XÜsusi TƏHSİl və Əlavə TƏHSİL Əhatə olunan məsələlər



Yüklə 319.86 Kb.
Pdf просмотр
səhifə1/3
tarix07.12.2016
ölçüsü319.86 Kb.
  1   2   3

XÜSUSİ TƏHSİL VƏ ƏLAVƏ TƏHSİL 

 

Əhatə olunan məsələlər: 

 

           1.Sağlamlıq imkanları məhdud şəxslərin təhsili . 



 

  2.İnklüziv təhsilin əsas xüsusiyyətləri, prinsirləri  və xüsusi təhsilə ehtiyacı olan                                                                  

şagirdlərlə pedaqoji işin təşkili . 

   3. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi  

 (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı barədə. 

    4. Əlavə təhsil. 



 

 1. Sağlamlıq imkanları məhdud şəxslərin təhsili 

(xüsusi təhsil) 

 

1. Xüsusi təhsil haqqında anlayış. 

Xüsusi  şərait  yaradılmadan  təhsil  almasında  çətinliklər  yaranan  fiziki 

çatışmazlığı,  əqli  və  (və  ya)  psixi  ləngimələri  olan  şəxs  sağlamlıq  imkanları 

məhdud  şəxs,  xüsusi  şərait  yaratmaqla  sağlamlıq  imkanları  məhdud  şəxslərin 

məktəbəqədər,  ümumi  və  peşə-ixtisas  təhsili  isə  xüsusi  təhsil  adlanır.  Xüsusi 



şərait dedikdə, sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, so-

sial və digər xidmətləri alması üçün yaradılmış şərait başa düşülür. Xüsusi təhsilin 

məqsədi  sağlamlıq  imkanları  məhdud  şəxslərə  zəruri  bilik,  bacarıq  və  vərdişlər 

aşılamaqla  onların  cəmiyyətə  uyğunlaşmasını,  o  cümlədən  özünəxidmət 

vərdişlərinin  yaradılmasını,  əmək  fəaliyyətinə  və  ailə  həyatına  hazırlanmasını 

təmin etməkdən ibarətdir. 



1.1. Xüsusi təhsil sahəsində dövlətin vəzifələrinə daxildir

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanları nəzərə alınmaqla 

dövlət hesabına təhsil almalarına təminat verilməsi; 

-  xüsusi  təhsil  sahəsində  məqsədli  dövlət  proqramlarının  hazırlanması  və 

həyata keçirilməsi; 

- xüsusi təhsilin dövlət standartlarının müəyyən olunması; 

- xüsusi təhsilin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi; 

- sağlamlıq imkanları məhdud şəxslərin bacarıq və imkanlarına uyğun peşələr 

üzrə hazırlıq almalarına şərait yaradılması; 

- sağlamlıq imkanları məhdud şəxslərin peşə-ixtisas təhsili almalarına təminat 

verilməsi; 

-  xüsusi  təhsil  sahəsində  kadrların  hazırlanması,  yenidən  hazırlanması  və 

ixtisaslarının artırılmasına təminat verilməsi; 

-  xüsusi  təhsili  həyata  keçirən  müəssisələrin  maddi-texniki  bazasının 

möhkəmləndirilməsi. 

1.2.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin  xüsusi  təhsil  sahəsində 

hüquqları aşağıdakılardır

 



psixoloji-tibbi-pedaqoji  komissiyada  və  tibbi-sosial  komissiyada  pulsuz 

müayinə olunmaq; 

 



psixoloji-tibbi-pedaqoji 

komissiyanın  rəyinə  uyğun  olaraq  fiziki 

çatışmazlığı  (insanın  fiziki  inkişafında  və  (və  ya)  bədən  üzvünün  (üzvlərinin) 

fəaliyyətində  çatışmazlıqlar,  xroniki  somatik  və  yolxucu  xəstəliklər  nəticəsində 

yaranmış  müvəqqəti,  yaxud  daimi  çatışmazlıq),  əqli  və  (vəya)  psixi  ləngimələri 

(əqli  çatışmazlıq  mərkəzi  sinir  sisteminin  zədələnməsi  nəticəsində  təfəkkürdə  və 

yaddaşda olan çatışmazlıqdır; psixi ləngimə psixi inkişafın ləngiməsi, o cümlədən 

nitq  qüsurları,  emosional-iradi  mühitin  pozuntuları  və  autizm  başa  düşülür) 

olanların pulsuz psixoloji- tibbi- pedaqoji korreksiyası; 

 



psixoloji-tibbi-pedaqoji  komissiyanın  qərarına  əsasən  xüsusi  təhsilin 

müvafiq tədris proqramları üzrə məktəbəqədər və ümumi təhsil almaq; 

 

müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyənləşdirdiyi  qaydada  xüsusi 



təhsil almaq; 

 



təhsil və peşə hazırlığı başa çatdıqda müvafiq işlə təmin olunmaq. 

1.3.  Sağlamlıq  imkanları  məhdud  şəxslərin  valideynlərinin  və  ya  digər 

qanuni  nümayəndələrinin  xüsusi  təhsil  sahəsində  hüquq  və  vəzifələri 

aşağıdakılardır

 

psixoloji-tibbi-pedaqoji  komissiya  tərəfindən  aparılan  müayinədə,  müayinə 



nəticələrinin 

müzakirəsində 

və 

xüsusi 


təhsil 

müəssisəsinin 

tipinin 

müəyyənləşdirilməsində iştirak etmək; 

 

psixoloji-tibbi-pedaqoji  komissiyanın  qərarından  qanunvericiliklə  müəyyən 



olunmuş qaydada şikayət etmək; 

 

fərdi  tədris  proqramları  ilə  tanış  olmaq  və  onların  həyata  keçirilməsində 



iştirak etmək; 

 

xüsusi təhsil müəssisələri ilə bağlı məsləhətlər almaq; 



 

sağlamlıq  imkanları  məhdud  şəxslərin  valideynləri  və  ya  digər  qanuni 

nümayəndələri onların ümumi təyinatlı təhsil müəssisələrində təhsil almaları üçün 

qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarına 

və təhsil müəssisələrinə müraciət etməyə borcludurlar. 

1.4.  Sağlamlıq  imkanları  məhdud  aşağıdakı  şəxslər  təhsil  aldıqları 

məktəbəqədər,  xüsusi  təhsil  müəssisələrində,  internat  tipli  xüsusi  təhsil 

müəssisələrində,  o  cümlədən  ümumi  tipli  internat  məktəblərin  xüsusi  təhsil 

bölmələrində tam dövlət təminatındadırlar; karlar və zəif eşidənlər; korlar və zəif 

görənlər;  ağır  nitq  qüsurları  olanlar;  dayaq  hərəkət  aparatının  funksiyaları 

pozulanlar; əqli cəhətdən geri qalanlar (debillər, imbisillər); emosional-iradi sahədə 

və  davranışlarında  nəzərə  çarpan  ağır  pozuntuları  olanlar;  psixi  inkişafın  ləngliyi 

ilə  əlaqədar  təlimdə  çətinlik  çəkənlər;  mürəkkəb  çatışmazlıqları  (fiziki 

çatışmazlığın, əqli və (və ya) psixi ləngimələrin məcmusu) olanlar. 

2. Xüsusi təhsilin təşkili. 

Xüsusi təhsil xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində, xüsusi 

şərait  yaradılan  ümumi  təyinatlı  təhsil  müəssisələrində  Azərbaycan 

Respublikasının qanunvericiliyində müəyyən edilmiş formalarda həyata keçirilir. 



2.1.  Sağlamlıq  vəziyyətinə  görə  təhsil  müəssisələrində  təhsil  almaq  imkanı 

olmayan  şəxslərin  təhsili  müvafiq  təhsil  müəssisəsi  vasitəsilə  evdə  təşkil  edilir. 



Evdə  təhsil  almaq  hüququ  verən  xəstəliklərin  siyahısı  və  evdə  təhsilin  təşkili 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 



2.2.  Sağlamlıq  imkanları  məhdud  şəxslər  tibb  müəssisələrində  uzunmüddətli 

(21  gündən  artıq)  stasionar  müalicədə  olarsa,  müvafiq  icra  hakimiyyəti  orqanı 

psixoloji-tibbi-pedaqoji  komissiyanın  qərarı  əsasında  onların  müvafiq  ümumi 

tədris proqramlarına uyğun  təhsil  almalarını  təşkil  edir. Stasionar  şəraitdə təhsilin 

təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

2.3.  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq  sağlamlıq 

imkanları  məhdud  şəxslərin  psixoloji-tibbi-pedaqoji  və  ya  tibbi-sosial  ekspert 

komissiyasının  qərarına  əsasən  xüsusi  şərait  yaradılan  ümumi  təyinatlı  təhsil 

müəssisələrində  təhsil  almaq  hüququ  vardır.  Təhsil  müəssisələrinin  rəhbərliyi 

sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmət təşkil 

etməlidir. 



2.4.  Təhsil  müəssisəsində  psixoloji-pedaqoji  və  tibbi  göstərişlərə  (əks 

göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisədə 

sağlamlıq  imkanları  məhdud  şəxslər  üçün  inteqrasiya  təlimli  təhsil  təşkil  edilir. 

İnteqrasiya  təlimli  təhsil  müəssisəsinin  rəhbərliyi  şəxslərdə  fiziki  çatışmazlıq, 

yaxud  konkret  bir  peşə  (ixtisas)  üzrə  məhdudiyyət  barədə  əks  göstəriş  yoxdursa, 

onların  qəbuluna  etiraz  edə  bilməz.  İnteqrasiya  təlimli  təhsil  müəssisələrində  təh-

silin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

2.5. Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər 

üçün yaradıla bilər: 

-  nitq  pozulmaları  (ağır  nitq  qüsurları,  nitqin  fonetik-fonematik  ləngliyi, 

kəkələmə və ya ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar; 

- eşitmə pozulmaları olanlar (karlar, zəif eşidənlər və sonradan karlaşanlar); 

- görmə pozulmaları olanlar (korlar, zəif görənlər, çəpgözlər və s.); 

-  əqli  (psixi)  pozuntuları  (əqli  cəhətdən  geri  qalanlar,  psixi  inkişaf  ləngliyi, 

ağır əqli geriliyi) olanlar; 

-  dayaq-hərəkət  aparatının  funksiyalarının  pozuntuları  və  skalioz  xəstəliyi 

olanlar; 

- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar; 

- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar; 

- xroniki somatik xəstəlikləri olanlar. 

Tədris  proqramlarının  uğurla  mənimsənilməsinə  maneçilik  olmadıqda 

müxtəlif  fiziki  çatışmazlıqları  və  (və  ya)  psixi  ləngiməsi  olanlar  üçün  təhsil  eyni 

xüsusi  təhsil  müəssisəsində  həyata  keçirilə  bilər.  Xüsusi  təhsil  müəssisələri 

haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

2.6. Mürəkkəb və ağır çatışmazlıqları olan şəxslərin təlimi və (və ya) tərbiyəsi 

ilə  əlaqədar  müxtəlif  profilli  reabilitasiya  mərkəzləri  yaradılır.  Reabilitasiya 

mərkəzlərinin  əsas  vəzifəsi  sağlamlıq  imkanları  məhdud  şəxslərdə  ünsiyyət, 

özünəxidmət  və  sadə  əmək  vərdişlərini  formalaşdırmaq,  çatışmazlıqların 

korreksiyasını  və  fərdi  təhsil  proqramları  üzrə  məşğələləri  təşkil  etməkdir. 

Reabilitasiya  mərkəzlərində  məşğələlər  fərdi  və  qrup  təlim  proqramlarına  əsasən, 

hər qrupda  10, mürəkkəb  çatışmazlığı olanlar  üçün  isə  6 nəfərdən  çox  olmayaraq 

təşkil edilir. Reabilitasiya mərkəzləri haqqında əsasnamə müvafiq icra hakimiyyəti 



orqanı tərəfindən təsdiq edilir. 

2.7.  Tərbiyəvi  xarakterli  tədbirlərə  ehtiyacı  olan  11  yaşdan  14  yaşına  qədər 

sağlamlıq  imkanları  məhdud  şəxslər  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən  qapalı  tipli  xüsusi  təhsil  bölmələri  yaradılır.  Həmin  şəxslər  bu  təhsil 

müəssisələrinə  psixoloji-tibbi-pedaqoji  komissiyanın  rəyi  nəzərə  alınmaqla 

qanunvericilikdə  müəyyən  olunmuş  qaydada  göndərilirlər.  Azadlıqdan  məhrum 

etmə  yerlərində  psixoloji-tibbi-pedaqoji  komissiyanın  rəyində  müəyyən  edilmiş 

şərtlərə  əməl  etməklə  ictimai  təhlükəli  əməllər  törətmiş  sağlamlıq  imkanları 

məhdud şəxslərin xüsusi təhsili qanunvericilikdə müəyyən olunmuş qaydada təşkil 

edilir. 

3. Xüsusi təhsilin dövlət standartları

Fiziki  çatışmazlığı,  əqli  və  (və  ya)  psixi  ləngimələri  olanlar  üçün  xüsusi 

təhsilin  dövlət  standartları  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilir.  Xüsusi  təhsil  dövlət  standartları  mülkiyyət  formasından  asılı  olmayaraq 

xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir. 

4.Xüsusi təhsil sisteminin idarə olunması. 

Xüsusi  təhsil  həyata  keçirilən  dövlət  müəssisələri  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən idarə olunur. Müvafiq icra hakimiyyəti orqanı xüsusi təhsil üzrə 

proqramlar, o cümlədən əlaqəli proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq 

imkanları məhdud şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının 

koreksiyasına,  sosial  adaptasiyasına,  tibbi-sosial  reabilitasiyasına,  əlilliyin 

profilaktikasına yönəlmiş birgə tədbirlər görür. 

Mülkiyyət  formasından  asılı  olmayaraq  xüsusi  təhsil  müəssisəsinin 

akkreditasiyası,  xüsusi  təhsil  haqqında  dövlət  nümunəli  sənəd  almaq  üçün  təhsil 

alanların  yekun  attestasiyası  və  xüsusi  təhsilin  keyfiyyətinə  nəzarət 

qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir. 

Xüsusi  təhsil  müəssisəsinin,  xüsusi  təhsil  bölməsinin  və  inteqrasiya  təlimli 

təhsil  müəssisəsinin  maddi-texniki  bazasına  xüsusi  təhsil  müəssisəsinin  tipindən 

asılı olaraq binalar, qurğular, yeməkxanalar, yardımçı binalar, tibb, korreksiya və 

reabilitasiya  kabinetləri,  idman,  qurğuları,  təlimin  texniki  vasitələri,  kitabxana 

fondu  daxildir.  Xüsusi  təhsili  həyata  keçirən  müəssisənin  maddi-texniki  bazası 

müvafiq olaraq dövlət, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən formalaşdırılır. 

Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və elmi-metodik vasitələrin hazırlanması 

müvafiq  icra  hakimiyyəti  orqanı,  bələdiyyələr  və  təsisçi  (təsisçilər)  tərəfindən 

həyata keçirilir. 

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunvericiliklə müəyyən 

edilmiş  tələblərə  cavab  verən  şəxslər  buraxılır.  Xüsusi  təhsil  üçün  kadrların 

hazırlnması  orta  və  ali-peşə-ixtisas  təhsili  müəssisələrində,  pedaqoji  işçilərin 

ixtisasartırma  və  yenidənhazırlanma  müəssisəsində  müvafiq  icra  hakimiyyəti 

orqanının  müəyyənləşdirdiyi  qaydada  həyata  keçirilir.  Xüsusi  təhsil  müəssisələ-

rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə müəyyən edilir. 



5.  Psixoloji-tibbi-pedaqoji  komissiya  və  tibbi-sosial  ekspert  komissiyasının 

vəzifələri

Uşaqlarda  fiziki  çatışmazlıqların,  əqli  və  (və  ya)  psixi  ləngimələrin 

diaqnostikasını  aparmaq,  bunun  əsasında  onların  xüsusi  təhsilə  cəlb  olunması 

barədə  qərar  qəbul  etmək,  valideynlərinə  və  ya  digər  nümayəndələrinə  müvafiq 

məsləhət vermək, mübahisəli məsələlərə baxmaq  məqsədi ilə tərkibi müvafiq icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyənləşdirilən  və  daimi  fəaliyyət  göstərən 

psixoloji-tibbi-pedaqoji  komissiyalar  yaradılır.  Psixoloji-tibbi-pedaqoji  komis-

siyalara  elmi-metodik  xidmət  göstərilməsi,  habelə  psixoloji-tibbi-pedaqoji 

komissiyalarla  sağlamlıq  imkanları  məhdud  uşaqların  valideynləri  və  ya  digər 

qanuni  nümayəndələri  arasında  münasibətlər  qanunvericilikdə  müəyyən  olunmuş 

qaydada  həll  edilir.  Psixoloji-tibbi-pedaqoji  komissiya  aşağıdakı  vəzifələri  yerinə 

yetirir: 

-  uşaqların  erkən,  habelə  sonrakı  yaş  hədlərində  psixoloji-tibbi-pedaqoji 

müayinəsini  aparmaq,  inkişaf  xüsusiyyətlərini  aşkarlamaqla  diaqnozunu 

müəyyənləşdirmək; 

-  sağlamlıq  imkanları  məhdud  uşaqların  xüsusi  təhsilə  cəlb  edilməsi  barədə 

qərar qəbul etmək; 

-  sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsil  almaları  üçün  xüsusi  təhsili 

həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək; 

- fərdi təlim planına dair tövsiyələr vermək; 

- təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya dəyişdirmək. 



 

  2.İnklüziv təhsilin əsas xüsusiyyətləri, prinsirləri  və xüsusi təhsilə ehtiyacı olan                                                                  

şagirdlərlə pedaqoji işin təşkili  

 

Dünyanın  bir şox ölkələrində(məsələn,Böyük Bbritaniya, ABŞ,İsveçrə və s.) əlil uşaqlar 



adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər.Bu, 

başqa bir yanaşmadır və bu cür inteqrasiyaya inklüziv təhsil deyilir.İnklüziv(fransızca-

inclusive”-“özünə daxil edən”,latınca-“includo”- “nəticəyə gəlmək” mənasını verir)termini 

xüsusi qayğıya ehtiyacı olan uşaqların tədris, təlim prosesinin təşkili ilə bağlı məsələlərin 

həllinə istiqamətləndirilmişdir.İnklüziv təhsilin əsas məqsədini  xüsusi qayğıya ehtiyacı olan 

uşaqlar üçün maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin 

olunması təşkil edir. Başqa sözlə, inklüziv təhsilin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan 

uşaqların bacarıqlarının inkişaf etdirilməsi, onların sosial mühitə inteqrasiyasına şərait 

yaratmaq , valideynlərin maarifləndirilməsi və onlarla müvəkkillik sahəsində işin aparılmasına 

köməklik  göstərmək və bu sahədə çalışan müəllimlərin metodik hazırlığını inkişaf etdirməkdir. 

Xüsusi qayğıya ehtiyacı olan uşağın inklüziv təhsilin tarixinə nəzər saldıqda məlum olur 

ki, cəmiyyətin ayrı-ayrı inkişaf dövründə ona münasibət eyni olmamışdır.Məsələn, bir 

mərhələdə cəmiyyət onlara qarşı mərhəmət hissi ilə yanaşmaq səviyyəsinə qədər gəlmişdir 

(eramızdan əvvəl XI-XIIəsr və eramızın XII əsri). Bir neçə əsr sonra cəmiyyətin  xüsusi 

qayğıya ehtiyacı olan uşaqlara mərhəmət hissini onların öyrənmə bacarıqlarını önə çəkmək  

addımı əvəz etmişdir. Daha sonra VII əsrin 70-80-cı illəri –XX əsrin əvvəllərində cəmiyyət 

xüsusi qayğıya ehtiyacı olan uşaqların öyrənmə bacarıqları ilə yanaşı, onları öyrətmək 

zərurətini də dərk etmişdir.Keçən əsrin əvvəlindən həmin əsrin  60-cı illərinədək olan dövrü 

tibbi modelə, qayğıya ehtiyacı olan uşaqlar üçün xüsusi təhsil müəssiələrinin yaradılması  və  

onlara fasiləsiz tibbi xidmətlərin göstərilməsi və müalicələrinin  təmin olunması  təşkil 

edirdi.Bu zaman sosial və inkişaf adaptasiya amilləri bir qədər arxa plana keçirilir.1960-1980 cı 

illəri əhatə edən növbəti mərhələ “normallaşdırma modeli” kimi tanınır.Bu proses inteqrasiya 

adlanır.Sözügedən model ilk dəfə  1970-ci ildə Skandinaviyada, daha sonra ABŞ və Kanada da 

tətbiq edilərək inkişaf etdirilmişdir. 


Normallaşdırma modeli”nin mahiyyətində  aşağıdakı amillər təsbit olunmuşdur: 

 -xüsusi qayğıya ehtiyacı olan uşaqlar yüksək səviyyəli normal həyata yaxın bir mühitdə 

yaşamalıdır; 

 -xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ən əlverişli şərait öz evləridir;  

-hakimiyyət orqanları  tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların evdə tərbiyə 

oiunmasına səy göstərilməlidir; 

 -xəstəliyin dərəcəsindən asılı olmayaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil 

almaları üçün şərait yaradılmalıdır. 

Sonuncu üçüncü  mərhələ keçən əsrin 80-cı illəridən indiyədək davam etməkdə olan 

müddəti əhatə edir və “Sosial model” adlanır.”Sosial model” sağlamlıq imkanlarından, ailə 



vəziyyətindən, bacarıqlarından, dinindən, irqindən asılı olmayaraq bütün uşaqların təhsil 

prosesində və həyatda bərabərhüquqlu olmasını nəzərdə tutur.Müşahidələr göstərir ki, XIX 

əsrin 90-cı illərindən etibarən inklüziv təhsilin məqsəd və mahiyyəti əhəmiyyətli dərəcədə 

dəyişmişdir.Yəni o, peşəkar təcrübənin  əldə edilməsinə doğru yönəlmişdir. 

Azərbaycan Respublikasında  təhsil hüququnun konstitusiya təminatı vardır , hansı ki bu, 

ölkəmizdə inklüziv təhsilin də təşkilinə əsas yaradır.İnklüziv təhsil ümumi təhsilin inkişafı 

prosesidir.Təhsilin bütün uşaqların ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan 

olmasını nəzərdə tutur. Bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların  təhsil almasını təmin 

edir.”Məktəblər bütün uşaqları,fiziki, intellektual, sosial, emosional, dil və digər 



xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir.Bu, əqli və fiziki  ləngiməsi olan , xüsusi istedada 

malik olan, kimsəsiz, işləyən uşaqlara...etnik və mədəni azlıqlara da aiddir..”.(Salamanka 

Bəyənnaməsi,1994-cü il). 

Azərbaycan  cəmiyyətində baş verən demokratik dəyişikliklər sağlamlıq, inkişaf və digər 

problemlərdən asılı olmayaraq, hər bir şəxsin ehtiyaclarının ödənilməsinə yönəldilən prosesləri 

ön plana çəkir. Qabaqcıl dünya ölkələrinin təhsil sistemlərində olduğu kimi , respublikamızın 

xüsusi təhsil sistemində də interaktiv proseslər  həyata keçirilir, inklüziv  təlimin təşkilinə şərait 

yaradılır. Azərbaycanın təhsil  sistemində xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq 

potensialının inkişafı  sahəsində inteqrasiyalı (inklüziv) təlimin keyfiyyətinin yüksəldilməsi 

istiqamətində səmərəli işlər məqsədəmüvafiq şəkildə davam etdirilir. 

 

Məlumdur ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların ümumtəhsil 



məktəbinin təlim prosesinə fəal daxil olmasından daha çox kütləvi təhsil prosesinin bir sistem 

kimi  yenidən qurulmasını və bütün uşaqların təhsil ehtiyaclarının təmin edilməsini nəzərdə 

tutur. İnklüziv təhsilin ən üstün cəhətlərindən biri də xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 

sağlam uşaqların bir yerdə təhsil almasıdır.Bildiyimiz kimi,  bu çox çətin prosesdir. Belə ki, 

burada  həm pedaqoq,  həm həkim, həm də psixoloq olmalıdır. 

lnklüziv təhsil alan uşaqların öz yaşıdları olan sağlam uşaqlarla bir yerdə təhsil alması 

onların hərtərəfli inkişafına səbəb olur.Həmin uşaqlar öz yoldaşlarının nailiyyətlərini 

təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstəməyə özlərində güc-

qüvvət axtarırlar. Belə uşaqlar özlərini yararsız hesab etmir, kollektivə adaptasiya olunur, 

özlərinin gərəkli olduqlarını hiss edirlər. Belə uşaqların kollektivə, cəmiyyətə  adaptasiyasına 

müəllim və valideynlər diqqət göstərməlidirlər. Keçirilən tədbirlərdə , yarışlarda belə şagirdləri  

müəllimlər diqqətdə saxlamalıdırlar. Bütün bunlar onların hərtərəfli inkişafına stimul yaradır. 

Bununla bərabər inklüziv təhsilin inkişafını təkmilləşdirmək üçün müəyyən işlərin görülməsi 

və tədbirlərin həyata keçirilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün faydalı 

olar. 

Dövlət strategiyasında sağlamlığı məhdud uşaqların təhsilini yaxşılaşdırmaq məqsədilə 



görüləcək işlər öz əksini tapmışdır. Bunlar aşağıdakılardır: 

 -Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf vı inklüziv təlim proqramlarının 

hazırlanması;  

-Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin 

edən inklüziv təlim metodologiyasının yaradılması;  


 -Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların 

təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi;  

-Məktəbəqədər və ümumtəhsil müəssisələri təhsil verənlərinin ivklüziv təhsili üzrə 

məqsədli əlavə təhsilinin təmin edilməsi. 



İnklüziv təhsilin vacib komponentləri aşağıdakılardır: müvafiq  inklüziv təcrübəni 

dəstəkləyən bir fəlsəfə hazırlamaq; inklüziv təhsildə əməkdaşlıq; qiymətləndirmə; fərdi tədris 

proqramı; inklüziv təhsildə reabitasiya xidmətinin təşkili; inklüziv təhsildə pedaqoq və 

psixoloqların rolu; inklüziv təhsildə digər xidmətlərin rolu; inklüziv təhsildə valideynlərlə işin 

təşkili; peşə təhsili. 

İnküliziya haqqında yanlış təsəvvürlər: məktəbdə olmaq hər şey demək deyil; üzməyi 

bilməyəni suya atmaq məqsədəuyğun deyil; diqqəti məqsədə deyil, hərəkətə yönəltmək;  

proqramin əsas meyarı, hər bir uşağın fərdi təhsil ehtiyaclarının ödənilməsi deyil onun 

öyrənilməsidir; sakitcə oturmağı fəal iştirakın alternativi kimi qəbul etmək. 

Mövcud maneələr

 -Məktəblərin arxitextura cəhətdən əlçatmazlığı; 

 -Xüsusi təhsil ehtiyacları olan uşaqların oxumağa qadir olmamalarının qəbul edilməsi; 

- Məktəbin pedaqoji kollektivinin əlillik məsələləri haqqında kifayət qədər məlumatının 

olmaması; -Sinfin öyrənmə prosesinə sağlamlıq imkanları məhdud olan uşaqların daxil olması; 

- Sağlamlıq imkanları  məhdud olan uşaqların valideynləri uşaqların təhsil hüquqlarını 

mmüdafiə etməyi bacarmırlar, onları təhsilə cəlb etməyə çəkinirlər. 

İnkulizv təhsil aşağıdakı prinsiplərə əsaslanır: 

-İnsanın dəyəri onun bacarıqları və nailiyyətləri ilə ölçülür;  

-Hər bir şəxs hiss etmək və düşünmək qabiliyyətinə malikdir; 

 -Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir;  

-Bütün insanlar bir- birinə lazımdır;  

-Orijinal təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər; 

 -Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır;  

-Bütün şagirdlər üçün tərəqqiyə nail olmaq onların nə biləcəyindən asələdır;  

-Müxtəliflik insan həyatının bütün aspektlərini gücləndirir. 

 Təlim metodikasına  müvafiq olaraq inklüziv təhsil şagirdlərə qarşı hər hansı formada 

ayrı-seçkilik edilməsinin qarşısını alır və  bütün uşaqlara , o cümlədən müxtəlif nevroloji və ya 

psixi xəstəlikləri onlara belə mükəmməl şəkildə təhsil almaq və uğurlar qazanmaq  imkanı 

verir. 

İnklüziv  təhsilin əsas vəzifələrindən biri məhdud imkanlara  malik insanların peşə hazırlığı 



üçün sərhəd tanımayan mühit yadılmasıdır.Bununla əlaqədar olaraq təhsil müəssisələrinin 

texniki  təhcizatına yenidən baxmaq, təkcə təhsil alanlar deyil, həm də müəllimlər üçün xüsusi 

qayğıya  ehtiyacı  olan uşaqları təhsil prosesinə fəal qoşulmasına yönəlmiş yeni xüsusi kurslar 

işlənib hazırlanmalıdır.  Xüsusi qayğıya  ehtiyacı olan uşaqların təhsilalma səviyyəsi getdikcə 

yüksəlir, onların əksəriyyəti təhsilə cəlb edilir.Buna görə də inklüziv təhsilin təşkilinin təlim-

tərbiyə prosesinin səmərəli nəticə verməsi  üçün onun müasirləşməsinə qoyulan standartlara  

cavab verməsinə nail olmaq əsas tələblərdən biridir. 

İnklüziv təhsilin həyata keçirilməsinin aşağıdakı  təşkilatı formaları mümkündür:  

-ümumtəhsil məktəblərinin adi siniflərində tam inteqrasiya;  

-ümumtəhsil məktəblərinin xüsusi siniflərində, sinifdənkənar fəaliyyətdə qismən 

inteqrasiya;  

 -müəyyən vaxt xüsusi məktəbdə təhsil almış və kompensator imkanları lazımınca inkişaf 

etmiş uşaqların ümumtəhsil məktəblərinə keçirilməsi;  

-peşə təlimi prosesində qayğıya ehtiyacı olan uşaqların tam və ya qismən inteqrasiyası. 

İnklüziv kompanentli  qruplarda çalışan psixoloqun xüsusi qayğıya ehtiyacı olan uşağın 

təhsilə və  cəmiyyətə uğurlu inteqrasiyası üçün onun ailəsinin vəziyyəti, dövlət tərəfindən 

verilən təminatı,  qeyri hökumət təşkilatları tərəfindən təklif olunan dəstəyi, öyrədənlə öyrənən 

arasında yaranan qarşılıqlı  münasibətləri nəzərə alması çox vacibdir.Bu zaman psixoloq uşağın 


sağlamlığı barədə proqnozu  müəyyən edib onun “çətin”  olub-olmamasından daha çox inkişaf 

xüsusiyyətlərinə və onlara  təsir göstərən  amillərə kompleks şəkildə baxmalı və valideynlərə 

dəstək verməlidir.İnklüziv  təhsilə keçidin müvəffəqiyyətinə təsir göstərən çoxlu amillər 

içərisində təhsil müəssisəsində psixoloji xidmətin müasir tələblərə cavab vermə səviyyədə 

təşkil olunması mühüm yerlərdən birini tutur. 

İnklüziv komponentli qruplarda psixoloq uşaqlarda aşağıdakı sosial keyfiyyətlərin  

inkişaf etdirilməsinə  xüsusi fikir verməlidir: emosional sahənin inkişafı; koqnitiv sahənin 

inkişafı; stressə qarşı dozümlülüyün inkişafı; özünəinamın inkişafı; real gerçəkliyə müsbət 

münasibətin inkişafı; başqalarını qəbul etmə bacarığının inkişafı; müstəqilliyin inkişafı;özünü 

inkişafetdirmənin, özünü müəyyənetmənin və həvəsləndirmənin inkişafı və s. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim-tərbiyə prosesində aparılan işlərdə 

valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır.Valideynlər bu 

proseslərdə həm də tərəf müqabil kimi fəal iştirak etməlidirlər.Bu qarşılıqlı münasibətlərin 

formalaşmasında valideynlərə və uşaqlara psixoloqun yardım göstərməsi xüsusi əhəmiyyət 

daşıyır. 

Yardım istiqamətlərinə aşağıdakıları aid etmək olar: sosial və emosional yardım; 

informasiya mübadiləsi;  valideynlərin uşaqların təlimində iştiraka həvəsləndirilməsi; uşaqlar 

və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması və səmərəliliyin artırılması 

və s. 


Xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim –tərbiyə prosesində tərbiyəçi müəllimin rolu 

danılmazdır.Tərbiyəçi müəllim qrupda sağlam şəraitin, hər bir uşaq üçün tələbatı ödəyəcək 

adaptiv təlim mühitinin yaradılmasına və xüsusi qayğıya ehtiyacı olan uşağın təlim prosesinə 

qoşulmasına dəstək olmalıdır.Xüsusi qayğıya ehtiyacı olan uşaqlara effektiv ünsiyyət 

mədəniyyətinin formalaşdırılması üçün tərbiyəçi müəllim  aşağıdakı problem xarakterli 

məsələləri həll etməyə çalışmalıdır: 

 -onun şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara  geniş imkanlar 

yaratmalıdır; 

 -təlim-tərbiyə prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda 

bacarıqlar inkişaf etdirilməlidir; 

 -uşağın böyüklərin nitqini tam başa düşməsi təmin olunmalıdır;  

-verbal və qeyri-verbal nitq arasındakı uyğunluq gözlənilməli və inkişaf etdirilməlidir. 



 

Bütövlükdə inklüziv təhsilin  aşağıdakı xüsusiyyətlərini fərqləndirmək olar

 -əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin  təmin edilməsi və müxtəlifliklərin 

hesaba alınma  imkanlarının optimal üsullarının axtarışı; 

 -şagirdin yaradıcı potensialının və məsələləri həlletmə bacarığının müxtəlif yollarla  

stimullaşdırılması;  

 -uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək,  keyfiyyətli tədris prosesində iştirak 

edərək şəxsi,  sosial və etnik xüsusiyyətlərindən asılı olmayaraq,  müəyyən nəticələr əldə etmək 

hüquqlarının təmin edilməsi;  

 -sosial uzaqlaşdırılmaya məruz qala bilən, həmçinin davamiyyəti pis olan şagirdlərə 

mənəvi dəstəyin göstərilməsi. 



İnklüziv təhsil sahəsində  çalışan hər bir müəllim , tərbiyəçi aşağıdakılar üzrə 

bacarıqlara qdir olmalıdır: 

1.Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası;  

2.Uşaqların təhsilə cəlb olunması; 

3.Əqli inkişafın ,qavrama bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi; 

 4.Kiçik və böyük motor bacarıqlarının qiymətləndirilməsi və onlar üzərində iş;  

5.Sosial və özünəxidmət bacarıqlarının aşılanması; 

 6.Uşaq inkişafı sahəsində müxtılif mövzulu  təlimlərin kenirilməsi;  

7.Uşağın və ailənin psixoloji problemlərinin araşdırılması, konsultasiya xidmətlərinin 

verilməsi;  8.Ünsiyyət və nitq bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi; 


 9.Ailələrə sosial xidmətin ğöstərilməsi, ailələrin maariflədirilməsi. 

 




Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə