Orta məktəb üzrə fənn müəllimləri üçün



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix03.02.2017
ölçüsü1,23 Mb.
#7410
1   2   3   4   5   6   7   8   9   10   11

Planlaşmanın növləri 

Perspektiv 

Gündəlik 

Təlim strategiyaları 

 

Təlimin təşkilinə verilən 



əsas tələblər   

Forma və üsullar 

Təlim fəaliyyətinin 

planlaşdırılması  

 


35

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

6.

 



Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin  növlərini  müəyyənləşdirmək. 

 

 

Nümunəvi perspektiv planlaşdırma sxemi 

Tədris 

vahidi 

Mövzu 

Standartlar 

İnteqrasiya 

Resurslar 

Qiymətləndirmə 

Saat 

Tarix 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Perspektiv planlaşdırma aparmaq məqsədilə müəllim üçün zəruri hesab edilən bacarıqlar 

 

Məzmun standartlarına  əsasən dərslikdəki  tədris vahidi və mövzular üzrə dəqiqləşmələr 



aparmaq.  

 

Tədris vahidlərinin  və mövzuların ardıcıllığını müəyyənləşdirmək. 



 

İnteqrasiya imkanlarını müəyyən etmək. 

 

Əlavə resurslar seçmək.  



 

Mövzulara görə məqsədyönlü  vaxt bölgüsü aparmaq. 

 

Mövzuya görə nailiyyətlərin qiymətləndirilməsinin  növlərini  müəyyənləşdirmək. 



 

Planlaşdırma ilə əlaqədar tövsiyələr 

 

Standartlar qrupuna əlavə standartlar daxil edə bilər.  



 

Mövzuları dəyişə və ya  artıra bilər. 

 

İnteqrasiya üçün əlavə imkanlar müəyyən edə bilər.  



 

Əlavə resurslar seçə bilər. 

 

Mövzular üzrə vaxt  bölgüsündə dəyişikliklər edə bilər. 



 

 

5.2.2.

 

Gündəlik planlaşdırma nümunəsi 

 

Mövzu:  



 

Standart: 

 

Məqsəd:  



 

İnteqrasiya:  

 

İş forması:  



 

İş üsulları:   

 

Resurslar:   



 

Dərsin mərhələləri: 

 

Motivasiya, problemin qoyuluşu 



 

Tədqiqatın aparılması 

 

Məlumat mübadiləsi 



 

Məlumatların müzakirəsi 

 

Problemin həlli  



 

Nəticələrin çıxarılması 

 

Ev tapşırığı  



 

Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər) 

 

Refleksiya 



 

 


36

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

FƏAL DƏRSIN QURULUŞU 

ƏNƏNƏVI DƏRSIN QURULUŞU 

1. Motivasiya (problemin qoyulması, 

fərziyyələrin irəli sürülməsi) 

1. Ev tapşırığının yoxlanılması 

2. Tədqiqatın aparılması (fərziyyələri yoxlamaq 

üçün tapşırıqları həll etmə prosesində 

məlumatların, faktların axtarılması və 

toplanılması) 

2. Öyrənilən mövzuların sorğusu (frontal 

və fərdi sorğu) 

3. Məlumat mübadiləsi (əldə edilmiş 

məlumatların təqdim olunması) 

3. Yeni mövzuya dair mühazirə (yeni 

mövzunun izahı) 

4. Məlumatın müzakirəsi və təşkili (məlumatın 

müzakirəsi, təsnifi, əlaqələndirilməsi) 

4. Aydın olmayan məsələlərin açıqlanması 

və  dəqiqləşdirilməsi 

5. Nəticələrin çıxarılması (nəticələrin 

fərziyyələrlə müqayisəsi və onların təsdiq 

olunub-olunmaması haqqında nəticənin 

çıxarılması) 

5. Yeni dərsin möhkəmləndirilməsi üçün 

sual və tapşırıqlar 

6. Yaradıcı tətbiqetmə 

6. Reproduktiv (təkraredici) tətbiq etmə 

7. Qiymətləndirmə və Refleksiya (hər 

mərhələdə aparıla bilər) 

7. Qiymətləndirmə 

1.

 

Motivasiya 

Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən  vasitədir.  

Fəal dərsdə motivasiya dərsin vacib komponentidir -təfəkkür prosesini hərəkətə gətirən və 

şagirdlərin idrak fəallığına təkan verən prosesdir.  

Motivasiya - Psixoloji amil kimi  hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir. 

Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini 

işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir. 



Motivasiyanın yaradılmasına təsir edən amillər 

 

Motivasiya qismində istifadə olunan materialın xüsusiyyətləri cəlbedicidir, qeyri-adidir, 



müəmmalıdır, gözlənilməzdir, marağı və müstəqil təfəkkürü  şövqləndirməyə qadirdir; 

 

Materialın təqdim olunma üsulları və formaları; 



 

Fərziyyələri yoxlama və təqdimat aparma imkanının mövcudluğu; 

 

Yaradıcılıq imkanı; 



 

Müəllim tərəfindən  bələdçilik (yönəldici suallar, fərziyyələrin irəli sürülməsi zamanı 

həvəsləndirmə və dəstəklənmə); 

 

Əvvəlki məsələlərdə fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübəsi. 



2.

 

Tədqiqatın aparılması 

Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən,  habelə qoyulan tədqiqat 

sualına cavab verməyə kömək edə biləcək faktları tapmağa imkan yaradır. 

Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və 

yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.  


37

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

Tədqiqatın aparılması zamanı müəllim aşağıdakı bilik, bacarıq və vərdişlərə malik olmalıdır. 

 

Tədqiqatın aparılması üzrə metodların  seçiminə, 



 

İşin qrup şəklində və digər formada təşkili və aparılmasına, 

 

Tədqiqatın aparılması qçün tapşırıqların və bilik mənbələrinin  seçilməsinə, 



 

İş vərəqlərinin hazırlanmasına. 

 

3.

 

lumat (İnformasiya) mübadiləsi 

 

Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın 



mübadiləsini aparırlar. 

 

 Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin 



təqdimatını fəal dinləməyə sövq edir.  

 

Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik 



xarakter daşıyır. 

 

Yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə 



gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır. 

4.

 

Məlumatın müzakirəsi və təşkili 

 

Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, 



yaradıcı) səfərbərliyini tələb edir.  

 

Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş 



faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir. Informasiyanın təşkili 

bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına   və onların sistemləşdirilməsinə 

yönəldilir.  

 

Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumat 



sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər. 

5.

 

Nəticələrin çıxarılması 

 

Şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və 



ümumiləşdirməni aparır 

 

 Şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı 



ilə   və irəli sürülmüş fərziyyələrlə   müstəqil olaraq tutuşdurmalıdır.  

 

  Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları 



bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir. 

6.

 

Yaradıcı tətbiqetmə 

 

Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. 



 

 Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.  

 

Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun 



həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür. 

7.

 

Ev tapşırıqları 

 

ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini 

güdən sərbəst iş formasıdır  

 

ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri ( müxtəlif yaradıcı işlər, 



referatlar, layihələr, tədqiqatlar, modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir; 

 

lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan 



fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır; 

 

şagirdlər yuixarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır. 



38

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

8.

 

Qiymətləndirmə 

 

Qiymətləndirmə- istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir.  



 

9.

 

Refleksiya 

 

Refleksiya – artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası 

biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə 

imkan verən başlıca mexanizmlərdən biridir.  



 

 

 

 

 

39

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

5.2.3.

 

Təlim strategiyaları nədir? Təliminin təşkilinə verilən əsas tələblər 

 

Kurikulumun  tərkib  hissələrindən  biri  tədris  strategiyalarıdır.  O  təlimin  yeni  konsepsiyası  və 



tədrisin strukturu ilə əlaqədardır.  

Təlimə müasir baxışlar konstruktivist və situativ təlim konsepsiyalarına əsaslanır. Bilik əsasən sabit 

obyekt  kimi  qəbul  olunmur,  o,  fərdin  obyektə  dair  təcrübələri  əsasında  formalaşdırılır. 

Konstruktivist  baxışa  görə,  təlim  konstruktiv  prosesdir  və  bu  proses  zamanı  şagird  biliyin  daxili 

mənzərəsini,  yəni  təcrübənin  şəxsi  interpretasiyasını  yaradır.  Bu  cür  təsvir  davamlı  olaraq 

dəyişikliyə açıqdır, onun strukturu və əlaqələndirilməsi digər bilik strukturları üçün əsas təşkil edir. 

Təlim elə bir aktiv prosedir ki, onun mənası təcrübə əsasında tamamlanır.  

Təlim ilə bağlı situativ baxış  sosial, mədəni, tarixi və siyasi kontekstdə fəal iştirak vasitəsilə həyata 

keçirilir.  Bu  baxışa  görə,  təlim  ortaq  fəaliyyət  metodlarına  malik  qruplara  və  cəmiyyətə  nüfuz 

etməklə  kollektiv  təlimə  çevrilir.  Fərdlər  hər  hansı  qrupun  üzvünə  çevrilməklə  getdikcə  müvafiq 

qrupun  inam  və  fəaliyyətini  mənimsəyirlər.  Modelləşdirmə,  müzakirə  və  qərar  qəbuletmə  kimi 

situativ  birgə  fəaliyyətlər  aktiv  iştirakın  mühüm  elementi  ortaq  təcrübələrə  əsaslanan  dialoq 

vasitəsilə dəstəklənir.  

Konstruktivist  və  situativ  baxışa  görə,  təlim  real  həyati  şəraiti  əks  etdirən  zəngin  məzmun 

kontekstində baş verməlidir, bunun üçün konstruktiv proses həyata keçirilməli və məktəbdənkənar 

mühitə də sirayət  etməlidir. Burada əsas elementlər idraki təlim, real həyati problemlərin həlli ilə 

bağlı əməkdaşlığın əks etdirilməsi və məsələ həlli zamanı mümkün metod və üsullardan istifadənin 

təmin olunmasıdır. Məzmun sahəsi üzrə düşünmə prosesinin sürətləndirilməsində şagirdin nümayiş 

etdirdiyi  effektivlik  onun  təlimi  üçün  ölçü  rolunu  oynayır.  Belə  yanaşmada  əsas  çətinlik  təlimə 

nəzarəti şagirdə doğru yönəldərkən əmələ gəlir. Bu zaman təlimin xüsusiyyəti (situativ, interaktiv) 

və  biliklərin  təbiəti  (perspektiv,  şərti,  ilkin  və  inkiaşf  etmiş)  nəzərə  alınaraq  təlim  məqsədləri 

şagirdlərin  özlərinin  hiss  etdikləri  ehtiyaclara  görə  təyin  olunmalı,  nəzərdə  tutulan    fəaliyyətlər 

onların  yaşadığı  dünya  kontekstinə  uyğun  formalaşdırılmalı,  şəxsiyönümlü  zəruri  qabiliyyətlərin 

aşılanması üçün şagirdlər yoldaşları ilə birgə işləməli, aparılan  qiymətləndirmələr isə müntəzəmlik 

və irəliləyiş baxımından təhlilə əsaslanmalıdır. 

Milli Kurikulum çərçivə sənədi  yeni təlim üsullarının əsas prinsiplərini əks etdirir və bu prinsiplər 

bütövlükdə  təlimin  yeni  konsepsiyası  ilə  əlaqədardır.  Bu  konsepsiyaya  görə  təlim  prosesi 

əvvəlcədən  müəyyənləşdirilmiş  nəticələrə  əsaslanır  və  bu  prosesdə  müəllim  əlaqələndirici, 

istiqamətverici  və  məsləhətverici  subyekt  kimi,  şagirdlər  isə  müstəqil,  tədqiqatcı  subyekt  kimi 

fəaliyyət  göstərir.  Bu  zaman  təlimin  və  tədrisin  yeni  konsepsiyasının,  başqa  sözlə  standartlar 

şəklində  ifadə  olunmuş  təlim  nəticələrinin  məqsədəuyğun  şəkildə  reallaşması  üçün  müəllim 

aşağıdakı prinsiplərə əməl etməlidir: 

Müasir dövrdə riyaziyyat təliminə qoyulan tələblər aşağıdakılardır: 

Dərsdə həyata keçirilən təlim-tərbiyə, proseslərin ideya siyasi səviyyəsi dövrün, zamanın tələblərinə 

cavab  verməlidir.  Gənclərdə    vətəninə,  xalqına  və  hökumətinə  dərin  məhəbbət  hissləri 

aşılanmalı,sağlam mənəviyyət formalaşdırılmalıdır, yeni insan tərbiyə edilməlidir. 

Öyrədilən tədris materialının məzmunu yüksək elmi səviyyədə olmalı, riyaziyyat elminin inkişafını 

göstərməlidir. Müəllim tədris olunan mövzu ilə bağlı  ən son yenilikləri şagirdlərə çatdırmalı, lakin 

bu zaman lazım olmayan materiallarla onları yükləməməlidir. 

Hər  bir  dərsin  məqsədləri  (inkişafetdirici,  öyrədici,  tərbiyəedici)  əvvəlcədən  dəqiq 

müəyyənləşdirməli,  dərsin  quruluşu  və  bütün  mərhələlərin  reallaşdırılması  həmin  məqsədlərə  nail 

olmağa yönəldilməlidir. 

Müəllim  dərsdə  elə  təlim  metodları  və  təlim  üsullarından  istifadə  etməlidir  ki,  onlar  həm  dərsin 

məqsədlərinin həyata keçirilməsinə və təlimin məzmununa müvafiq olsun, həm də şagirdlərin idrakı 



40

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

fəallığını,  təfəkkürünü  və  hafizəsini  inkişaf  etdirsin,  onlarda  axtarıcılıq,  tədqiqat  aparmaq  həvəsi 

yaratsın. 

Müasir dərsə verilən mühüm tələblərdən biri də dərsdə şagirdlərin müstəqil işlərə cəlb olunmasıdır. 

Müasir dərslər İKT ilə təciz olunmalı və onlardan dərsin məqsədinə uyğun istifadə olunmalıdır. 

Dərsdə  mümkün  olan  fəndaxili  və  fənlərarası  inteqrasiyadan  geniş  istifadə  olunmalı,    yeni 

materialın öyrədilməsi inteqrativ formada aparılmalıdır. 

Dərsin  bütün  mərhələləri  bir-birini  tamamlamalı,  hər  mərhələyə  ayrılan  vaxt  düzgün 

müəyyənləşdirilməli,  həm  müəllimdə,  həm  də  şagird  də  vaxtdan  qənaət  etmək  vərdişi 

yaradılmalıdır. 

Müasir  dərsin  mühüm  tələblərindən  biri  də  şagirdlərin  bilik  və  bacarıqlarının  inkişafına  nəzarət 

etmək,  onların  səviyyəsini  qiymətləndirməkdir.  Bunun    üçün  sistematik  şəkildə  cari  və  dövrü 

yoxlamalar  (Şifahi  və  yazılı)  keçirilməli,  nəticələr  təhlil  olunmalı,  şagirdlərin  özünə  və 

valideynlərinə  çatdırılılmalıdır. 

 Dərsdə meribançılığa və qarşılıqlı hörmətə söykənən işgüzar mühit yaradılmalıdı, şagirdlər azad və 

rahat şəraitdə fəaliyyət göstərməlidirlər. 

Mövcud  kurikulumunun  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  biliklərin  mənimsənilməsi  prosesi 

müəllimin rəhbərliyi altında onların şagirdlərə ötürülməsi ilə müşayət edilir. 

Nəticəyönümlü  standartlarla  müəyyənləşdirilən    təlim  prosesində  şagirdlərin  fənn  üzrə  bilik  və 

bacarıqlara yiyələnmələri üçün pedaqogika elminin müəyyən etdiyi müxtəlif təlim texnologiyaları, 

onların  ayrı-ayrı  metodik  elementlərindən  istifadə    edilməklə  yanaşı,  şagirdlərin  yaş  və  psixoloji 

xüsusiyyətlərinə uyğun gələn müasir üsullardan və texnologiyalardan istifadə edilməlidir. Belə ki, 

interaktiv  metod  və  üsullar  şagirdlərin  maraqlarını  təmin  etməklə  fəallığının  artmasına,  birgə 

fəaliyyət bacarıqlarının inkişafına gətirib çıxaracaq. 



 

 

 

 



 

 

 



 

 

Təlim strategiyaları – tədris prosesində  istifadə olunan formaüsulvasitə və  yanaşmaların 

məcmusudur. 

 

Təlim məqsədlərinin düzgün müəyyənləşdirilməsinin şərtləri: 

 

Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi 



 

Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi  



 

Məzmun standartında biliyin kateqoriyalarının müəyyən edilməsi (deklarativ, prosedural, 



kontekstual) 

 



Məzmun standartında bacarığın xüsusiyyətinin müəyyən edilməsi (idraki, emosional, 

psixomotor) 

 

Biliyin kateqoriyası və bacarığın xüsusiyyətlərinin təlim məqsədində əks etdirilməsi 



 

Şagird nailiyyətinin qiymətləndirilməsinin üsul və vasitələrinin seçilməsi 



 

 

MƏQSƏD

 

 

NƏTİCƏ 

STRATEGİYA 

41

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

 

 



Kollektivlə iş 

Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlərdə 

ünsiyyətyaratma bacarığının  təşəkkülü və inkişafı təmin edilir. 

 

Qruplarla iş 

Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların  müzakirə 

etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir. 

 

Cütlərlə iş 

Şagirdlər təlim tapşırıqlarını birgə  yerinə yetirirlər. Bu dərs forması  şagirdlərə daha yaxından  

əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır.  

 

Fərdi iş 

Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək  

məqsədi daşıyır.  Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır. 

 

 

 



5.2.4.

 

 T ə l i m     ü s u l l a r ı 

Kurikulumda  müəyyənləşdirirlmiş  standartlara  uyğun  bilik  və  bacarıqların  formalaşdırılması  üçün 

riyaziyyat  təlimində  ənənəvi  təlim  metodları  ilə  yanaşı  aşağıdakı  interaktiv  üsulların  istifadəsi 

tövsiyə olunur: 

 

beyin həmləsi (əqli hücum),  



 

Bibö; 


 

müzakirə; 

 

Venn diaqramı; 



 

Klaster; 

 

Anlayışın çıxarılması 



 

Suallar, 

 

Problemli  vəziyyət və s. 



 

Beyin həmləsi 

Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi 

yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan  istifadə olunur. Hazırlanmış 

sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən 

fikirlərini bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra 

söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar  yekunlaşdırılır, 

şagirdlər söylənmiş fikirləri  təhlil edir, qiymətləndirir.  

 

 

Təlim formaları 

 

Kollektivlə



  

(bütöv siniflə)  iş 

 

Qruplarla   



(kiçik kollektivlə) 

 

 

Cütlərlə iş 

 

Fərdi iş

 


42

 

Milli kurikulum 



Abdulla Qəhrəmanov 

Akvarium 

Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya 

dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini 

dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər. 



   “Akvarium” un keçirilməsinin 2-ci  variantı: 

“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci  variantdan 

fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər. 

    Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz 

əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici  və  daxili dairədən 

olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün 

diskussiya aparırlar. 

Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil. 



Auksion 

Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında 

təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır. 

Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, 

iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər bir-

birini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir. 

Nümunə: 

Riyaziyyat  dərsində müəllim 7 ədədinin tərkibini  keçərkən sinfə “7 ədədini necə aldınız? “ sualını  

verməklə  auksion keçirir. 

Müəllim üçün məlumat 

 Mümkün olan cavablar: 

1) 6+1=7           4) 5+2=7 

2)  4+3=7       5) 3+4=7 

3) 2+5=7             6) 1+6=7  7) 

1+1+1+1+1+1+1=7 

Oyunda axırıncı mümkün  cavabı verən şagird “Auksion”u qazanır. 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin