Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə72/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   68   69   70   71   72   73   74   75   ...   507
57

Teatr.Kino 

120 

illiyi

Mustafa Mərdanov

 

1894-1968 

FEVRAL

Mustafa  Həşım  oğlu  Mərda-

nov  1894-cü  il  fevral  ayının 

28-də 


Cənubi 

Azərbaycanda,                                                                                                                                   

Mərənddə  anadan  olmuşdur.    O,  hələ 

uşaqkən ailələri Tiflisə köçmüş və 1924-

cü ilə qədər burada yaşamışlar. 

Azərbaycan  xalqının  qabaqcıl  zi-

yalılarının  qayğısı  sayəsində  istedad-

lı  sənətkar  Mustafa  Mərdanov  böyük 

səhnəyə qədəm qoymuşdur.

 

1917-ci ildə 



gimnaziyanı  bitirdikdən  sonra  Rostova 

getmiş, Tibb Universitetinə daxil olmuş-

dur. Ancaq bu sənət Mustafanın urəyincə 

olmadığı  üçün  atasından  icazə  almış, 

tibb  təhsililə  yanaşı,  həm  də  Rostovda 

dram studiyasında çalışmışdır. 

1910-cu  ildən  səhnədə  çıxış  edən 

Mustafa  Mərdanov  1918-ci  ildə  Tiflisə 

qayıtmış,  müsəlman dram dərnəklərində 

fəaliyyət göstərmiş, 1921-1922-ci illərdə 

Tiflis  Azərbaycan  Dövlət  Teatrının  di-

rektoru vəzifəsində çalışmışdır. Təhsilini 

davam etdirmək üçün Moskvaya, Dövlət 

Teatr Sənəti İnstitutuna getmişdir. 

1924-cü  ildə  Bakıya  gəlmiş  və  bu-

rada  Azərbaycan  Dövlət  Dram  Te-

atrında  öz  fəaliyyətini  davam  etdir-

mişdir.  A.M.Şərifzadə,  S.Ruhulla, 

A.Gəraybəyli,  Ə.Ələkbərov  və  onlarla 

sənət  korifeylərindən  öyrəndikləri  bu 

aktyorun  sənət  yoluna  işıq  salmış,  onu 

yeni  yaradıcılıq  axtarışlarına  ruhlandır-

mışdı. “Hacı Qara”da Kərəməli, “Yağış-

dan çıxdıq yağmura düşdük”də Qəmbər, 

“Nadir şah”da Ədhəm kimi rolları Tiflis 

teatrında yaradan aktyor, Bakı teatrında 

daha ciddi rollar oynamalı olmuşdur.

O, kino sənətində də ölməz obrazlar 

yaratmışdır.  Mustafa  Mərdanov  teatr-

da  işlədiyi  vaxtlar  tez-tez  filmlərdə  də 

çəkilməyə dəvət almışdır. Muzdur Qulu 

(“Bismillah”  (film,  1925)

 

onun  kinoda 



ilk  rolu  olmuşdur.  Səssiz  kinomuzun 

dəyərli  nümunələrindən  olan  bu  filmdə 

Mustafa Mərdanov maraqlı rol ifa etmiş-

dir.  30-cu  illərin  əvvəllərində  yaranmış 

əksər  filmlərdə  “O  olmasın,  bu  olsun”, 

“Əhməd  haradadır?”,  1968-ci  ildə  isə 

“Qanun naminə” filmində çəkilmişdir. 

O, ömrünün axırına kimi teatra bağlı 

olmuş,  teatr  səhnəsindən  duşməmişdir. 

Əbədiyyətə qovuşan günədək 6000 dəfə 

səhnədə çıxış etmiş, 300-ə yaxın rol oy-

namışdır. 

Onun uzun illik yaradıcı əməyi yüksək 

qiymətləndirilmiş,  “Azərbaycanın  Xalq 

artisti” fəxri adına layiq görülmüş, “Qır-

mızı  Əmək  Bayrağı”  ordeni  və  medal-

larla təltif olunmuşdur. 

1959-cu ildə onun “50 il Azərbaycan 

səhnəsində xatirələrim” kitabı, ölümün-

dən  sonra,  1973-cü  ildə  isə  “Mənim 

müasirlərim”  xatirə  kitabı  nəşr  edilib 

oxuculara çatdırılmışdır.

Məşhur  aktyor  bir  neçə  il  Teatr 

Xadimləri İttifaqına rəhbərlik etmişdir.

Mustafa Mərdanov 1968-ci il dekabr 

ayının 12-də vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin