İslamda şİƏLİK Əllamə seyyid məHƏMMƏd hüseyn təbatəBAİ



Yüklə 2,4 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix21.10.2023
ölçüsü2,4 Mb.
#159373
1   ...   85   86   87   88   89   90   91   92   93
İSLAMDA-ŞİƏLİK

DOQQUZUNCU
 
İMAM
 
İmam Məhəmməd ibni Əli (ə)
; (Təqi, bəzən də imam 
Cavad və ibni Riza ləqəbləri ilə məşhurdur). O, səkkizinci 
imamın oğludur, 195-ci hicri ilində Mədinədə doğulmuş 
və şiə rəvayətlərinə əsasən 220-ci ildə Abbasi xəlifəsi 
Mötəsimin təhriki və abbasi xəlifəsi Məmunun qızının (öz 
1 Üsuli-kafi, 1-ci cild, səh-489; İrşad (Mufid) səh-290; 
Fusulul-mühimmə, səh-237; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, 
səh-363; 
2 Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-351. 


248 
həyat 
yoldaşının) 
vasitəsilə 
zəhərləndirilib 
şəhid 
edilmişdir. O həzrət Kazimeyndə öz babası yeddinci 
imamın yanında dəfn edilmişdir. 
Əziz atasından sonra Allahın əmri və əvvəlki 
imamların təqdim etməsi ilə imamətə çatmışdır. 
Doqquzuncu imam atası vəfat edən zaman Mədinədə idi. 
Məmun onu xilafətin o dövrdəki mərkəzi olan Bağdada 
çağırıb zahirdə ona ehtiram göstərdi, öz qızını ona ərə 
verdi və onu Bağdadda saxladı. Həqiqətdə o, bu vasitə ilə 
imamı həm daxildən, həm də xaricdən nəzarət altında 
saxlamaq istəyirdi. 
İmam bir müddət Bağdadda qaldıqdan sonra 
Məmundan icazə alaraq Mədinəyə getdi və ömrünün 
axırına qədər Mədinədə qaldı. Məmunun vəfatından 
sonra Mötəsim xilafəti ələ keçirdi və yenidən imamı 
Bağdada çağırıb ciddi nəzarət altına aldı. Yuxarıda qeyd 
olunduğu kimi o həzrət Mötəsimin təhriki ilə öz həyat 
yoldaşının vasitəsilə zəhərləndirilib şəhid edildi.
1
ONUNCU
 
İMAM
 
İmam Məhəmməd ibni Əli (ə);
(Nəqi, bəzən də imam 
Hadi ləqəbi qeyd olunur). O, doqquzuncu imamın 
oğludur, 212-ci ildə Mədinədə doğulmuş və şiə 
1 İrşad (Mufid) səh-297;Üsuli-kafi, 1-ci cild, səh-492-497; 
Dəlailul-imamət, səh 201-209; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, 
səh 377-399; Fusulul-mühimmə, səh 247-258. 


249 
rəvayətlərinə əsasən 254-cü ildə Abbasi xəlifəsi Mötəzzin 
vasitəsilə zəhərləndirilib şəhid edilmişdir.
1
Onuncu imam öz həyatında Abbasi xəlifələrindən 7 
nəfəri ilə - Məmun, Mötəsim, Vasiq, Mütəvəkkil, Mənsur, 
Müstəin və Mötəzz ilə müasir idi. Mötəsimin dövründə 
(220-ci ildə) atası Bağdadda şəhid edildi və bu zaman o 
Mədinədə idi. Allahın əmri və əvvəlki imamların təqdimi 
ilə imamətə çatıb Mütəvəkkilin dövrünə qədər dini 
təlimləri yaymağa başladı. 
Mütəvəkkil 207-ci ildə öz məmurlarından birinə əmr 
etdi ki, həzrəti Mədinədən Sammirraya (o dövrdə xilafət 
mərkəzi idi) çağırsın. Mütəvəkkil o həzrətə tam təzim və 
mehr-məhəbbətlə dolu bir məktub yazıb onu dəvət etdi və 
onunla görüşməsini istədi.
2
Əlbəttə, o həzrət Sammirraya daxil olduqdan sonra 
zahirdə heç bir tədbir görülmədi. Lakin eyni halda o 
həzrətə 
əzab-əziyyət 
vermək, 
hörmətsizlik 
etmək 
məqsədilə lazım olan bütün vasitələri hazırlamışdı və 
dəfələrlə onu qətlə yetirmək, yaxud hörmətsizlik məqsədi 
ilə imamı çağırmış, onun evində axtarış aparmağı əmr 
etmişdi. 
Abbasi xəlifələri arasında Peyğəmbər (s) ailəsi ilə 
düşmənçilikdə Mütəvəkkilin misli yox idi; o, xüsusilə Əli 
1 Üsuli-kafi, 1-ci cild, səh-497-502; İrşad (Mufid) səh-307; 
Dəlailul-imamət, səh 216-222; Fusulul-mühimmə, səh 259-265; 
Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh 401-420. 
2 İrşad (Mufid) səh. 307-313; (Üsuli-kafi, 1-ci cild, səh-501; 
Fusulul-mühimmə, səh-261; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, 
səh-417; Tarixi Yəqubi, 3-cü cild, səh-217. 


250 
(ə)-ın qatı düşməni idi; o həzrətə qarşı aşkar şəkildə 
nalayiq sözlər deyirdi. Sarayında saxladığı təlxəyə əmr 
etmişdi ki, eyş-işrət məclislərində o həzrəti yamsılasın. O, 
237-ci hicri ilində əmr etdi ki, Kərbəlada imam Hüseyn 
(ə)-ın mütəhhər qəbrinin qübbəsini, həmçinin onun 
ətrafında tikilmiş evləri dağıdıb yerlə yeksan etsinlər! 
Həmçinin əmr etdi ki, suyu imamın hərəminə 
döndərsinlər, o müqəddəs məzarın torpağını şumlayıb 
əkin əksinlər ki, qəbrin adı ümumiyyətlə unudulsun.
1
Mütəvəkkilin 
dövründə 
Hicazda 
olan 
ələvi 
seyyidlərinin şəraiti dözülməz vəziyyətə gəlib çatmışdı. 
Onların qadınlarının örpəyi yox idi, namaz vaxtı onlardan 
bir neçəsi bir köhnə çadranı növbə ilə geyib namaz 
qılırdılar.
2
Bu kimi təzyiqləri Misirdə yaşayan ələvi seyyidlərinə 
də rəva görürdülər. 
Onuncu imam, Mütəvəkkil tərəfindən həyata keçirilən 
işgəncələrə, əzab-əziyətlərə səbr edirdi. Ondan sonra 
Müntəsir, Müstəin və Mötəzz növbə ilə xilafətə gəldi. 
Mötəzzin hiyləsi ilə o həzrətə zəhər verildi və şəhid edildi. 

Yüklə 2,4 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin