Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə8/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
2-KSQ və ƏS

Yoxlama sualları:
1. Əməliyyat sistemi nədir?
2. Resurs nədir?
3. İnterfeysin hansı növləri vardır və onlar nə üçündür?
4. Əməliyyat sistemləri hansı növlərə bölünür?
5. Hansı əməliyyat sistemləri geniş yayılmışdır?


6
8
. ƏMƏLİYYAT SİSTEMİNİN NÖVLƏRİ


Ə
6.1

n çox yayılmış əməliyyat sistemləri ailələrı bunlardır: DOS, OS/2, UNİX, Windows


6.1. DOS, OS/2 və UNİX ailələrinin əməliyyat sistemləri
DOS ailəsinin əməliyyat sistemləri
B
6.2

u ailənin birinci üzvü MS DOS (Microsoft Disk Operating System – microsoft firmasının disk əməliyyat sistemi) sistemidir.Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.
DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:
-İstifadəçi tərəfindən daxil edilən əmrlərin köməyi ilə interfeys həyata keçirilir;
-Sistemin İBM tipli müxtəlif kompüterlərdə işlənməsini təmin etmək üçün struktur modulluğu;
-Sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640kbayt).
DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazə olmadan müraciətdən mühafizə vasitələrinin olmamasıdır
D
6.3

OS əməliyyat sistemi haqqında ətraflı məlumat sonrakı paraqraflarda verilir.
OS/2 ailəsinin əməliyyat sistemləri
1987-ci ildə fərdi kompüterlərin yeni ailəsinin yaradılması ilə əlaqədar İBM firması tərəfindən OS/2 ƏS hazırlanmışdır. OS/2 (operating System/2) ikinci nəsil çoxməsələli əməliyyat sistemidir. OS/2 İBM PC ilə uyuşan kompüterlər üçün 32-mərtəbəli qrafiki şoxməsələli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də proqramların yazılmasında API (Application Programming İnterfase) tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadəyə imkan verir.
OS/2 əməliyyat sistemi DOS-un fayl sistemi ilə uyuşan rahat qrafiki istifadəçi interfeysinə malikdir. Bu da verilənlərdə heç bir çevirmə aparmadan onlardan həm DOS-da, həm də OS/2-də istifadə etməyə imkan verir.
OS/2-nin aşağıdakı modifikasiyaları mövcuddur:
-OS/2 Warp3.0-yaddaşdan istifadə və qrafiki interfeys təkmilləşdirilib;
-OS/2 Warp Connect-şəbəkə imkanları təkmilləşdirilib;
-OS/2 Warp Server – serverli ƏS-də iş üçün nəzərdə tutulub;
OS/2 – nin əsas çatışmazlığı onun az sayda tətbiqi proqramlara malik olmalısıdır ki, buda onun MS DOS və Windows Əs-nə nisbətən az yayılmasına səbəb olub.

6.4

UNIX ailəsinin əməliyyat sistemləri

UNIX – 32 – mərtəbəli, çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri ailəsidir. UNIX- in üstün cəhəti onun müxtəlif kompüterlərdə istifadəsinin mümkünlüyüdür.
UNIX aşağıdakıları özündə birləşdirir:
-Paylanmış verilənlər bazasına müraciət;
-Lokal şəbəkədə işləmək;
-Uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal
şəbəkəyə çıxış imkanı. Bu UNIX-in ən vacib komponentlərindən biridir.
Hazırda UNIX üçün çoxlu sayda tətbiqi proqramlar mövcuddur. MS DOS və Windows üçün geniş yayılan bir çox tətbiqi proqramlar UNIX – də də istifadə oluna bilər.
UNIX – ailəsindən olan bir neçə ƏS mövcuddur. Bu ailədən olan müxtəlif versiyaların öz adı var. UNIX ƏS- nin fayl sistemi faylları icazəsiz müraciətdən mühafizəni təmin edir. Hal-hazırda UNIX ailəsindən olan şəbəkə ƏS-dən geniş yayılanı 32-mərtəbəli çoxistifadəçili, çoxməsələli UNIX Ware 2.0 sistemidir.



Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin