Sahibkarliq fəaliyyətinin məqsədləri, funksiyalari və onlarin reallaşdirilmasi mühitinin makro və mikroiqtisadi səviyyələri



Yüklə 51,09 Kb.
səhifə1/5
tarix10.10.2022
ölçüsü51,09 Kb.
#64804
  1   2   3   4   5
movzu 2

Mövzu 2
Sahibkarliq fəaliyyətinin məqsədləri, funksiyalari və onlarin reallaşdirilmasi mühitinin makro və mikroiqtisadi səviyyələri.


Plan.

  1. Mənfəət - sahibkarliq fəaliyyətinin əsas məqsədidir.

  2. Sahibkarliq fəaliyyətinin cari və perspektiv, sosial - psixoloji məqsədləri.

  3. Sahibkarlığın məqsədlərinin reallaşdirilmasmda qiymət mexanizminin rolu.

  4. Sahibkarliq fəaliyyətinin funksiyalari və onlarm xüsusiyyətləri.

  5. Sahibkarliq mühiti, onun ünsürləri və sahibkarliq funksiyalarmm reallaşdirilmasi üçün onun əhəmiyyəti.

1.Mənfəət - sahibkarliq fəaliyyətinin əsas məqsədidir.


Iqtisadi fəaliyyətin hər hansi bir formasi müəyyən, konkret, cari və perspektiv xarakterli yaxin və ya uzun müddət üçün nəzərdə tutulmuş məqsədə nail olmağa yönəldilmişdir və bu istiqamətdə bir çox funksiyalarm yerinə yetirilməsini nəzərdə tutur və bu baximdan sahibkarliq fəaliyyəti qarşismda bir əsas məqsəd vardir. iqtisadiyyatm inkişaf mərhələsindən, səviyyəsindən və həcmindən asili olmayaraq bu fəaliyyət qarşismda duran əsas məqsəd, həmçinin onun əsas hərəkətverici qüvvəsi mənfəətdir. Iqtisadi fəaliyyət nəticəsində mənfəət əldə edilməsinə göstərilən cəhd, hər şeydən əvvəl, sahibkarm özünə müəyyən rifah halinin təmin edilməsi zərurətindən doğur. Lakin iş bununla bitmir. Sahibkarliq fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət az və ya çox ola bilər. Bununla belə onun həm aşaği, həm də yuxari səviyyəsinin öz təyinati, öz rolu və əhəmiyyəti vardir. Iqtisadi fəaliyyətin formasmdan və ya həcmindən asili olmayaraq mənfəətin aşaği səviyyəsi biznes üçün qoruyucu amil rolunu oynayir, yəni sahibkara öz əldə edilmiş mövqeyini saxlamağa, öz fəaliyyətinin mövcud səviyyəsini təmin etməyə, kapitalm təkrar istehsalmi həyata keçirməyə şərait yaradir. Mənfəətin yüksək səviyyəsi isə sahibkarliq fəaliyyəti dairəsini daha da genişləndirməyə, kapitalini itirməkdən və müflisləşməkdən qorxmayaraq risk etməyə, mürəkkəb bazar konyukturasi şəraitində rəqiblər ilə müvəffəqiyyətlə rəqabət aparmağa, biznes sahəsində daha da möhkəmlənməyə, məhsulun istehsali və satişi üzrə malik olduğu paymi daha da artirmağa, son nəticədə isə əvvəlkindən daha artiq səviyyədə mənfəət götürməyə xidmət edir.
Kapitalist anlayişini sahibkar anlayişmdan fərqləndirməyən marksizm təlimi məhz mənfəəti kapitalist iqtisadi fəaliyyətinin yeganə məqsədi hesab etmiş və bu məqsədə çatmaq üçün onun hər bir cinayətə belə getməyə hazir olduğunu bildirmişdir. Marksizm nəzəriyyəsinə əsaslanaraq sahibkarliq fəaliyyətinə yalniz göstərilən mövqedən yanaşilmasi isə keçmiş sovetlər ölkəsində hakim ideologiya tərəfindən sahibkari firildaqçi, cinayətkar, tamahkar, acgöz, sosialist dövlətçiliyinə yabançi, düşmən və digər bu kimi mənfi keyfiyyətlərin təcəssümü kimi qələmə verməyin əsasmi təşkil etmişdir.
Hətta sahibkarliq fəaliyyətinin yeganə məqsədi mənfəət əldə etməkdən ibarət olsa belə, kəskin iqtisadi rəqabətlə xarakterizə edilən bazar iqtisadiyyati şəraitində bu vəzifənin yerinə yetirilməsi milyonlarla alicmm daim artmaqda olan müxtəlif tələbatlarmm ödənilməsinə əsaslanir. Bunun üçün isə, məlum olduğu kimi, istehsal ehtiyatlarmdan istifadənin ən səmərəli formalarmdan istifadə edilməsi, iqtisadi fəaliyyətin texniki, texnoloji bazasmm daim yeniləşdirilməsi, bazara məhsulun və xidmətlərin yeni-yeni növlərinin çixarilmasi və s. tələb olunur ki, bu da son nəticədə iqtisadi tərəqqini təmin edir.
Bu gün inkişaf etmiş bazar iqtisadiyyati ölkələrinin təcrübəsi göstərir ki, mənfəət naminə həyata keçirilən sahibkarliq fəaliyyəti sahibkarm təşkilatçiliq, tədqiqatçiliq və yenilikçilik qabiliyyətlərinə əsaslanaraq cəmiyyəti daim təkmilləşdirməyə və yeniləşdirməyə, iqtisadiyyati səmərəlilik, təsərrüfatçiliq və qənaətçilik əsasmda inkişaf etdirən hərəkətverici qüvvələrin yaranmasma xidmət edir. Fikrimizcə, deyilənlər belə bir nəticəyə gəlməyə imkan verir ki, müasir dövrdə sosial yönümlü bazar iqtisadiyyati yaradilmasi sahəsində qərb ölkələrinin yüksək nailiyyətləri məhz yüksək maraği təmin edən sahibkarliq fəaliyyətinin inkişafinin nəticəsidir və buna görə də o, sahibkarliq iqtisadiyyati adlamr

.


Yüklə 51,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin