Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə1/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   31
2-KSQ və ƏS


KOMPÜTER SİSTEMLƏRİNİN QURULUŞU VƏ ƏMƏLİYYATSİSTEMLƏRİ

MÜHAZİRƏ DƏRSLƏRİ (30 saat)

1
1
. ƏSAS ANLAYIŞLAR VƏ KOMPÜTER SİSTEMLƏRİNİN STRUKTURU


Son vaxtlar kompüterləşdirmə insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Belə ki, kompüterlərdən qeyri-profesionalların (mühəndislərin, həkimlərin, inzibati-idarəedici işçilərin və s.) istifadə etməsi tendensiyası açıq şəkildə nəzərə çarpır. Ümumi kompüterləşdirmə erası başlayır. İnsanların öz gündəlik fəaliyyətlərində praktik olaraq kompüterlərsiz keçinə bilməyəcəyi gün çox da uzaqda deyil.
Kompüterlərin tətbiq praktikasında çox vaxt onları iki və daha çox kompüterdən ibarət kompleks şəklində birləşdirmək lazım gəlir. Bu cür birləşmə zərurəti müxtəlif səbəblərdən meydana çıxır. İnformasiyanın toplanılması, saxlanılması, ötürülməsi, emalı və verilməsi funksiyalarını həyata keçirən çoxmaşınlı komplekslərdən istifadə elmin və xalq təsərrüfatının müxtəlif sahələrinin inkişafına əhəmiyyətli dərəcədə təsir edən hesablama texnikasının inkişafında yeni keyfiyyət dəyişikliyidir.

1.1
Çoxmaşınlı kompleksləri yaratdıqda iki əsas məsələni həll etmək lazım gəlir. Birincisi, bu kompleksə daxil olan ayrı-ayrı kompüterlər arasında və kənar aləmlə informasiya mübadiləsinin, ikinci məsələ isə kompleksin özünün idarə edilməsinin təşkilidir.
Kompleksdə ayrı-ayrı kompüterlər arasında informasiya mübadiləsinin təşkilinin bir neçə yolu vardır. Çoxmaşınlı komplekslə hesablama prosesinin idarə edilməsinin təşkilinə görə mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş idarəli komplekslərə bölünürlər. Birinci halda kompleksdə bütün başqa kompüterlərin işini idarə edən xüsusi komputer ayrılır. İkinci halda kompleksin bütün kompüterləri eyni hüquqludur. Belə ki, onlar öz birgə işlərini onlardan istənilən birinin idarəsi altında təşkil edə bilərlər. Mərkəzləşdirilmiş idarəetmə asan reallaşdırılır, ancaq az etibarlılığa malikdir, belə ki, mərkəzi computer sıradan çıxdıqda bütün kompleksin işi pozulur. Mərkəzləşdirilməmiş idarəetmədə bütün kompleksin yüksək etibarlılığı təmin olunur. Bu zaman nəzərə almaq lazımdır ki, belə sistemi reallaşdırmaq çox mürəkkəbdir və bunun üçün çox vaxt və vəsait ayırmaq lazım gəlir.
Çoxmaşınlı komplekslərə vahid informasiya-hesablama prosesini birgə icra edən və yaxın məsafədə yerləşən kompüterlər qrupu daxildir. Bir-birilərindən uzaq məsafədə yerləşən və informasiyanın paylanmış emalı üçün öz aralarında qarşılıqlı əlaqəsi olan kompüterlər kompleksi kompüter şəbəkəsi adlanır. Kompüter şəbəkələrinin yaradılması çox böyük iqtisadi əhəmiyyət kəsb edir. Onlar xalq təsərrüfatının bir-birilərindən coğrafi olaraq aralı yerləşən obyektləri üçün informasiya, hesablama, həmçinin başqa vəsaitlərin inteqrasiyası məqsədilə yaradılır.

1.2
Kompüter şəbəkələrindən istifadəyə keçid bir çox mühüm üstünlüklər verir, onlardan da əsasları aşağıdakılardır:

- informasiyanın emalı prosesinin böyük etibarlılığı;
- hesablama vəsaitlərindən və riyazi proqramlardan kollektiv istifadə;
- ayrı-ayrı hesablama maşınlarında mümkün olmayan böyük hesablama gücünün əldə edilməsi;
- hesablama maşınlarının səmərəli yüklənməsinin təmini;
- nisbətən bahalı yaddaşdan səmərəli istifadə;
- geniş spektrli müxtəlif informasiya işlərinin (hesablama işlərinin aparılması, informasiyanın axtarılması, dialoq təminatı, teleemal və s.) asan təmini;
- informasiyanın emalı texnologiyasının inkişafı və dəyişdirilməsinin dinamikliyi;
- paylanmış verilənlər bankının yaradılması;
- informasiya emalının dəyərinin azaldılması.

1.3
Müasir kompüter şəbəkələri istifadəçini geniş xidmətlər çoxluğu ilə təmin edir və təyinatına görə bir çox müxtəlif informasiyanın paylanmış emalının avtomatlaşdırılmış sistemlərini yaratmağa imkan verir ki, bunlara da birinci növbədə aşağıdakılar aid edilir:
informasiya sistemləri:
- verilənlər bankı və riyazi proqramlar,
- sorğu xidməti,
- axtarış kompleksləri,
- fayllar mübadiləsi;
dialoq sistemləri:
- riyazi proqramların sazlanması,
- yeni texnikanın işlənib hazırlanması xidməti,
- tədris xidməti,
- qrafik informasiyanın emalı;
müxtəlif hesablama işləri:
- riyazi hesabatlar, modellərlə qarşılıqlı əlaqə, verilənlərin məntiqi çevrilməsi,
- müxtəlif vaxt merdianlarında yerləşmiş maşınların kompleks yüklənilməsi;
elektron poçt, telefon və teleqraf:
- sənədlərin, çertyojların, şəkillərin mübadiləsi, nitqin diskret ötürülməsi, telekonferensiya və iclas,
- bir-birilərindən çox aralı olan kollektivlərin birgə işlərinin icrası,
- kütləvi informasiya (qəzet və jurnal səhifələrinin ötürülməsi) təminatı,
- son xəbərlər, siyahısı və iqtisadi xülasələr,
- maliyə və ticarət əməliyyatlarının icrası.
Hesablama şəbəkələrində terminal arxasındakı istifadəçiyə müxtəlif şəhərlərdən və hətta ölkələrdən olan böyük kollektivlər tərəfindən toplanmış verilənlərdən və biliklərdən istifadə etmək imkanı verən informasiya sistemləri xüsusi əhəmiyyət kəsb edir.
İş üsuluna görə kompüter şəbəkələri üç sinfə bölünür: kanalın, məlumatın və paketin komutasiyası şəbəkələri.
70-ci illərdən başlayaraq həm ayrı-ayrı tədqiqatçıların, həm də telefon və teleqraf üzrə beynəlxalq məsləhət komitəsi (TTBMK), standartlaşdırma üzrə beynəlxalq təşkilatı (SBT), hesablama maşınları istehsalçılarının Avropa assosiasiyası və s. bu kimi böyük milli və beynəlxalq elmi-texniki assosiasiyaların ən çox diqqət yetirdikləri tədqiqat obyekti olmuşdur. Bu təşkilatlar tərəfindən ərazicə paylanmış EHM şəbəkələrində informasiyanın emalını təşkil etməyə imkan verən vahid standartların yaradılmasına başlanılmışdır. Standartlaşmanın konseptual əsası 70-ci illərin sonunda SBT və TTBMK tərəfindən işlənmiş açıq sistemlərin qarşılıqlı əlaqəsinin etalon modeli (ASQƏEM) olmuşdur. Bütün yaradılan və hazırda fəaliyyət göstərən ərazi EHM şəbəkələrinin əksəriyyəti etalon modeldə verilmiş və şəbəkənin proqram-texniki komplekslərində reallaşdırılan informasiya mübadiləsinin idarə edilməsi protokolları sistemi şəklində həyata keçirilən ideyalara əsaslanır.

1.4
Əhatə etdikləri əraziyə görə kompüter şəbəkələri qlobal (kompüterlər arasındakı məsafə onlarla yüzlərlə və bəzən minlərlə kilometrlərlə ölçülür) və lokal (1-2 km-lik məsafə üçün nəzərdə tutulan) şəbəkələrə bölünürlər .

1.5
Kompüter şəbəkələri sahəsində problematika o qədər sürətlə inkişaf edir ki, artıq bir çox müstəqil istiqamətlər haqqında danışmaq olar. Bu istiqamətlər ədəbiyyatda kifayət qədər geniş şərh olunmuş müxtəlif təyinatlara, iş rejimlərinə, istifadə olunan rabitə texnikasına və s. xarakterik xüsusiyyətlərə uyğun gəlir. Alimlərin və mütəxəssislərin çox illik zəhməti ARPANET TOURNET, COMNET, BİTNET, ERNET, EARN, DATAPAC, AUSTRAC. TRANSPAC və s. kimi geniş miqyaslı EHM şəbəkələrinin yaradılmasına gətirib çıxarmışdır. Kompüter şəbəkələri məntiqi, fiziki və proqram strukturuna malikdirlər. Bu strukturların qarşılıqlı əlaqəsi kompüter şəbəkələrinin arxitekturasını təyin edir.

1.6
Kompüter şəbəkələrində informasiyanın emalı və ötürülməsi prosesi onların xüsusi qruplara bölünməsini və bu qruplar arasında qarşılıqlı əlaqəyə baxılmasını tələb edir. Nəticədə şəbəkənin məntiqi strukturu alınır, onun elenmentləri məntiqi modullar olur. Bu modullar kompüter şəbəkəsinin işi ilə əlaqədar olan müəyyən məsələləri yerinə yetirirlər. Kompüter şəbəkəsinin məntiqi strukturu üç qrup məntiqi modullardan ibarətdir:
- informasiyanın emalı modulları (İEM)
- qarşılıqlı əlaqə və birləşmə modulları (QƏBM)
- terminal modullar (TM)
İEM, QƏBM, TM məntiqi modullar çoxluğu uyğun olaraq informasiyanın emalı, terminal və verilənlər mübadiləsi məntiqi altsistemlərini yaradır.
İEM informasiyanı emal edir və şəbəkənin istifadəçiyə verilə biləcək əsas informasiya hesablama vəsaitlərini təyin edir. İEM-in prinsipial, funksional xüsusiyyəti ondan ibarətdir ki, kompüter şəbəkəsinin istənilən TM onlardan qeyri-məhdud şəkildə istifadə edə bilər.
QƏBM-TM ilə İEM, həmçinin TM-lərin özləri arasında qarşılıqlı əlaqəni təmin edir.
TM İEM-in vəsaitlərində istifadəçinin çıxışını təmin edir, həmçinin hesablamaların nəticələrini istifadəçi üçün lazımi formada verir.
Kompüter şəbəkəsində məntiqi modullar xüsusi aparatlarda və yaxud hesablama maşınlarında reallaşdırılır. Bu texniki qurğularda məntiqi modulların optimal yerləşdirilməsi kompüter şəbəkəsinin fiziki strukturunu təyin edir. Fiziki strukturda kompüterlərə, fiziki kanallara və zəruri hallarda - verilənlərin ötürülməsi aparatlarına (adapterlər, modemlər və s.) baxılır. Kompüter şəbəkəsi iki tip abunəçi komplekslərinin çoxluğundan ibarətdir: kompüterlərin serveri (KS) və verilənlər mübadiləsinin baza şəbəkəsində (VMBŞ) vahid sistemdə birləşdirilmiş yerli və ya uzaq terminallar (T).
Kompüterlərin serveri istifadəçiyə informasiyanın emalı xidmətini təqdim edir. Terminallar istifadəçilərin bu xidmətə çıxışını təmin edir. Kompüter şəbəkələrini şərti olaraq iki sinfə bölmək olar: lokal və ərazi. Lokal şəbəkələrdə KS bir bina daxilində yerləşdirilir, bu və ya başqa tip ümumi şinlə birləşdirilir və adətən bir təşkilata məxsus olur və ancaq onun maraqları üçün istifadə olunur. Lokal şəbəkələrin əksinə olaraq ərazi şəbəkələri bir-birlərindən xeyli məsafədə yerləşdirilmiş KS-ləri birləşdirir. Ərazi şəbəkələrində KS-lər bir və ya bir neçə təşkilata məxsus ola bilər, ancaq adətən çoxlu təşkilatlar tərəfindən istifadə olunur.

1.7
VMBŞ - kompüter şəbəkəsinin nüvəsidir və şəbəkənin proqram strukturudur. VMBŞ ayrı-ayrı kompüter serveri və terminalları bir tam kimi birləşdirir, şəbəkə protokollarında reallaşdırılan vahid sistem idealogiyası əsasında onların öz aralarında qarşılıqlı əlaqəsini təmin edir.
Baza şəbəkəsi istənilən kompüter şəbəkəsinin sistem başlanğıcının daşıyıcısıdır. Kompüter şəbəkəsinin proqram strukturunda istifadəçinin informasiya - hesablama işlərini yerinə yetirən iki əsas element var. Bu elementlər istifadəçinin proqramı və bununla qarşılıqlı əlaqədə olan təqdimetməni və seansı idarə edən proqramlardır. Bu üç elementi birlikdə proses adlandırmaq qəbul olunub. Kompüter şəbəkəsinin əsas məsələsi qarşılıqlı təsir edən proseslərin yaradılmasıdır. Bu proseslərin qarşılıqlı təsiri bir-birilərinə informasiya massivlərinin ötürülməsilə həyata keçirilir. Bu cür qarşılıqlı təsir bəzi universal razılaşmalara və protokollara uyğun gəlməlidir. Məsələn, belə protokollar açıq sistemlərin qarşılıqlı əlaqəsi konsepsiyasına əsaslana bilər.



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin