XÜsusi TƏHSİl və Əlavə TƏHSİL Əhatə olunan məsələlər


 Dövlət uşaq müəssisələrindən uşaqların



Yüklə 319,86 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix07.12.2016
ölçüsü319,86 Kb.
#991
1   2   3

 

3. Dövlət uşaq müəssisələrindən uşaqların  

ailələrə verilməsi (de-institutlaşdırma)  

və alternativ qayğı Dövlət Proqramı barədə 

 

Son  illərdə  respublikamızda  iqtisadiyyatın  sürətli  inkişafı,  sosial  sahələrə 

diqqətin  artırılması,  regionların  inkişafı  məqsədilə  həyata  keçirilən  tədbirlər 

nəticəsində  yeni  iş  yerlərinin  açılması,  adambaşına  düşən  gəlirin  ilbəil  artması 

əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda 

de-institutlaşdırma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır. 

Dünya  təcrübəsi  və  uşaq  hüquqları  üzrə  konvensiyaların  tələbləri  nəzərə 

alınaraq,  beynəlxalq  təşkilatlarla  birlikdə  “Azərbaycan  Respublikasında  dövlət 

uşaq  müəssisələrindən  uşaqların  ailələrə  verilməsi  (de-institutlaşdırma)  və 

alternativ qayğı Dövlət Proqramı” (2006-2015-ci illər) hazırlanmış və 2006-cı ilin 

martın 29-da ölkə Prezidentinin Sərəncamı ilə təsdiq olunmuşdur. Proqramın əsas 

məqsədi  BMT-nin  Uşaq  Hüquqları  Konvensiyasında  təsbit  olunmuş  uşağın 

şəxsiyyətinin  tam  və  ahəngdar inkişafı üçün  ailə  mühitində xoşbəxtlik,  məhəbbət 

və  anlaşma  şəraitində  böyüməsinin  zəruriliyi  nəzərə  alınaraq,  dövlət  uşaq 

müəssisələrində  olan  uşaqların  ailələrə  verilməsi  və  alternativ  qayğının  təşkili 

mexanizmlərinin yaradılması və səmərəli işlənməsinin təmin edilməsidir. 

Proqrama  əsasən  de-institutlaşdırma  aşağıdakı  dövlət  uşaq  müəssisələrini 

əhatə  edir:  1)  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən  məhrum  olmuş 

uşaqlar  üçün  uşaq  evləri;  2)  valideynlərini  itirmiş  və  valideyn  himayəsindən 

məhrum olmuş uşaqlar üçün internat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri 

(ümumi  təyinatlı  internat  evləri);  4)  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün 

xüsusi  internat  məktəbləri;  5)  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  xüsusi 

məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Nazirliyi sistemində). 

Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi; 

-  dövlət  uşaq  müəssisələrində  uşaqların  ailələrə  verilməsinin  əsas 

istiqamətlərinin  müəyyənləşdirilməsi,  uşaqların  ailələrə  verilməsi,  onların 

hüquqlarının  qorunması  və  sosial  müdafiəsinin  işlək  mexanizmlərinin  tətbiq 

edilməsi; 

- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən uşaqlara ailə 

əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması; 

- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və stimullaşdırıcı 

amillərdən  geniş  istifadə  etmək  məqsədilə  uşaqlar  yerləşdirilən  ailələrə  maliyyə 

yardımlarının göstərilməsi; 

-  dövlət  uşaq  müəssisələrinin  kadr  potensialı  geniş  istifadə  olunmaqla 

uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması; 

-  uşaqların  dövlət  uşaq  müəssisələrinə  düşməsinin  ən  sonuncu  imkan  olması 

baxımından uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin 

hazırlanması,  dövlət  himayəsinə  qəbul  olunma  meyarlarının  dəqiqləşdirilməsi  və 


onlara riayət olunmasına nəzarətin gücləndirilməsi

-  dövlət  uşaq  müəssisələrində  olan  uşaqların  sayının  artmasının  qarşısını 

almaq  məqsədilə  risk  qrupundan  olan  (uşaqların  ailələrindən  belə  müəssisələrə 

verilməsi  baxımından)  uşaqlar  və  ailələr  arasında  sistemli  preventiv  tədbirlərin 

görülməsi; 

-  ailələrə  verilmiş  uşaqların  təhsilə  cəlb  olunması,  onlara  səhiyyə  və 

reabitasiya xidmətlərinin göstərilməsinin təmin olunması; 

-  dövlət  ilə  qeyri-hökumət  və  beynəlxalq  təşkilatlar  arasında  de-

institutlaşdırma  məsələlərinin  həlli  sahəsində  səmərəli  əməkdaşlığın  təmin 

olunması. 

Qeyd  edilən  vəzifələrin  yerinə  yetirilməsi  üçün  proqramda  aşağıdakı 

tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur: 



I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar: 

1)  De-institutlaşdırmanın  müvafiq  beynəlxalq  tələblərə  uyğun  səmərəli  və 

intensiv  həyata  keçirilməsi  üçün  mövcud  qanunvericilik  bazasının  stimullaşdırıcı 

amillər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; 

2)  De-  institutlaşdırma  ilə  bağlı  tədbirlərin  yoxsulluğun  azaldılması  və 

davamlı inkişafla bağlı tədbirlə əlaqələndirilməsi; 

3)  Uşaq  evlərində  olan  uşaqların  ailələrə  verilməsi,  hüquqlarının  qorunması 

və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi; 

4)  Dövlət  uşaq  müəssisələrində  uşaqların  sayının  artmasının  qarşısını  almaq 

məqsədilə 

uşaqların 

dövlət 


himayəsinə 

qəbul 


edilmə 

meyarlarının 

dəqiqləşdirilməsi,  uşaqların  belə  müəssisələrə  daxil  olmasına  ciddi  nəzarət 

mexanizminin  hazırlanması,  bu  məqsədlə  mövcud  normativ-hüquqi  aktlara 

müvafiq əlavə və dəyişikliklərlə bağlı təkliflərin verilməsi; 

5)  Uşaqlar  verilən  ailələrin  stimullaşdırılması,  onlara  maliyyə  dəstəyinin 

verilməsi,  ailədə  belə  uşaqlara  ayrılmış  müavinətin  xərclənməsinin  monitorinqi 

mexanizmlərinin hazırlanması; 

6) Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların maddi təminatı ilə 

bağlı təkliflərin hazırlanması; 

7)  Uşaqlar  üçün  ailə  əsaslı  sosial  xidmətlər  mərkəzlərinin  fəaliyyətini 

tənzimləyən müvafiq normativ hüquqi aktların hazırlanması və təsdiqi; 

8)  De-institutlaşdırmanın  həyata  keçirilməsi  ilə  bağlı  müvafiq  normativ-

hüquqi aktların, metodiki vasitələrin, təlimatların və s. hazırlanması; 



II. Təşkilati tədbirlərlə əlaqədar

9) Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması 

üçün  risk  qruplarından  olan  uşaqlar  arasında  və  onların  ailələri  ilə  sistemli 

preventiv tədbirlərin görülməsi; 

10) Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar 

üçün  ailə  əsaslı  sosial  xidmət  mərkəzlərinin  və  alternativ  xidmətlər  sisteminin 

(qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilməsi və s.) 

yaradılması; 

11) Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən 

dövlət  uşaq  müəssisələri  işçilərinin  peşə  yönümü  dəyişməklə  uşaqlara  ailə  əsaslı 

xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, onlarla müvafiq treninqlərin 


keçirilməsi; 

12)  Dövlət  himayəsində  olan  uşaqlar  saxlanılan  dövlət  təlim-tərbiyə 

müəssisələrinin  şəbəkəsinə  yenidən  baxılması  ,  onların  sayının  azaldılması  üçün 

müvafiq tədbirlərin görülməsi; 

13)  Ümumtəhsil  internat  məktəblərinin  (ümumi  tipli  internat  evlərinin) 

bazasında  ümumi  təyinatlı  ümumtəhsil  məktəblərinin  ,  lisey  və  gimnaziyaların 

yaradılması məqsədi ilə tədbirlərin görülməsi; 

14)  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün  internat  tipli  təlim-tərbiyə 

müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi

15)  Ailələrə  verilmiş  sağlamlıq  imkanları  məhdud  uşaqların  müəyyən 

hissəsinin  ümumtəhsil  məktəblərinə  inteqrasiyası  və  bu  məktəblərdə  onların 

sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün tədbirlərin davam etdirilməsi; 

16)  De-institutlaşdırmanın  həlli  sahəsində  qeyri-hökumət  və  beynəlxalq 

təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün tədbirlərin görülməsi; 

17)  Ailələrə  verilmiş  sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsilə  cəlb 

olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi; 

18)  Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyaların  de-institusionalizasiyanın  həyata  keçirilməsində  bilavasitə 

iştirakının təmin edilməsi və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi; 

19)  Proqramın  həyata  keçirilməsinin  təmin  edilməsi  üçün  Koordinasiya 

qrupunun yaradılması. 

III. Təbliğat və maarifləndirmə ilə əlaqədar

20)  Kütləvi  informasiya  vasitələri  və  digər  yollarla  de-institutlaşdırma  ilə 

bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması. 

IV. Monitorinqin aparılması üzrə tədbirlər: 

21)  Dövlət  uşaq  müəssisələrində  tərbiyə  olunan  uşaqların  vəziyyətinin 

araşdırılması və monitorinqinin aparılması; 

22)  Sağlamlıq  imkanları  məhdud  uşaqlar  haqqında  məlumat  bazasının 

yaradılması  və  bu  kateqoriyadan  ailələrə  verilmiş  uşaqların  vəziyyətinin 

monitorinqinin aparılması; 

23)  Ailələrə verilmiş  uşaqlara nəzarətin  təşkili və onların vəziyyətinin dövrü 

monitorinqinin aparılması. 

Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə 

mühitində  inkişafı  hüquqlarının  qorunması  və  sosial  müdafiəsi,  dövlət  uşaq 

müəssisələrində olan uşaqların və belə müəssisələrin sayının azalması, uşaq evləri 

və  internat  tipli  müəssisələrin  uşaqlar  üçün  ailə  əsaslı  sosial  xidmətlər  sistemi  ilə 

əvəz olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir. 

Proqramın  icrası  istiqamətində  atılmış  əhəmiyyətli  addımlardan  biri  dövlət 

uşaq  müəssisələrində  qiymətləndirmənin  keçirilməsi  və  hər  bir  müəssisə,  onun 

infrastrukturu,  orada  yaşayan  uşaqlar,  müəssisələrdə  çalışan  işçilər  barədə 

hərtərəfli məlumatların yığılması və məlumat bazasının yaradılmasıdır. 

Qiymətləndirmənin  nəticələrinə  əsasən  aparılmış  təhlillər  əsasında  “Dövlət 

uşaq  müəssisələrinin  transformasiyası üzrə  Baş Plan” tərtib olunmuş və hökumət 

tərəfindən qəbul edilmişdir. 

Transformasiyanın həyata keçirilməsi üçün bütün zəruri meyarlar şərti olaraq 


iki qrupa bölünmüşdür: 

Əsas meyarlar: 

 

Müəssisənin yerləşdiyi ərazi və həmin ərazinin əlverişliliyi; 



 

Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu; 

 

Göstərilən xidmətlərin keyfiyyəti. 



Əlavə meyarlar: 

 

Müəssisədəki uşaqların sayı; 



 

Yerləşdiyi ərazidən olan uşaqların çoxluq təşkil etməsi; 

 

Hər il müəssisəyə qəbul olunan və müəssisəni tərk edən uşaqların sayı; 



 

Müəssisənin tipi. 

Transformasiya  üzrə  Baş  Planda  bütün  dövlət  uşaq  müəssisələrinin 

transformasiya  olunması  nəzərdə  tutulmuşdur.  Belə  ki,  əksər  müəssisələr  rayon 

mərkəzlərində  yerləşir,  uşaqlar  yaxın  ərazilərdə  yaşayır,  zəruri  xidmətlər 

müəssisələrə  yaxın  ərazilərdə  yerləşir  və  müəssisələrin  infrastrukturu 

qənaətbəxşdir ki, bu da transformasiya üçün əlverişli zəmin yaradır. 

Planda  pensiya  yaşlı  işçilər  istisna  olmaqla,  qalan  işçi  heyətin  yaradıcılıq 

alternativ qayğı xidmətlərinin təşkilinə cəlb edilməsi nəzərdə tutulmuşdur. 

Bütün müəssisələr təhsil və sosial yönümlü müəssisələrə qısa     (1 il), orta (3 

il), uzun (5 il) müddət ərzində transformasiya olunmalıdır. 

De-institutlaşdırma  Proqramında  uşaqların  dövlət  uşaq  müəssisələrinə 

düşməsinin qarşısını almaq üçün risk qrupuna daxil olan uşaq və ailələrə alternativ 

xidmətlərin  göstərilməsi  də  nəzərdə  tutulur.  Azərbaycanda  alternativ  xidmətlərin 

təşkili sahəsində ilk addımlar 1997-ci ildə QHT-lərin təşəbbüsü ilə atılmışdır. Son 

illərdə  xüsusi  qayğıya  ehtiyacı  olan  və  risk  qrupuna  daxil  olan  uşaqlar  üçün  al-

ternativ  xidmətlərin  yaradılmasında  bəzi  müvəffəqiyyətlər  əldə  edilmişdir. 

Övladlarına sərbəst şəkildə qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının 

rifahının  yaxşılaşdırılması  istiqamətində  atılmış  əhəmiyyətli  addımlardan  biri 

yerlərdə xidmətlərin təşkil olunmasıdır. Bununla əlaqədar üç uşaq və ailəyə dəstək 

Mərkəzi və iki Günərzi qayğı Mərkəzi yaradılmışdır. Ölkəmizdə bu tip mərkəzlərin 

yaradılması  ilk  təcrübədir.  İndiyədək  ölkəmizdə  belə  mərkəzlər  fəaliyyət 

göstərməmişdir. 

De-institutlaşdırma  və  alternativ  qayğı  üzrə  Dövlət  Proqramının  həyata 

keçirilməsində mövcud çətinliklərdən biri Azərbaycanda uşaq müdafiə sisteminin 

olmamasıdır.  BMT  tərəfindən  qəbul  edilmiş  “Minilliyin  məqsədləri”ndə  ,  eyni 

zamanda  2007-ci  ildə  BMT-nin  Baş  Katibi  “Uşaqlara  qarşı  zorakılığın 

öyrənilməsinə”  həsr  edilmiş  araşdırmanın  nəticələri  barədə  hesabatında  qeyd 

etmişdir ki, uşaqlara qarşı baş verən neqativ amillərin aradan qaldırılması, onların 

müdafiəsini  təmin  etmək  və  hüquqlarını  qorumaq  məqsədi  ilə  hər  bir  ölkə  Milli 

Uşaq  Müdafiəsi  Sisteminə  malik  olmalıdır.  Bu  sistem  risk  qrupuna  daxil  olan 

ailələrdəki  uşaqların  (valideyn  himayəsindən  məhrum  olmuş,  dövlət  uşaq 

müəssisələrində  tərbiyə  alan,  qanunla  ziddiyyətdə  olan,  hərbi  münaqişələrin 

qurbanı  və  küçə  həyatına  düçar  olmuş  uşaqlar)  hüquqlarının  təmin  edilməsi, 

təhsildən yayınmış uşaqların təhsilə cəlb edilməsi, valideyn himayəsindən məhrum 

olmuş  uşaqların  qayğı  ilə  təmin  olunması,  erkən  nikahların  qarşısının  alınması, 



uşaqlara qarşı  bütün zorakılıq hallarının, kobud rəftarın və digər  zərərli  təsirlərin 

profilaktikası,  uşaqların  təhsili,  sağlamlığı  və  müdafiəsi  sahəsində  fəaliyyət 

göstərən  bütün  dövlət  və  qeyri-hökumət  təşkilatlarının,  vətəndaş  cəmiyyəti 

qrumları və medianın səylərinin əlaqələndirilməsini özündə ehtiva edir. Bu barədə 

Azərbaycan  müəllimlərinin  XIII  qurultayında  da  təkliflər  irəli  sürülmüş  və  bu 

məsələ Qurultayın qətnaməsində öz əksini tapmışdır. 

Uşaq Müdafiə Sistemi qeyd edilən bütün hallardan uşaqları müdafiə etməklə 

yanaşı,  bu  cür  hallarla  qarşılaşa  biləcək  uşaqların  müdafiəsini  təmin  etməlidir. 

Uşaq  Müdafiə  Sistemi  ilə  əlaqədar  məsələlərin  həlli  üçün,  dünya  təcrübəsində 

olduğu  kimi,  xüsusi  qurumun  yaradılmasına  ciddi  ehtiyac  vardır.  Uşaq  müdafiə 

Sistemi bu qurumun vasitəsi ilə icma, rayon və milli səviyyədə fəaliyyət göstərməli 

və  uşaqlara  qarşı  baş  verən  hər  hansı  zorakılıq  və  hüquq  pozuntusunun  qarşısını 

almaq  imkanına  malik  olmalıdır.  Həmin  Sistem  uşaqların  düşdüyü  vəziyyəti, 

onların  sosial  durumunu  və  onlara  təsir  edən  problemləri  vaxtında 

müəyyənləşdirməli  və  bütün  problemlərin  kökünü  axtarmalıdır.  Buna  nail  olmaq 

üçün  bütün  aidiyyatı  olan  dövlət  və  qeyri-dövlət  qurumları  arasında 

əlaqələndirilmiş şəbəkə qurmalı, müvafiq təlimlərdən keçmiş mütəxəssislər hazır-

lanmalı və qanunvericilik bazasına dəyişikliklər edilməlidir. 

Uşaqların ehtiyaclarının ödənilməsi, onların yaşadıqları ailə və ya müəssisədə 

təhlükəsizliyinin  təmin  edilməsi  həm  ailənin,  həm  icmanın,  həm  də  dövlətin 

vəzifəsidir.  Əgər  uşaqlara  qayğı  göstərən  böyüklər  öz  vəzifələrini  yerinə 

yetirmirsə, onları tələb olunan qayğı ilə təmin edə bilmirsə, uşaqlara qarşı zorakılıq 

tətbiq  edir  və  ya  kobud  rəftar  edirlərsə, bu  zaman  lazımi  tədbirlərin görülməsi  də 

Uşaq Müdafiə Sisteminin birbaşa müdaxiləsi əsasında həyata keçirilməlidir. Uşaq 

Müdafiə sistemi tərəfindən həyata keçiriləcək tədbirlər və təklif ediləcək xidmətlər 

uşağın və onun ailəsinin üzləşdiyi problemdən, uşağa dəymiş zərərdən və ya onun 

normal  yaşamasına,  inkişafına,  habelə  ümumi  təhlükəsizliyinə  olan  riskin 

həcmindən asılı olaraq müxtəlif ola bilər. Uşaq və onun ailəsinə təklif ediləcək xid-

mətlər  dedikdə,  ilk  növbədə,  davamlı  xidmətlər  nəzərdə  tutulur.  Xidmətlərin 

ümumi  məqsədi  uşağın  və  onun  ailəsinin  üzləşdiyi  problemlərin  və  ya  mövcud 

vəziyyətin  yaranmasına  gətirib  çıxarmış  amillərin  aradan  qaldırılmasıdır.  Eyni 

zamanda  xidmətlərin  göstərilməsi  yaranmış  vəziyyətin  gələcəkdə  təkrar 

olunmamasına yönəldilməlidir. 

Uşaq  Müdafiə  Sistemi  ilk  növbədə,  uşağın  məhz  ailə  mühitində  tam  inkişaf 

edə  biləcəyinə  əsaslanaraq,  uşağın  öz  ailəsində  böyüməsi  üçün  bütün  mümkün 

tədbirlərin görülməsini nəzərdə tutur. Lakin ailə mühitində uşağın təhlükəsizliyinə 

və ya onun tam inkişafına zəmanət yoxdursa, onda uşağın ailədən kənarlaşdırılması 

zərurəti yarana bilər. Bununla əlaqədar Uşaq Müdafiə Sistemində çalışacaq sosial 

işçilərin  hazırlanması  vacib  məsələ  kimi  nəzərdən  keçirilməlidir.  Proqram 

çərçivəsində  2005-ci  ildən  etibarən  Bakı  Dövlət  Universitetində  sosial  iş  üzrə 

magistr,  2008-ci  ildən  isə  bakalavr  səviyyəsində  sosial  iş  ixtisası  üzrə 

mütəxəssislər hazırlanmaqdadır. 



 

 

4. Əlavə təhsil 

 

Yuxarıda  vurğuladığımız  kimi,  müasir  dövrdə  əlavə  təhsil  və  peşəkarlıq 

səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas 

müəssisəsini  bitirən  və  təhsil  haqqında  dövlət  sənədi  olan  hər  bir  vətəndaşın 

fasiləsiz  təhsil  almaq  imkanları  sistemi  kimi  başa  düşülür.  Bu,  bir  tərəfdən 

müəllimin  yaradıcı  potensialının  inkişaf  etdirilməsinə,  digər  tərəfdən  təhsilin  və 

onun  idarə  edilməsinin  müasirləşdirilməsi  məqsədilə  pedaqoji  işçilərin  və  rəhbər 

pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq 

səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir. 

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, 

cəmiyyətin  və  dövlətin  təhsil  tələbatlarının  hərtərəfli  ödənilməsi  məqsədilə  peşə-

ixtisas  təhsilinə  əlavə  olaraq  təhsil  proqramları  və  xidmətləri  vasitəsilə  həyata 

keçirilir.  Fasiləsiz  təhsilin  hər  bir  mərhələsində  əlavə  təhsilin  əsas  məqsədi 

şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləş-

dirilməsindən  ibarətdir.  Əlavə  təhsil  proqramlarına  ümumtəhsil,  peşə-ixtisas  və 

əlavə  təhsil  müəssisələrində,  dayaq  məntəqələrində  və  ümumiyyətlə,  müvafiq 

lisenziyası  olan  digər  müəssisələrdə  həyata  keçirilən  müxtəlif  yönümlü  təhsil 

proqramları daxildir. 

Müasir  dövrdə  əlavə  təhsilin  ixtisasartırma,  təkmilləşdirmə,  stajkeçmə, 

yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirmişdir. 

Əlbəttə,  bu  istiqamətlərin  hamısı  barədə  məlumat  vermək  imkanı  olmasa  da, 

bəzilərinə diqqət yönəltməyi lazım bilirik. 



İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin 

öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan 

dövrdə)  mütəmadi  olaraq  peşəkarlıq  səviyyəsini,  peşə  ustalığını,  elmi-nəzəri, 

pedaqoji, psixoloji biliklərini artırmaq məqsədi ilə yenilikləri və dəyişiklikləri əks 

etdirən  tədris  plan  və  proqramları  üzrə  təhsil  almaları,  ixtisaslarını  artırmaları 

nəzərdə tutulur. 



Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə, ixtisas kafedralarında yüksək ixtisaslı 

mütəxəssislərin  rəhbərliyi  altında  nəzəri  biliklərin  təcrübi  bacarıq  və  vərdişlərlə 

əlaqələndirilməsini  nəzərdə  tutur.  Peşə-ixtisas  müəssisələri  üzrə  pedaqoji  heyətin 

ixtisasının  artırılması  üçün  nəzərdə  tutulan  tədris  plan  və  proqramlarına,  lazım 

gəldikdə,  stajkeçməyə  dair  ayrıca  blok  əlavə  olunur.  Bununla  belə,  nəzəri  hazırlıq 

planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə elmi 

laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər. 

Pedaqoji  işçilərin  stajkeçməsi  pedaqogika,  psixologiya  və  metodika  sahələri 

üzrə bilik və bacarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan 

müəllimlərin tam əlavə təhsilini təmin edir. 

Stajkeçmə  ikimərhələli  proses  olmaqla,  peşə-ixtisas  təhsili  müəssisələrində 

çalışan  professor-müəllim,  pedaqoji  kadr,  mühəndis-müəllim  kimi  kateqoriyalı 

işçilərin əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, 

müvafiq  ixtisasartırma  müəssisələri  və  fakültələri,  ixtisas  profilinə  uyğun  elm, 

təhsil və istehsalat müəssisələri, tədris-sınaq stansiyaları aiddir. 

Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir proses olmaqla, 

tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və 

ya  tədbirlərin  vəhdətini  özündə  ehtiva  edir:  pedaqoji,  psixoloji,  metodiki  sahədə, 

dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və infor-


masiya  texnologiyalarında  olan  yeniliklərlə  operativ  tanışlıq,  öz  həmkarları  ilə 

təcrübə  mübadiləsi;  distant  ötürmə  vasitələri  ilə  yeni  materialların  əldə  olunması, 

bu  istiqamətdə  fikir  mübadilələrinin  aparılması;  aktual  mövzuların  dinlənilməsi 

üçün  sahə  üzrə  qabaqcıl  mütəxəssislərin  dayaq  məntəqələrinə  dəvət  olunması, 

problem  mövzular  ətrafında  təhlillərin  təşkili;  dərslərdə  kollektiv  iştirak,  konkret 

metodikanın  aprobasiyası,  nəticələrin  təhlili;  kadr  hazırlığı,  əlavə  təhsil  sahəsində 

tətbiq  olunan  plan  və  proqramlara,  eləcə  də  yeni  dərslik  və  dərs  vəsaitlərinə  dair 

əsaslandırılmış  təkliflərin  verilməsi;  “öyrədənləri  öyrədən”  statuslu  müəllim  və 

metodistlərlə diskusiyaların keçirilməsi; daimi özünütəhsil. 

Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yuxarıda göstərilən 

digər tərkib hissələrinə təkanverici proses xarakteri daşıyır, özünütəhsil formasında 

müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq 

təkmilləşdirilməsi 

gələcək 


ixtisasartırma  və  yenidənhazırlanma  təhsilini 

formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların 

aradan  qaldırılmasını  və  onların  hazırlığının  keyfiyyətcə  yüksək  səviyyədə 

olmasını təmin edir. 



Əlavə  təhsil  və  peşəkarlıq  səviyyəsinin  inkişaf  etdirilməsi  müəllimlərin  və 

pedaqoji  prosesin  digər  subyektlərinin  dörd  səviyyədə  hazırlanması  şəklində 

həyata keçirilir: 

1)  müəllimlərin,  metodistlərin,  rəhbər  işçilərin  və  digər  pedaqoji  kadrların 

praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılması və təkmilləşdirilməsi; 

2)  pedaqoji  kadrların  elmi  tədqiqatçılıq  fəaliyyəti  sahəsində  ixtisasının 

artırılması və təkmilləşdirilməsi; 

3)  pedaqoji  və  qeyri-pedaqoji  ixtisaslı  kadrların  pedaqoji  ixtisaslar  üzrə 

yenidən hazırlanması; 

4)  qısamüddətli  təhsil  proqramları  üzrə  təhsil  səviyyəsinin  və  dərəcəsinin 

yüksəldilməsi. 

Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşağıdakı modellər 

üzrə həyata keçirilir

- ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər; 

- təhsil müəssisəsi şəraitində treninqlər; 

-  kaskad  modeli  üzrə  treninqlər  (“öyrədən”lərin  öyrədilməsi  və  müəllimlərin 

dayaq  məntəqələri  vasitəsi  ilə  ixtisasartırma  və  təkmilləşmə  proseslərinə  cəlb 

edilməsi); 

- texnologiyalara əsaslanan treninqlər; 

- distant təhsil; 

- mentorluq; 

- şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə

-  müxtəlif  təşkilatlar  tərəfindən  ixtisasartırma  sistemindən  kənar  keçirilən 

kurslar və treninqlər. 

Ölkəmizdə  əlavə  təhsilin  əsas  istiqamətlərindən  biri  olan  ixtisasartırma 


Yüklə 319,86 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin