Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə68/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   64   65   66   67   68   69   70   71   ...   507
İ n t e r n e t d ə

www..anl.az

www.adam.az

4

Aktyor


53

Teatr.Kino

90 

illiyi

Firəngiz Şərifova 

1924 

FEVRAL

Firəngiz Abbasmirzə  qızı  Şərifova 

1924-cü  il  fevral  ayının  6-da  Bakıda 

anadan olmuşdur. 

Səkkiz il Bakı Xoreoqrafiya məktə-

bində oxumuşdur. 

1941-ci  ildə  ailələrinin  yaxın  dos-

tu, dahi sənətkar Üzeyir Hacıbəylinin  

məsləhəti ilə Azərbaycan Dövlət Kon-

servatoriyasının – indiki Musiqi Aka-

demiyasının  vokal  fakültəsinə  daxil 

olmuşdur. 

Dramaturq Cəfər Cabbarlının təkidi, 

atası  Abbasmirzənin  razılığı ilə səkkiz 

yaşında  “Oqtay  Eloğlu”da  Sevər,  bir 

az sonra “Sevil”də Gündüz rollarında 

çıxış etmişdir.

Firəngiz xanım 1947-ci ilin əvvəlin-

də Cəlil Məmmədquluzadə adına Azər-

baycan Dövlət Musiqili Komediya Te-

atrının truppasına qəbul olunmuşdur. 

1949-cu  ilin  əvvəllərində  bu  sənət 

ocağı məcburi özünümaliyyələşdirmə iş 

üslubuna keçirildiyinə görə müvəqqəti 

olaraq  bağlanmışdır.  O,  Xalq  Maarif 

Komissarlığı İncəsənət İşləri İdarəsinin  

sərəncamına  əsasən  köçürmə  yolu  ilə 

Gənc Tamaşaçılar Teatrının truppasın-

da aktyor işləməyə başlamışdır. 

Firəngiz  Şərifova  1960-cı  il  may 

ayının 5-də Akademik Milli Dram Te-

atrına işə götürülmüşdür.

O,  bu  incəsənət  ocağında  1965-ci 

il aprel ayının 1-nə qədər işləmiş, qısa 

müddət ərzində parlaq sənət hadisəsinə 

çevrilən obrazlar yaratmağa müvəffəq 

olmuşdur. 

Aktrisa  yaşının  və  sənətinin 

erkən  yetkinlik  çağında,  1965-ci  ildə 

yenidən  Gənc  Tamaşaçılar  Teatrı-

na  qayıtmışdır.  Firəngiz  xanım  milli 

səhnə  mədəniyyətimizin  inkişafında 

göstərdiyi  böyük  xidmətlərə  görə  24 

may 1960-cı ildə “Azərbaycan Respub-

likasının  Əməkdar  artisti”,  25  dekabr 

1969-cu ildə “Xalq artisti” fəxri adla-

rına layiq görülmüşdür. Onun zəngin, 

əlvan, müxtəlif janrlı, ən fərqli üslublu 

obrazlar qalereyası vardır. 

Görkəmli sənətkar gənc yaşlarından 

başlayaraq  “Azərbaycanfilm”  kinos-

tudiyasında  istehsal  olunan  “Qaraca 

qız”,  “Bir  ailəlik  bağ  evi”,  “Bayquş 

gələndə”,  “Qərib  cinlər  ölkəsində”, 

“Qətl  günü”    filmlərində  müxtəlif 

rollara  çəkilmişdir.  “Qum  üzərindəki 

bağ evi” filmindəki Ana rolu psixolo-

ji  dərinliyinə,  emosional  sənətkarlıq 

xüsusiyyətlərinə görə aktrisanın parlaq 

ekran obrazıdır. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin