Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə62/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   58   59   60   61   62   63   64   65   ...   507
Ə d ə b i y y a t

XX əsr Azərbaycan mu-

siqisi [Mətn]: məqalə, 

oçerk, esse toplusu 

/A.Z.Tağızadə; red.: K. 

Nəsirova, İ. Pazıçeva; 

Ü. Hacıbəyli adına 

Bakı Musiqi Akade-

miyası, Azərbaycan 

Bəstəkarlar İttifaqı.- 

Bakı: Elm və Təhsil, 

2011.- 372 s.

Musiqi ədəbiyyatı 

[Mətn]: uşaq musiqi 

məktəblərinin VII 

sinfi ücün dərslik 

/A.Tağızadə, F. 

Əliyeva; red. L. 

Hüseynova; rəyçilər 

N.Mehdiyeva, S. 

Ələsgərov.-Bakı: [E.L 

], 2009.-100 s. 

Soltan Hacıbəyov 

[Mətn]: monoqrafi-

ya /A. Z. Tağızadə; 

red.: E. Hüseynova

C. İ. Həsənova; Ü. 

Hacıbəyli adına Bakı 

Musiqi Akademiya-

sı. - Bakı: Mütərcim

2011.-180 s. 

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

5

Musiqişünas

Musiqi.Opera.Balet


48

Musiqi.Opera.Balet

105 

illiyi

Cahan Talışinskaya 

1909-1967    

FEVRAL

Cahan Rza qızı Talışinskaya 1909-cu 

il fevral ayının 9-da Lənkəran şəhərində 

anadan olmuşdur. 1918-ci ildə ailəsi Ba-

kıya köçmüş, burada Qızlar Seminariya-

sına daxil olmuşdur. Eyni zamanda, mu-

siqi ilə maraqlanmış, piano və tarda ifa 

etməyi öyrənmişdir.  1927-ci  ildən  Bakı 

şəhər radio şəbəkəsində işə düzəlmişdir.

1934-cü  ildə Azərbaycan  Dövlət  Fi-

larmoniyasının  solisti  olmuş,  konsert 

proqramı  ilə  silsilə  çıxışlar  etmişdir. 

Xalq mahnı və muğamlarının gözəl ifa-

çısı kimi şöhrət tapmışdır. 

1933-cü 

ildə 


“Şərq 

musiqi 


ansamblı”nın  tərkibində  Cahan  xanım 

Moskva,  Leninqrad  (Sankt-Peterburq), 

Kiyev  şəhərlərində  qastrol  səfərlərində 

olmuşdur. 1936-cı ildə Moskva və Sankt-

Peterburq şəhərlərinə qastrolları zamanı 

“Qatar”  və  “Segah”  muğamları,  “Uca 

dağlar” və “Yeni kənd” mahnıları onun 

ifasında lentə alınmışdır. Cahan xanımı 

o dövrün görkəmli sənətkarlarından Səid 

Rüstəmov,  Bülbül,  Həqiqət  Rzayeva, 

Şövkət Məmmədova, Şəmsi Bədəlbəyli, 

Yavər  Kələntərli,  aktyorlardan  Mus-

tafa  Mərdanov,  Sona  Hacıyeva,  Əzizə 

Məmmədova, Fatma Qədri, Mərziyə Da-

vudova ilə dostluq və əməkdaşlıq telləri 

bağlamışdır.

Lakin  1937-ci  illərin  qara  yelləri 

Cahan  Talışinskayadan  da  yan  keçmə-

mişdir. Ona NKVD ilə gizli əməkdaşlıq 

təklif  olunmuşdur.  Ancaq  o,  razılıq 

verməmiş,  buna  görə  də  Cahan  xanı-

ma 1938-ci ildə Moskvada keçirilən ilk 

Azərbaycan incəsənəti ongünlüyündə iş-

tirak etməyə icazə verilməmişdir. Lakin 

sonra hansı səbəbdənsə yuxarıların onun 

haqqında  fikri  dəyişmişdir.  1939-cu 

ildə  estrada  artistlərinin  I  Ümumittifaq 

müsabiqəsinə qatılmış və laureat olmuş-

dur.  1940-cı  ildə  Cahan  Talışinskayaya 

“Əməkdar artist” fəxri adı verilmişdir. 

Lakin  bir  müddət  sonra Azərbaycan 

Xalq  Daxili  İşlər  Komissarlığından 

Tiflisə  məktub  göndərilmiş,  yenidən 

müğənninin sürgün məsələsi qaldırılmış-

dır.  Onu  bu  dəfə  əvvəllər  Bakıda  yaşa-

mış  Zaqafqaziya  Hərbi  Şurasının  üzvü, 

SSRİ xalq deputatı Xavər Vəliyev xilas 

etmişdir.  Məhz  onun  köməkliyi  ilə  Ca-

han xanım Tiflisdə qalmış və sonra Ba-

kıya qayıtmışdır. 

1949-cu  ildə  Cahan  Talışinskaya 

oğlu ilə birlikdə yenidən Daşkəndə sür-

gün  edilmişdir.  Yalnız  1954-cü  ildə, 

İ.Stalinin  ölümündən  və  M.Bağırovun 

həbsindən sonra Cahan xanım və oğlu-

nun  azad  olunması  barədə  qərar  qəbul 

olunmuşdur. Lakin Cahan xanım Bakıya 

dönməmiş, Daşkənddə qalmışdır.

1966-cı  ildə  Daşkənddə  olan  güclü 

zəlzələ nəticəsində yaşadıqları ev dağıl-

dığına  görə  Bakıya  qayıtmışlar.  Uzun 

illərin təqibi və ağır məhrumiyyətlər bu 

kübar  xanımı  vaxtından  əvvəl  qocalt-

mışdı. Bakıya dönən Cahan xanım bir il 

sonra, 1967-ci il mart ayının 1-də vəfat 

etmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin