Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə6/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
2-KSQ və ƏS

Yoxlama sualları:
1. Paylanmış sistem modelini təsvir edən 4 qayda hansılardır?
2. Müasir paylanmış sistemlərə hansı tələblər qoyulur?
3. Hazırda məlum olan kompüter şəbəkələri hansı siniflərə ayrılır?
4. Paylanmış verilənlər bazasının qurulmasının hansı fundamental məsələləri vardır?
5. Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş PS-nin idarəedici funksiyaları necədir?


4
6
. PAYLANMIŞ SİSTEMLƏRİN PROBLEMLƏRİ



4.1

PS-lərin yuxarıda sadaladığımız üstünlükləri kifayət qədər çoxlu problemlərin əvvəlcədən həllini tələb edir.

4.2

Şəbəkənin kompüterlərindən (qovşaqlardan) birinin nasazlığı meydana çıxdıqda informasiya-hesablama prosesini elə təşkil etmək lazımdır ki, mümkün qədər qısa vaxt ərzində nasaz qovşaq aşkar olunsun və baş vermiş nasazlığın nasaz qovşağın müvəqqəti olaraq şəbəkədən informasiya izolyasiyasına məruz qalana qədər baş vermiş bütün mümkün mənfi nəticələrini təyin etmək üçün şəbəkənin bütün qalan qovşaqlarına məlumat verilsin. Şəbəkənin nasazlığa davamlılığını təmin etmək üçün bu ilk baxışdan təbii görünən hərəkətlər ardıcıllığını reallaşdırmaq çox da sadə deyil. Doğurdan da tamamilə eynihüquqlu qovşaqlardan hansının diaqnostlaşdırma, müvəqqəti izolyasiya üzrə işləri, sonra isə nasaz qovşağın “hüququnun bərpası” inisiativini öz üzərinə götürülməsi suallarına cavab vermək o qədər də asan deyil. PVB-də saxlanılan və PS-nin bir qovşağından o birinə ötürülən informasiyanın icazəsiz istifadəsindən ciddi qorumaq zərurəti olduqda daha mürəkkəb problemlər kompleksi meydana gəlir. Şəbəkələrdə informasiyanın qorunmasının çətinliyi artıq “kompüter cinayətkarlığı” anlayışı adı altında birləşən bir çox problemlər doğurmuşdur. Eyni zamanda dövlətin təbii reaksiyası kimi “kompüter kriminalistikası” yaranmağa başlayır. Bu sosial hadisənin bəzi xüsusi aspektləri belədir. Burada birinci yerdə məxfi məsələn siyasi, hərbi və iqtisadi informasiyanın kənar şəxslərin ondan icazə olmadan istifadəsinin qorunması problemi durur.
Tətbiqi proqramların özləri iqtisadi şpionajın onun bütün variantlarında obyekti olurlar. Proqramlardan həmçinin iqtisadi sabotajın obyekti kimi danışmaq olar, belə ki, arxalarında hər hansı firma duran tək-tək adamlar öz rəqiblərinin proqramlarını virus- proqramlarla yoluxdura bilərlər ki, bu da sonuncuya xeyli iqtisadi ziyan gətirir.
Tətbiqi proqramçıların bank sistemlərində məhdud bölmə əməli nəticəsində əmələ gələn kiçik qalıqların atılmasında istifadə olunan proqramlar yaradılması hadisəsi bütün dünyada məşhurdur. Proqramçılar bu qalıqları müntəzəm olaraq öz hesablarına köçürərək bir neçə il ərzində xeyli məbləğ toplamışdılar. Ümumiyyətlə sərvətləri idarə edən sistemdən icazə olmadan istifadə imkanı ən müxtəlif asan qazanc şəraiti yarada bilər.
Nəhayət, mətbuatda firmaların nadir VB-lərin qəsb edilməsi imkanları və buna əsaslanan iqtisadi və sosial cinayətlər müzakirə olunur. Xarakterik odur ki, tədricən kompüter cinəyətkarlarının real tipi formalaşdırılır, o, bir qayda olaraq, cavan, lakin təcrübəli sistem və ya tətbiqi proqramçıdır.
Lakin sadalanan çətinliklər iyirminci əsrin sonlarında elmi texniki tərəqqinin ən mühüm nəailiyyətlərindən biri olan PS-lərin hər şeyi əhatə edən geniş yayılmasının qarşısını nəinki saxlaya bildi, hətta heç cüzi dərəcədə ləngidə də bilmədi.
Şəbəkə mühitində fəaliyyət göstərən PS-lərin nəzəriyyə və praktikasında əmələ gələn problemlərdən biri də qovşaqdakı proseslərin sinxronlaşdırılmasıdır. Sinxronlaşdırma mexanizmləri PS-lərin idarə olunması məsələsinin ayrılmaz hissəsidir. Kompüterlərdəki idarəetmə qurğusunun analoqu olan bu mexanizmlər olmadan vahid böyuk məsələni külli halında həll edən PS-nin qovşaqlardakı alt məsələlər çoxluğunun icrası mümkün deyil. Ümumi yaddaş üzərində fəaliyyət göstərən bir neçə asılı olmayan proseslərin sinxronlaşdırılması ideyası E. Deykstranın işlərindən irəli gəlir. Məlum olmuşdur ki, PS-lər spesifikliyinə görə Deykstranın semafor ideyasını bilavasitə bu sistemlərə genişləndirmək mümkün deyil. Məsələ burasındadır ki, PS-nin müxtəlif qovşaqlarındakı proseslər məlumatları bir-birlərinə qovşaqları öz aralarında birləşdirən kommunikasiya mühiti vasitəsilə ötürür. Bu zaman cavab alan qovşağa məlumatın çatmasının xeyli ləngiməsi mümkündür. Ona görə də göndərilən informasiya köhnələ bilər, yəni bu məlumatı göndərən prosesin vəziyyətini əks etdirməz.

4.3

PS-də bu cür proseslərin kifayət qədər çox olduğu və PS-nin qovşaqlarında prosesorların istənilən vaxt nasaz ola biləcəyini nəzərə alsaq, sinxronlaşdırmanın tamamilə yeni mexanizmləri zəruridir.
Sinxronlaşdırma dedikdə PS-də həm ardıcıl, həm də paralel keçən və öz aralarında hər hansı vəsaitdən istifadə etmək üçün rəqabət aparan proseslərin korrekt idarə edilməsinin koordinasiyası kimi başa düşüür. Vəsaitləri ayıran zaman qarşılıqlı ləğv etmə məsələsi (böhran bölməsi), tranzaksiyaların icrası planının seriallaşdırılmasının təmini, bütün bunlar PS-də proseslərin sinxronlaşdırılması probleminin onların əsasında durduğu məsələlərin tam olmayan siyahısıdır.
Sadalanan məsələləri məzmunca aşağıdakı formal məsələyə gətirmək olar: PS-də hadisələr çoxluğunda elə nizamlama funksiyası daxil etməli ki, ona uyğun olaraq PS-də informasiyanın məzmunca emalı keçirilsin.

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin