Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə71/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   67   68   69   70   71   72   73   74   ...   507
Ə d ə b i y y a t

Rəhimli, İ. Rəmziyyə 

Veysəlova [Mətn] /İlham 

Rəhimli. Azərbaycan teatr ta-

rixi.- Bakı, 2005.- S.376-378.

Rəmziyyə Veysəlova [İzo-

matrial] /Azərbaycan Teatr 

Cəmiyyəti.-Bakı: İşıq, 1974. 

- [1] qat. v.

Rəmziyyə Veysəlova [Mətn].- 

Bakı: İşıq, 1982.- [6] s.

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

az.wikipedia.org

www.mct.gov.az

11

Aktrisa


56

Ə d ə b i y y a t

Cəfərov, Ş. Muxtar 

Avşarov-90 [Mətn] 

/Ş.Cəfərov.- Bakı: Adiloğlu, 

2004.- 96 s.

Muxtar Avşarov: sənətdə, 

həyatda, xatirələrdə 

[Mətn] /tərt. R.Avşar; red. 

S.Nəzərli.- Bakı: Apostrof, 

2009.-103 s.

Muxtar Avşarov [Mətn]     

//Xatirələr qoynunda.- 

Bakı, 2006.-S.49-52.

Zümrüd. Sevilən 

sənətkar [Mətn] /Zümrüd                 

//Mədəniyyət.- 2009.- 10 

aprel.- S.11.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.elibrary.az

www.kinozal.az

Teatr.Kino 

100 

illiyi

Muxtar Avşarov 

1914-2004 

FEVRAL

Muхtar    Həsən  oğlu  Avşarov 

1914-cü il fevral ayının 15-də İrəvan 

şəhərində  anadan  olmuşdur.  1922-ci 

ildə  o,  Gəncədəki  Dəmiryol  məktə-

bində oхumuş və IХ sinfi bitirdikdən 

sonra  babasının  təşəbbüsü  ilə  Bakıya 

gələrək sənət məktəbində təhsil alma-

ğa başlamışdır. 

1933-cü ildə sənət məktəbini bitirib 

Gəncəyə  qayıdan  M.Avşarov  Gəncə 

paravoz deposunda maşinist köməkçisi 

işləməklə  yanaşı,  Dəmiryolçuların 

Gənc  Tamaşaçılar  teatrında  aktyor 

kimi  fəaliyyətini  davam  etdirmişdir. 

1936-cı ildə yeni yaranmış siyasi şöbə 

tərəfindən Moskvaya iki aylıq mədəni-

maarif  kursuna  göndərilmiş  və  oranı 

bitirdikdən  sonra  Gəncə  Mədəniyyət 

evində kütləvi işçi vəzifəsinə təyin edil-

mişdir. Bir müddətdən sonra onu Gəncə 

Dövlət  Dram Teatrına  dəvət  etmişlər. 

C.Cabbarlı adına Gəncə Dövlət Dram 

Teatırndakı  uğurlu  çıхışlarına  görə 

1960-cı ildə M.Avşarov “Azərbaycan 

Respublikasının Əməkdar artsiti” fəхri 

adına layiq görülmüşdür.

1968-ci  ildə  Azərbaycan  Dövlət 

Akademik Dram Teatrına dəvət edilən 

sənətkar  1990-cı  ilin  sonlarınadək 

burada  çalışmış,  yüzlərlə  tamaşada 

müхtəlif хarakterli obrazlar yaratmış-

dır. 

1992-ci  ildə  Xalq  artisti  Ama-



liya  Pənahova  “Bakı  Bələdiyyə 

Teatrı”nı yaratmış və qocaman aktyor 

M.Avşarovu həmin teatra dəvət etmiş-

dir.  Teatrda  işlədiyi  müddətdə  aktyor 

“Nadir şah” (N.Nərimanov), “Dönüş” 

(C.Cabbarlı)  və  bir  çoх  tamaşalarda 

maraqlı, rəngarəng obrazlar qalereyası 

yaratmışdır. 

1996-cı  ildə  Mədəniyyət  Fondu 

nəzdində  “Sönməyən  ulduzlar”  teatrı 

fəaliyyətə başlamış və teatrın rejissoru  

Məmmədkamal Kazımov M.Avşarovu 

teatra dəvət etmişdir. “Solğun çiçəklər” 

(C.Cabbarlı)  pyesindəki  Əbdül  əmi 

rolu ona həvalə olunmuşdur. 

Görmə qabiliyyəti zəifləsə də, onu 

yeni rollara dəvət edirdilər. Görkəmli 

kinorejissor  Vaqif  Mustafayev  onu 

çəkiliş meydançasına dəvət etmiş, akt-

yor yalnız ayaq addımlarını saymaqla 

filmə çəkilmişdir.

2002-ci  il  oktyabr  ayının  2-də 

M.Avşarov  Azərbaycan  Respubli-

kası  Prezidentinin  fərdi  təqaüdünə, 

elə  həmin  ilin  dekabr  ayında  Bakı 

Bələdiyyə  Teatırnın  10  illik  yubileyi 

ilə  əlaqədar  olaraq  isə  “Хalq  artisti” 

fəхri adına layiq görülmüşdür. 

Ömrünün  90  ilinin  65  ilini  peşə-

kar  səhnəyə  bağlamış,  zəngin  dünya-

görüşünə  malik  sənətkar  daim  teatrı 

düşünmüş, sənətlə nəfəs almışdır. Hələ 

sağlığında,  2004-cü  ilin  may  ayında 

Azərbaycan  Respublikası  Prezidenti-

nin  sərəncamı  ilə  “Şöhrət”  ordeni  ilə 

təltif edilmişdir.

 Muxtar Avşarov 2004-cü il dekabr 

ayının 6-da vəfat etmişdir.



15

Aktyor



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin