Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə70/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   66   67   68   69   70   71   72   73   ...   507
55

Teatr.Kino

100 

illiyi

Rəmziyyə Veysəlova 

1914-1993  

FEVRAL

Rəmziyyə  Osman  qızı  Veysəlova 

1914-cü il fevral ayının 11-də Bakıda 

anadan  olmuş,  yeni  tipli  qız  məktə-

bində  təhsil  almışdır.  Yeddinci  sinfi 

bitirəndən  sonra,  1929-cu  ildə  Bakı 

Teatr Məktəbinin aktyorluq fakültəsinə 

daxil  olmuşdur.  Təhsil  ala-ala  sənət 

müəllimlərinin  tövsiyəsi  ilə  Bakı 

Türk  İşçi  Teatrının  yardım  heyətinə 

qəbul olunmuş, kütləvi səhnələrə çıx-

mış, tamaşalarda iştirak edərək epizo-

dik  rollar  oynamışdır.  Musiqili  səsi, 

mürəkkəb  məqamlarda  da  canlı  və 

plastik hərəkətli səhnə davranışı, güclü 

texnika vərdişləri, məlahətli görkəmi, 

iti  yaddaşı,  emosional  cazibə  qüdrəti 

vardı.


1932-ci  ilin  sonlarında  Rəmziyyə 

xanım  ailə  vəziyyəti  ilə  əlaqədar Aş-

qabad  şəhərinə  köçmüşdür.  Aktri-

sa  orada  üç  ilə  yaxın  “Rəmziyyə”  və 

“Rəmziyyə Əfəndiyeva” kimi çıxış et-

miş, müəyyən təcrübə toplamış və az 

müddətdə teatrın aparıcı aktrisalarının 

cərgəsinə çıxmışdır.

1934-1935-ci il teatr mövsümündə 

Bəhram Əfəndiyev (həyat yoldaşı) və 

Rəmziyyə xanım Gəncə şəhərinə gəlir 

və  hər  ikisi  teatrın  kollektivinə  qəbul 

olunurlar. 

Aktrisanın altmış iki illik aktyorluq 

fəaliyyətinin  sənət  töhfələrinin  əsas 

inciləri bunlardır:

Ceyran  (“Özgə  uşağı”,  Vasili 

Şkvarkin),  Almaz,  Solmaz,  Mariya 

Timofeyevna,  Sitarə  (“Almaz”,  “Od 

gəlini”, “1905-ci ildə” və “Nəsrəddin 

şah”, Cəfər Cabbarlı), Gülnar və Xu-

raman,  Məryəm  (“Vaqif”  və  “Fərhad 

və  Şirin”,  Səməd  Vurğun),  Kəmalə, 

Sənubər  (“Toy”  və  “Xoşbəxtlər”, 

Sabit  Rəhman),  Huri  (“Məhəbbət”, 

Mirzə  İbrahimov),  Balisa,  Marsela 

(“Kələkbaz sevgili” və “Nə yardan do-

yur, nə əldən qoyur”, Lope de Veqa), 

Natella  (“Vətən  namusu”,  Georgi 

Mdivani),  Dilşad,  Nəzakət,  Nurca-

han  xanım  (“Atayevlər  ailəsi”,  “Sən 

həmişə mənimləsən” və “Mənim güna-

hım”, İlyas Əfəndiyev),  Tükəz (“Hacı 

Qara”, Mirzə Fətəli Axundzadə),

 

Xu-


mar  və  Nina,  Südabə  (“Şeyx  Sənan” 

və  “Səyavuş”,  Hüseyn  Cavid),  Ayişə 

(“Şikayət qəbul olunmur”, Toktobolat 

Əbdülmöminov), Rəxşəndə (“Kişilər”, 

Altay  Məmmədov),  Məhsəti  xanım 

(“Nizami”,  Mehdi  Hüseyn),  Həkim 

(“Göz həkimi”, İslam Səfərli) və s.

Gəncə  Dövlət  Dram  Teatrı-

nın  görkəmli  aktyorlarından  olmuş 

Rəmziyyə Osman qızı Veysəlova 1955-

ci  il  aprel  ayının  30-da  “Azərbaycan 

Respublikasının  Əməkdar  artisti”, 

1958-ci il may ayının 20-də isə “Xalq 

artisti” fəxri adları ilə təltif edilmişdir.

Aktrisa  1993-cü  il  avqust  ayının  

22-də Gəncə şəhərində vəfat etmiş və 

Bağbanlardakı

 

Fəxri  Xiyabanda  dəfn 



edilmişdir.  


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin