç nə yaradıcılıq axtarışlarını proqram təminatının işlənməsi qədər stimullaşdıra bilməz. İstedadlı proqramçı həmişə ona verilən spesifikadan bir az kənara çıxmaq, proqramı bir qədər “yaxşılaşdırmaq” imkanı tapır. Ona görə də yalnız ASQƏ “ BST tövsiyələrinə ciddi şəkildə əməl olunması, hazırlanmış proqram məhsullarının çox sərt şəkildə testləşdirilməsi və nəhayət onların beynəlxalq sertifikasiyası müxtəlif sahələr, dövlətlər daxilində və nəticədə bütün planetdə kompüter şəbəkələrini qurmağa imkan vermişdir. Şəbəkələrdə praktik olaraq istənilən sayda kompüterlər və istənilən tip terminallar fəaliyyət güstərə bilər. Bəs ASQƏ-BST modeli nəyin reqlamentini təyin edir? Öz adına uyğun olaraq o, açıq sistemlərin qarşılıqlı əlaqəsini, yəni rabitə sistemləri vasitəsilə qarşılıqlı əlaqədə olan açıq sistemlər (kompüterlər) arasında informasiya mübadiləsinin kifayət qədər ümumi qaydalarını (proseduralarını) müəyyən edir. Bununla bərabər kompüterlərin və rabitə sistemlərinin texniki həyata keçirilməsi reqlamenti təyin edilmir. Burada yalnız verilənlərin mübadilə prosedurunun reallaşdırılması vacibdir. Açıqlıq sistemi mücərrəd məntiqi obyektlərin (altsistemlərin) N - səviyyəsi iyerarxiyası şəklində göstərilməsini bildirir. Formal olaraq bir sistem daxilində k və k-1 səviyyəli məntiqi obyektlərin qarşılıqlı təsviri (k)(k-1) interfeysi adlanan standart prosedurlarla reallaşdırılır. İki müxtəlif açıq sistemin eyni, məsələn k-cı səviyyəli məntiqi obyektlərinin qarşılıqlı təsiri verilmiş səviyyənin protokolu adlanan standart prosedurlarla həyata keçirilir. k-cı səviyyəli hər bir obyekt öz fəaliyyəti prosesində (k-1)-ci səviyyənin xidmətindən (servisindən) istifadə edir. Bu mülahizələrə əsaslanaraq ASQƏ-BST etalon modeli qurulmuşdur. Hipotetik açıq sistemin bütün səviyyələrinin protokolları, interfeysləri və xidmətləri təyin olunmuşdur.

2.2
ASQƏ-BST modelinə uyğun olaraq şəbəkə hər biri 7 səviyyədən ibarət qarşılıqlı əlaqəli açıq sistemlərin çoxluğundan ibarətdir.
Hər bir səviyyənin protokolu spesifik (səviyyəyə uyğun) funksiyanı yerinə yetirir. ASQƏ etalon modelinin yeddi səviyyəsinin hər birinin qısa təsvirini verək.

2.3
ASQƏ arxitekturasının ən aşağı səviyyəsi fiziki rabitə kanalı vasitəsilə birləşmiş istənilən iki qovşağın qarşılıqlı əlaqəsini təmin edən fiziki səviyyədir. Fiziki kanal ASQƏ-nin fiziki mühitində iki fiziki obyekt arasında bitlər ardıcıllığını ötürmək üçün yoldur. ASQƏ arxitekturasına uyğun olaraq fiziki səviyyə növbəti qonşu kanal səviyyəsinə uyğun xidmətlərə imkan yaradır, məsələn verilənləri ötürmək üçün kanal səviyyəsinin komponentləri arasında fiziki birləşməni reallaşdırır. Hazırda fiziki səviyyəyə aid BST-də həmçinin TTBMK-da hazırlanmış bəzi standartlar mövcuddur, məsələn verilənlərin ötürülməsi aparatlarında informasiyanın emalı üzrə böyük imkanlara malik olan X.21 fiziki səviyyə protokolunu göstərmək olar. X.21 protokolu təkcə fiziki səviyyəni deyil, həmçinin kanal və şəbəkə səviyyələrini əhatə edir.
ASQƏ arxitekturasında ikinci səviyyə bəzi verilənlər blokunun ötürülməsini həyata keçirən kanal səviyyəsidir. Bu səviyyə ötürülən verilənlər blokunda səhvləri tapmaq, həmçinin onları aşkarladıqdan sonra verilənləri bərpa etmək üçün, hər bir verilənlər blokunun əvvəlində və sonunda müəyyən sayda idarəedici bitlər yerləşdirilir. Bu məsələni yerinə yetirən protokollar kifayət qədər mürəkkəbdir, belə ki, idarəedici bitlərin özləri ötürülmə səhvlərinə məruz qala bilərlər. Verilənlər bloku (bitlər ardıcıllığı ) idarəedici bitlərlə birlikdə kadr adlanır.

2.4

2.5
Kadrların böyüklüyünü nəzərə alaraq, bəzi hallada onlar hissələrlə ötürülür. Rabitə xəttinin o biri sonunda kanal səviyyəsi bu səviyyələrdən tam kadr yaradır. Kanal səviyyəsinin protokolları növbəti qonşu şəbəkə səviyyəsinə səhvlər haqqında məlumat, axının idarə olunması, kanal birləşməsi kimi xidmətlərə imkan yaradır, fiiziki və şəbəkə səviyyələri arasında qarşılıqlı əlaqəni təmin edir. Hazırda kanal səviyyəsi üçün BST, TTBMK, İBM firması və s. tərəfindən işlənmiş bir neçə standartlar mövcuddur, məsələn HDLC, LAPB, SDLS.

2.6
ASQƏ arxitekturasında üçüncü səviyyə paket adlanan ötürülən verilənlər blokları axının idarəsini təmin edən şəbəkə səviyyəsidir: Bu səviyyə şəbəkə vasitəsilə paketləri ötürür və qəbul edir, sonraki ötürülmə marşurutunu təyin edir. Paketlərin kommutasiyası rejimində ötürülmə deytaqram və virtual kanal vasitəsilə də həyata keçirilə bilər. Deytaqram şəbəkələrində hər bir deytaqram mənbəyin və cavab alanın ünvanını özündə saxlayır və hər bir paket cavab ünvan müxtəlif yollara malik ola bilər. Daimi virtual kanal olmadıqda verilənlərin ötürülməsini başlamazdan qabaq mənbədən cavab alacaq ünvana qədər kanalı təşkil etmək lazımdır. Verilənləri ötürdükdən sonra yaradılmış virtual kanalı ləğv etmək lazımdır. Şəbəkə səviyyəsi aşağıdakı xidmətləri verir: şəbəkə birləşməsi, səhvlər haqqında xəbərdarlıq, ayırma axının idarəsi və s. Paketlərin kommutasiyası üzrə ən məşhur standartlardan biri TTBMK-nin hazırladığı X.25 protokoludur. Bu protokol təkcə şəbəkə səviyyəsini deyil, həm də fiziki və kanal səviyyəsini özündə saxlayır. X.25 standartı paket kommutasiyası şəbəkəsi vasitəsilə məntiqi olaraq kompüterləri bir-biri ilə birləşdirən virtual kanalların yaradılması, istifadəsi və ləğv edilməsini nəzərdə tutur.

3



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin