Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48.09 Mb.
Pdf просмотр
səhifə1/65
tarix25.12.2016
ölçüsü48.09 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   65

KBT  Я25

UOT (059)

Baş redaktor: 

K.M.Tahirov

professor, 

Əməkdar mədəniyyət işçisi

Məsul katib:    

    N.Alışova 

 

Redaksiya heyəti:

       

                       

A.Abdullayeva

N.Alışova

S.Quliyeva

M.Talıbova

Redaktor:     

  M.Cəfərova     

Əlamətdar və tarixi günlər təqvimi 

- 2014 /baş red. K.Tahirov; red. 

M.Cəfərova; məsul katib N.Alışova;  

Azərbaycan Milli Kitabxanası.- 

Bakı, 2013.- 

424 s.

© Azərbaycan Milli 

Kitabxanası, 2013

ISBN 978-9952-460-31-5

2014


ƏZİZ OXUCULAR!

Milli Kitabxana kitabxanaçılara kömək məqsədilə 

1961-ci ildən “Əlamətdar və tarixi günlər təqvimi”ni 

nəşr edir. Əvvəllər 3 aydan bir - ildə 4 dəfə nəşr edilən 

təqvim,  1970-ci  ilin  oktyabr  ayından  etibarən  “Ki-

tabxana  işçisinə  kömək”,  2005-ci  ildən  isə  yenidən 

“Əlamətdar və tarixi günlər təqvimi” adı ilə çap olu-

nur.


Bütün  bu  illər  ərzində  təqvim  özünün  “ənənə  və 

yeniliklər” şüarına sadiq qalaraq daha da təkmilləşmiş, 

həcmi genişlənmiş, mövzu üzrə bölmələrin sayı art-

mış, geniş məlumat mənbəyi kimi formalaşmışdır. 

Mədəniyyət  işçiləri,  müəllimlər,  ziyalılar,  kütləvi 

informasiya vasitələri və ən çox da kitabxana işçiləri 

üçün  nəzərdə  tutulan  bu  vəsaitin  hər  buraxılışının 

müqəddiməsində  nəşrin  məzmunu,  forması  daha 

geniş  açılır.  Təqvimin  əsas  məqsədi  geniş  oxucu 

kütləsi  və  mütəxəssislərə  respublikanın  ictimai-

siyasi, iqtisadi, mədəni, elmi həyatında baş verən ən 

mühüm  hadisələri,  kitabxana  işi  haqqında  və  başqa 

dəqiqləşdirilmiş məlumatları çatdırmaqdır. 

Təqvimin  bu  sayı  görkəmli  Azərbaycan  şairi  və 

mütəfəkkiri,  Azərbaycan-Türk  ədəbiyyatı  tarixində 

divan janrının ən möhtəşəm nümayəndələrindən biri 

kimi  tanınan  Məhəmməd  Süleyman  oğlu  Füzulinin 

anadan olmasının 520 illik yubileyinə həsr olunmuş-

dur. 

Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bü-



tün Şərq ədəbiyyatında əsərləri dönə-dönə nəşr olu-

nan, çox sevilən və çox oxunan ən tanınmış klassik 

sənətkarlardandır.

Təqvimdə  Məhəmməd  Füzulinin  həyat  və 

fəaliyyətinə dair zəngin məlumatlar öz əksini tapmış-

dır.


Təqvimdə  2014-cü  ildə  yubileyləri  qeyd  olunacaq  görkəmli  şəxsiyyətlərin  siyahısı  və  əlamətdar 

hadisələr aşağıdakı bölmələr üzrə verilmişdir: 



Milli ədəbiyyat; Folklor; Dünya ədəbiyyatı; Rəssamlıq. Heykəltəraşlıq. Memarlıq; Musiqi. Ope-

ra. Balet; Teatr. Kino; Milli Qəhrəmanlar; Siyasət. Hərbi iş; Tarix; Fəlsəfə. İqtisadiyyat. Hüquq; 

Mədəniyyət. Elm. Maarif; İdman; Coğrafiya. Geologiya; Riyaziyyat. Fizika. Astronomiya; Kimya.

Biologiya. Tibb; Texnika; Kitabxanaşünaslıq. Biblioqrafiya; Tarixdə bu gün.

Təqvimə milli və dünya ədəbiyyatı, incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli 

nümayəndələri, eləcə də tarixi hadisələr haqqında məlumatlar daxil edilmişdir. 

Hər bir məlumatda yubileyi qeyd olunacaq şəxsin doğulduğu gün, ay, il, əlamətdar hadisənin baş 

vermə tarixi göstərilmişdir.

2014-cü ildə qeyd olunacaq, lakin tarixi dəqiq bilinməyən yubileylər haqqında “Əlavələr”  bölməsindən 

məlumat əldə etmək olar.

Oxucuların təqvimdən istifadəsini asanlaşdırmaq məqsədilə hər ayın ilk səhifəsində mündəricat ve-

rilmiş, sonda isə köməkçi əlifba göstəricisi tərtib edilmişdir. 

Ümid edirik ki, vəsait haqqında məlumat verilən yubilyarlara, əlamətdar və tarixi günlərə həsr edil-

miş materiallara kütləvi tədbirlərin keçirilməsində kitabxanaçılara yaxından kömək edəcəkdir.

Təqvim materialları üçün yeni və məzmunca ən uyğun kitablara, jurnal və qəzet məqalələrinə, Milli 

Kitabxana tərəfindən nəşr edilmiş biblioqrafik göstəricilərə üstünlük verilmişdir.

Nəşrlə bağlı rəy və təkliflərini bildirən mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı 

bildirir, fikir və iradlarını M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına göndərmələrini xahiş 

edirik.


Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 57;

Е-mail: metodik@anl.az

  Təqvim-2014

3

Yaponiyada  və  digər  Şərq  ölkələrində  qəbul 

edilmiş təqvimə əsasən 12 illik tsikl daxilində hər 

bir il müəyyən heyvan işarəsi altında keçir. Şərqdə 

çox məşhur olan bu təqvimə əsasən 2014-cü il At 

ilidir. 


At  qəd-qamətlidir.  O,  geyinib-kecinməyi  ba-

carır,  tamaşaları,  teatrı,  konsertləri,  yığıncaqla-

rı,  idman  yarışlarını  xoşlayır.  Çox  vaxt  hər  han-

sı  bir  idman  növü  ilə  müvəffəqiyyətlə  məşğul 

olur. Kompliment deməyi bacarır, şən, söhbətcil, 

cazibəli və hətta adlı-sanlı olur.

At,  kütləni  idarə  etməyi  bacardığı  üçün 

siyasətdə müvəffəqiyyət qazana bilər. O, təkcə əqli 

fəaliyyətlə  deyil,  fiziki  işlə  də  məşğuldur.  Ziyalı 

olmaqdan daha çox, çevik olan At özünə o qədər 

də inanmır. Buna baxmayaraq, heç vaxt özünü sın-

dırmır. At  asanlıqla  özündən  çıxır,  buna  görə  də 

üzlülüyü ilə nə qazanmışsa çox vaxt onu itirir. Atın 

hiddətinin bir dəfə şahidi olmuş adamlar ona heç 

bir zaman etibar etməzlər, çünki onun hiddətində 

nə isə hədsiz bir çılğınlıq vardır. Uğur qazanmaq 

üçün bu xasiyyətindən əl götürməlidir.

At  xudpəsənddir.  Kim  yolunu  kəssə  onu  aya-

ğının  altına  salıb  tapdalayacaq  və  azacıq  da  vic-

dan  əzabı  çəkməyəcəkdir,  çünki  hədsiz  dərəcədə 

şöhrətpərəstdir.  Özünü  hamıdan  üstün  tutur  və 

hətta başqalarının işinə qarışdıqda da çox vaxt an-

caq  öz  problemləri  ilə  maraqlanır.  Təbiətən  çox 

müstəqildir, məsləhətlərə qulaq asmır, ağlına necə 

gəldi o cür də hərəkət edir.

Bu  xudpəsənd  yalnız  özü  üçün,  öz  rahatlı-

ğı  və  müvəffəqiyyəti  üçün  işləyirsə  də,  işinin 

bəhrələrindən  hamı  faydalanır. At  fərdiyyətçidir, 

zəhmətkeşdir,  pul  xərcləməkdə  mahirdir,  hətta 

yaxşı  maliyyəçidir.  Xasiyyəti  dəyişkən  olduğuna 

görə işdən də, məhəbbətdən də tez yorulur. Son-

ralar  eyni  müvəffəqiyyətlə  və  eyni  canfəşanlıqla 

yenidən  işə  girişir.  Tənhalıq  və  nəzarət  tələb 

etməyən hər hansı ixtisasa yiyələnə bilər. O, başı-

na adamlar toplamağa, hörmət qazanmağa və tərif 

eşitməyə həmişə ehtiyac duyur.



At  İLİ

Ə d ə b i y y a t 

At ili [Mətn] //Ulduzlar və talelər.-Bakı, 2010.- S.140-143.

Ulduz falları [Mətn] /tərc.ed. İ. İsgəndərov, M. İsgəndərova; red. T. Məmmədov.- Bakı: 

Koroğlu, 1991.-113 s.

YANV

AR

®

Məhəmməd 



Süleyman 

oğlu  Füzuli  1494-cü  ildə 

Bağdad  yaxınlığındakı  Kər-

bəla  qəsəbəsində  anadan  ol-

muşdur.  Füzulinin  həyat  və 

yaradıcılığının ilk illəri Bağ-

dad  və  Kərbəla  da  daxil  ol-

maqla İraqi-Ərəbin Səfəvilər 

hakimiyyətinə  tabe  olduğu 

illərə düşür. 

Onun  yaradıcılığı  epik  və 

lirik, mənzum və mənsur, elmi 

və  bədii  əsərlərdən  ibarətdir. 

Bu  ədəbi  irsə  azərbaycanca 

“Divanı”,  farsca  “Divanı”, 

azərbaycanca,  farsca,  ərəbcə 

qəsidələrdən ibarət “Divanı”, 

“Leyli  və  Məcnun”  aşiqanə 

romantik poeması, “Bəngü Badə”, “Yeddi Cam” alleqorik poemala-

rı, “Şikayətnamə” də daxil olmaqla məktubları, “Səhhət və Mərəz”, 

“Rindü  Zahid”  adlı  farsca  yazılmış  alleqorik,  ictimai-fəlsəfi  nəsr 

əsərləri,  “Hədiqətüs-süəda”  kimi  türkcə  nəsr  əsəri,  “Hədisi  ərbəin 

tərcüməsi”, “Mətləül etiqad” kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri 

daxildir. 

Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şeirin ən gözəl 

nümunələri  ilə  ədəbi-bədii  dilimizi  yeni  yüksəkliklərə  qaldırmış, 

klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına güc-

lü təsir göstərən ədəbi məktəb yaratmışdır. Əsərləri Təbrizdə, Bakı-

da,  İstanbulda, Ankarada,  Qahirədə,  Daşkənddə,  Buxarada, Aşqa-

badda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək 

qiymətləndirilmişdir.

 Yеni il (01.01)

• 

Azərbaycan Prezidenti İlham Əliyev 

• 

“Azərbaycan dilində latın qrafikası ilə 



kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında” sərəncam vermişdir (12.01.2004) 



Ümumxalq Hüzn Günü (20.01.1990)

• 

Gömrük İşçiləri Günü (30.01.1992)

• 

1 yanvar


Gün çıxır 08:03

Gün batır 17:24

31 yanvar 

Gün çıxır

07:51 

Gün batır



17:56

22 dekabr-  

20 yanvar

Oğlaq bürcünün 

ünsürü torpaq, 

planeti Saturn, 

düşərli günü 

çərşənbə axşamı, 

şənbə, düşərsiz 

günü bazar ertəsi, 

cümə axşamı, 

metalı dəmir, 

uğurlu rəngi tünd-

yaşıl, qara, göy, 

uğursuz rəngi ağ, 

uğurlu daşı rubin, 

oniks, enerji verən 

çiçəyi ağ qərənfil, 

qara lalə, uğurlu 

rəqəmi isə 3 və 

5-dir. 

 

 



Ç. 

C.A. 


C. 

Ş. 


B.

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 


Ş. 

B. 

B.E. 


Ç.A. 

Ç. 


C.A. 

C. 








10 



11 

12 

13 


14 

15 


16 

17 


18 

19 

20 


21 

22 


23 

24 


25 

26 


27 

28 


29 

30

31



520 il

1494-1556

Məhəmməd Füzuli

5

Milli ədəbiyyat

Ədəbiyyatşünas, prоfеssоr Vəliyеv Vaqif Əli oğlunun 

(01.01.1924-24.05.1998) anadan оlmasının 90 illiyi 

Filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Dövlət mükafatı 

laureatı, AMEA-nın müxbir üzvü Qurbanоv Afad Məhəmməd 

oğlunun (10.01.1929-26.09.2009) anadan оlmasının 85 illiyi

Şair, tərcüməçi Məsimоv Baba Vəzir oğlunun (Baba Vəziroğlu)  

(10.01.1954) anadan оlmasının 60 illiyi

Tənqidçi, ədəbiyyatşünas Məmmədоv Aydın Mirsaleh oğlunun 

(Aydın) (16.01.1944-19.04.1991) anadan оlmasının 70 illiyi

Əməkdar incəsənət xadimi, şair Cavadzadə Əli Əliqulu oğlunun 

(Əli Tudə) (31.01.1924-26.02.1996) anadan оlmasının 90 illiyi



Folklor

Əməkdar incəsənət xadimi, saz ifaçısı Nəsibov Ədalət 

Məmmədəli oğlunun (Aşıq Ədalət) (27.01.1939) anadan 

olmasının 75 illiyi



Dünya ədəbiyyatı

Alman dramaturqu Lеssinqin (Qоthоld Еfraim) (22.01.1729-

15.02.1781) anadan оlmasının 285 illiyi

Şotlandiya şairi Bеrns Rоbеrtin (25.01.1759-21.07.1796) anadan 

оlmasının 255 illiyi

Gürcüstanın Xalq şairi Lеоnidzе Gеоrgi Nikоlayеviçin 

(28.01.1899-09.08.1966) anadan оlmasının 115 illiyi

Musiqi.Opera.Balet

Əməkdar incəsənət xadimi, оpеra müğənnisi Ağdamski 

(Bədəlbəyli) Əhməd bəy Bəşir oğlunun (05.01.1884-01.04.1954) 

anadan оlmasının 130 illiyi

Xalq artisti, bəstəkar Axundova Şəfiqə Qulam qızının 

(21.01.1924) anadan olmasının 90 illiyi

Xalq artisti, dirijоr Həsənоv Əşrəf  Həsən oğlunun (24.01.1909-

09.08.1983) anadan оlmasının 105 illiyi

2014

YANVAR

8

9



10

11

12



13

13

15



14

6

Teatr.Kino

Xalq artisti, aktyor  Əhmədov  İlham  Namiq  Kamal oğlunun (09.01.1949) 

anadan оlmasının 65 illiyi

Xalq artisti,  aktyor İsmayılov Hacı Məcid oğlunun (22.01.1944) anadan 

оlmasının 70 illiyi

Şair, nasir və tеatr xadimi Kazımzadə Səməd Hacı Əhməd oğlunun (Səməd 

Mənsur) (31.01.1879-03.01.1927) anadan оlmasının 135 illiyi 

Milli Qəhrəmanlar

Azərbaycanın Milli Qəhrəmanı 

Quliyev 

Mətləb Kamran oğlunun 

(09.01.1959-31.08.1992) anadan olmasının 55 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mirzə Məcid oğlunun 

(11.01.1974) anadan olmasının  40 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Əliyev Vasili Əhməd oğlunun (15.01.1959-

19.10.1992) anadan olmasının 55 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Rövşən Əbdülhüseyn oğlunun 

(16.01.1969-13.09.1992) anadan olmasının 45 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Həsənov Səyavuş Həsən oğlunun 

(20.01.1964-25.06.1992) anadan olmasının  50 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Vüqar Tofiq oğlunun 

(20.06.1969-20.07.1991) anadan olmasının  45 illiyi

Azərbaycanın Milli Qəhrəmanı Muradov Hikmət Oqtay oğlunun  

(23.01.1969-29.10.1991) anadan olmasının 45 illiyi

Siyasət.Hərbi iş

Hərbi xadim, general-leytenant Naxçıvanski İsmayıl xan Ehsan xan 

oğlunun (05.01.1819-1918) anadan olmasının 195 illiyi

Dövlət xadimi, hüquqşünas Vəlibəyov Bahadır Qasım oğlunun 

(12.01.1894-16.02.1940) anadan olmasının 120 illiyi

Azərbaycanın ilk hüquqşünas professoru, ictimai xadim Vəkilov Mustafa 

ağa Məmməd ağa oğlunun (25.01.1899-30.04.1943) anadan olmasının 115 

illiyi


Görkəmli siyasi və dövlət xadimi Rəsulzadə Məhəmməd Əmin Axund 

Hacı Molla Ələkbər oğlunun (31.01.1884-06.03.1955) anadan olmasının 

130 illiyi

Tarix

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Nemətova Məşədixanım 

Sədulla qızının (05.01.1924) anadan olmasının 90 illiyi

İdman

Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Abbasov 

Teymur Tofiq oğlunun (11.01.1924-21.02.2005) anadan olmasının 90 illiyi

23

24



22

21

20



19

18

17



16

26

26



25

27

29



7

                            



Kimya.Biologiya.Tibb

Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, 

Hacıyev Dəmir Vahid oğlunun (29.01.1929-20.06.1999) anadan 

olmasının 85 illiyi



Kitabxanaşünaslıq.Biblioqrafiya

Lənkəran şəhər MKS yaradılmasının (01.01.1979) 35 illiyi



Tarixdə bu gün

Yеni il (01.01)

Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb 

(01.01.1929)

Rus qoşunları tərəfindən Gəncənin işğal olunmasının (03.01.1804) 

210-cu ildönümü

Azərbaycanla Vatikan dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il 

mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulmuşdur 

(09.01.1994)

Azərbaycan Latviya və Slovakiya ilə diplomatik münasibətlər 

qurmuşdur (11.01.1994)

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın 

qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam 

vermişdir (12.01.2004) 

SSRİ Ali Sovetinin Rəyasət heyəti “Azərbaycan SSRİ-nin Dağlıq 

Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi 

barədə” fərman vemişdir (12.01.1989)

Ümumxalq Hüzn Günü (20.01.1990)  

Ucar rayonunun yaranmasının (24.01.1939) 75 illiyi

Leninqradın 900 günlük mühasirəsi başa çatmışdır (27.01.1944)

Tərtər rayonunun yaranmasının (27.01.1934) 80 illiyi 

Gömrük İşçiləri Günü (30.01.1992)

30

33



32

31

35



36

34


8

Milli ədəbiyyat

85  

illiyi

Afad Qurbanоv 

1929-2009 

YANV

AR

Afad  Məhəmməd  oğlu  Qurbanov 

1929-cu ildə yanvar ayının 10-da qədim 

Borçalının  Qızıl  Şəfəq  kəndində  (indi 

Ermənistan  Respublikasının  Kalinino 

rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk 

təhsil illəri də sazlı-sözlü Borçalı elində 

keçmişdir.

Təhsilini  başa  vurduqdan  sonra 

ilk  illər  Borçalıda  məktəb  direktoru 

vəzifəsində  çalışmışdır.  50-ci  illərdən 

etibarən Azərbaycan  Pedaqoji  Univer-

sitetində  filologiya  fakültəsinin  dekan 

müavini,  dekanı,  Azərbaycan  dilçiliyi 

kafedrasının müdiri vəzifələrində çalış-

mışdır.  1981-1989-cu  illərdə  APİ-nin 

rektoru olmuşdur. 1990-1994-cü illərdə 

Milli Məclisə  üzv seçilmiş A.Qurbanov 

əlifba islahatının təşkilatçılarından biri-

dır.


Aspirantlıqdan  AMEA-nın  müxbir 

üzvlüyünə  qədər  şərəfli  bir  tədqiqatçı 

yolu  keçən  A.Qurbanov  1962-ci  ildə 

namizədlik, 1968-ci ildə isə doktorluq 

dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində onomalogi-

ya  Afad  müəllimin  adı  ilə  bağlıdır. 

Onun  bu  sahəyə  dair  100-ə  qədər 

məqaləsi:  “Azərbaycan  onomastikası” 

(1986),  “Azərbaycan  onomalogiyası 

məsələləri”  (1986),  “Poetik  onomasti-

ka”  (1988),  “Azərbaycan  dilinin  ono-

malogiyası”  (1988)  kimi  sanballı  mo-

noqrafiyaları çap olunmuşdur. 

Elmi  yaradıcılığa  “Şagirdlərin  ya-

zılı və şifahi nitqlərindəki yerli şivə və 

qalıqlarına qarşı mübarizə” (1956) adlı 

məqalə ilə başlayan yorulmaz tədqiqatçı 

Azərbaycanda və bütün türk dünyasın-

da “Dilçiliyin sistemi” (1976), “Dilçili-

yin tarixi” (1976), “Müasir Azərbaycan 

ədəbi dili” (1967, 1985), “Bədii mətnin 

linqvistik təhlili” (1986), “Azərbaycan 

onomastikası” (1986), “Azərbaycan di-

linin onomalogiyası” (1988), “Ümumi 

dilçilik” I-II cildlər (1989-1993), “Dün-

yanın dil ailələri” (1994) və s. kimi san-

ballı əsərləri ilə məşhurdur.

Azərbaycan  ədəbi  dilinin  foneti-

ka,  qrafika,  leksikologiya,  semasio-

logiya,  frazeologiya  və  digər  sahələri 

A.Qurbanovun  1967-ci  ildə  çap  etdir-

diyi  “Müasir  Azərbaycan  ədəbi  dili” 

kitabında  sistemli  şəkildə  tədqiq  edil-

mişdir. 

A.Qurbanovun  əsərləri  Almani-

ya,  Rusiya,  İran,  Türkiyə,  Qazaxıs-

tan,  Türkmənistan,  Özbəkistan  və  s. 

ölkələrdə  yayılmışdır.  Görkəmli  dilçi 

son  50  ildə  dünyanın  bir  sıra  böyük 

şəhərlərində  dilçiliyə,  xüsusilə  tür-

kologiyaya  aid  keçirilən  konfransla-

rın  əksəriyyətində  aktual  və  orijinal 

məruzələrlə çıxış etmişdir.

Görkəmli alim  Azərbaycan elmində-

ki rolu və nüfuzu sayəsində 1981-1983-

cü illərdə APİ-də (ADPU-da) filologiya 

və pedaqogika elmləri üzrə müdafiə şu-

rasının sədri olmuşdur.

Afad Qurbanov 2009-cu il sentyabr 

ayının 26-da vəfat etmişdir.

Ə d ə b i y y a t 

Azərbaycan onomalogi-

yasının əsasları [Mətn]: 2 

cilddə /A.Qurbanov.-Bakı: 

Nurlan, 2004.-C.1.-340 s.; 

C.2.-540 s.

Tətbiqi dilçilik problemləri 

[Mətn] /A. Qurbanov; 

AMEA, Nəsimi adına 

Dilçilik İnstitutu.- Bakı, 

2003.- 50 s.

Ümumi dilçilik [Mətn]: 2 

cilddə /A.Qurbanov.- Bakı: 

Nurlan, 2004.-C.1.-748 s.; 

C.2.-532 s.

Afad Məhəmməd oğlu 

Qurbanov [Mətn]: Bibli-

oqrafiya /AMEA Mərkəzi 

Elmi Kitabxana.-Bakı: Elm, 

2006.-214, [2] s.

Akademik Afad Qurbanov 

[Mətn]: monoqrafiya /[T. 

Bünyadov; İ.Həbibbəyli].- 

Bakı, 2005.- 175 s.

İ n t e r n e t d ə

www.afadgurbanov.az

www.anl.az

www.azerbaycanli.org

Dilçi alim

10


9

Milli ədəbiyyat

60 

illiyi

Baba Vəziroğlu  

1954 

YANV

AR

Baba  Vəzir  oğlu  Məsimov  (Baba 

Vəziroğlu)  1954-cü  il  yanvar  ayının 

10-da İsmayıllı rayonunun Mollaisaqlı 

kəndində anadan olmuşdur. Həmin ra-

yonun  Hacatamlı  kənd  orta  məktəbini 

bitirdikdən  sonra  “Pravda”  kolxozun-

da işləmiş, 1971-1972-ci illərdə oradan 

ADU-nun  hazırlıq  fakültəsinə  göndə-

rilmişdir. 

1972-1977-ci  illərdə  ADU-nun 

jurnalistika  fakültəsində  təhsil  almış-

dır.  Azərbaycan  LKGİ  MK  RTİD 

qərargahında  ədəbi  işçi,  1979-cu  ildə 

Azərbaycan Yazıçılar  İttifaqında  bədii 

ədəbiyyatı  təbliğ  bürosunda  təlimatçı, 

1979-1991-ci  illərdə  məsləhətçi  işlə-

mişdir.  “Molla  Nəsrəddin”  jurnalının 

baş redaktoru olmuşdur. 

İ.Karacalenin  “İtirilmiş  məktub” 

dram əsərini Azərbaycan dilinə müvəf-

fəqiyyətlə tərcümə etdiyinə görə SSRİ 

Mədəniyyət  Nazirliyi  və  Ümumrusiya 

Teatr  Cəmiyyətinin  diplomuna  layiq 

görülmüşdür  (1983).  Azərbaycan  Ya-

zıçılar  İttifaqında  gənc  nasirlər  birli-

yinin  rəhbəri  olmuşdur.  1985-ci  ildə 

M.Qorki adına Ədəbiyyat İnstitutunun 

nəsr  şöbəsini  qiyabi  bitirmişdir.  Sovet 

nümayəndə  heyətinin  tərkibində  Bol-

qarıstanda  tərcüməçilərin  beynəlxalq 

müşavirəsində  iştirak  etmiş  (1982), 

ADR  Yazıçılar  İttifaqının  dəvəti  ilə 

ADR-də  yaradıcılıq  ezamiyyətində 

olmuşdur  (1984).  Gənc  yazıçıların 

Moskvada  keçirilən  VIII  Ümumitti-

faq  müşavirəsində  nümayəndə  kimi 

iştirak  etmişdir  (1984).  1991-ci  ildə 

Azərbaycan  Yazıçılar  Birliyi  İdarə 

Heyətinin üzvü seçilmişdir.

 Ədəbi fəaliyyətə 1976-cı ildə “Ul-

duz” jurnalında çap etdirdiyi “Bir yaz 

axşamı”, “Mağazinçi

 

Dadaş” hekayələri 



ilə başlamışdır. Klassik rus şairlərindən 

tərcümələr  etmişdir.  Əsərləri  xarici 

ölkə xalqlarının dillərinə tərcümə olun-

muşdur. Uzun illər teleşirkətdə aparıcı, 

1991-1992-ci  illərdə  Ədəbi  proqram-

lar  studiyasının  müdiri,  1993-1994-cü 

illərdə “Yurd” jurnalının məsul katibi, 

“İstedad”  jurnalının  baş  redaktorunun 

müavini vəzifələrində işləmişdir. 1997-

1998-ci  illərdə  “Mir”  Dövlətlərarası 

Teleradio  Şirkətində  redaktor,  1998-

2002-ci illərdə Azərbaycan Kinematoq-

rafçılar İttifaqının baş redaktoru, 2002-

ci ildən idarə heyətinin katibidir. 

Mindən  artıq  şeirinə  mahnı  bəstə-

lənmişdir.  “Həsən  Seyidbəyli”,  “Yeri 

boş  qalan  adam”  (Rəşid  Behbudov), 

“Sənsiz  və  ya  ömrün  son  axşamı” 

(Həsən  Turabov),  “Haradan  başlanır 

vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş 

nəğməlik  ömür”  (Oqtay  Kazımov)  və 

s.  sənədli  filmlərin  ssenari  müəllifidir.  

“Humay”  mükafatı  laureatıdır  (2000). 

2005-ci il avqust ayının 1-də “Respub-

likanın  Əməkdar  incəsənət  xadimi” 

fəxri adına layiq görülmüşdür.  





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə