Orta məktəb üzrə fənn müəllimləri üçün



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix03.02.2017
ölçüsü1,23 Mb.
#7410
  1   2   3   4   5   6   7   8   9   10   11

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

XƏZƏR UNİVERSİTƏSİ



 

 

 

 

 

 

 

Orta məktəb üzrə fənn müəllimləri  üçün

 

 ixtisasartırma təhsilinin 2-ci modulu üzrə

 

 

 



Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə



 

təlim kursunun iştirakçilari üçün

 

 

 

TƏLİM  MATERİALI

 

 

 

 

 

 

 



 

 

 



Abdulla Qəhrəmanov 

Milli Kurikulum üzrə təlimçi 

e-mail: abdullaqehreman@gmail.com 

   


abdullaqehreman@yahoo.com 

telefon: (+99450) 3503920 

   

 (+99477) 3503920 



 

 

 

 

Bakı - 2012

2

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

MÜNDƏRİCAT 

 

GİRİŞ ............................................................................................................................................... 4 



1. 

TARİXİ MƏLUMAT ............................................................................................................. 5 

2. 

AZƏRBAYCANDA KURİKULUM ..................................................................................... 6 

3. 

KURİKULUM NƏDİR ........................................................................................................ 10 

4. 

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU ................................. 11 

4.1. 

Kurikulum  islahatını zəruri edən səbəblər ................................................................... 11 

4.2. 

“Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin  

əsas  xüsusiyyətləri ....................................................................................................................... 11 

4.2.1. 

Ümumi təhsilin məzmunu ............................................................................................ 11 

4.2.2. 

Ümumi təhsilin idarə olunması ................................................................................... 12 

4.2.3. 

Ümumi təhsilin infrastrukturu ................................................................................... 12 

4.2.4. 

Ümumi təhsilin maddi-texniki və tədris bazası ......................................................... 12 

4.2.5. 

Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri .............................. 12 

4.2.6. 

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ... 13 

4.3. 

Təhsil proqramı (kurikulum) .......................................................................................... 13 

4.4. 

ÜMUMİ TƏHSİLİN SƏVİYYƏLƏRİ ÜZRƏ TƏLİM NƏTİCƏLƏRİ ..................... 14 

4.4.1. 

İbtidai təhsil üzrə ümumi təlim nəticələri .................................................................. 14 

4.4.2. 

Ümumi orta təhsil üzrə ümumi təlim nəticələri ......................................................... 14 

4.4.3. 

Tam orta təhsil üzrə ümumi təlim nəticələri ............................................................. 15 

4.4.4. 

Ümumi orta təhsil səviyyəsində məzmun standartları.............................................. 16 

4.5. 

Kurikulumun əsas xüsusiyyətləri .................................................................................... 20 

4.6. 

Milli Kurikulumun strukturu ......................................................................................... 21 

4.6.1. 

Milli kurikulumdan fənn kurikulumuna keçid ......................................................... 21 

4.6.2. 

Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri ............................ 22 

4.6.3. 

Fənn kurikulumunun strukturu ................................................................................. 23 

4.6.4. 

Fənnin məqsədi və məzmunu ...................................................................................... 23 

4.6.5. 

Məzmun standartının quruluşu .................................................................................. 31 

5. 

MÜASİR KURİKULUMLAR VƏ YENİ TƏLİM STRATEGİYALARI ...................... 34 

5.1. 

Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblər ............................................................ 34 

5.2. 

Təlim fəaliyyətinin planlaşdırılması ............................................................................... 34 

5.2.1. 

Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən 

bacarıqlar ...................................................................................................................................... 34 

5.2.2. 

Gündəlik planlaşdırma nümunəsi............................................................................... 35 

5.2.3. 

Təlim strategiyaları nədir? Təliminin təşkilinə verilən əsas tələblər ...................... 39 

5.2.4. 

T ə l i m     ü s u l l a r ı ................................................................................................. 41 

6. 

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ YENİ QİYMƏTLƏNDİRMƏ 

MEXANİZMLƏRİNİN TƏTBİQİ ............................................................................................. 46 

6.1. 

Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər ..................................... 46 

6.2. 

Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər ........ 46 

6.3. 

Konsepsiyanın yaradılması üçün zəruri səbəblər ......................................................... 47 

6.4. 

Əsas qiymətləndirmə növləri ........................................................................................... 47 

6.4.1. 

Beynəlxalq qiymətləndirmən ....................................................................................... 48 

6.4.2. 

Milli qiymətləndirmə .................................................................................................... 48 

6.4.3. 

Məktəbdaxili qiymətləndirmə növləri ........................................................................ 48 

6.4.4. 

Diaqnostik qiymətləndirmə ......................................................................................... 49 

6.4.5. 

Formativ qiymətləndirmə ............................................................................................ 50 

6.4.6. 

Summativ qiymətləndirmə .......................................................................................... 53 

6.4.7. 

Qiymətləndirmə standartlarının və qiymətləndirmə vasitələrinin hazırlanması ... 55 

7. 

YENİ DƏRSLİK KOMPLEKTLƏRİN ƏSAS TƏRKİB HİSSƏLƏRİ .......................... 59 

8. 

TEZAURUS .......................................................................................................................... 60 

3

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

9. 

Dərs dinləmə vərəqi .............................................................................................................. 62 

10. 

TƏHSİLƏ DAİR  FƏLSƏFI BAXIŞLAR ...................................................................... 64 

Formativ qiymətləndirmə jurnalı ............................................................................................... 66 

Məktəbli kitabçası ........................................................................................................................ 68 

 


4

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

GİRİŞ 

Azərbaycan təhsil sisteminə 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya daxil olmuşdur. 

Bu “Kurikulum” (İslahatın başlanğıcında “Kurrikulum” adlanırdı. Bu söz Azərbaycan dilinin ahəng 

qanunlarına  uyğun  gəlmədiyi  üçün  dilçilər  bu  termini  “Kurikulum”  kimi  istifadə  etməyi  təklif 

ediblər) pedaqoji terminologiyası idi. Daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə 

başlamışdır. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri 

özündə  əks  etdirən  konseptual  sənəddir.  Kurikulumun   əsasını   təhlil,  tərtib,  tətbiq,  və 

qiymətləndirmə təşkil edir.  

Kurikulum  müasir  dərs  modelinin  əsas  çərçivələri  üzrə  fənlər  kursunun  hər  bir  bölməsinin 

məqsədini,  məzmununu,  tədris-təlim  fəaliyyətini,  nailiyyətlərini,  onların  qiymətləndirilməsini  əks 

etdirir. 

Qlobal  dünyanın  informasiya  bolluğu  şəraitində  məktəbin,  təhsilin  vəzifələri  dəyişir.  Ağılın, 

intellektin  inkişaf  etdirilməsi  ön  plana  keçir.  Dünyanın  təhsil  məkanında  sadəcə  bilik,  bacarıqlar 

deyil, dəyərlər, səriştələr şəxsiyyətin inkişafında mühüm atributlar kimi qiymətləndirilir və bugünkü 

təhsilin keyfiyyət göstəriciləri kimi qəbul edilir. Belə bir zamanda Azərbaycan da müstəqillik əldə 

etmiş  ölkələrdən  biri  kimi  bütün  sahələrdə,  o  cümlədən  təhsildə  islahatlar  aparır.  Müstəqil 

Azərbaycanın  memarı  ulu öndər Heydər Əliyev  demişdir:  "İndi  təhsil sistemində islahatların əsas 

məqsədi  ondan  ibarətdir  ki,  Azərbaycan  təhsil  sistemi  dünya  təhsil  sisteminin  standartlarına 

uyğunlaşsın". 

 

 



5

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

1.

 

TARİXİ MƏLUMAT 

“Kurikulum” (curriculum)  latın  sözü olub,  lügəvi  mənası  “kurs”,  “elm”, “yol”, “qaçış” deməkdir. 

Bu söz ingiliscə-rusca lügətlərdə “təlim kursu”, “tədris planı”, “proqram” kimi izah olunur.  

Curriculum  sözünə  ilk  dəfə  Leyden  (1582-ci  il)  və  Qlazqo  (1633-cü  il)  şəhərlərinin 

universitetlərinin sənədlərində rast gəlir. 

Bəzi alimlərin qeyd etdikləri kimi, 1876-cı ildən etibarən ondan bir termin kimi istifadə olunmağa 

başlanmışdır.  İlk  fənn  kurikulumları  1918-ci  ildə  ABŞ-da  meydana  gəlmışdir.  Ötən  əsrin  70-ci 

illərindən sonra kurikulum nəzəriyyəsi formalaşmışdır. Azərbaycanda bu termindən keçən əsrin 90-

cı illərinin axırlarından başlayaraq istifadə olunur. İlk dəfə “The Oxford English Dictionary” (OED-

Oxford İngilis dili Lüğəti) leksikoqrafik termin kimi bu sözü işlədib. Mənası, “İcbari tədris kursu və 

ya tədris müəssisəsində hazırlıq” deməkdir. 

Kurikulum  dünyanın  mütərəqqi  təhsil  modellərindən  biri  olmaqla  hazırda  geniş  miqyasda  tətbiq 

olunur. Avropa ölkələrində kurikuluma təhsilin əsasını təşkil edən sənəd kimi yanaşılır. Konseptual 

sənəd  kimi  onun  məzmununda  standartlar,  zəruri  minimum,  təhsil  alanların  hazırlığına  qoyulan 

tələblər,  texnologiya  və  qiymətləndirmə  məsələləri  əhatə  edilir.  Əslində  bu  məsələlərin  hər  biri 

kurikulumda onun tərkib hissəsi mühüm komponentləri kimi ehtiva olunur. Həmin komponentlərin 

bir-biri  ilə  qarşılıqlı  əlaqəsi,  hər  hansı  birinin  digərini  tamamlaması,  onun  məntiqi  davamı  olması 

vacib tələb kimi gözlənilir. 

 

 


6

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

2.

 

AZƏRBAYCANDA KURİKULUM 

Hazırda  Azərbaycan  özünün  təhsil  sistemini  dünyanın  ən  mütərəqqi  ölkələrinin  təhsil 

prinsiplərindən  istifadə  etməklə  təkmilləşdirir,  məzmun  və  struktur  dəyişiklikləri  aparır.  İnsanın 

həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli fəaliyyət göstərir. 

Azərbaycanda təhsil sahəsində islahatlar məhz bu məntiqə uyğun olaraq pillə-pillə aparılır.  

Azərbaycan  Respublikasının  Prezidenti  möhtərəm  İlham  Əliyev  cənabları  demişdir:  "Bütün  işlər 

məhz məktəbdən  başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları 

bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir". 

Azərbaycanın tarixində artıq tələbyönümlü bir təhsil sistemi formalaşır. Cəmiyyətimizin ehtiyac və 

tələbatlarına uyğun belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə, humanistləşdirmə, 

inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi 

nəzərə alınır. Şəxsiyyətin maraq və ehtiyaclarını, arzu və istəklərini əsas götürməklə təhsil alanların 

mənafeyinə  xidmət  göstərmək  ön  plana  çəkilir.  Beləliklə,  təhsilin  bütün  sahələrində  dönməz 

xarakterə  malik,  ardıcıl  və  sistemli  işlərə  rəvac  verilir.  O  cümlədən  kurikulum  islahatları  elmi 

əsasda məqsədyönlü, planlı şəkildə aparılır. 

Kurikulum  islahatları Azərbaycan hökuməti  ilə Dünya  Bankının Beynəlxalq  İnkişaf Assosiasiyası 

arasında  bağlanmış  ilk   Kredit  Sazişi  əsasında  başlayıb.  15  iyun  1999-cu  il  tarixdə  "Azərbaycan 

Respublikasının  təhsil  sahəsində  İslahat  Proqramı"  təsdiq  olunmuşdur.  1999-cu  ildən  bünövrəsi 

qoyulan  bu  islahatın  öyrədici  innovasiya  mərhələsində  ümumtəhsilin  vəziyyətinin  araşdırılması, 

gələcək  fəaliyyətlər  üçün  istiqamətlərin  müəyyənləşdirilməsi,  pilot  müəssisələrin  təşkili, 

mütəxəssislərə  kurikulumların  hazırlanması  sahəsində  zəruri  bacarıqların  aşılanması  və  sair 

sahələrdə  işlər  görülüb.  Beynəlxalq  və  milli  səviyyəli  mütəxəssislər  tərəfindən  ümumi  təhsil 

sistemində  aparılan  araşdırmalar  birbaşa  onun  mövcud  durumunu  müəyyənləşdirməyə  yönəlib. 

Xüsusən  inzibati  amirlik  sistemindən  çıxan  bir  ölkə  kimi  Azərbaycanda  təlim-tərbiyə  işinin 

xarakterik cəhətləri öyrənilib. 

Təhsil  sahəsində  İslahat  Proqramı  1999-2013-cü  illəri  əhatə  edir.  Kurikulum  islahatı  təhsil 

islahatının əsas istiqamətlərindən biridir. 

 

Təhsil islahatlarının mərhələləri 



Mərhələ 

Dövr 


Məzmunu 

I mərhələ 

1999-2003 

öyrədici-innovativ 

II mərhələ 

2004-2007 

hazırlıq 

III mərhələ 

2008-2013 

tətbiqetmə 

 

Həmin  araşdırmalarda  birmənalı  şəkildə  belə  qənaət  hasil  edilmişdir  ki,  Azərbaycanda  ümumi 



təhsil,  əsasən,  lüzumsuz  olaraq  elmlərin  əsaslarının  öyrədilməsinə  yönəlib  və  şagirdlərin  həyati 

bacarıqlara  yiyələnməsi  üçün  istiqamətləndirilməsi  imkanları  məhdudlaşıb.  Bundan  əlavə, 

qloballaşan dünyanın prinsiplərinin əksi olaraq fənlərə daha çox fundamental biliklər mənbəyi kimi 

baxılıb. Onların inkişafetdirici, tərbiyəvi imkanlarına zəif diqqət yetirilib. Ona görə də ümumi təhsil 

kurikulumlarının yenidən hazırlanması təklif olunub. 

Beləliklə,  öyrədici  innovasiya  mərhələsində  görülmüş  işlər  Dünya  Bankının  rəhbərliyi  tərəfindən 

rəğbətlə qarşılandığından 2003-2013-cü illəri əhatə edən, iki mərhələdə həyata keçirilməsi nəzərdə 

tutulan və birinci mərhələdə 5 komponentdən ibarət olan ikinci layihə müəyyənləşdirilib. "ümumi 

orta  təhsilin  keyfiyyəti  və  real  tələbatlara  uyğunluğu"  adlı  birinci  komponentin  alt-

komponentlərindən biri kimi "Kurikulum islahatı" təsdiq olunub. 

Təcrübə göstərir ki, təlimin məqsəd, məzmun, forma, metod və vasitələrdən ibarət sistemi həmişə 

aparıcı  olsa  da,  ona  yanaşmalar  müxtəlif  olmuşdur.  Sadalanan  vacib  komponentlərin  strateji  bir 



7

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

xətdə  əlaqələnməsi,  uyğun  prinsiplərə  tabe  olmaması  onların  mənimsənilməsini  çətinləşdirmiş  və 

tətbiq imkanlarını məhdudlaşdırmışdır. Kurikulum modelinə müraciət olunması onların bir məcraya 

gətirilməsinə, bir xətt üzrə qurulmasına imkan yaratmışdır. Nəticədə komponentlərin şəbəkəli vahid 

strukturu  əmələ  gəlmişdir.  Başqa  sözlə,  təhsildə  müxtəlif  fəaliyyətlərin  məzmununu  əhatə  edən 

xüsusi  sənəd  meydana  çıxmışdır.  Bu  sənədin  özəlliyi  ondadır  ki,  o,  təlimin  məzmununu, 

strategiyalarını, qiymətləndirmə mexanizmlərini və sairi birləşdirməklə konseptual xarakter daşıyır. 

Bütün resursların yaradılmasında, təlim prosesinin təşkili və aparılmasında baza rolunu oynayır və 

dərslikləri  tərtib  edənlərdən  başlayaraq  ta  təlim  prosesində  qiymətləndirmə  ilə  məşğul  olan  bütün 

mütəxəssislərə qədər insanların fəaliyyətini istiqamətləndirir. 

Bəs kurikulumlar necə hazırlanır? Onların müəllifi kimlərdir? 

Təhsil kurikulumlarının hazırlanması ağır bir prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən olan 

insanlar  (mütəxəssislər,  müəllimlər,  valideynlər,  şagirdlər  və  b.)   cəlb  edilirlər.  Dünyada 

kurikulumların  yaradılması  işi  ilə  xüsusi  qurumlar  məşğul  olur.  Həmin  qurumlar  öz  ətrafına  fəal 

qüvvələri  toplayaraq  cəmiyyətin  tələbatlarına  uyğun  məzmun  və  texnologiyalar  sistemi 

hazırlayırlar. 

Bəzən  təhsil  kurikulumlarının  bir  və  ya  bir  neçə  şəxs  tərəfindən  hazırlanmasının  mümkünlüyü 

barədə mülahizələr söylənilir. Bu, əvvəlki təhsil proqramları üçün xas olan xüsusiyyətlərdir. Həmin 

proqramlar  təklifyönümlü  olduğundan  bir  və  ya  bir  neçə  nəfərin  subyektiv  mülahizəsi  kimi  irəli 

sürülərək istifadəyə verilirdi. 

Təhsil kurikulumları isə maraqlı olan tərəflərdən (mütəxəssislər, müəllimlər, valideynlər, şagirdlər) 

ibarət  daha çox insanın münasibətini əhatə etməklə obyektiv xarakter daşıyır. Ona görə də dünya 

ölkələrində  təhsil  kurikulumlarının  hazırlanmasında  işçi  qruplarından  və  onların  fəaliyyət 

mexanizmlərindən ibarət texnologiyalara müraciət olunur. 

Azərbaycanda da kurikulumlar hazırlanarkən belə bir texnologiyaya istinad edilmişdir. 2005-ci ildə 

Təhsil  Problemləri  İnstitutunun  strukturunda  Kurikulum  Mərkəzi  yaradılmış,  həmin  vaxtdan 

respublikada kurikulum hərəkatı başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi bu hərəkata qoşularaq 

kurikulumların  hazırlanması  istiqamətində  müzakirələrin  iştirakçısına  çevrilmiş  və  400-ə  qədər 

üzvü  olan  23  işçi  qrupunun  ətrafında  birləşərək  kurikulumların  hazırlanması  prosesinə 

qoşulmuşdur. Dünya Bankının prosedurlarına əsasən seçilmiş 95 nəfər milli məsləhətçi, kurikulum 

və  qiymətləndirmə  sahəsində  beynəlxalq  miqyasda  tanınmış  Hollandiyanın  "CİTO  QROEP" 

təşkilatı kurikulumların hazırlanmasında məsləhətçilik xidmətləri göstərmişlər. 

Beləliklə,  "Azərbaycan  Respublikasında  ümumi  təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu)" 

sənədinin 2006-cı ildə, I-IV siniflər üçün fənn kurikulumlarının 2007-ci ildə ilk dəfə hazırlanaraq 

təsdiq olunması respublikamızın təhsil həyatında hadisəyə çevrilmişdir. 

Kurikulumlar hazırlanarkən, ilk növbədə, dünyanın ABŞ, Rusiya, Hollandiya, Avstraliya, İngiltərə, 

Finlandiya, İsveç, Türkiyə, Kanada, Moldova, Qazaxıstan və başqa ölkələrin bu sahədə təcrübələri 

diqqətlə  öyrənilmiş,  təhlillər  aparılmışdır.  İşçi  qruplarında  müzakirələr  keçirilmişdir.  Obyektiv 

qərarların qəbul olunması diqqət mərkəzində saxlanılmışdır. 

İşçi  qrupları  tərəfindən  hazırlanan  kurikulumların  layihə  variantları  dəfələrlə  müzakirə  olunaraq 

mərhələ-mərhələ  respublikanın  pedaqoji  mətbuatında - "Azərbaycan  müəllimi",  "Təhsil 

problemləri"  qəzetlərində  dərc  edilərək  oxucuların  və  pedaqoji  ictimaiyyətin  mühakiməsinə 

verilmişdir.  Yeri  gəlmişkən  qeyd  etmək  lazımdır  ki,  kurikulumların  layihə  variantları  ilə  bağlı 

Təhsil Nazirliyinə minlərlə təklif göndərilmişdir. Həmin təkliflərdə müəllimlər kurikulumları təqdir 

etməklə ona münasibət bildirmiş, məzmun standartlarını məqsədəuyğun saymış, layihə variantının 

təkmilləşdirilməsi üçün zəruri hesab etdikləri təkliflərini irəli sürmüşlər. 

Eyni  zamanda  kurikulumlar  ABŞ,  Avstraliya,  Hollandiya  kimi  xarici  ölkələrdəki  bu  işlə  məşğul 

olan  qurumlara,  mütəxəssislərə  rəyə  göndərilmiş,  onlar  tərəfindən  müsbət  qiymətləndirilmişdir. 



8

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

Beynəlxalq  ekspertlər  hazırlanmış  yeni  kurikulumları  inkişaf  etmiş  Avropa  ölkələrinin 

kurikulumları səviyyəsinə uyğun sənədlər kimi qiymətləndirmişlər. 

Artıq dörd ildir ki, fənn kurikulumlarının tətbiqinə başlanılmışdır.  

Fənn  kurikulumları  mahiyyət  etibarilə  cəmiyyət  üçün  hərtərəfli  inkişaf  etmiş  şəxsiyyətin 

formalaşmasına  imkan  yaradan,  cəmiyyətin  tələblərinə  cavab  verən  mühüm  təhsil  sənədi  kimi 

nəticəyönümlü,  şəxsiyyətyönümlü  və  inteqrativ  xarakter  daşıyır.  Onların  məzmunu  şagird 

fəaliyyətinin  ardıcıl  olaraq  izlənməsinə,  nailiyyətlərin  müntəzəm  şəkildə  qiymətləndirilməsinə 

imkan  yaradır,  təlim  prosesi  ilə  gözlənilən  nəticə  arasında  əks-əlaqə  mexanizminin  qurulmasını 

təmin edir. 

Dünya  pedaqoji  fikrində  kurikulumlar  nəzəri  və  praktik  cəhətdən  geniş  öyrənilmiş,  xüsusi 

nəzəriyyələr  formalaşmışdır.  Azərbaycan  da  öz  fəaliyyətimizdə  onlara  istinad  etmişdir.  Heç 

şübhəsiz,  bu  barədə  respublikamızda  fundamental  pedaqoji  araşdırmaların  aparılmasına,  təhsil 

sahəsindəki  fəaliyyətlərin  xarakteri,  onlar  arasındakı  əlaqə  və  münasibətlər,  kurikulumların 

konseptuallığı  və  inteqrativliyi,  məzmun  standartlarının  komponentləri,  bilik  və  fəaliyyət,  onlar 

arasında  əlaqə  və  bağlılıq  kimi  mahiyyətyönümlü  məsələlərin  öyrənilməsinə  ehtiyac 

yaranmaqdadır.  Bu  problemlər  konseptual  xarakter  daşıyır  və  müasir  didaktikanın  nəzəri 

məsələlərindən biri kimi özünün tədqiqatçılarını gözləyir. 

Bu gün kurikulumlarda yer tutan məzmun standartları şəxsiyyətyönümlü təhsilin nəticələri olmaqla 

inteqrativ xarakter daşıyır və dəyərləri ifadə edir. Bu  dəyərlər uşaqların ümumi inkişafını, intellekt 

səviyyəsini müəyyənləşdirmək imkanı yaradır.  

Kurikulumlar  elmi  əsasda,  sistemli  olaraq  hazırlanmış  yeni  təhsil  sənədləridir.  Tətbiq  edildikcə, 

təbii olaraq, onların təkmilləşdirilməsi istiqamətində mülahizələr yaranır.  

 

Təhsil islahatları ilə bağlı dövlət sənədləri 



İl 

Sənədin adı 

Təsdiqi 

1999 


Azərbaycan Respublikasının təhsil sahəsində İslahat 

Proqramının təsdiq edilməsi haqqında. 

ARPS. 15 iyun 1999. 

№ 168  


2003 

 “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında 

yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət 

Proqramı” 

ARPF. 20 fevral 2003. 

№  


2003 

Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin 

tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris 

avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı – 

2003-2007 

ARPF. 2003. 

2004 

 “Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət 



Proqramı (2004-2008-ci illər)” 

ARPS. 2004. №  

2005 

2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri şəbəkəsində 



pedaqoji kadrlarla təminat üzrə Dövlət Proqramı 

ARPF. 2005. 

2005 

Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan 



(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə 

əlaqədar Dövlət Proqramı-2005-2009 

ARPF. 2005. 

2005 


Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan 

(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə 

əlaqədar Dövlət Proqramı-2005-2009 

ARPF. 2005. 



9

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

İl 


Sənədin adı 

Təsdiqi 


2005 

Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə 

təminatı Proqramı   2005-2007 

ARPF. 2005. 

2006 

Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən 



uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ 

qayğı Dövlət Proqramı – 2006-2015 

ARPF. 2006. 

2006  Dərsliklə təminat Proqramı – 2006-2015 

ARPF. 2006. 

2006 


Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq 

potensialının inkişafı üzrə Dövlət Proqramı – 2006-2010 

ARPF. 2006. 

2006 


Azərbaycan Respublikasının ümumi təhsilin konsepsiyası   

(Milli Kurrikulumu) 

ARNKQ. 3 iyun 2010. 

№ 103 


2008 

 “2008-2015-ci illərdə Azərbaycan Respublikasında 

yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” 

ARPS.  15 sentyabr 2008. 

№  

2009 


 “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə 

sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 

ARPF. 14 aprel 2009.   

2009 


Azərbaycan Respublikasının ümumi təhsil sistemində 

Qiymətləndirmə Konsepsiyası.  

ARNKQ. 

13 yanvar 2009. № 9 



2009  Təhsil haqqında Azərbaycan Respublikasının qanunu.  

ARP. 19 iyun 2009. 

2010 

"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları 



(kurikulumları)"nın təsdiq edilməsi haqqında 

ARNKQ. 


3 iyun 2010. № 103 

2011 


Ümumi təhsil məktəblərində və ilk-peşə ixtisas təhsili 

müəssisələrində təhsilalanların qiymətləndirilməsi və yekun 

dövlət attestasiyasının aparılması qaydaları 

ARTNQ. 


3 may 2011. № 736 

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin