Sahibkarliq fəaliyyətinin məqsədləri, funksiyalari və onlarin reallaşdirilmasi mühitinin makro və mikroiqtisadi səviyyələri


Bu baximdan işgüzar fəaliyyət zamani sahibkar tərəfindən hər biri üzrə müstəqil qərar qəbul etmək tələb olunan aşağidaki vəzifələr yerinə yetirilir



Yüklə 51,09 Kb.
səhifə3/5
tarix10.10.2022
ölçüsü51,09 Kb.
#64804
1   2   3   4   5
movzu 2

Bu baximdan işgüzar fəaliyyət zamani sahibkar tərəfindən hər biri üzrə müstəqil qərar qəbul etmək tələb olunan aşağidaki vəzifələr yerinə yetirilir:
-sahibkarliq fəaliyyətinin növünü, sahəsini, istiqamətini, həyata keçirilməsi metodlarini və vasitələrini müəyyən etmək;
-məhsullar istehsali və ya xidmətlər göstərilməsi üzrə iqtisadi fəaliyyəti həyata keçirmək;
-iqtisadi (işgüzar) fəaliyyətin maliyyələşdirilməsi subyektlərini və mənbələrini müəyyən etmək;
-məhsul göndərənləri axtarib tapmaq və onlarla işgüzar əlaqələr yaratmaq;
-öz məhsullari üçün qiymətləri, göstərdiyi xidmətlər üçün isə tarifləri müəyyənləşdirmək ;
-məhsullarm və xidmətlərin istehlakçilarini, reallaşdirilmasi kanallarmi, metodlarini və bazarlarini (yerini) müəyyən etmək;
-sahibkarliq fəaliyyətindən əldə edilən mənfəətdən vergilər və digər məcburi ödənişlərdən sonra qalan hissəsi üzərində sərəncam vermək;
-malik olduğu əmlakdan öz işgüzar fəaliyyətində istifadə etmək, yaxud onu icarəyə vermək haqqmda müstəqil qərar çixarmaq və s.
Sahibkarliq fəaliyyəti zamani muzdlu işçilərin əməyindən istifadə edildiyi halda, sahibkar tərəfindən hər biri üzrə müstəqil qərar qəbul etməyi tələb edən bu vəzifələrin dairəsi daha da genişlənərək özünə aşağidakilari daxil edir:
-müəssisəni işçi qüvvəsi ilə təmin edə biləcək mənbələri axtarib tapmaq;
-müqavilə, saziş və digər şərtlər əsasmda müəssisəyə işçilər cəlb etmək və yaxud onlari mövcud qanunvericiliyə uyğun olaraq işdən azad etmək;
-işçilərin təhsili, ixtisasi, bacariği, qabiliyyəti, təşəbbüskarliği, məhsuldarliği və digər keyfiyyətləri əsasmda onlar üçün əməyin ödənilməsinin forma və sistemlərini, səviyyəsini (ölkə üzrə müəyyən edilmiş minimum məbləğdən az olmayaraq) müəyyən etmək və s.
Əlbəttə, işgüzar fəaliyyət zamani göstərilən məsələlərin hər biri üzrə sahibkarm hökmən qərar qəbul etdiyini düşünmək olmaz. Sahibkarliğm dairəsi nə qədər məhdud, formasi isə nə qədər bəsit olsa, qəbul edilən qərarlarm həcmi də bir o qədər az olur. Məsələn, təkbaşma və yaxud ailə üzvləri ilə birlikdə hər hansi bir ticarət və ya xidmət sahəsini idarə edən sahibkari buna misal göstərmək olar. Bununla bərabər, geniş dairədə işgüzar fəaliyyəti həyata keçirən təkbaşma sahibkar üçün biznesin qeyd edilən bütün məsələləri üzrə qərar qəbul etmək çox çətin, əslində mümkün olmayan bir işdir.
Məhz buna görə də həqiqətdə sahibkar bu çox sayli və mürəkkəb məsələlərin hamisi üzrə deyil, yalniz ən əsaslari, müəssisənin taleyüklü məsələləri barədə qərar qəbul edir. Digər, əsasən ikinci dərəcəli məsələlər üzrə qərar qəbul etmək işi sahibkarliq fəaliyyətinin digər iştirakçilarma, onlarm hər birinin bu işdə tutduğu mövqeyə və oynadiği rola uyğun olaraq həvalə edilir. Sahibkarliq fəaliyyətinin subyekti kimi bir şəxs deyil, bir neçə sahibkar eyni hüquqlu partnyorlar (şəriklər) kimi çixiş etdikdə, adətən onlarm hər biri və yaxud bir neçəsi biznesin konkret sahələri üzrə ixtisaslaşir və məhz bu sahənin fəaliyyəti ilə bağli əsas qərarlari qəbul edirlər.

Yüklə 51,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin