Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)


Nəqliyyat (transport), seans, təqdimetmə və tətbiq səviyyələri



Yüklə 172,44 Kb.
səhifə3/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
2-KSQ və ƏS

2.1. Nəqliyyat (transport), seans, təqdimetmə və tətbiq səviyyələri

2.7
ASQƏ arxitekturasında dördüncü səviyyə qarşılıqlı təsirdə olan tətbiqi proseslər yerləşdirilmiş iki qarşılıqlı təsirdə olan sistemlər arasında informasiyanın etibarlı ötürülməsini təmin edən
transport (nəqliyyat) səviyyəsidir. Bu səviyyə seans obyektləri arasında rabitə şəbəkəsi vasitəsilə yuxarıda yerləşən səviyyədən qəbul edilmiş hər hansı verilənlər blokunun ötürülməsini təmin edir. Bu zaman transport səviyyəsi şəbəkənin necə işlədiyini, verilənlər blokunun hansı ölçüdə olduğunu və s. bilir. Bu səviyyə transport birləşmələri, verilənlərin ötürülməsi, transport birləşmələrinin araşdırılması (X.224) kimi xidmətlərə imkan verir.

2.8
ASQƏ arxitekturasında beşinci səviyyə seans yaradılan zaman iki tətbiqi proses arasında qarşılıqlı təsirin idarəsini həyata keçirən
seans səviyyəsidir. Bu səviyyə vasitəsilə tətbiqi proses şəbəkədə yerini dəyişə bilər və ancaq seans birləşməsi vasitəsilə başqa tətbiqi prosesə çıxış ala bilər, belə ki, proses eyni zamanda bir neçə seans birləşməsini himayə edir. Seans səviyyəsi aşağıdakı xidmətlərə imkan verir: seans birləşməsinin yaradılması, seans birləşməsinin araşdırılması, adi verilənlərin mübadiləsi, qarşılıqlı təsirin idarəsi (X.225).

2.10
8

2.9
Altıncı səviyyə -
təqdimetmə səviyyəsi- ötürülən informasiyanın sintaksisini təsvir edir və onu tətbiqi səviyyəyə (X.218) verir. Bu səviyyədə informasiyanı sanksiyası olmayan istifadədən qorumaq üçün onun çevrilmələri də həyata keçirilir, yəni mənbə-qovşaqda kriptoqrafiya və ünvan-qovşaqda isə dekriptoqrafiya olur. Bundan əlavə ötürülən məlumata elektron imza adlanan - bitlərin qısa ardıcıllığı birləşdirilir ki, bu da ünvan-qovşaqda verilən məlumatın doğrudan da məlumatların mötəbərliyini təmin etmək hüququ olan şəxs tərəfindən göndərildiyini təyin etmək imkanı verir. Müdafiə sisteminini “dağıtmaq” üçün, bunu etmək istəyən şəxs çox mürəkkəb kombinator məsələni həll etməlidir. Hesab edilir ki, bu məsələ praktik olarq həll edilə bilmir. Ancaq kompüterlərin təkmilləşdirilməsi, xüsusilə də hesablamaların paralelləşdirilməsi imkanları bu məsələni məqbul vaxt ərzində həlli ehtimalını sıfırdan fərqli edir, bu isə öz növbəsində kriptomüdafiə hazırlayanları məcbur edir ki, kriptoqrafiya metodlarını təkmilləşdirsinlər.
ASQƏ arxitekturasında yeddinci səviyyə ötürülən informasiyanın semantikasını təyin edən tətbiqi səviyyədir. Bu səviyyə bilavasitə tətbiqi proseslərlə bağlıdır və tətbiqi proseslər üçün ASQƏ mühitinə çıxışı təmin edir. O açıq sistemlərin qarşılıqlı təsiri üçün zəruri olan, aşağı səviyyədə olmayan bütün funksiyaları özündə saxlayır. Tətbiqi səviyyə aşağıdakı xidmətlərə imkan verir: qarşılıqlı təsiri nəzərdə tutulan proseslərin hazırlığının təyini, səhvlərin aşkara çıxarılması üçün məsuliyyətin razılaşdırılması və verilənlərin tamlığının idarə olunması proseduru.

2.11
8
Beləliklə, yuxarıda deyildiyi kimi, üç aşağı səviyyə kommunikasiya altşəbəkəsinə çıxışı təyin edir və bu alt şəbəkə ilə informasiyanın ötürülməsini təmin edir, beləliklə istənilən tətbiqi proseslərin birgə işi təmin olunur. Üç yuxarı səviyyə tətbiqi proseslərin etibarlı və səmərəli qarşılıqlı təsirini təmin edir. Yuxarıda üçlük ilə açağıdakı üçlük arasında orta olan transport səviyyəsi həm tətbiqi proseslərin tipindən, həm də kommunikasiya alt şəbəkələrinin növündən asılı deyil.


2.12
8
ASQƏ-nin alt aşağı səviyyəsindən fərqli olaraq əsas funksiyası tətbiqi proseslərin ASQƏ- nin xidmətlərinə çıxışı təmin etmək olan ən yüksək tətbiqi səviyyəni standartlaşdırmaq və yaxud ümumiyyətlə formal təsvir etmək çox çətindir. Bu səviyyənin spesifik xüsusiyyəti ondar ibarətdir ki, ASQƏ-nin tərkibində tətbiqi səviyyənin ancaq müəyyən hissəsi, yəni ancaq proseslər arası qarşılıqlı təsirini təşkili ilə əlaqədar olan funksiyalar daxildir. Onun qalan funksiyaları tətbiqi obyektlərinin geniş spektri ilə xarakterizə olunan tətbiqi proseslərin öz təbiəti ilə əlaqədardır. Göstərilən şərtlər tətbiqi səviyyənin reallaşdırılması protokollarının, həmçinin ASQƏ-nin aşağı səviyyələri ilə interfeysin standartlaşdırılması yolunda əsas çətinlikləridir. Lakin ASQƏ-nin tətbiqi səviyyəsinin BST və TTBMK-nın sənədləri ilə reqlament olunan strukturunda iki əsas kateqoriya servis elementlərinə baxılır - standart və xüsusi və yaxud yeddinci səviyyəsini əhatə edən
üç sinif funksiya:
-ümumi xidmət funksiyaları - istifadəçinin tətbiqi sistemə qoşulma, açılma, istifadə, istifadə etmə hüququnun yoxlanılması, lüğətlərdən istifadə etmə, şəbəkə statistikası və s.
-ümumi baza funksiyaları - faylların ötürülməsi, fayllardan istifadə, elektron poçt, mətnlərin emalı və s.
- problem yönümlü funksiyalar - informasiya axtarışı, verilənlər bazasının idarə olunması, müxtəlif təyinatlı sorğuların işlənilməsi və s.
Birinci iki sinif funksiyanı standartlaşdırmaq olar, bunun üzərində BST işləyir. Lakin axırıncı sinif funksiyalar kifayət qədər müxtəlifdir. BST problem assosiasiyalarının istiqamətini təyin etmişdir ki, həmin çərçivədə standartlaşdırma aparmaq mümkün olar. Dünyanın bir çox elmi idarələrində müxtəlif tətbiqi təyinatlı şəbəkələrinin administratorunun standartlaşdırılması üzrə tədqiqatlar aparılır.
Kompüter şəbəkələrində paylanmış emalı təmin edən tətbiqi səviyyənin reallaşdırılması vasitələri arasında məsələlər arası mübadilə xüsusi yer tutur. Bu prosesi tamamilə standartlaşdırmaq olmur, çünki, mübadilənin təşkili proseduru həm də mübadilə olunan informasiyanın sematikasından asılıdır. İnkişaf etmiş şəbəkələrin əksəriyyətinin, məsələn SNA, DECNET, NSW (ARPANET), NOVEL, ARCNET, ALİSA + ESTAFETA və s. proqram təminatı elədir ki, onların tərkibində məsələlər arası mübadiləni reallaşdıran modullar var. Lakin bu modullarn hamısı tətbiqi proqramçıdan mübadilə olunan informasiyanın semantika və sintaksisini tam bilməyi tələb edir və bu isə standart həlldən çox uzaqdır.
ASQƏ-nin yuxarı səviyyəsinin standartlaşdırılması sahəsində son nailiyyətlərdən İBM firmasının SAA (System Arlication Architecture) və Microsoft firmasının İPC (İuterconnection Process Control) misal göstərmək olar. Birinci - tətbiqi sistemlərin arxitekturası SNA şəbəkəsində RS/2, AS400 və İBM 370 tətbiqi sistemlərinin standartların yaradılması nəzərdə tutulur.
İkinci MS DOS və OS/2 mühiti üçün həmin mənanı kəsb edir. Bu standartların əsas mənası istifadəçinin interfeysinin (tətbiqi proqram və şəbəkə) işlənib-hazırlanmasından ibarətdir: o, intuitiv prinsiplərə əsaslanır və asılı olamayan tətbiqi proqramları reallaşdırmaq üçün nə qədər səmərəli olması sualı açıq qalır.
Paylanmış verilənlər bazasının idarə edilməsinin (tranzaksiya) bəzi mexanizmləri üçün standart protokollar həmçinin hazırlanır. Bu protokolların bizim göstərdiyimiz predmetə mövzuca yaxınlığına baxmayaraq onlar təsvir edilməmişdirlər, belə ki, burada tranzaksiyaların idarə olunması daha mücərrəd səviyyədə baxılır və standart sintaksis konstruksiyalara bağlanılmır.
ASQƏ-BST modelinin bu qısa təsvirində biz onun lokal (LAN), şəhər (MAN) və regional (WAN) şəbəkələrinə nəzərən reallaşdırılması xüsusiyyətləri üzərində dayanacağıq. Uyğun protokolların reallaşdırılmasındakı fərq, əsasən, üç aşağı səviyyəyə aiddir, dörd yuxarı səviyyə göstərilən tip şəbəkələr üçün invariant olmalıdır. Lakin şəbəkələrin tətbiqi xarakteri özü yuxarı səviyyə protokollarının bu və ya başqa növündən istifadə etməyi tələb edir. Məsələn, MMS protokolu, LAN üçün, EDİ isə WAN üçün xarakterikdir.
ASQƏ-BST modeli daima inkişaf edir və təkmilləşdirilir. Bu birinci növbədə verilənlərin ötürülməsi mexanizmini reallaşdıran aparat vasitələrinin tezliyi və etibarlılığının artırılması ilə əlaqədardır.
WAN şəbəkəsində üçüncü səviyyənin əhəmiyyətini aşağı salan, WAN-ın mərkəzi oblastlarında verilənlərin ötürülməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirən ikinci səviyyənin protokolu FR (FRAME REALY) geniş yayılmışdır. Asinxron ötürmə modulu (ATM) WAN-ın həmin oblastları üçün yeni sadələşdirilmiş protokollar tətbiq etmək yolu ilə ötürülmə prosesini praktik olaraq iki tərtib sürətləndirilir.
Lakin fikirləşmək lazım deyil ki, ASQƏ-BST modeli buna görə öz mənasını itirir, əksinə, tövsiyyə olunan protokolların abunəçi kompüterlərə yaxın oblastlarda hər yerdə tətbiqi zəruridir, belə ki, mərkəzi oblastlarda yuxarıda göstərilən cəld protokollar abunəçi kompüterlər üçün “şəffafdır”. Bir daha xatırladaq ki, baxdığımız tətbiqi protokollar üçün ASQƏ-BST modelinin bütün yeddi səviyyəsi “şəffafdır”.



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin