Sərbəst İş Ad: Əli Soyad



Yüklə 77,56 Kb.
tarix14.05.2023
ölçüsü77,56 Kb.
#113443
Argentinanın turizm coğrafiyası


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Sərbəst İş


  • Ad: Əli

  • Soyad: Namazlı

  • Fakültə: Kultrologiya

  • İxtisas: Turizm bələdçiliyi

  • Qrup: TB – 022

  • Fənn: Turizm coğrafiyası

  • Müəllim: Babayeva Səbinə

  • Mövzu: Argentinanın turizm coğrafiyası

Argentinanın turizm coğrafiyası”
Argentina bu əsasən birdir immiqrantlar ölkəsi, Coğrafiyası o qədər geniş olsa da, hara getdiyinizə görə Avropa mühacirətindən deyil, yerli xalqlardan və Latın Amerikası qonşularından gələn adətlərlə əlaqə qura biləcəksiniz. Cənubi Amerikanın cənubunda yerləşmiş Argentina, cənubda və qərbdə Çili (5150 km), şərqdə Braziliya (1224 km) və Uruqvay (579 km), şimalda Boliviya (832 km) və Paraqvayla (1880 km) həmsər- həddir. Argentina şərqdə və cənubda Atlantik okeanın suları ilə əhatə olunur. Odlu Torpaq və bir sıra kiçik adalar Argentinaya məxsusdur. Folklend (Malvin) adalarının hansı dövlətə məxsusluğu barədə Böyük Britaniya ilə mübahisəli vəziyyətdədir. Bundan əlavə, Argentina Antarktidanın subarktik zonasının cənub-şərq və cənub-qərb hissələrinə də iddialıdır.Ölkənin relyefi çox rəngarəngdir. And dağları silsiləsi, qərbdə Çili ilə təbii sərhəd təşkil edir. And dağlarının şimal hissəsi Puna-de- Atakama yüksək dağlıq ərazisi əslində çətin keçilən bir yerdir. Şərqdə geniş düzənlik, mərkəzdə isə La-Plata ovalığı yerləşir.Argentina səth suları ilə yaxşı təmin olunmuşdur. Ölkənin əsas çayları: Parana, Paraqvay, Rio-Salado, Rio-Koloradodur. Pataqon Andlarında mənzərəli göllər (Nauel-Uapi, Buenos-Ayres, Arxentino) yerləşmişdir. Argentina ərazisinin coğrafiyası mürəkkəbdir. Ölkə ərazisi şərq tərəfdən Atlantik okeani ilə, qərb tərəfdən isə And dağları ilə əhatə olunub. And dağlarının bəzi zirvələrində daimi buzlaqlar mövcuddur. Ölkənin ən cənub əraziləri isə Antarktidaya yaxınlığı ilə seçilir. En dairəsindən asılı olaraq Argentinanın iqlimi cənubda mülayim iqlimdən, şimalda subtropik iqlimə qədər çox müxtəlifdir.
Argentina qitənin içərilərində yerləşdiyi üçün, kontinental hava onun iqliminə böyük təsir göstərə bilmir. And dağları Sakit okeandan gələn rütubətli küləklərin ölkə ərazisinə daxil olmasının qarşısını kəsdiyindən, daxil- də yerləşmiş bölgələrin iqlimi quru və səhra tiplidir. And dağlarının iqlimi şaquli zonallığa müvafiq gəlir. Dağların hündür yerlərinə qar yağır. Argentina Andlarında dağ-idman turizminin inkişafı üçün Cənubi Amerikada Çilidən sonra ən əlverişli zonalar yerləşir. Argentina təbii sərvətlər, xüsusilə faydalı qazıntılarla (qurğuşun, sink, qalay, mis, dəmir filizi, neft, uran və s.) yaxşı təmin olunmuşdur. İqtisadi baxımdan orta səviyyədə inkişaf etmiş dövlətdir. Yeyinti, avtomobil, toxuculuq, kimya, neftkimya, metallurgiya əsas sənaye sahələridir. Kənd təsərrüfatı (balıqçılıq da daxil olmaqla) Daxili Məcmui Məhsulun 8 faizini təşkil edir. Əsas kənd təsərrüfatı məhsulları - dənli bitkilər, o cümlədən buğda, sorqo, soya və şəkər qamışıdır. Argentina buğda və mal əti ixracı üzrə dünyanın 5 əsas dövlətindən biridir.Dövlətin rəsmi adı - Argentina Respublikasıdır. İnzibati cəhət- dən Argentina 22 əyalətdən, bir milli ərazi (Odlu Torpaq və Cənubi Atlantikadakı adalar) və bir federal paytaxt dairəsindən ibarətdir. Argentina 9 iyul 1816-cı ildə İspaniyadan müstəqillik əldə etmişdir. Qüvvədə olan konstitusiya isə 1 may 1853-cü ildə qəbul olunmuşdur. 25 may - May inqilabının (1810-cu il) ildönümü və 9 iyul - Müstəqillik günü - Milli bayramlardır. Dövlət və hökumət başçısı prezidentdir. Ali qanunverici orqan Senat və Deputatlar palatalarından ibarət Milli Konqresdir. İcraedici hakimiyyət prezident və hökumət tərəfindən həyata keçirilir.

Argentinada xarici turistlərin toplaşdıqları əsas mərkəzlərdən biri ölkənin paytaxtı Buenos-Ayresdir. Buenos-Ayres Cənubi Amerikanın ən gözəl şəhərlərindən biri olduğundan onu çox vaxt Cənubi Amerikanın Parisi adlandırırlar. La-Plata çayının sağ sahilində yerləşmiş Buenos-Ayresdə cəmləşən çoxsaylı müəssisələrdə ölkə sənaye məhsullarının 60 faizi istehsal olunur. Şəhər Argentinanın və bütün Cənubi Amerikanın ən iri portudur.Buenos-Ayresin memarlıq görkəmində zəngin barokko, klassisizm elementləri müasir memarlıq cizgiləri ilə uyğundur. Şəhərdə çoxlu sayda parklar, geniş prospektlər, böyük meydanlar və çoxsaylı abidələr vardır. Onların arasında Argentina xalqının ispan müstəmləkəçilərinə qarşı mübarizəsinə rəhbərlik edən, milli qəhrəman Xose-de-San-Marti və məşhur səyyah Xristofor Kolumbun abidəsi xüsusilə seçilir. Etnoqrafiya muzeyi (Peru mədəniyyətinə aid Naska eksponat- ları nümayiş etdirilir), Təbiət elmləri muzeyi, Tətbiqi incəsənət muzeyi və Beynəlxalq bədii rəsm qalereyası şəhərin muzeyləri arasında xüsusilə seçilirlər. 20 km-lik Rivadaviya prospekti şəhəri sanki iki: şimal və cənub hissələrinə ayırır. Şəhərin mərkəzindəki May meydanında prezident sarayı, Kafedral kilsə (XVIII-XIX əsrlər) və Kabildo adlanan qədim şəhər ratuşası (hazırda muzeydir) yerləşir. Buenos-Ayresin digər görməli yerləri arasında San-İqnasio (1712-1734), Pilar (1716-1732), San-Fransisko (1730-1754), San-Telmo (1734), Las Katalinas (1737- 1745) kilsələri; At çapılan cıdır (XIX əsr); Palermo parkı (XIX əsr); Kolon opera teatrının binası və s. seçilir.Xarici turistlərin toplaşdıqları digər mərkəzlər: universitet şəhəri olan La-Plata, Kordova və Saltadır.


Bu şəhərlərdə XVIII-XIX əsrlərə aid çoxsaylı tarixi-memarlıq abidələri vardır. Ölkənin şərabçılıq mərkəzi və dağ kurortu olan Mendosa şəhəri də turistləri maraqlandıran yerlərdəndir. Mar-del-Plata ölkənin Atlantik okeanı sahillərində ən böyük kurortudur. Burada 150-yə yaxın mehmanxana, yüzlərlə restoran, əyləncə yerləri, o cümlədən dünyanın ən böyük kazinolarından biri fəaliyyət göstərir. Mar-del-Platadan cənubda geniş çimərlikləri olan tanınmış Nekoqea və məşhur Tandil kurortu yerləşir.Çili ilə sərhəddə yerləşən göllər diyarı, mühüm daxili turizm zonasıdır. Burada salınmış Nauel-Uapi Milli Parkının hüdudları daxilində əsrarəngiz mənzərəli göl yerləşir. Bu gölün sahilində ölkənin ən təmtəraqlı idman kurortlarından biri olan San-Karlos-de-Boriloqe fəaliyyət göstərir.Argentinanın şimal-şərqində, Braziliya ilə sərhəddə, Cənubi Amerikanın ən möhtəşəm təbiət mənzərələrindən biri, çoxsaylı turistlərin marağına səbəb olan İquasu şəlaləsi yerləşir. Bu şəlalə böyüklüyünə görə Niaqara və Viktoriya şəlalələrindən üstündür. İquasu şəlaləsinin suları təxminən 80 m hündürlükdən 280 axınla tökülərək, eni 3 km-dən artıq olan böyük amfiteatr yaradır. Argentinanın balneoloji kurortları arasında Rio-Ondo xüsusilə seçilir. Argentinaya hər il çoxlu əcnəbi turist gəlir. 1995-ci ildə ölkəyə 2,3, 1997-ci ildə 2,7, 1999-cu ildə isə 3 mln.-a yaxın xarici turist gəlmişdir. 1995-ci ildə turizm fəaliyyətindən daxilolmalar - 2,1, 1997-ci ildə 2,7, 1999-cu ildə isə - 2,8 mlrd. dollar təşkil etmişdir. Ölkədə xarici turistlərin qəbulu üçün 424 mindən artıq mehmanxana və digər yerləşmə vasitələrində yerlər mövcuddur (2000). Xarici turist səfərlərində iştirak edən argentinalıların sayı ildən-ilə artmaqdadır.
Əgər 1995-ci ildə turizm məqsədi ilə xaricdə 3,8 mln. nə- fər olmuşdursa, 1997-ci ildə onların sayı artaraq 4,5 mln., 1999-cu il- də isə 4,8 mln. nəfər olmuşdur. Ölkə əhalisinin sayı 2010-cu ilin siyahıyaalınmasına əsasən 40 091 359 nəfərdir. Bütün latınamerikalılar kimi argentinalılar da qarışıq genetik köklərə malikdirlər, lakin əhalinin əksər hissəsinin fenotipində (bədənində) cənubi Avropa, xüsusilə Aralıq dənizi cizgiləri üstünlük təşkil edir. Əhalinin böyük əksəriyyəti avropalı miqrantlarla yerli hindular və Afrikadan gətirilən qulların qarişığından yaranıb (Argentinada Afrika qullarının sayı elə də çox olmayıb). Müasir əhali əsasən iki proses nəticəsində formalaşıb — 1 — metizasiya (müxtəlif xalqların qarışması); 2 — kütləvi Avropa immiqrasiyası (müəyyən qədər Argentinanı avropalaşdırmış və ya bədən baxımından avropoidləşdirmiş). İspanların gəlişinə qədər Argentinada azsaylı hindu tayfaları məskunlaşmışdılar. Beləki, ispanlar tərəfindən yerli əhalinin kişi hissəsi öldürüldükdən sonra ispan kolonistləri yerli hinduların və Afrikadan gətirilmiş qul qadınlarla evlilik qurmağa başladılar və yeni bir metis-qauço etnik qrupunu formalaşdırdılar.

Ədəbiyyat Siyahısı

  1. Axundov N.A., Məmmədov C.A. Dünya dövlətlərinin əsas coğrafi, siyasi və iqtisadi göstəriciləri (Avrasiya dövlətləri). Bakı, Çaşıoğlu, 2000.

  2. Məmmədov C.A., Axundov N.A. Dünya dövlətlərinin əsas coğrafi, siyasi və iqtisadi göstəriciləri (Amerika dövlətləri). Bakı, Çasıoğlu, 2001.

  3. Nəbiyev N.Ə. İqtisadiyyat, cəmiyyət və ekoloji mühit. Bakı,2000.

Yüklə 77,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin