Orta məktəb üzrə fənn müəllimləri üçün


"Riyaziyyat" fənni üzrə şagird



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix03.02.2017
ölçüsü1,23 Mb.
#7410
1   2   3   4   5   6   7   8   9   10   11

"Riyaziyyat" fənni üzrə şagird: 

 

ölçmə  və  hesablama  ləvazimatlarından  istifadə  edir,  şifahi,  yazılı  formada  dəqiq  və  ya 



təqribi hesablamalar aparır; 

 

simvollarla ifadə olunmuş cəbri dildən istifadə edir; 



 

rasional  ifadələr  üzərində  eynilik  çevrilmələri  aparır,  xətti  və  kvadrat  tənlikləri,  xətti 

bərabərsizliklər sistemini həll edir; 

 

funksiya  anlayışından  və  qrafiklərdən  real  asılılıqların  öyrənilməsində  və  şərhində  istifadə 



edir; 

 

müstəvi fiqurlarının və sadə fəza cismlərinin xassələrini praktik həndəsi məsələlərin həllində 



tətbiq edir, sadə həndəsi qurmalar və ölçmələr aparır; 

 

riyazi və statistik məlumatları toplayır, araşdırır, sistemləşdirir və nəticəsini təqdim edir; 



 

statistika və ehtimal əsasında hadisənin başvermə mümkünlüyünü proqnozlaşdırır; 

 

mühakimələrini  məntiqi  əsaslandırır,  yazılı  və  şifahi  nitqində  fikirlərini  dəqiq,  aydın  və 



yığcam ifadə edir; 

 

müxtəlif həyati məsələlərin həllində riyazi bilikləri tətbiq edir; 



 

fəaliyyətini  layihələndirir,  onların  əsasında  alqoritmlər  qurur,  nəticələri  yoxlayır  və 

qiymətləndirir. 

"İnformatika" fənni üzrə şagird: 

 

informasiya  və  kommunikasiya  texnologiyalarının  müasir  cəmiyyətdə  rolunu  və 



əhəmiyyətini şərh edir; 

 

gündəlik həyatda və məişətdə lazım olan məsələləri kalkulyator rejimində həll edir; 



 

kompüterdə istifadə olunan əməliyyat sistemini tənzimləyir; 

 

mətn  redaktorunda  sadə  olmayan  mətnləri  yığır  və  formatlaşdırır,  mətnə  müxtəlif 



yaddaşlardan şəkillər daxil edir; 

 

qrafik  redaktorda  müəyyən  çətinlik  dərəcəsinə  malik  şəkillər  hazırlayır,  şəklin  atributlarını 



dəyişdirir, onlara müvafiq mətnlər daxil edir; 

 

obyektin xassələrini, parametrlərini və mühitini təyin edir, obyektlər sistemini təsnif edir; 



 

obyektin informasiya modelini qurur və onun təbii modelini təsvir edir

 

informasiyanın xassələrini, kodlaşdırılmasını, qəbul edilməsini və ötürül mə sini nümunələr 



əsasında izah edir; 

18

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

şəbəkə  növləri  vasitəsilə  məlumatları  axtarır,  toplayır,  sistemləşdirir  və  onlardan 



məqsədyönlü istifadə edir; 

 

müxtəlif təqdimatlar hazırlayır və nümayiş etdirir; 



 

elektron cədvəllərdən istifadə etməklə, yeni sənədlər tərtib edir; 

 

müxtəlif şəbəkə növlərindən, şəbəkənin işini təmin edən proqram təminatından istifadə edir, 



sadə "Web" səhifələr yaradır. 

"Azərbaycan tarixi" fənni üzrə şagird: 

 

tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah 



edir; 

 

sivilizasiyaların  formalaşmasında,  dünya  mədəniyyətinin,  incəsənətinin  in  kişafında 



Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini şərh edir; 

 

tarixi  fakt  və  hadisələrə,  tarixi  şəxsiyyətlərə  və  onların  fəaliyyətinə  müna  sibət  bildirir, 



onları müvafiq dövr baxımından qiymətləndirir. 

"Ümumi tarix" fənni üzrə şagird: 

 

tarixi  dövrləri  və  sivilizasiyaları  xarakterik  əlamətlərinə  görə  fərqləndirir,  tarixi 



şəxsiyyətləri,  hadisələri  və  faktları  dövr  baxımından  qiymətləndirir,  onlara  münasibət 

bildirir; 

 

tarixi  paralellər  aparmaq  yolu  ilə  ayrı-ayrı  dövlətlərin  inkişaf  tendensiyalarını,  ictimai, 



iqtisadi, siyasi prosesləri müqayisə edir, nəticə çıxarıb mülahizələrini şərh edir; 

 

müxtəlif tarixi mənbələri araşdırmaqla, lazımi materialları toplayıb sistemləşdirir və təqdim 



edir. 

"Fizika" fənni üzrə şagird: 

 

təbiət  hadisələrini  xarakterinə  görə  qruplaşdırır  və  onların  başvermə  səbəblərini  fiziki 



qanunlar əsasında izah edir; 

 

təbiət hadisələrinin qanunauyğunluqları haqqında məlumatlar toplayır, onları ümumiləşdirib 



şərh edir; 

 

fiziki  hadisələri  müşahidə  edir,  nəticələri  ümumiləşdirir  və  onlar  haqqında  mülahizələrini 



təqdim edir; 

 

fiziki  kəmiyyətləri  ölçür  və  nəticələrindən  gündəlik  həyatda  tətbiq  üçün  istifadə  edir,  bu 



prosesdə təhlükəsizlik qaydalarına əməl edir; 

 

fizika  elminin  cəmiyyətin  sosial-iqtisadi  tərəqqisində  rolu  və  əhəmiyyəti,  görkəmli  fizik-



alimlərin yaradıcılığı barədə təqdimatlar edir. 

"Kimya" fənni üzrə şagird: 

 

kimyəvi hadisələrin mahiyyətini dərk etmək üçün müşahidələr və təcrübələr aparır, alınmış 



nəticələr əsasında onlara münasibət bildirir; 

 

maddələrin quruluşunu, xassələrini, onların çevrilməsinin səbəblərini izah edir; 



 

maddələrin çevrilməsini tətbiq və idarə edir; 

 

ətraf  aləmə  həssas  və  qayğıkeş  münasibət  nümayiş  etdirir,  müşahidə  etdiyi  hadisələri 



ümumiləşdirib təqdim edir; 

 

kimya  sahəsində  görkəmli  alimlər  və  onların  xüsusi  əhəmiyyətə  malik  elmi  kəşfləri, 



nailiyyətləri haqqında məlumatların ötürülməsi və yayılmasında iştirak edir. 

 

 

19

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

"Biologiya" fənni üzrə şagird: 

 

canlılar  aləmini  təşkil  edən  varlıqları  səciyyəvi  xüsusiyyətlərinə  görə  müqayisə  edir,  bu 



barədə mülahizələrini şərh edir; 

 

bioloji  varlıqlarda  baş  verən  dəyişiklikləri  müşahidə  edir,  nəticələri  ümumiləşdirir,  onları 



şərh edir; 

 

canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir; 



 

bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər heyvanların bəslənməsi 

və onlardan məhsul alınması texnologiyasını məişətdə tətbiq edir; 

 

fiziki,  kimyəvi,  bioloji  amillərin  canlı  varlıqlara  mənfi  təsiri  barədə  nəzəri  biliklərdən 



ekoloji problemlərin aradan qaldırılmasında istifadə edir; 

 

zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı profilaktik tədbirlər görür. 



"Coğrafiya" fənni üzrə şagird: 

 

təbii mühiti təşkil edən komponentlərin əsas xüsusiyyətlərini, təbiətdəki coğrafi hadisələrin 



başvermə  səbəblərini  və  yerləşmə  qanunauyğunluqlarını  izah  edir,  onların  əsasında 

müqayisələr aparır, nəticələri ümumiləşdirir, yazılı və şifahi təqdim edir; 

 

coğrafi  təbəqənin  əhəmiyyətini  və  onun  mühafizəsinin  həyat  üçün  vacibliyini  müvafiq 



dəlillər əsasında şərh edir; 

 

 müxtəlif  şərait  və  vəziyyətlərdə  ətraf  mühitin  öyrənilməsində  coğrafi  cihazlardan  istifadə 



edir; 

 

müəyyən  ərazinin  kartoqrafik  təsvirini  verir,  xəritə  və  plan  üzrə  təhlillər  aparır,  xəritədən, 



coğrafi  məlumatlardan,  statistikadan  istifadə  edərək,  müvafiq  hesablamalar  aparır  və 

nəticələrə dair diaqramlar, cədvəllər qurur; 

 

Azərbaycanın,  eləcə  də  müxtəlif  ölkələrin  təbiəti,  təbii  ehtiyatları,  əhalisi,  iqtisadi  inkişaf 



meyilləri  haqqında  əlavə  məlumatlar  toplayır,  sistemləşdirir,  onların  əsasında  təqdimatlar 

edir. 


"Həyat bilgisi" fənni üzrə şagird: 

 

müvafiq  normativ  hüquqi  sənədlərdə  təsbit  olunmuş  insan  hüquq  və  azadlıqlarına  dair 



müddəaların  mahiyyətini  konkret  tarixi  hadisələrin,  faktların,  ədəbi  əsərlərin  nümunəsində 

şərh edir, özünün və başqalarının hüquqlarına hörmətlə yanaşdığını nümayiş etdirir; 

 

zərərli vərdişlərin  insan  həyatı üçün təhlükəli olduğunu və  ağır nəticələr verdiyini konkret 



nümunələr əsasında şərh edir, sağlam həyat tərzi keçirdiyini gündəlik fəaliyyətində nümayiş 

etdirir; 

 

həyat fəaliyyətinin təhlükəsizliyi qaydalarına yiyələndiyini yazılı və şifahi təqdimatlarında, 



təlim-məşq tədbirlərində nümayiş etdirir; 

 

mənəvi-əxlaqi mövzulara həsr olunmuş müzakirələrdə, diskussiya-larda və digər tədbirlərdə 



müvafiq  problemlərlə  bağlı  rəy  və  mülahizələrini  bildirir,  hadisə  və  faktları  mahiyyətinə 

görə qiymətləndirməklə şəxsi mövqeyini və münasibətini büruzə verir; 

 

gündəlik həyatda iqtisadi səmərəliliyə dair kiçik layihələr qurur, onları təqdim və tətbiq edir



 

təbiət  və  cəmiyyət  hadisələri  ilə  bağlı  qanunauyğunluqların  mahiyyətini  izah  edir,  həmin 

məsələlərlə  əlaqədar  bu  fənn  daxilində  əldə  etdiyi  məlumatları  digər  fənlərdəki  eyni 

məzmunlu məlumatlarla müqayisə edir, onları sistemləşdirir və ümumiləşdirmələr aparır. 



"Texnologiya" fənni üzrə şagird: 

 

müstəqil  həyatda  zəruri  sayılan  ilkin  texniki  və  texnoloji  bilikləri  tətbiq  edir,  təhlükəsizlik 



texnikası  qaydalarına  riayət  etməklə,  gündəlik  məişətdə  vacib  olan  texnoloji  işləri  yerinə 

yetirir, sadə məmulatlar hazırlayır; 



20

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

sadə  layihələr  tərtib  edib  onları  həyata  keçirir,  məmulatların  hazırlanmasında  dizayn 



tələblərinə əməl edir, mürəkkəb olmayan təmir-tikinti işlərini yerinə yetirir; 

 

texnoloji 



proseslərə 

aid 


informasiyaları 

toplayıb 

sistemləşdirir, 

məmulatların 

hazırlanmasında onlardan istifadə edir; 

 

şəraitə və təbii imkanlara uyğun olaraq becərmə, bəsləmə, tədarük və emaletmə bacarıqlarını 



nümayiş etdirir; 

 

əmək fəaliyyətini planlaşdırır və idarə edir; 



 

iş prosesində birgəfəaliyyət bacarıqlarını nümayiş etdirir. 



"Fiziki tərbiyə" fənni üzrə şagird: 

 

ayrı-ayrı hərəki qabiliyyətlərinin inkişafı üçün hərəkətlər kompleksi seçir və onları müvafiq 



rejim və üsullarla yerinə yetirir; 

 

fiziki hazırlığını təkmilləşdirmək və sağlamlığını möhkəmləndirmək üçün vasitə və tədbirlər 



müəyyənləşdirib  icra  edir,  hərəki  qabiliyyətləri  üzrə  müəyyən  edilmiş  normativləri  yerinə 

yetirir; 

 

hərəki fəaliyyət prosesində müvafiq təhlükəsizlik qaydalarına, tibbi-gigiyenik tələblərə, gün 



rejiminə əməl edir; 

 

kollektiv fəaliyyət zamanı öz yerini və rolunu müəyyənləşdirir, zəruri məqamlarda qabaqcıl 



və  həlledici  mövqe  tutur,  hərəki  potensialını  reallaşdırır,  əməkdaşlıq  bacarıqlarını  nümayiş 

etdirir. 



"Musiqi" fənni üzrə şagird: 

 

Azərbaycanın  görkəmli  klassik  və  müasir  musiqi  xadimləri,  dünya  musiqi  sənətinin  ta 



nınmış nümayəndələri, onların geniş yayılmış məşhur əsərləri haqqında təqdimatlar edir; 

 

folklor musiqi nümunələrini, aşıq havalarını, muğamları və onların tərkib hissələrini tanıyır, 



musiqi  əsərlərini  ifa  vasitələrinə  görə  müqayisə  edir,  onları  janr  və  formasına  görə 

fərqləndirir; 

 

musiqi əsərlərini melodik, ritmik və poetik xüsusiyyətlərinə görə təhlil edir; 



 

musiqi melodiyalarını notla oxuyur; 

 

fərdi, qrup və kollektiv daxilində ifaçılıq bacarığını nümayiş etdirir. 



"Təsviri incəsənət" fənni üzrə şagird: 

 

təsviri incəsənətin cəmiyyət həyatında əhəmiyyətini izah edir; 



 

Azərbaycanın,  dünya  incəsənətinin  görkəmli  nümayəndələri  və  onların  əsərləri  haqqında 

məlumatları şərh və təqdim edir

 

təsviri  sənət  növlərini,  onları  təşkil  edən  əsas  janrları  ayırır,  bunların  xarakterik 



xüsusiyyətlərini izah edir; 

 

həyati görüntüləri real, habelə abstrakt tərzdə təsvir edir; 



 

bədii sənət əsərlərini milli-üslubi cəhətlərinə görə müqayisə və izah edir; 

 

bədii tərtibat və dizayn bacarıqlarını nümayiş etdirir. 



 

4.5.

 

Kurikulumun əsas xüsusiyyətləri 

Kurikulum  konseptual  sənədinin  qəbul  olunması  ilə  Azərbaycan  təhsil  sistemində  müasir 

qiymətləndirmədən istifadə olunmağa başlandı. Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmə 

ilə müqayisədə bir sıra üstünlükləri nəzərə çarpır: 



21

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

Ənənəvi qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət 



almaq  xatirinə  oxuyurdu.  Müasir  qiymətləndirmədə  isə  qiymətləndirmə  təhsilin 

keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır. 

 

Ənənəvi  qiymətləndirmə  zamanı  cari  qiymətləndirmə  formalizmə  gətirib  çıxarırdı.  Bunun 



əksinə  olaraq  müasir  qiymətləndirmədə  cari  qiymətləndirilmənin  aradan  qaldırılması  

qiymətləndirmənin obyektivliyini təmin edir. 

 

Ənənəvi 


qiymətləndirmədə 

əsasən 


bilik 

səviyyəsi 

qiymətləndirilirdi. 

Müasir 


qiymətləndirilmədə isə şagirdin nailiyyəti qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir. 

Ənənəvi  qiymətləndirmədə  qiymətləndirmə  standartları  mövcud  deyil.  Müasir 

qiymətləndirmədə  isə  məzmun  standartlarının  mənimsənilməsi  səviyyəsini  ölçmək  üçün 

qiymətləndirmə standartları müəyyənləşdirilmişdir. 

 

  

Həftəlik dərs saatlarının maksimum miqdarı 



  

Tədris dilləri 

ibtidai təhsil səviyyəsi I-IV 

siniflər 

ümumi orta təhsil 

səviyyəsi 

V-IX siniflər 

tam orta təhsil səviyyəsi X-XI 

siniflər 

yekun 

I-XI siniflər 

  

Azərbaycan dili 



91/8 

149/15 


66/8 

306/31 


Digər dillər 

99/8 


159/15 

70/8 


328/31 

Qeydlər: 

1.  Kəsrin  surətindəki  ədəd  dərs  saatlarının,  məxrəcindəki  ədəd  isə  dərsdənkənar  məşğələ  saatlarının  miqdarını  əks 

etdirir. 

2. Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından digər fənnin (fənlərin) tədrisinə ayrıla bilər. 

  

12.1. Ümumi təhsil  müəssisələrində  siniflər şagirdlərin sayı 20 nəfər olmaqla  müəyyən edilir. Zəruri hallarda  ümumi 



təhsil müəssisələrində mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, siniflər şagirdlərin sayı 20 nəfərdən az olmaqla 

müəyyən edilə bilər. 

 

4.6.

 

Milli Kurikulumun strukturu 

 



Ümumi təhsilə və ümumi təhsilli şəxsə verilən tələblər 

 



Ümumi təhsilin məzmun standartları 

 



Ümumi təhsil müəssisələrində fənlər üzrə həftəlik dərs saatlarının miqdarı 

 



Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri 

 



Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsı  

 



Fənn kurikulumlarının strukturu  

 

4.6.1.



 

Milli kurikulumdan fənn kurikulumuna keçid 

 

 



 

 

 



 

 

 



 

 

 



Təhsil səviyyələri 

 və fənlər  

üzrə ümumi təlim  

nəticələri 

Milli Kurikulumda 

Fənn kurikulumunda 

Siniflər 

üzrə ümumi təlim  

nəticələri 

  

22

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

4.6.2.



 

Fənn kurikulumlarının səciyyəvi cəhətlərinin müqayisəli təsviri 

Ənənəvi təhsil proqramı 

Müasir  kurikulum 

Bilikyönümlüdür 

Şəxsiyyətyönümlüdür 

Fənyönümlüdür 

Nəticəyönümlüdür 

Təklifyönümlüdür 

Tələbyönümlüdür 

Fəndaxili və fənlərarası  əlaqə məqsədyönlü 

və sistemli xarakter daşımır. 

İnteqrativlik əsas prinsip kimi qəbul 

olunub. 

Bəzi fənlər üzrə qiymət  normaları müəyyən 

edilib. 

Qiymətləndirmə standartları və 

mexanizmləri müəyyən edilib. 

 

Ş



Ş

ə

ə

x

x

s

s

i

i

y

y

y

y

ə

ə

t

t

y

y

ö

ö

n

n

ü

ü

m

m

l

l

ü

ü

l

l

ü

ü

k

k

 

 

Təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyətləri əsasında həyati bacarıqlarını inkişaf 

etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. 

Ş

Ş

a

a

g

g

i

i

r

r

d

d

y

y

ö

ö

n

n

ü

ü

m

m

l

l

ü

ü

l

l

ü

ü

k

k

 

 

Təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, 

istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına xidmət etməsidir. 

N

N

ə

ə

t

t

i

i

c

c

ə

ə

y

y

ö

ö

n

n

ü

ü

m

m

l

l

ü

ü

l

l

ü

ü

k

k

 

 

Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən 

edilməsidir.  

Ü

Ü



m

m

u



u

m

m



i

i

 



 

t

t



ə

ə

h



h

s

s



i

i

l



l

i

i



n

n

 



 

p

p



i

i

l



l

l

l



ə

ə

s



s

i

i



n

n

i



i

i

i



 

 

s



s

ə

ə



v

v

i



i

y

y



y

y

ə



ə

l

l



ə

ə

r



r

 

 



ü

ü

z



z

r

r



ə

ə

 



 

t

t



ə

ə

l



l

i

i



m

m

 



 

n

n



ə

ə

t



t

i

i



c

c

ə



ə

l

l



ə

ə

r



r

i

i



 

 

Fənlər üzrə ümumi təlim nəticələri 



İ

İ

b



b

t

t



i

i

d



d

a

a



i

i

 



 

Ü

Ü



m

m

u



u

m

m



i

i

 



 

o

o



r

r

t



t

a

a



 

 

T



T

a

a



m

m

 



 

o

o



r

r

t



t

a

a



 

 

İ



İ

b

b



t

t

i



i

d

d



a

a

i



i

 

 



Ü

Ü

m



m

u

u



m

m

i



i

 

 



o

o

r



r

t

t



a

a

 



 

 

T



T

a

a



m

m

 



 

o

o



r

r

t



t

a

a



 

 

 



S

S

i



i

n

n



i

i

f



f

l

l



ə

ə

r



r

 

 



ü

ü

z



z

r

r



ə

ə

 



 

t

t



ə

ə

l



l

i

i



m

m

 



 

n

n



ə

ə

t



t

i

i



c

c

ə



ə

l

l



ə

ə

r



r

i

i



 

 


23

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin