Kompüter sistemləRİNİn quruluşu və ƏMƏLİyyatsistemləRİ MÜhaziRƏ DƏrsləRİ (30 saat)



Yüklə 172,44 Kb.
səhifə4/31
tarix22.05.2022
ölçüsü172,44 Kb.
#58951
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
2-KSQ və ƏS

Yoxlama sualları:
1. Açıq sistemlərin qarşılıqlı əlaqəsi modeli (ASQƏ-BST) nə üçündür ?
2. ASQƏ neçə səviyyədən ibarətdir və bu səviyyələr arasında hansı əlaqə vardır?
3. Fiziki, kanal və şəbəkə səviyyələrini hansı protokol əhatə edir?
4. Kanal səviyyəsinin əsas funksiyalarına nələr daxildır, kadr nədir?
5. Kanal səviyyəsi üçün hansı standartlar mövcuddur?
6. Şəbəkə səviyyəsinin əsas funksiyasına nə daxildir?
7. Nəqliyyat səviyyəsinin əsas funksiyası nədir və hansı imkanları yaradır?
8. Seans səviyyəsinin xüsusiyyəti nədir, burada tətbiqi proses yerini necə dəyişir?
9. Təqdimetmə səviyyəsində ötürülən məlumatın sintaksis necə yerinə yetirilir?
10. Təqdimetmə səviyyəsində elektron imza nə üçün işlənir?
11. Paketlərin kommutasiyası nələrin əsasında və necə yerinə yetirilir?
12. Tətbiqi səviyyənin hansı üç sinif funksiyası vardır və o hansı xidmətlərə imkan verir?











3
4
. PAYLANMIŞ SİSTEMLƏR VƏ İNFORMASİYANIN EMALI


3.1. Paylanmış sistemlər (PS) modelinin 4 qaydası
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin informasiya infrastrukturunun əsas kompanentlərindən biri də kompüter şəbəkələridir. Sənaye və ticarət müəssisələri, inzibati və maliyyə təşkilatları arasında informasiyanın intensiv mübadiləsi səmərəli bazar iqtisadiyyatı və demokratik sosial mexanizmlər üçün zəruridir. Cəmiyyətin geniş şəkildə informasiyalaşdırılması şəraitində kompüter şəbəkələri əsasında verilənlərin emalının paylanmış sistemləri və yaxud sadəcə paylanmış sistemlər (PS) yaradılması xüsusi yer tutur. PS dedikdə açıq sistemin tətbiqi səviyyəsi üzərində (kompüterlərdə işləyən operatoru da daxil etməklə) fəaliyyət göstərən tətbiqi proseslər çoxluğu və bu proseslərin istifadə etdiyi verilənlər bazası başa düşülür. PS yaradıldıqda vəsaitlərdən istifadənin və informasiya mübadiləsinin operativliyi, sistemin tam halında və onun bütün komponentlərinin fəaliyyətinin etibarlığı, informasiya vasitələrinin mötəbərliyinin təmini, texniki vəsaitlərdən istifadəsinin səmərələliyi və s. əsas tələblərdir. Hesablama texnikası və informatikanın inkişafında paylanmış emalın müstəqil istiqamət olmasına baxmayaraq, çox vaxt onun predmet və məsələlərini konseptual olaraq və məzmunca paylanmış verilənlər bazası (PVB), elektron poçt, fayllarla məsafədən iş və s. bu kimi konkret tətbiqlərlə əlaqələndirirlər.
Bu işdə PS-nin aşağıdakı qaydalar (fərziyələr) çoxluğu ilə təsvir oluna bilən modeli qəbul olunmuşdur:

3.1

M1. PS S={Si/i=1,N} qovşaqlar çoxluğunda və istənilən iki qovşağı birləşdirən verilənlərin ötürülməsi sistemindən ibarətdir.
M2. PS-nin qovşaqlarında lokal verilənlər bazasının idarəetmə sistemlərinin (VBİS) nəzarəti altında verilənlər bazası (VB) kimi təşkil olunmuş informasiya saxlanılır və tətbiqi proseslərlə emal olunur.
M3. tətbiqi proseslər bir-biri ilə ancaq məlumatlar mübadiləsi ilə qarşılıqlı təsir edə bilərlər, belə ki, onlar ya informasiyanın məzmunca emalı, ya da ancaq idarə funksiyasını yerinə yetirir.
M4. verilənlərin (məlumatların) ötürülməsi sistemi etibarlıdır, yəni məlumat itmir və öz-özünə yaranmır, bütün qovşaqlar məlumat üçün yararlıdır (açıqdır).
Hər bir tətbiqi proses bu və ya digər VB-nin hansı məntiqi sxemə uyğun gəldiyindən asılı olmayaraq PS-də fəaliyyət göstərən istənilən VB-dən istifadə edə bilər. Məsələnin həlli prosesində öz aralarında əlaqədar olan VB-lər çoxluğu qovşaqlarda paylanmış VB (PVB) təşkil edir. PS-lər qovşaqlarda fəaliyyət göstərən aparat avadanlıqlarının və əməliyyat sisteminin dəyişməsindən asılı deyil.
Sadəliyinə baxmayaraq baxılan model idarəetmənin real praktik mühüm PS-lərdə qarşıya çıxan məsələlərə kifayət qədər yaxın çoxlu nəzəri məsələlərini həll etməyə imkan verir. İstifadəçinin coğrafi olaraq harada yerləşməsindən asılı olmayaraq informasiyanın emalının paylanmış sistemlərinin yaradılmasında son məqsəd ayrı-ayrı regionların və hətta bütün dünyanın informasiya və hesablama, həmçinin komunikasiya və təşkilati-texniki vasitələrdən və s. lazım olan vaxt istifadə etmək imkanının yaradılmasıdır.

3.2

Müasir PS-lərə əsas tələblər aşağıdakılardır:
- yüksək etibarlılıq;
- informasiya vasitələrindən kollektiv istifadə;
- verilənlərin icazəsiz istifadəsindən müdafiə;
- sistemin texniki və informasiya-hesablama vasitələrindən maksimal istifadə;
- sistemə uzaq məsafədən ani giriş və çıxış;
- istifadəçinin sistemə müraciətinin sadəliyi;
- arxitekturanın açıqlığı, yəni genişlənmə və inkişaf imkanları.
PS-də aşağıdakı dörd əsas komponenti ayırmaq olar: rabitə mühiti və ya kommunikasiya şəbəkəsi (KŞ), tətbiqi vasitələr, KŞ ilə tətbiqi vasitələr arasında interfeys funksiyalar bloku və ümumi sistem idarəetməsi və ya sistemin administratoru (SA).

3.3

Kommunikasiya şəbəkəsi və ya daha çox işlənən verilənlərin ötürülməsi şəbəkəsi (VÖŞ) istənilən PS-nin əsasını təşkil edir və hazırda kifayət qədər öyrənilmiş sahə hesab edilir. İstənilən tip KŞ-lər üçün əsas funksiyaların ümumi olmasına baxmayaraq, onları aşağıdakı növlərə bölmək olar: ümumi istifadə üçün şəbəkələr, firma şəbəkələri və lokal şəbəkələr. Beynəlxalq əhəmiyyətli texniki sistemlər kimi standartlaşdırma məsələsi KŞ hazırlayanların diqqətini cəlb edir. Hazırda məlum olan KŞ -lərdən aşağıdakı sinifləri ayırmaq olar:
- TTBMK-nın X.25 tövsiyəsi ilə işlənmiş ümumi istifadə şəbəkələri;
- İEEE seriyalı tövsiyə ilə işlənmiş ETHERNET, ARCNET, PCLAH, ALONA, NETWARE və s. tipli lokal şəbəkələr;
- BST, TTBMK I seriyalı tövsiyə ilə işlənilən inteqral xidmətli (İSDN) rəqəmli rabitə şəbəkələri:
- GENERAL MOTORS firmasının tövsiyəsi ilə MAP/TOP sənaye avtomatlaşdırılmış sistemləri ilə inteqrasiya şəklində istehsal şəbəkələri;
- İBM firmasının System Network Architecture (SNA) arxitekturalı firma şəbəkələri;
- Diqital Network Architecture (DNA) arxitekturalı firma şəbəkələri.
Başqa firmaların təklif etdikləri şəbəkə arxitekturalarının siyahısını davam etdirmək mümkündür, lakin sadalanan arxitekturalar artıq şəbəkələrin kifayət qədər geniş spekterindən və bu sahədə problemlərin yüksək səviyyədə həllindən xəbər verir. Bir mühüm cəhəti qeyd etmək lazımdır ki, bütün sadalanan şəbəkələr və başqaları ya kompüter şəbəkələrinin reallaşdırılmasının beynəlxalq standartlarına uyğun gəlir, ya da mütəxəssislər şəbəkələrin yaradılmasının əsas tələbinə - ASQƏ-BST etalon modelinə uyğunlaşmağı zəruri hesab edirlər.
PS-lərin yaradılmasının və ya ASQƏ-nin yuxarı səviyyələrinin reallaşdırılmasının əsas məsələlərindən biri ümumi sistem idarə etməsinin və ya sistemin administratorunun (SA) hazırlanmasıdır. Vəsaitlərin idarə edilməsi və sistemə çıxış istifadəçinin sorğularının reallaşdırılması, sistemin iş qabiliyyətinin təmini və s. SA-nın əsas funksiyalarıdır. PS-də ümumi sistem idarəetməsi mürəkkəb struktura malikdir və onun layihələndirilməsi məsələsi, hələ ki, öz tam həllini tapmamışdır.
Mövcud ədəbiyyatın təhlili icra etdiyi funksiyalardan asılı olaraq ümumi sistem idarəetməsinin üç səviyyəli strukturunu ayırmağa imkan verir: ƏS səviyyəsi, VÖŞ səviyyəsi və SA səviyyəsi.
Ənənəvi olaraq ƏS hesablama sisteminin və qurğularının tam idarə edilməsi, sistemə giriş və s. öz üzərinə götürür. Qrafiklərin idarə olunması və məlumatların çatdırılması VÖŞ səviyyəsində həyata keçirilir.

5
Qalan funksiyalar, xüsusi halda şəbəkə informasiya vasitələrinə və sistemə çıxış, istifadəçinin sorğusunun reallaşdırılması, tətbiqi proseslərin qarşılıqlı təsirinin idarəsi, sistemin fəaliyyətinin etibarlılığının təmini və s. Bu kimi paylanmış emal ilə əlaqədar proseslərin idarə olunması SA səviyyəsində icra olunur.

Yüklə 172,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin