Sahibkarliq fəaliyyətinin məqsədləri, funksiyalari və onlarin reallaşdirilmasi mühitinin makro və mikroiqtisadi səviyyələri


Sahibkarlığın məqsədlərinin reallaşdirilmasmda qiymət mexanizminin rolu



Yüklə 51,09 Kb.
səhifə2/5
tarix10.10.2022
ölçüsü51,09 Kb.
#64804
1   2   3   4   5
movzu 2

2.Sahibkarlığın məqsədlərinin reallaşdirilmasmda qiymət mexanizminin rolu..
Hər bir dövrdə iqtisadi fəaliyyət qarşismda duran problemlərdən asili olaraq ümumiyyətlə mənfəət əldə edilib-edilməməsi və yaxud onun aşaği, yoxsa yuxari səviyyəsinin əldə edilməsi vəzifəsi aşağidakilarla əlaqədar olaraq arxa və ya ön plana çəkilə bilər.

  1. Məlumdur ki, sahibkarliq fəaliyyəti qarşismda duran əsas problemlərdən biri satişm həcminin artirilmasidir. Lakin bir sira hallarda bu vəzifənin yerinə yetirilməsi mənfəətin artirilmasi vəzifəsi ilə ziddiyyət təşkil edir. Iş burasmdadir ki, satişi artirmaq probleminin ənənəvi həlli yollarmdan biri məhsulun qiymətinin aşaği salmmasidir ki, bu da son nəticədə mənfəətin həcmini azalda bilər.

  2. Məhsulun keyfiyyətinin yüksəldilməsi, qablaşdirilmasmm, xarici görünüşünün yaxşilaşdirilmasi, reklam edilməsi və s. bağli xərclər onun qiymətini də yüksəldir. Bununla belə, sahibkar həmin məhsula olan tələbi formalaşdirmaq üçün müəyyən müddət ərzində onu lazim olandan ucuz qiymətə sata və beləliklə də, bilərəkdən öz mənfəətinin həcmini aşaği sala bilər. Bundan əlavə, qiymətin süni surətdə aşaği salmmasi hesabma mənfəətin bir hissəsindən müvəqqəti də olsa imtina edilməsi sahibkarliq fəaliyyətinin rəqabət qabiliyyətinin yüksəldilməsi, xarici bazarlarda möhkəmlənmək siyasətinin həyata keçirilməsi zərurətindən də doğa bilər.

Göründüyü kimi, qiymət sahibarliq fəaliyyəti sahəsində qarşiya qoyulan məqsədlərə çatmaq üçün istifadə edilən iqtisadi vasitələrdən biridir. Bununla yanaşi, hər hansi bir məqsədə çatmaq üçün qiymətin aşaği salmmasi mənfəəti azaltmaqla müəssisənin inkişafi üçün zəruri olan kapital qoyuluşlarmi, yəni texnika və texnologiyaya yönəldilən vəsaitin həcmini və s. azalda bilər ki, bu da yenə öz növbəsində sahibkarliq fəaliyyətinin gələcəkdə rəqabət qabiliyyətinə ciddi zərbə vura bilər.
3. Sahibkarliq fəaliyyətinin cari və perspektiv, sosial - psixoloji məqsədləri.
Sahibkarliq fəaliyyəti qarşisinda dayanan məqsədlərə çatmaq üçün qiymət mexanizminin rolu nə qədər yüksək olsa da, hər halda o, bu sahədə yeganə vasitə deyildir. Məsələn, səhmdar cəmiyyəti vasitəsilə həyata keçirlən sahibkarliq fəaliyyəti formasinda səhmdarlarin sayini artirmaq məqsədilə mənfəətin şirkətə qalan hissəsinin azaldilmasi hesabina səhmlərə görə dividendin həcminin artirilmasi qərb iqtisadiyyati təcrübəsində geniş istifadə edilən metodlardandir.
Digər bir halda, müəssissə üçün yüksək mənfəət gətirən, lakin məhdud satiş bazarina malik olan məhsulla, yüksək tələblə xarakterizə edilib, müəssisə üçün az mənfəətli olan məhsuldan hansina üstünlük verilməsi zərurəti də sahibkarliq fəaliyyəti qarşisinda dayanan cari və ya perspektiv məqsədlərlə müəyyən edilir.
Sahibkarliq fəaliyyəti qarşisinda iqtisadi məqsəddən (yəni, mənfəət əldə etmək arzusundan) əlavə, yuxarida göstərildiyi kimi, bir sira sosial-psixoloji və sosial -iqtisadi xarakterli məqsədlər də dayanir. Hələ vaxti ilə Y. Şumpeterin fikrincə, bu məqsədlər sirasma rəhbərlik etmək və başqalarma təsir göstərə bilmək, digərləri və özü üzərində qələbə çalmaq, müvəffəqiyyətə doğru addimlamaq, yaradici işdən sevinc tapmaq və s. daxildir.
Deyilənlərdən əlavə, müasir dövrdə sahibkarm sosial-psixoloji məqsədləri sirasma aşağidakilar aiddir: özünün şəxsi gələcəyi üzərində daha çox nəzarət etmək; şəxsi işini və şəxsi həyatmi daha çox bir vahid halmda birləşdirmək; şəxsi qabiliyyətlərini və həyat tərzini işgüzar fəaliyyət sahəsinə tətbiq etmək və s.
Sahibkarliğm sosial-iqtisadi aspektləri də çox cəhətlidir. Buraya sahibkarliq fəaliyyəti ilə məşğul olan işguzar insanlarm maddi rifahmm yüksəlməsi, sahibkar müəssisələrində çalişanlarm öz maddi tələbatlarmm ödənməsi üçün iqtisadi imkan qazanmalari, ölkədə sahibkarlarm simasmda zəruri işgüzar sosial təbəqənin yaranmasi daxil edilə bilər. Ictimai fondlara vəsait ayirmaq, sosial sferanm inkişafma maddi köməklik etmək, yoxsulluq, qaçqmliq və s. bu kimi sosial problemlərin həllində dövlətə lazimi yardim etmək və s. sahibkarliğm sosial aspektlərindəndir. Ə.Q. Əlirzayev haqli olaraq göstərir ki, sahibkarliğm sosial problemləri həm təsərrüfat, həm də cəmiyyət miqyasmda formalaşir. Sahibkar gəlirlərinin dinamikasi, onun bölgüsü və işçilərin əmək haqqi sistemi sahibkarliğin inkişaf mexanizmləridir. Təsərrüfat fəaliyyətinin xarakteri, onun məzmunu, psixoloci strukturu özünəməxsus sosial siyasət və sosial mexanizmlər yaradir.
.

4. Sahibkarliq fəaliyyətinin funksiyalari və onlarm xüsusiyyətləri.


Sahibkarliq fəaliyyəti qarşisinda duran məqsədlərə nail olmaq üçün iqtisadi, psixoloji, təşkilati, yaradici keyfiyyətlərə və təşəbbüskarliq qabiliyyətinə malik olan sahibkar tərəfindən müstəqil məzmun daşiyan və qarşiliqli əlaqədə olan bir sira funksiyalar yerinə yetirilir.
Sahibkar tərəfindən yerinə yetirilən əsas funksiyalardan biri iqtisadi resurslarin birləşdirilməsidir ki, onun da məzmununu iqtisadi resurslar kimi çixiş edən torpaq və digər təbii amillərdən, kapitaldan (investisiya resurslarindan) və insan amilindən (əmək resurslarindan) sahibkar tərəfindən istehsal prosesini (iqtisadi fəaliyyəti) həyata keçirmək məqsədi ilə vəhdət halinda, həm də onlarin hər birindən bu və ya digər nisbətdə istifadə edilməsi təşkil edir. Sahibkar tərəfindən öz sərəncaminda olan resurslardan istifadənin konkret kombinasiyasinin seçilməsi bacariği son nəticədə onun iqtisadi fəaliyyətinin nəticəsini də müəyyən edir.

Sahibkar tərəfindən yerinə yetirilən digər bir funksiya iqtisadi, işgüzar fəaliyyətin əsas məsələləri üzrə qərar qəbul etməkdən ibarətdir. Sahibkarliq fəaliyyətinin subyektləri tərəfindən qəbul edilən qərarlar onlar tərəfindən yerinə yetirilən vəzifələrin həcmi ilə bilavasitə əlaqədardir və onlarla müəyyən olunur.



Yüklə 51,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin