Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə60/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   56   57   58   59   60   61   62   63   ...   507
Ə d ə b i y y a t

Əliyev Hüseyn-

qulu Əli oğlu 

[Mətn] //Naxçıvan 

ensiklopediyası.-Bakı, 

2002.- S.143.

Əliyev Hüseyn-

qulu Əli oğlu 

[Mətn] //Cəlil 

Məmmədquluzadə en-

siklopediyası.- Bakı: 

Şərq-Qərb, 2008.-

S.103.

İ n t e r n e t d ə

www.anl.az

www.calilbook.

musigi-dunya.az

www.mct.gov.az

www.e-qanun.az

3

Heykəltəraş


46

80 

illiyi

Cəmil Müfidzadə 

1934 

FEVRAL

Cəmil  Mir  Yusif  oğlu  Müfidzadə 

1934-cü il fevral ayının 24-də Ordubad 

şəhərində anadan olmuşdur.

1955-ci  ildə  Ə.Əzimzadə  adına 

Rəssamlıq məktəbini (indiki Azərbaycan 

Rəssamlıq  Akademiyası)  və  1962-ci 

ildə Xarkov Rəssamlıq İnstitutunu bitir-

mişdir. Əsasən qrafik rəssam kimi tanı-

nan Müfidzadə bu sahədə bir sıra silsilə 

əsərlərin  “Abşeronun tacı”, “Bakı-neft 

paytaxtıdır”,  “Polad  meşə”,  “Neftayır-

ma  zavodu”,  “Bakı  krujevası”,  “Neft 

məbədi və s. əsərlərin müəllifidir. Kitab 

illüstrasiyası  və  ekslibris  sahəsində  də 

çalışmışdır. 

Rəssamın  məşhur  “İçərişəhər” 

silsiləsi  onun  yeni  bədii  tapıntılarının 

başlanğıcı  olmuşdur.  Orijinal  ifadə 

vasitələri,  emosionallığı  ilə  seçilən 

cizgilər əsrlərin sərt sınağına dəyanətlə 

duruş  gətirən  möhtəşəm  tikililərin 

özünəməxsusluğunu göstərməyə imkan 

vermişdir. Onun “Türbə”, “Şirvanşahlar 

sarayı”, “Köhnə Bakı”, “Qız qalası” və 

digər əsərlərində rəssamın obrazlı görü-

mü xüsusilə güclüdür.

Xınalığa  həsr  olunmuş  lövhələrdə 

enerjili  təsvir  dili  və  mürəkkəb  ra-

kurslar  əsl  mənada  daş  evləri  donuq 

vəziyyətdən  çıxarmışdır.  Dağlar  qoy-

nunda  qərar  tutan  bu  qəribə  məkanın 

bənzərsizliyini  göstərmişdir.  “Əsrlərin 

görüşü”,  “Axırıncı  tikan”,  “Naməlum 

səs” və s. əsərləri var.

1957-ci  ildən  respublika,  1961-ci 

ildən  isə  umumittifaq  və  beynəlxalq 

sərgilərin iştirakçısıdır. Bakıda, Təbriz-

də, Moskvada, İstanbulda, habelə Polşa 

və  Fransada  9  fərdi  sərgisi  olmuşdur. 

80-dən çox beynəlxalq sərgidə (Avstri-

ya,  Kanada,  Kuba,  Fransa,  Yaponiya, 

İtaliya, AFR, ərəb ölkələri və s.) iştirak 

etmişdir.  Əsərləri  Köln  (Almaniya), 

Moskva,  Ulan-Bator  (Monqolustan) 

və  s.  şəhərlərin  müzeylərində  nüma-

yiş  etdirilir.  15  ölkənin  (ABŞ,  Fransa, 

Yaponiya,  İtaliya, Türkiyə, AFR,  İran, 

Finlandiya və s.) şəxsi kolleksiyaların-

da əsərləri var. 

Rəssam  illər  uzunu  tez-tez  yaradı-

cılıq  səfərlərində  olub.  “Şimal”,  “Xı-

nalıq”,  “Monqolustan  torpağında”, 

“Buhenvald”,  “Xirosima”,  “Misir”  və 

s.  silsilələri  belə  səfərlərdən  sonra  ya-

ranıb. 


Vaxtaşırı  çəkdiyi  əsərlər  yük-sək 

dəyərləndirilmiş, dəfələrlə müsabiqələ-

rin  mükafatçısı  olmuşdur.  Neft  silsilə-

sinə  görə  Beynəlxalq  Tələbələr  İtti-

faqının  iki  mükafatından  birinə  layiq 

görülmüşdür.

Milli  təsviri  sənətimizin  inkişafın-

dakı  xidmətlərinə  görə  respublika-

nın  Əməkdar  (1982)  və  Xalq  rəssamı 

(2002) fəxri adlarına layiq görülmüşdür. 

Hazırda yaradıcılıq axtarışlarını davam 

etdirməklə  yanaşı, Azərbaycan  Dövlət 

Rəssamlıq  Akademiyasında  gənc 

rəssamlara  sənətin  sirlərini  aşılamaqla 

məşğuldur. Professor C.Müfidzadə Qra-

fika kafedrasının müdiridir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin