Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə64/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   60   61   62   63   64   65   66   67   ...   507
Süleyman Abdullayev 

1939 

75 

illiyi

Musiqi.Opera.Balet

Xanəndə


50

FEVRAL

22

Ə d ə b i y y a t

Xəlilov, V. Süleyman 

Ələsgərov [Mətn]: [mo-

noqrafiya] /Vidadi Xəlilov; 

red. E.Həsənov.- Bakı: İşıq, 

1989. - 96 s.

İbrahimov, S.Süleyman 

Ələsgərov  [Mətn]             

//İbrahimov S. Xatirələr 

qoynunda.- Bakı, 2006.- 

K.I.- S.57-59.

Süleyman Ələsgərovun 

skripka və fortepiano üçün 

“Sonatasında” muğam 

kökləri və onların ifaçılıq-

da təzahürü [Mətn]: (ka-

mera ansamblı müəllimləri 

üçün metodik məsləhətlər)  

/red. R.F.Zöhrabov.- Bakı, 

1984.- 22 s.

Təhmirazqızı, S. Süleyman 

Ələsgərov xatirələrdə 

[Mətn]: [xatirələr, ürək 

sözləri] /S.Təhmirazqızı; 

red. V. Xəlilov.- Bаkı: 

Təfəkkür NPM, 2002.- 392 

s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.preslib.az

Süleyman  Əyyub  oğlu  Ələsgərov 

1924-cü  il  fevral  ayının  22-də  Şuşa 

şəhərində anadan olmuşdur. 1940-cı ildə 

Şuşa orta ixtisas musiqi məktəbinin tar 

sinfini bitirdikdən sonra  Bakıya gəlmiş 

və əvvəlcə Azərbaycan Dövlət Konser-

vatoriyasının nəzəriyyə şöbəsinə,  son-

ra  isə  bəstəkarlıq  şöbəsinə,  professor 

B.İ.Zeydmanın  sinfinə  daxil  olmuş, 

həmin sinfi fərqlənmə diplomu ilə qur-

tarmışdır.

S.Ələsgərovun  tələbəlik  illərində 

yaratdığı  Violençel  və  fortepiano  ilə 

simfonik  orkestr  üçün  ikili  konsert 

diqqətəlayiqdir.  Bu,  Azərbaycan  bəs-

təkarlarının  həmin  janrda  yazdığı  ilk 

əsərlərdən biridir. 

Bəstəkarın  diplom  işi  müasirləri-

mizin  həyatına  həsr  etdiyi  “Vətən” 

simfoniyası  olmuşdur.  1948-ci  ildə                 

S.Ələsgərov Azərbaycan  Dövlət  Kon-

servatoriyasını  bitirmiş,  Bakı  orta  ix-

tisas  musiqi  məktəbində  dərs  deməyə 

başlamışdır.  1949-1951-ci  illərdə  o, 

həmin  musiqi  məktəbinin  direkto-

ru,  1951-1952-ci  illərdə  Azərbaycan 

Dövlət  Filarmoniyası  Mahnı  və  Rəqs 

ansamblının bədii rəhbəri, 60-cı illərdə 

isə  Musiqili  Komediya  Teatrının  di-

rektoru  və  baş  dirijoru  vəzifələrində 

işləmişdir.

1956-cı ildə S.Ələsgərov, Ü.Hacıbəy-

li adına Azərbaycan Dövlət Konserva-

toriyasının  Azərbaycan  xalq  musiqisi 

kafedrasına  müəllim  dəvət  edilmiş  və 

1971-ci ildən həmin kafedranın müdiri 

vəzifəsində çalışmışdır.

1967-ci  ildə  “Milyonçunun  dilənçi 

oğlu”  tamaşasına  görə  bəstəkar 

S.Ələsgərov, libretto  müəllifi     Ş.Qur-

banov,  habelə  rəssam  B.Mirzəzadə 

və  rejissor  Ə.Ələkbərov  Ü.Hacıbəyli 

adına  respublika  mükafatına  layiq 

görülmüşlər.  Bəstəkarın  “Ulduz” 

operettası  həm  ölkəmizin  bir  çox 

şəhərlərində, həm də onun hüdudların-

dan  uzaqlarda  tamaşaya  qoyulmuş  və 

C.Cabbarlı adına “Azərbaycanfilm” ki-

nostudiyasında ekranlaşdırılmışdır.

S.Ələsgərovun  yaradıcılıq  bioqra-

fiyasında  “Bahadır  və  Sona”  operası 

(librettosu Ə.Bədəlbəyli və Ş.Qurbano-

vundur)  mühüm  mərhələ  olmuşdur. 

Opera 1962-ci ildə M.F.Axundov adına 

Azərbaycan  Dövlət  Akademik  Opera 

və Balet Teatrının səhnəsində tamaşaya 

qoyulmuşdur.

S.Ələsgərov bir neçə kantata və poe-

ma yaratmışdır. O, “Vətənə eşq olsun!”, 

“Bahar təranələri”, “Bir bayraq altında” 

kantatalarının,  “Çingiz  İldırım”  vokal 

poemasının müəllifidir.

S.Ələsgərovun lirik mahnıları möv-

zu  və  emosionallığına  görə  müxtəlif-

dir.  Onun  rus  və  Azərbaycan  klassik 

şairlərindən  A.S.Puşkinin,  M.F.Axun-

dovun, M.Ə.Sabirin, S.Vurğunun şeir-

lərinə  yazdığı  mahnı  və  romansları 

bəstəkarın  maraqlı  vokal  lirikası  qru-

punu təşkil edir.

Süleyman Ələsgərоv 1999-cu il yan-

var ayının 21-də vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin