Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə61/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   57   58   59   60   61   62   63   64   ...   507
Ə d ə b i y y a t

Əliyev, Z. Cəmil 

Müfidzadə. Cizgilərə 

hopan ömür... [Mətn]       

/Ziyadxan Əliyev; [red. 

C.Y.Həsənzadə; kita-

bın tərtibatı və dizaynı 

İ.Z.Əliyev].- Bakı: Oskar, 

2011. - 275 s. 

Cansail, Y. Sənətkar 

təxəyyülünün üfüqləri 

[Mətn] //Mədəniyyət.- 

2010.- 9 iyul.- S.12. 

Quliyev, Ə. Xalq rəssamı 

Cəmil Müfidzadənin 

rənglər dünyası [Mətn] 

/Ə.Quliyev //525-ci 

qəzet.- 2012.- 6 iyun.- 

S.4.

Müfidzadə Cəmil Mir 

Yusif oğlu [Mətn] //Nax-

çıvan ensiklopediyası.-

Bakı, 2002.- S.333.

İ n t e r n e t d ə

www.anl.az

www.mct.gov.az

www.e-qanun.az

24

Rəssam

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq


47

80 

illiyi

Aida Tağızadə  

1934  

FEVRAL

Aida Zeynal qızı Tağızadə 1934-cü il 

fevral  ayının  5-də  Şuşa  şəhərində  ana-

dan olmuşdur.

O,  Asəf    Zeynallı  adına  Musiqi 

Kollecini  qırmızı  diplomla  bitirərək, 

Ü.Hacıbəyov  adına  Konservatoriyada 

fortepiano  üzrə  ifaçılıq  şöbəsində  oxu-

muş, iki ildən sonra isə musiqişünaslığa 

üstünlük verərək bu şöbədə  təhsilini bö-

yük uğurla başa vurmuşdur.

Aida xanım 1958-ci ildən

 Bakı M

u-

siqi  Akademiyasında  (BMA-da)  Mu-



siqi  tarixi  kafedrasının  müdiri  kimi 

fəaliyyət  göstərir.  O,  pedaqoji  işlə  ya-

naşı,  Azərbaycanın  bir  çox  görkəmli 

bəstəçiləri  və  ifaçıları  haqqında  mo-

noqrafiyaların,  broşürlərin,  oçerk  və 

məqalələrin  müəllifidir.  Bunlardan 

biri  Azərbaycan  simfonik  musiqisi-

nin  təşəkkülü  və  inkişafında  böyük 

xidmətləri  olan,  dövrümüzün  görkəmli 

bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş 

monoqrafiyadır.  Aida  xanımın  1985-ci 

ildə növbəti kitabı görkəmli bəstəçimiz 

Soltan Hacıbəyovun yaradıcılığına həsr 

edilmişdir.  Maraqlıdır  ki,  1969-cu  ildə 

müdafiə etdiyi namizədlik dissertasiyası 

da  istedadlı  sənətkarımızın  əsərlərinin 

təhlililə bağlıdır. 

Fəaliyyəti  boyu  A.Tağızadə  Azər-

baycan  bəstəçilərinin  yaradıcılığına 

həssaslıqla  yanaşaraq,  milli  musiqi 

sənətimizi  dövri  mətbuatda,  televiziya 

çıxışlarında,  elmi  konfranslarda  nəinki 

vətənimizdə,  hətta  xarici  ölkələrdə  də 

təbliğ  etmişdir  (İtaliya,  Almaniya,  Çe-

xoslovakiya, Türkiyə). Professional ifa-

çılıq  sənətinə  diqqət  yetirən  və  dəyər 

verən  Aida  Tağızadə  yazılarında  Müs-

lüm  Maqomayev,  Fidan  və  Xuraman 

Qasımova bacıları, Sərvər Qəniyev, El-

mira  Səfərova,  Fəridə  Quliyeva,  Aida 

Abdullayeva  kimi  sənətkarların  yaradı-

cılıq portretlərinə geniş yer vermişdir.

Bundan başqa o, bir sıra elmi metodik 

əsərlərin və dərsliklərin müəlliflərindən 

biridir.  Məsələn:  “Azərbaycan  musiqi 

tarixi”  (1987),  “Azərbaycan  musiqisi 

müntəxabatı” (1969 – I c., 1985 – II c.),  

“XX əsr Azərbaycan musiqisi” məqalələr 

toplusunun  tərtibçisi  və  elmi  redakto-

ru  olmuşdur.  1994-cü  ildə  çap  olunan 

toplunun  birinci  cildində  milli  musiqi 

mədəniyyətinin  tarixi  mərhələləri  bədii 

estetik planda araşdırılmış və Azərbaycan 

bəstəçilərinin üslub problemlərinin ana-

litik izahı verilmişdir.

Aida  xanım  1996-2007-ci  illərdə 

fəaliyyətini  qardaş  Türkiyədə  Ankara 

Bilkənd  Universitetində  davam  etdir-

mişdir. Bu illərdə o, Azərbaycan və onun 

musiqi həyatı ilə əlaqələrini kəsməmiş, 

“XX əsr Azərbaycan musiqisi” məqalələr 

toplusunun II cildini hazırlamışdır. Üze-

yir Hacıbəylinin 110 illiyinə həsr olun-

muş  həmin  kitab  1997-ci  ildə  işıq  üzü 

görmüşdür.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin